ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
1   2   3   4   5   6   7   8

Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 103 


103 

 

ki,  ingilis  dilini  yaxşı  bilən  Azərbaycan  dili  müəllimləri  bu  üsuldan 



daha çox istifadə edirlər.

 

Müəllim yeni sözləri əyaniliklə öyrətdikdə ya əşyanın özünü, ya 



da  şəklini  gətirə  bilər.  Əgər  müəllim  bacarırsa,  özü  də  şəkil  çəkər. 

Əyaniliklə öyrədilən yeni sözlər oxudan əvvəl izah olunmalıdır. Çünki 

oxu prosesində əşyanın özünü, modelini və ya şəklini göstərmək oxu-

nan mətndə tələbələrin diqqətini tamamilə yayındırar. 

Müəllim yeni sözlərin izahında sinonim və antonimlərdən də isti-

fadə etməlidir. O, lövhədə yeni sözləri yazarkən onun qarşısında sino-

nim  və  antonimlərini  də  yaza  bilər.  Sinonimi  tapanda  tanış  söz  tanış 

olmayan sözlə qarşılaşdılır. Məsələn: 

yavaş 

asta 


üz 

sifət 


gül 

çiçək 


gen 

enli 


kiçik 

balaca 


adam 

insan 


mahnı 

nəğmə 


 

   Yeni sözlərin izahında antonimlərdən də istifadə olunur. Müəllim ta-

nış olan sözlərin qarşısında onun antonimini də yazır. Məsələn: 

gözəl 


çirkin 

isti 


soyuq 

quvvətli 

zəif 

qalxmaq 


oturmaq 

ağ 


qara 

kök 


arıq 

gecə 


gündüz 

 

Müəllim  tələbələrə  başa  salır  ki,  sözlərin  qarşısında  yazılanlar 



əksmənalı  sözlərdir.  Antonimlərin  bu  cür  qarşılaşması  nəticəsində 

tələbələr  çirkin,  soyuq,  zəif,  qara,  oturmaq  ,  arıq  sözlərinin  mənasını 

onlara  əvvəlcədən  məlum  olan  sözlərin  köməyi  ilə  daha  tez  və  daha 

asan yadda saxlayırlar. 

Mətn üzərində işin başlıca istiqamətlərindən biri də onun məzmu-

nunun öyrədilməsindən ibarətdir.Məzmun üzərində iş tələbələrin  yeni 

mənimsədikləri sözləri daha möhkəmlətməyə kömək edən mühüm bir 




104                    

                                                                                 

 Elza İsmayılova

 

vasitədir.  Mətnin  məzmunu  üzərində  iş  apararkən,  birinci  növbədə, 



oxu zamanı tələbələrin yadlarında qalan faktları xatırlatmaq lazımdır. 

Ona görə də mətnə aid suallar üzərində iş aparılır. 

Mətn oxunduqdan sonra ona aid suallar verilir. Bu suallar mətnin 

məzmununu  əhatə  etməlidir.  Tələbələr  də  bir-birilərinə  suallar  verə 

bilərlər.  Bir  tələbə  mətni  oxuyar,  o  birilər  isə  mətnə  aid  suallarr 

verirlər. 

Mətnin məzmununu açan sual-cavaba aid bir nümunəni nəzərdən 

keçirək: 



Aylin müəllimə 

 

Aylin  müəllimənin  otuz  üç  yaşı  var. 



O, Xəzər Universitetində işləyir. Onun iyir-

mi yeddi tələbəsi var. Tələbələrdən on beşi 

oğlan, on ikisi qızdır. 

Aylin  xanım  tələbələrini  çox  sevir. 

Tələbələri  də  onu  sevirlər.  O,  səbirli  və 

səmimi müəllimədir. Aylin xanım tələbələ-

rinə həmişə kömək edir. 

 

l. Siz nə öyrəndiniz? Aşağdakı suallara cavab verin. 



What did you learn? Answer the following questions: 

Müəllimənin adı nədir? 

Onun neçə yaşı var? 

O, harada işləyir? 

Onun neçə tələbəsi var? 

Onlardan neçəsi oğlan, neçəsi qızdır? 

Aylin xanım tələbələrini sevirmi? 

Tələbələri də onu sevirlərmi? Niyə? 

 

2.  Nə  görürsünüz?  Şəklə  baxın  və  aşağıdakı  suallara  cavab  verin. 



What do you see? Look at the picture and answer the following  ques-

tions: 


Neçə oğlan və neçə qız görürsünüz? 

Müəllimə qocadır, ya cavan? 

Müəllimə nə edir? 

Tələbələr nə edirlər? 




Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 105 


105 

 

Tələbələr dərsə hazırdırlarmı? 



 

3.  Nə  fikirləşirsiniz?  Özünüz  barədə  aşağıdakı  suallara  cavab  verin. 

What do you think? Answer the following about yourself. 

Tələbəsinizmi? 

Siz oxumağı sevirsinizmi? 

Siz müəllim olmaq istərdinizmi? 

Əgər müəllim olsaydınız, hansı fənni seçərdiniz? Niyə? 

Siz səbirli və səmimisinizmi? 

Evlisinizmi? 

Dostlarınız varmı? 

Əgər varsa, ən yaxın dostunuz kimdir? 

 

Bu suallar tələbələrin mətnin məzmununa aid bildiklərini bir da-



ha yada salır və sistemləşdirir. Eyni zamanda şifahi nitq vərdişlərinin 

inkişafında xüsusi əhəmiyyət kəsb edir. 

      Oxu dərslərində nağıletmədən də istifadə edilir.Tələbələr mətni öz 

sözləri ilə danışırlar (“Tülkü və durna”, ”Ayı və şir”, “Tərs keçilər”, 



“Şir və siçan”,”Kərpickəsən qoca” və s.).tələbələr mətni oxuduqdan 

sonra onun məzmununu bildikləri kimi nağıl edirlər. Bu, məzmunun 

tələbələr tərəfindən yaxşı mənimsənilməsinə kömək edir. Tələbələrin 

nitqi inkişaf edir, onları

 

məntiqli, məzmunlu danışmağa alışdırır. 



Oxu  mətnləri  nitq  fəaliyyəti  üzrə  bacarıq  və  vərdişlərin  inkişa-

fına  təkan  verən,  potensial  imkana  malik  optimal  bir  nitq  modelidir. 

Mətn üzrə işi daha canlı və maraqlı qurmaq üçün onların məzmununa 

uyğun  süjetli  şəkillərdən,  müxtəlif  illüstrasiyalardan  tez-tez  istifadə 

edilməlidir. 

Oxu  dərslərində  tələbələr  mətnə  aid  şəkilllər  də  çəkə  bilərlər. 

Əgər  belə  olarsa,  mətn  tələbələrin  hafizəsində  uzun  müddət  qalar. 

Yaxud da hər hansı mətnə aid çəkilmiş filmlərdən (sənədli, cizgi və s.) 

istifadə  edilir.  Məsələn:  ”Azərbaycan”,  “Üzeyir  Hacıbəyov”  və  s. 

mətnləri  keçərkən  sənədli  filmlərdən  istifadə  etmək  olar.  Tələbələr 

Ü.Hacıbəyov  haqqında  sənədli  filmə  baxdıqda  bəstəkarın  həyat  və 

yaradıcılığı  ilə  hərtərəfli  tanıış  olurlar.  Eyni  zamanda  Azərbaycan 

musiqisi, onun janrları haqqında bilik əldə edirlər. Mənzum parçaların 

oxusunda  şeirlərə  aktyorların  ifasında  qulaq  asırlar.  Həmin  şeirlərə 

(“Xəzər  Universitəm”,  ”Azad  bir  quşdum”,  “Azərbaycan  Respubli-



Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə