Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

61 
 
Qəflətən  həmin  quyuya  düşdü.  Bu  çirkin  fikirli  qulam 
tez xəzinəyə girib quyunun ağzını əvvəlki kimi bərkitdi 
və  sakitcə  öz  hücrəsinə  gəldi  ki,  o  hurimisal  və  pəriyə 
bənzər  qızı  zirzəmidən  çıxara.  Qız  özünü  qulamın 
şəhvət  qəzəbinə  düşdüyünü  görüb  fikirləşdi  ki,  bu 
məsələdə  təşvişə  düşmək  və  qəmlənmək  ağıllı  iş 
deyildir. Bunun çıxış yolu odur ki, onun hiyləsinə qarşı 
məkr  eyləyəm.  Necə  ki  demişlər:  “Fəsadçıya  fəsadla 
cavab ver”. 
Elə ki qulam onu zirzəmidən çölə çıxartdı, o aya 
bənzər  qız  gül  kimi  açılmış  halda  onun  üzünə  gülüb 
dedi: 
-Ey  dost,  neçə  müddətdir  ki,  mən  sənin  gözəl 
görkəminə  mail  olmuşam.  Belə  bir  günü  göydə 
axtarırdım,  yerdə  əlimə  düşdü.  Əgər  sənin  vaxtında 
mənə  meylin  olduğundan  xəbərim  olsaydı,  bu  qədər 
möhnət  və  məşəqqət  çəkməzdim.  Belə  olan  halda 
mənim  səninlə  dostluğumdan  o  vaxt  ləzzət  alarsan  ki, 
məni  bu  diyardan  alıb  başqa  bir  uzaq  diyara  aparasan. 
Elə  ki  xəlvət  bir  yerdə  sakin  olduq,  ayrılıq  əzabından 
qurtarıb,  könlümüz  necə  istəyirsə  o  cür  də  bir-
birimizdən kam alarıq. 
Bu  cür  sözlərlə  qulamı  aldadıb  sakitləş-dirdi.  O 
zaman  ki  axşamın  vaxtı  gəldi,  ayla  günəşi  bir-birinə 
qovuşdurmaq  üçün  padşahın  hərəmxanasından  qızı 
aparmağa gəldilər. Nə qədər axtardılarsa, qızdan xəbər-
ətər olmadı. Heç kim onun yerini bilmədi. Bəzirgan bu 


62 
 
tezliklə  bədbəxtliyin  hücumundan  çox  pərişan  oldu  və 
incindi. Tezliklə xalqın içərisində söz-söhbət yayıldı və 
hamı hüznlənib, təəssüf etdi. 
Bu  tərəfdən  də  qız  aşiq  qulamı  hər  cür 
mehribanlıq  və  yalanlarla  aldadıb,  xəzinənin  açarını 
ondan  oğurladı.  Gizlicə  açarın  üstünə  yazdı  ki,  “Ey 
xacə,  sənin  qızın  qulamın  otağındadır.  Bu  həyasız 
qulun  məqsədi  odur ki,  xacənin halını  və  məlik  tərəfin 
vəziyyətini  yoxlaya.  Qızı  çox  ehtiyatla  həbs  eyləyib”. 
Sonra açarı yenə də oğurladığı yerə qoydu. Qulamın bu 
işdən  xəbəri  olmadı.  Xacə  bir  iş  üçün  qulamı  çağırıb, 
xəzinənin açarını ondan aldı və istədi ki gedib xəzinəni 
açsın.  Açara  baxanda  o  yazını  görüb  oxudu.  O  saat 
vəziyyəti  padşahın  adamlarına  söylədi.  Padşaha  xəbər 
çatan  kimi  dərhal  əmr  eylədi,  qulamı  tutdular  və  qızı 
onun  saxladığı  yerdən  tapıb  çıxartdılar.  Qəddar  qulam 
ah-fəğan edib dedi: 
-Bu  işdə  mənim  günahım  yoxdur.  Bu  qız  mənə 
aşiq  olmuşdu  və  mən  bu  işdə  gör  ki,  Yusif
16
  kimi 
günahsızam. 
Məlik dedi: 
-Bu  iş  çox  müşkül  və  şübhəlidir.  Tamamilə 
araşdırılıb müəyyən olmayınca hökm çıxarmaq olmaz. 
Qız dərhal dedi: 
                                                           
16
 Yusif peyğəmbərin macərası nəzərdə tutulur. Quranda 
deyildiyinə görə, hz. Yusif Misirdə Züleyxanın fitnəsi ilə günahsız 
olaraq zindana atılmışdı. 


63 
 
-Allah qorusun. Əgər bu xəyanət məndən olsa idi, 
bu  həyasız  qulamın  bu  cür  əməlini  bildirməzdim  və 
onun 
xəyanətkar 
əlini  ismət  ətəyimdən  uzaq 
eyləməzdim.  Bu  lağımı  ki  bu  bədbəxt  öz  çörək 
xəzinəsində qazmışdır və açarı mənə verib, məni oraya 
göndərməsinin özü mənim günahsızlığıma şahiddir. 
Məlik dedi: 
-Əgər  doğrudan  da  onun  evində  bu  cür  lağım 
olsa, şəksiz aydın olur ki bu xəyanət o qulamdandır. 
Araşdırıb yoxladılar və gördülər ki qız düz deyir. 
Qulamın xəyanətkar olduğu ortaya çıxdı. 
Padşah  dərhal  əmr  eylədi,  o  qızı  dəbdəbə  ilə 
şahzadənin  otağına  apardılar.  Xain  qulamı  neçə  gün 
xalqın  qınağına  məruz  qoyub,  sonra  da  bir  çox 
əzablarla  incidib,  cəza  meydanında  dar  ağacından 
asdılar. 
Məhcubə dedi: 
-Bu  məsəli  onun  üçün  gətirdim  ki,  aləm 
mülkünün  sultanı  siyasət  tərəfi  ehtiyatsız  qoymayıb, 
əxlaqsızın zülmünə qarşı işi diqqətlə yoxlasınlar. Ta ki, 
sonralar  peşmanlıq  atəşi  ilə  yanmış  olmayalar.  Fitnə-
fəsad  əhli  bunların  qorxusu  səbəbindən  pis  əməllərdən 
və zülmü-inaddan özlərini uzaq edələr. Mehriban Allah 
bütün xalqı günahlardan və fitnələrdən həmişə qorusun. 
 
 


64 
 
DÖRDÜNCÜ BAB 
İgidlik və sözdən dönməmənin mədhi 
 
Dördüncü  gün  ki  böyük  nur  qaynağı  şərqin 
üfüqündən  baş  qaldırdı  və  cahanın  qara  paltarını 
çıxardıb qızılı xələtlər geyindirdi, şah Səmmah  padşah 
taxtında  qərar  edib,  məmləkətin  xeyir-karını  işıqlı 
yolların  şərtləri  üzərində  tamama  yetirdi.  Elə  ki  bu 
dünyanın  günəşi  qərb  diyarına  səfər  eylədi,  şah 
Səmmah  öz  hücrəsinə  gəlib  bir  saat  Əcubə  və 
Məhcubənin  xoş  söhbətlərini  dinlədi  və  bunların  bir-
birindən  seçilməyən  gözəl  ağıllarından  sual  etdi  ki, 
igidlik və şücaətin faydası nədir və bu şücaətin forması 
hansı xasiyyətdir? 
Əcubə dedi: 
-Şahın  ömrü  əbədi  olsun.  Şücaət  şərəfli 
xasiyyətdir.  Ona  görə  ki,  hər  kimin  yaradılışında 
sözündən  dönməməyə  bir  nişan  olsa,  mütləq  onun 
nəfsinə  bir  ziyan  yetişdiyi  vaxt  özünü  saxlamağa 
qüdrəti  çatar.  İgidlik  və  şücaət  necə  ki  xalqın  yanında 
bəyəniləndir,  Haqq  yanında  da  sevimlidir.  Necə  ki 
həzrəti  peyğəmbər  bir  hədisi-şərifində  buyurur: 
“İnsanlara  ziyanlıq  verən  bir  ilanı  öldürmək  qədər  də 
olsa  belə,  cürətli  və  comərd  olan  insanı  Allah-Təala 
sevər”.  Bu  işləri  yerinə  yetirməklə  də  neçə  bəlalar 
uzaqlaşar  və  neçə  xeyirlər  hasilə  gələr.  Necə  ki  o 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə