Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

73 
 
aldı.  Sağdan-soldan  hücum  edib  öldürdüyünü  öldürdü, 
sağ qalanları isə qorxudan yaralı halda ətrafa səpələndi. 
Qalanın  başçısı  onun  bu  qəhrəmancasına 
döyüşünü 
seyr 
edirdi. 
Düşmənləri 
təkbaşına 
darmadağın  etdiyini  görüb  çox  sevindi,  kefi  açıldı. 
Xəzinəsini  açıb  ona  çoxlu  bəxşişlər  verdi,  özünü  də 
qoşununa  başçı  təyin  eylədi.  Şahzadənin  gücü-qüvvəti 
və ad-sanı o diyarda hər tərəfə yayıldı. 
Aradan  xeyli  zaman  keçdi.  Bir  gün  bir  tacir 
karvanı  Çin  tərəfdən  gəlib  Bağdada  doğru  getmək 
istəyirdi. Amma o yollarda bir dəstə quldur peyda olub 
yolları  kəsmişdi.  Tacirlər  həmin  oğlanı  pulla  tutub 
karvanı  quldurlardan  qorumasını  və    Bağdada  kimi 
onlara  yoldaşlıq  etməsini  istədilər.  Həmin  oğlanın 
qorxusundan  quldurlar  karvana  toxunmadılar.  Karvan 
sağ-salamat gəlib Bağdada çatdı. Padşah karvanın sağ-
salamat  gəldiyini  eşidib  çox  təəccüb  eylədi.  Tacirləri 
çağırıb, necə gəldiklərini soruşdu: 
-Belə  bir  təhlükəli  zamanda  sizi  nə  məcbur  etdi 
ki,  bu  yollarla  səfər  etdiniz,  bəs  o  təhlükəli  yerlərdən 
necə keçdiniz? 
Tacirlərdən biri dedi: 
-Bir  cavan  igid  pəhləvan  bizə  yoldaş  olub, 
karvanımızı  sağ-salamat  bu  diyara  gətirdi.  O  elə  bir 
pəhləvandır  ki,  özünü  bir  qoşuna  vursa  onun 
heybətindən o qoşun qaçıb dağılar. 
Bağdad şahı dedi: 


74 
 
-Bizim  buralarda  bir  qoruq  ov  yeri  vardır.  Orada 
bir  böyük  şir  peyda  olub.  Neçə  illərdir  ki  onun 
qorxusundan  heç  kim  o  tərəflərə  ayaq  basa  bilmir. 
Həmin şirlə bizim aramızda bir qan məsələsi vardır. Bu 
şir mənim ömür bağımın  ilk  meyvəsini zülm ilə məhv 
eyləmişdir.  Əgər  bu  cavan  oğlan  o  şiri  öldürə  bilsə 
nəzir  dediyim  o  iki  gövhəri  həmin  igidə  verərəm,  həm 
də mal-dövlətdən bacardığımı ondan əsirgəmərəm. 
Bəzirgan  şahzadəyə  bu  işi  xəbər  verdi.  Şahzadə 
tez  yerindən  durub  şiri  ovlamaq  üçün  həmin  yerə 
tələsdi. Hər cür döyüş silahları götürdü, atına minib şir 
olan  yerə  gəldi.  Elə  ki  şir  göründü,  şahzadənin  atı 
ondan  qorxub  qaçdı.  Şahzadə  atdan  enib  özünü 
yırtıcının  üzərinə  atdı.  İgidcəsinə  əl  uzadıb  yırtıcıya 
hücum eylədi. Şir də bu tərəfdən pəncəsini gərib, ağzını 
açdı və şahzadəyə hücum etdi. Şahzadə əlini dirsəyinə 
kimi  şirin  ağzına  soxdu.  Bir  anda  çəkib  hülqumunu 
qopardı. Şir dərhal gücdən düşüb yerə yıxıldı. Şahzadə 
şirin başını kəsib Bağdad şahının önünə gətirdi. Şah bu 
işdən şad olub əmr eylədi, şəhəri bəzədilər. Fağırlara və 
miskinlərə  sədəqələr  payladı.  Ondan  sonra  padşah 
şahzadəni  taxtına  oturdub  çox  böyük  rəğbətlə  tərif 
eylədi. Sonra da istədi ki, o iki qiymətli halqaları öz əli 
ilə  onun  qulağına  keçirə.  Elə  ki  oğlanın  kəsilmiş 
qulağını  gördü,  o  saat  tanıdı  ki  bu  onun  öz  oğludur. 
Ağlı  başından  gedib,  huşsuz  halda  yerə  yıxıldı.  Ayılıb 
özünə  gəldikdə  belə  dedi:  “Gözəllik  gözəlliyə 


75 
 
qovuşdu!” Oğlunu  yüz nazü-işvəylə bağrına basıb, üz-
gözündən doyunca öpdü. Bu qəfil hadisə bütün Bağdad 
şəhərinə  bir  anda  yayıldı.  Anası  da  onu  görüb  tanıdı. 
Şad olub, çox nəzir-niyaz dağıtdı. 
O  şahzadə  igidliyinin  sayəsində  qardaşının 
qatilindən  qisas  aldı.  Həm  də  qürbət  zəlilliyindən    və 
ata-ana ayrılığından qurtardı. 
Məhcubə dedi: 
-Bu məsəli onun üçün gətirdim ki, dünyada mərd 
olan  kəslər  həqiqətən  bilələr  ki,  şücaət  və  igidliyin 
təsirləri  çoxdur.  Onun  səbəbiylə  bir  çox  murada 
çatarlar.  Haqq-Təala  bütün  xalqı  o  xasiyyətin 
səmərəsindən  bəhrələndirə  və  səltənət  mülkünü  o 
hünərin nəticəsindən faydalandıra. 
 
 


76 
 
BEŞİNCİ BAB 
Səxavətin bəyanı 
 
Elə  ki  beşinci  gün  oldu,  dörd  cəhət  qübbəsinin 
şahı  olan  günəş  şərq  üfüqündən  üz  göstərib,  dünya 
aləminə  qızıl  tabaq  ilə  simü-zər  bağışladı.  Cahanın 
zülmət  paltarını  çıxarıb,  ağ  xələt  ilə  şərəfləndirdi.  Şah 
Səmmahın  taxtını  gözəl  atlaslarla  bəzədilər.  Şah  şan-
şövkətli və heybətlə səltənət taxtında təmkinlə əyləşdi. 
Səhərin başlanğıcından  ta axşam vaxtına kimi rəiyyətin 
məsələlərini  icra  edib,  ədalətlə  məşğul  oldu.  Əmirlər, 
vəzir-vəkillər  və  qoşun  başçıları  cürbəcür  bəxşişlər  və 
hədiyyələrlə mükafatlan-dırıldı. 
Elə  ki  ulduzların  şahı  bu  aləmdən  üz  döndərdi, 
qərb  ordusunun  əskərləri  şərqin  üzərində  qələbə  çaldı. 
Şah  Səmmah  əvvəlki  adəti  üzrə  məmləkətin  mühüm 
məsələlərinin 
həllini 
tamam  edib,  Əcubə  və 
Məhcubənin  yanındakı  məqamına  gəlib  əyləşdi.  Şah 
özünün rahatlıq şərəfi ilə onları şərəfləndirdi və söhbət 
zamanı onlardan soruşdu ki: 
-Alicənablıq  və  əliaçıqlıq  kimlərin  adətidir  və  o 
xasiyyət kimə daha çox layiqdir? 
Əcubə dedi: 
-Şahın  ömrü  əbədi  olsun.  Əliaçıqlıq  bir  qiymətli 
libasdır ki,  hər  yerdə rast  gəlinir və bir gözəl  bəzəkdir 
ki, bütün xalqın yanında sevimlidir. Hər kim əliaçıqlıq 
eyləsə çox gözəl olur. Amma səltənət məlikləri o sifətə 


77 
 
daha  çox  layiqdir.  Ona  görə  ki,  şahlar  səxavətdən  və 
bəxşişlərdən  əl  çəkib,  ənam  və  hədiyyə  qapılarını 
xalqın  üzünə  bağlamayalar.  Əgər  şahlar  qəddarlıqla 
xəsislik  eyləsələr,  onların  mülkünə  pozğunçuluq  və 
nöqsanlar  gələr.  Bəlkə  də  dağılma  və  məhv  olmanın 
qorxusu  yaranar.  Belə  bir  söz  demişlər  ki;  “O  vaxt  ki 
məliklər qızıl kimi olmadı, dövlət də qızıl kimi olmaz!” 
Bu  sözlərdən  sonra  aydın  olur  ki,  səxavət 
peyğəmbər yoludur və məliklər üzərində Allahdan əmr 
olunmuşdur.  Xalqdan  hər  kim  ki  alicənablıq  zinətini 
özünə  bəzək  eyləsə,  xalq  içərisində  həmişə  əziz  və 
möhtərəm olar. Comərdlik və səxavətdən neçə xeyirlər 
qazanar.  Hər  cür  rahatlıq  müşahidə  olunar.  Necə  ki,  o 
bəzirganın  qulamı  səxavətin  bərəkəti  ilə  böyük  şahlığa 
çatdı. 
Məlik Səmmah soruşdu: 
-Necədir o hekayət? 
Əcubə dedi: 
Səxavət barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlər  ki,  bir 
bəzirganın bir  alicənab qulamı var idi. Bəzirgan həmin 
qulamı  da  yanına  alıb  bir  iş  üçün  dəniz  səfərinə 
çıxmışdı.  O  gəmidə  hər  tərəfdən  çoxlu  adam  vardı. 
Gəmi  bir  müddət  yol  getdikdən  sonra  səmt  küləyi  əks 
istiqamətdə  əsməyə  başladı.  Bu  səbəbdən  gəmi  xeyli 
zaman  dənizdə  lövbər  salıb,  dayanmalı  oldu.  İş  o  yerə 
çatdı  ki,  gəmidə  yemək-içmək  azalmağa  başladı. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə