Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

69 
 
Kafir  bir  məktub  yazıb  adamlarına  göndərdi. 
Məktub  yerinə  çatan  kimi  bütün  əsirləri  gətirdilər. 
Sərkərdənin  oğlu  sözünə  əməl  edib  quldurbaşını  azad 
eylədi. 
Sən demə, bu əsirlərdən biri oğlanın öz atası qoca 
sərkərdə  imiş.  Oğul  elə  ki  atasının  üzünü  gördü,  bihuş 
olub  özündən  getdi.  Huşu  özünə  gəldikdə  ağlayıb 
atasının  əlindən-ayağından  öpüb,  hörmət-izzətlə  hal-
əhval  soruşub,  bu  vəziyyətin  necə  baş  verdiyini  xəbər 
aldı. 
Atası cavab verib dedi ki: 
-Sənin  məhəbbətin  məni  bu  dözülməz  əziyyətə 
saldı. 
Oğlu  da  öz  başına  gələn  bütün  sərgüzəştləri 
atasına  danışdı.  Ticarətə  göndərdiyi  malın  tələf  olub, 
gəmisinin qərq olduğunu bir-bir bəyan eylədi və dedi: 
-Ey  ata,  sənin  uğurlu  qeyrətinlə  Haq-Təala 
yardım edib, mənə başıma gələn o müsibət-lərdən sonra 
bu qədər çox mal və dövləti qismət eylədi. 
Sərkərdənin 
oğlu 
şücaətin 
bərəkəti 
və 
təhlükələrdən  ağılla  qurtulmanın  qüvvəsi  sayə-sində 
saysız-hesabsız var-dövlət qazanıb, atasını da dustaqlıq 
əziyyətindən və ölüm təhlükəsindən xilas eylədi. 
Məhcubə dedi: 
Çox  gözəl  dedin  bu  xoş  hekayəti  və  könül  açan 
məsəli.  Həm  də  bu,  o  şahzadənin  hekayəti  kimidir  ki, 
igidliyi  səbəbiylə  qardaşının  qanını  qatildən  aldı  və 


70 
 
neçə  müddət  qul  olduqdan  sonra  yenə  məlik 
dövlətxanasına yetişdi. 
Əcubə dedi: 
-Necədir o hekayət? 
Məhcubə dedi: 
İgidlik barədə Məhcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmişlərdir  ki, 
Bağdad  şəhərində  bir  padşah  var  idi.  Ölkə  xalqı  onu 
çox  sevər  və  hər  bir  əmrinə  can-başla  əməl  edərlərdi. 
Hökmü hər yerdə keçərdi. O padşahın bir oğlu var idi. 
İgidlik  məqamına  çatıb,  bacarıqlı  bir  oğlan  olmuşdu. 
Padşah  oğlunun  ağıl-kamalına  hədsiz  dərəcədə  mail 
olmuşdu.  Həmişə  onu  sevib-əzizləyər,  xatirini  əziz 
tutub, gözü önündə saxlayardı. 
Padşahın  iki  dənə  “gecə  çırağı”  adlanan 
mirvarisi
18
  var  idi  ki,  hər  birinin  qiymətinə  Qarunun
19
 
xəzinəsi  belə  yetməzdi.  Həmin  gövhərləri  qızıl 
halqalarla  bağlayıb  oğlunun  qulağına  taxmışdı  ki,  oğlu 
bu  bəzəklərdən  xoşhal  olsun.  Bu  şahzadə  həmişə 
ovçuluğa  həvəs  edib,  kef  və  nəşə  içərisində  şikara 
çıxardı.  Şahzadədən  başqa  heç  kəsin  o  ov  yerinə 
                                                           
18
 Bu mirvarilər gecə işıq saçdığı üçün bu adı almışdır. İran 
şahlarının əfsanəvi almazı. 
19
 Qarun – Dini rəvayətə görə, Musa peyğəmbərin zamanında 
yaşamış çox dövlətli bir adam. Dini rəvayətlərdə onun 
xəzinələrinin açarları bir qatar dəvənin yükü olduğu söylənir. 
Xəsisliyi ilə məşhurdur. 


71 
 
getməyə ixtiyarı yox idi. Ora elə bir yer idi ki, xoş ətirli 
və  cürbəcür  çiçəklərlə  cənnət  bağçası  kimi  bəzənib, 
insanda  gözəl  hisslər  oyadırdı.  Hər  tərəfə  elə  bil  ki, 
tovuz quşunun lələkləri kimi naxış vurulmuşdu. 
Bir  gün  şahzadə  o  gözəl  məkanda  ov  eyləmək 
üçün  şikara  çıxmışdı.  Qəfildən  bir  qorxunc  şir  çıxıb 
dəhşətli  hücumla  şahzadənin  üzərinə  cumub,  dəmir 
kimi  qüvvətli  pəncələri  ilə  bir  anda  tutub  şahzadəni 
parçalayıb  yedi.  Bu  faciəli  hadisəni  padşaha  xəbər 
verdilər.  Padşah  min  bir  ahu-zar  edib,  o  şiri  öldürmək 
üçün  qoşunu  da  götürüb  yola  düşdü.  Hər  tərəfdən 
qəhrəmancasına,  şirə    hücum  eylədilər.  Ancaq  şir 
pusquda dayanıb, adamları və atları bir-bir öldürüb yerə 
atırdı. Bu qayda ilə qoşunu tamam qırıb-çatdı. Heç kim 
ona  əl  yetirib, hətta bir  yara  belə vura bilmədi.  Padşah 
bu işə aciz qalıb geri döndü.  Ondan sonra heç kimsənin 
həvəsi olmadı ki bir də o yerlərə ayaq basa. 
Padşah  oğlunun  şirdən  qalan  parçalarını  dəfn 
eylədi.  Qulaqlarındakı  o  iki  dənə  gövhəri  alıb  şəhərdə 
car  çəkdirdi ki,  hər kim  o şiri  öldürüb mənim sinəmin 
yarasına  məlhəm  eyləsə,  bu  iki  gövhəri  çoxlu 
hədiyyələrlə  birlikdə  ona  verərəm.  Şah  nə  qədər  vəd 
eylədi,  igidləri  həvəsləndirməyə  çalışdı,  ancaq  heç 
kimin  cürəti  olmadı  ki  o  gövhərlərə  tamah  edib,  şirin 
həndəvərinə yaxınlaşa. 
O  sıralarda  Bağdad  şahının  arvadından  bir  oğlu 
da  dünyaya  gəldi.  Gözəl  xasiyyətlilik  və  mərdlik 


72 
 
yaradılışından  bəlli  oldu.  Sir-sifətindən  igidlik  yağırdı. 
Elə  ki,  vaxt  tamam  oldu,  fağır-füqəra  və  miskinlərə 
çoxlu  hədiyyələr  verib,  onları  sevindirdilər.  Oğlanın 
anası  qiymətli  gövhərləri  o  uşağın  qulağına  taxdı. 
Padşah arvadı ilə söhbət edərkən kefinin saz vaxtı bunu 
gördü.  Qeyrət  atəşi  ciyərini  yandırıb,  o  ölən  oğlunun 
ayrılıq həsrəti yenidən ürəyini dağladı. Hirslənib, acıqla 
körpənin  qulağını  gövhər-qarışıq  kəsib  anasının  əlinə 
verdi.  Padşah  bu  işə  o  qədər  qəzəblənmişdi  ki,  həmin 
uşağın hətta atalığından belə imtina edib, onu qul sifəti 
ilə  hardansa  gəlmiş  bir  bəzirgan  tapıb  satdı.  Bəzirgan 
həmin  şahzadə  uşağı  da  götürüb  Səmərqənd  tərəfə 
apardı. Orada uşağı bir qalanın başçısına satdı. 
Elə  ki  uşaq  bir  qədər  böyüdü,  tərbiyəsinə  xüsusi 
fikir verib, hərb qaydalarını və silahlarla rəftar eyləmək 
elmini  təlim  eylədilər.  Həddi-büluğa  çatanda  elə  bir 
igid, qoçaq və şir kimi bir oğlan oldu ki, oralarda tayı-
bərabəri tapılmadı. 
Bir  gecə  qalada  olan  adamlar  yuxuda  ikən  bir 
quldur dəstəsi o qalaya yol tapıb, qalanı zəbt eylədilər. 
Şahzadəni  uzaqda  görüb,  ona  heç  əhəmiyyət 
vermədilər. 
Şahzadə  qala  əhalisinin  bu  cür  acizlik  və 
zəifliyini  gördü,  qeyrət  damarında  qanı  cuşə  gəldi.  Bir 
göz  qırpımında  oddan  törəmiş  div  kimi  özünü 
quldurların ortasına atdı. Güclü bir yumruq zərbəsi ilə o 
quldurların  birini  öldürüb,  onun  qılınc-qalxanını  əlinə 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə