Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

65 
 
sərkərdənin
17
  oğlu  şücaəti  səbəbiylə  ehtiyac  və 
kasıblıqdan sonra çoxlu var-dövlətə qovuşdu. 
Məlik Əcubəyə dedi: 
Necədir o hekayət? Söylə eşidək. 
Əcubə dedi: 
İgidlik barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlər  ki,  Şam 
bölgəsində  bir  igid  sərkərdə  var  idi.  Neçə  illər  şahlara 
qulluq  etmişdi.  Onların  əmrlərinə  can-başla  əməl 
etdiyindən  çox  varlanıb,  özünə  hədsiz-hesabsız  var-
dövlət yığmışdı. O sərkər-dənin gözəl surətli və şirindil 
bir oğlu var idi. O oğlunu məktəbə qoyub elm və ədəb 
öyrətdikdən 
sonra 
silahlardan 
istifadə 
etmək 
qaydalarını  da  tamam  öyrətmişdi.  Axırda  bütün  var-
dövlətini onun öhdəsinə verdi və dedi: 
-Ey  oğul,  bundan  sonra  ömrüm  olduqca  heç  bir 
şeyə  ehtiyacım  yoxdur  və  bu  əsgərlikdən  təqaüdə 
çıxdım. Ona görə ki, işimdən mənə külli miqdarda var-
dövlət  gəldi.  İndi  isə  belə  məsləhətdir  ki  arzun  varsa, 
istədiyin qədər mal alıb ticarətlə məşğul olasan. 
Oğlan  atasının  məsləhətinə  əməl  edib  və 
tapşırığına  boyun  əyib,  xeyli  mal  alıb  ticarətlə  məşğul 
olmağa  başladı.  Elə  ki  cənub  dənizinin  sahilinə  çatdı, 
çoxlu  qazanc  xəyal  edib,  dəniz  səfərinə  həvəs  eylədi. 
Bir  gəmi  satın  alıb,  o  ölkənin  malları  ilə  gəmini 
                                                           
17
 Sərkərdə - Qoşun başçısı 


66 
 
doldurdu.  Xoş  əhvalda  o  gəmiyə  oturdu.  Bir-iki  gün 
gözəl  səmt  küləyi  olduğu  üçün  gəmi  xeyli  yol  getdi. 
Gecə qəfildən tufan başlayıb, dəniz təlatümə gəldi. Əks 
istiqamətdə külək başlayıb gəminin yelkənlərini dağıtdı 
və  lövbərləri  qırıb  dalğaların  öhdəsinə  buraxdı.  Dəniz 
quldurları  bu  başını  itirmiş  ticarət  gəmisini  görüb, 
hücum  eylədilər.  Onları  qarət  edib,  gəmini  də  dənizdə 
batırdılar. Çarəsiz qalan sərkərdənin oğlu özünü min bir 
əzab-əziyyətlə  başqa  bir  gəmiyə  çatdırıb  xilas  oldu. 
Bütün mal-dövləti əlindən çıxıb, tamam müflisləşdi və 
gətirdiyi  böyük  miqdarda  zəngin  sərvəti  əlindən  çıxdı. 
Belə  məlum  olur  ki,  mal-dövlətin  bolluğuna  etibar 
etmək olmaz. 
Elə ki sərkərdəyə xəbər çatdı, oğlu dəniz səfərinə 
çıxıb,  başına  da  bu  cür  işlər  gəlib,  çox  pərişan  oldu. 
Oğlundan  bir  soraq  almaq  məqsədi  ilə  hazırlıq  görüb 
arxasınca  yola  çıxdı.  Ta  ki,  cənub  dənizinin  sahilinə 
çatıb, oğlundan bir xəbər öyrənə. Bədbəxtlik üst-üstdən 
gəldi. O yerlərdə bir neçə kafir quldur var idi. Quldurlar 
çarəsiz  sərkərdəni  tutub  əsir  eylədilər.  Əvvəl  oğlunun 
düşdüyü  fəlakət,  ikinci  var-dövlətin  əldən  çıxması, 
üçüncü  qürbət  diyar  və  dördüncü  kafirlər  əlində  əsir 
olmaq. 
Sərkərdənin  oğlu  fəlakət  zamanı  mindiyi  gəmidə 
olan  tacirlərin  hər  birinə  mehribanlıq  göstərir,  onların 
yemək  artıqlarını  yığıb  öz  nəfsini  öldürürdü.  Qəfildən 
dənizin  üzündə  uzaqdan  bir  gəmi  peyda  oldu. 


67 
 
Dənizçilər  təcrübə  və  məharət  yolu  ilə  bildilər  ki,  bu 
quldur gəmisidir. Qəsdi  odur ki bunların gəmisini alıb, 
özlərini  əsir  və  mallarını  da  tarac  edələr.  Odur  ki, 
gəmidəki  adamların  qorxusundan  taqəti  kəsilib  bihuş 
oldular.  Acizlik  və  heyrət  içərisində  qalıb,  onların 
çoxluğunun qorxu-sundan az qaldı ki nəfəsləri kəsilsin. 
Elə  ki  sərkərdənin  oğlu  bunların  iztirab  çəkdiklərini 
gördü,  onlara  ürək-dirək  verib  dedi  ki,  neçə  ki  mən 
həyatdayam,  qoymaram  o  həramilərdən  sizə  bir  zərər 
yetişə.  Tacirlər  yığılıb  dedilər  ki,  əgər  bu  həramilərin 
hücumundan bizi xilas eyləsən, malımızın bir hissəsini 
sənə  verərik, halalın  olsun. Onlar sözü bir  yerə  qoyub, 
əhd eylədilər. 
Sərkərdənin  oğlunun  ox  atmaqda  kamil  məharəti 
var  idi.  Sərt  yay  çəkib,  oxu  çox  uzağa  atardı.  Havada 
uçan quşu uzaqdan nişan alıb, ox ilə dimdiyini iki yerə 
bölərdi.  Öz-özünə  fikir  edib  dedi  ki,  bu  işdə  ox-
kamandan  başqa  bir  şeyə  imkan  yoxdur.  O  saat  ox-
kamanı  hazır  eylədi.  Elə  ki  quldurlar  ticarət  gəmisinə 
hücum  etdilər,  sərkərdənin  oğlu  kamanı  əlinə  alıb 
onlarla  döyüşməyə  başladı.  Hər  oxu  atdıqca  onlardan 
birini  öldürürdü.  Bu  minvalla  o,  şücaəti  sayəsində 
quldurların  çoxunu  məhv  eyləyib,  onlara  qələbə  çaldı. 
Talançıların  var-yoxlarını  və  gəmisini  ələ  keçirdi. 
Tacirlər  ona  dua  edib,  əllərindən  nə  gəldisə  yardım 
etdilər. 


68 
 
Nəhayət, gəmidəkilərin hamısı sağ-salamat sahilə 
çıxdılar.  Gəmidə  verdikləri  sözlərinin  üstündə  durub, 
mallarının bir hissəsini ona verdilər. Sərkərdə oğlunun 
əlindən alınan malından daha çox mal əlinə gəldi. Fikir 
eylədi  ki,  Allahın  lütfü-kərəmindən  və  igidliyim 
sayəsində  daha  çox  dövlət  qazandım.  Artıq  tamahlıq 
eyləməyib,  vətənə  dönmək  lazımdır.  Olmaya  ki,  xam 
xəyal  edib,  yenə  belə  bir  bəlaya  düşəm.  –  deyib, 
əlindəki  mal-dövləti  də  götürüb  vətənə  doğru  getməyə 
başladı.  Odur  ki,  bir  neçə  gün  yol  gedib,  xeyli  mənzil 
qət  eylədi.  Qəfildən  yol  kəsən  həramilər  karvanın 
yolunu kəsib, istədilər ki bütün mallarını qarət edələr. O 
cavan  və  şirindil  cəngavər  silah  bağlayıb,  yel  qanadlı 
bir  ata  mindi.  Qeyzə  gəlib  şücaətlə  yay-ox  və  nizəylə 
ildırım kimi onların üzərinə şığıdı. Çoxunu qətlə yetirib 
yerə  sərdi.  Bu  davadan  sağ  qalan  quldurlar  qaçıb-
dağıldılar.  Onların  başçısı  yaralanıb  əsir  düşdü. 
Sərkərdənin  oğlu  istədi  ki  yer  üzünü  bu  pis  yaramazın 
şər  hərəkətindən  təmizləyə.  Qılıncı  çəkib  öldürmək 
qəsdi ilə üzərinə gəldi. Kafir aman diləyib dedi: 
-Əgər  mənim  canımı  bağışlasan,  sənin  yolunda 
çoxlu  mal-dövlət  qurban  edib,  əlimdə  nə  qədər  əsir 
varsa hamısını həbsdən azad eylərəm. 
Sərkərdənin oğlu dedi: 
-Sənin həyatının davamı bir neçə adamın xilasına 
səbəb  olacaqsa,  sənə  aman  verdim.  Amma  gərək  o 
dustaqları təcili gətirdəsən. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə