Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

91 
 
Nə isə, hər tərəfi nə qədər axtardılarsa, nəticəsi olmadı 
ki olmadı. Dürr yoxa çıxmışdı. 
Elə  ki  gecə  oldu,  xoruz  vaxtsız  banlamağa 
başladı.  Kişinin  ürəyinə  qorxu  düşüb,  təlaşla  arvadına 
dedi: 
-Keçmiş  adamlar  vaxtsız  xoruz  banla-masını 
yaxşı hal hesab eləmirdilər. Bu xoruzun başını kəsmək 
lazımdır ki, bizə ziyanı dəyməsin. 
Arvad dedi: 
-Uzun  zamandır  ki,  bu  xoruz  günlərini  bizim 
evimizdə keçirib, bizə isinişmişdir. Bu qədər vəhşiliklə 
onu  boğazlamaq  münasib  və  mürüvvət  deyil.  Lakin 
keçmiş  böyüklərin  sözlərinə  əməl  edib  bunun  vaxtsız 
banlamağını  da  ona  bağışlamayaq.  Ona  əzab  da 
verməyək. Bazara aparıb sataq. 
Bunlar  bu  tərəfdə  bu  cür  söhbətlərinə  məşğul 
olsun, o tərəfdə də həkkak dürrün getdiyindən xəbərsiz. 
Elə  ki  gecə  keçdi,  sübhün  dayəsi  ulduzları  uğur 
quşları  kimi  uçurtdu.  Günəş  göy  fələklərini  öz  qızılı 
ipəyinə  sarıb  sevgi  beşiyindən  qanadlanaraq  cahanı  öz 
parlaq  camalı  ilə  nurlandırdı.  Şahın  xidmətçilərindən 
bir  nəfər  etibarlı  adam  o  dürrü  həkkakdan  almaq  üçün 
onun  yanına  getdi.  Həkkak  qutunun  ağzını  açıb  gördü 
ki dürr yerində yoxdur. Ağlı başından çıxdı. Damarında 
qanı, bədənində canı qalmayıb, qorxusundan az qaldı ki 
dəli  olsun.  Çarəsizcə  şahın  adamından  üzr  istəyib  dedi 
ki,  hələ  dürrün  işi  qurtarmayıb.  İnşaallah,  hazır  olan 


92 
 
kimi  mən  özüm  aparıb  şahın  məxsusi  hərəminə  təslim 
edərəm. 
Biçarə həkkakın bu işdən üzərinə qəm çöküb, nəfəsi 
bağlanıb,  ciyəri  dağlanıb,  iflic  xəstəliyinə  mübtəla  oldu. 
Müalicəsi  üçün  bir  bacarıqlı  təbib  gətirdilər.  Təbib 
nəbzinə  əl  vurub,  xəstəliyini  təyin  elədi.  Yaxşı  bir  xoruz 
ətiylə  bişmiş  şorbanı  dərman  buyurdu.  Dərhal  bazara 
adam göndərdilər. 
Həkimlər  həkimi  olan  Allah  izin  versə,  hər 
xəstəliyin  dərmanı  öz  vaxtında  yetişər.  Oğru  arvad  dürrü 
udan  xoruzu  bazara  göndərmişdi.  Həkkak  üçün  xoruz 
almağa gedən adam da təsadüfən o xoruza rast gəlib, alıb 
gətirdi.  Həmin  xoruzu  o  saat  boğazlayıb,  dənciyini 
çıxartdılar.  Həkkak  ona  tamaşa  edib  dururdu.  Təsadüfən 
dürrü  xoruzun  qursağında  görüb,  dərdə  vida  edib,  o  iflic 
azarından xilas oldu və dedi: 
-Kaş ki həmişə mərd insanlar öz işlərində müvəffəq 
olub, şad olalar. Xain adamlar xor və zəlilliyə düşələr. 
Məhcubə dedi: 
-Çox  gözəl  gətirdin  bu  əcaib  məsəli.  Zahidlə 
qəssabın hekayəti də bunun kimidir. 
Əcubə dedi: 
-Necədir o hekayət? 
Məhcubə dedi: 
Əmanətin qorunması barədə Məhcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmişlər  ki,  bir 
zahid  var  idi.  Əxlaqının  paklığı,  ədəbinin  gözəlliyi  və 
imanının  kamilliyi  ilə  məşhur  idi.  Bir  gün 


93 
 
müridlərindən  birisi  malının  zəkatı  üçün  yüz  dinar 
gətirib  zahidə  verdi.  Zahidin  başı  mühüm  bir  işə 
qarışdığı üçün həmin dinarları saxlamaqda diqqətsizlik 
edib  boş su qabının içinə qoydu ki,  namazını qılandan 
sonra  etibarlı  bir  yerdə  saxlayar.  Zahid  namaza 
hazırlaşan  vaxt  qadını  su  qabını  boş  görüb,  istədi  ki 
zahidin abdəst  alması  üçün su  hazırlasın.  Bu vaxt  evin 
önündə  bir  nəfər  adam  gördü.  Bu  adam  uzaq  yerdən 
gəlmiş bir qəssab idi. Məqsədi də buradan bir öküz alıb 
başqa  şəhər  və  kəndlərdə  ətini  satmaq  idi.  O  gün 
təsadüfən  həmin  zahidin  evinin  yanına  gəlmişdi. 
Zahidin qadını gördüyü adam həmin qəssab imiş. Qadın 
boş su qabını qəssaba verib dedi: 
-Əgər  kərəm  edib  zahidə  abdəst  almaq  üçün  bir 
qədər  su  gətirsən,  zəhmətin  axirətdə  zay  olmaz  və  bu 
işin bərəkətiylə axirət savabı hasil olar. 
Qəssab  içində  dinar  olan  su  qabını  qadından  alıb 
su gətirmək üçün yola düşdü. Yolda gedərkən hiss etdi 
ki,  su  qabının  içində  nə  isə  vardır.  Dərhal  su  qabını 
kürəyindən endərib içinə baxdı. İçindəki dinarlarla dolu 
kisəni görüb, fərəh və sevinclə götürüb dedi: 
-Xoş  səadət  taleyi  ki  gözəl  və  bol  ruzini  bu 
tezliklə  əlimə  verdi.  İndi  məsləhət  odur  ki,  bu  pulu 
israfdan  qoruyaraq,  lazım  olan  şeylərə  sərf  edəm. 
Əlimdə sərmayə edib, qəssablığı inkişaf etdirəm. 
Bu fikirlə özünün əvvəldən olan pulunu verib bir 
kök  öküz  aldı  və  fikirləşdi  ki,  bu  dinarları  götürüb 


94 
 
kəndə  getsəm,  yolda  bəlalardan  və  yol  kəsici 
həramilərdən  qurtula  bilmərəm.  Şəhərin  bir  yerində 
gizləsəm  də,  vəsvəsə  və  əndişə  məni  rahat  qoymaz. 
Bunun ancaq bir yolu vardır ki, o da bu kisəni öküzün 
boğazına  soxub  udduram.  Beləliklə,  öküzü  kəndə 
aparıb boğazlayaram. Kisə salamatlıqla əlimdə qalar. – 
deyib,  biçarə  öküzü  bu  əziyyətə  mübtəla  edib,  onun 
qarnını özü üçün xəzinə eylədi. 
İş tamam olduqdan sonra oğlu  ilə bərabər öküzü 
də  yanlarına alıb vətənlərinə doğru getməyə başladılar. 
Şəhərdən  çıxıb  bir  səhraya  çatdılar.  Bir  az  dincəlmək 
üçün  əyləndikdə,  qəssab  mühüm  bir  əşyasını  şəhərdə 
unutduğunu 
xatırladı. 
Öküzü 
oğluna 
tapşırıb, 
məsələdən  agah  eylədi  ki,  burada  məni  gözlə.  Şəhərə 
dönüb, unutduğum əşyanı götürüb qayıdaram. 
Qəssabın  oğlu  öküzü  burada  saxlamaqda  ikən, 
zahidin  bir  müridi  qurbanlıq  üçün  öküz  almağa 
çıxmışdı.  Təsadüfən  yolda  qəssabın  oğlunu  görüb  ona 
yaxınlaşdı. Hal-əhval soruşduqdan sonra dedi: 
-Əgər  bu  öküzü  satmaq  üçün  aldınsa,  istəyirəm 
mənə  satasan.  Ürəyindən  keçdiyi  qədər  nəğd  pulunu 
verərəm.  Həm  sən  artıq  məşəqqət  və  zəhmətdən 
qurtararsan,  həm  də  mən  gecikməyib,  işimə  gedərəm. 
Bu  minvalla  mürid  öküzü  oğlandan  satın  alıb  zahidin 
evinə apardı. 
Zahid  isə  o  namazdan  sonra  dinarları  tamam 
unutmuşdu.  Çünki,  qurban  bayramı  yaxınlaşmışdı.  O 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə