Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

127 
 
söhbətinə görə hörmətdən düşüb, pis xasiyyətli zərgərin 
tovlamasından ölüm sərhəddinə qədər gəldi. 
Məlik Səmmah soruşdu ki, necədir o hekayət? 
Əcubə dedi: 
Pis adamlardan uzaqlaşmaq barədə Əcubənin 
hekayəti 
Hekayət söyləyənlər belə nəql etmişlərdir ki, Fars 
bölgəsində bir məlik var idi. Onun da bir oğlu vardı ki, 
üzünün  gözəlliyində  tam  nöqsansız,  şirinlik  və 
zəriflikdə 
əvəzsiz,  abır-həya  əlamətləri  alnının 
parlaqlığında  görünən,  ölkənin  bəzəyi  olduğu  üz 
gözəlliyinin  aydın-lığında  müşahidə  olunurdu.  Onun 
arxasının  sağ  tərəfində  bir  qara  xal  peyda  olmuşdu. 
Məlik onu görüb dedi: 
-Hikmət  kitablarında  yazılmışdır  ki,  hər  kimdə 
bunun kimi bir nişan olsa, ona çox xətərlər toxunar və 
çox  təhlükələrə  düşər.  Amma  axırda  məlik    keçmiş 
zamanları da düşünüb yadına saldı ki, Allah-Təala belə 
buyurur:  “Həqiqətən,  hər  çətinlikdən  sonra  bir  asanlıq 
gələr!”
32
 
Elə  ki  şahzadənin  çağalıq  müddəti  keçib  getdi, 
dili açıldı və sevimli şəkildə danışmağa başladı. 
Padşahın  evinin  qonşuluğunda  bir  pinəçi  var  idi. 
Hər gecə-gündüz padşahın hədiyyələri ilə faydalanardı. 
Padşahın hərəmxanasından ona hər gün sifarişlər gəlir, 
                                                           
32
 İnşirah surəsi - 6
 


128 
 
o da onların ayaqqabılarını təmir edirdi. Bu vəzifə onun 
əlində idi. Qonşuluq haqqına əməl edib şah ona belə bir 
hörmət və ehtiramı layiq görmüşdü. 
Şahzadə  hər  gün  adəti  üzrə  pinəçinin  hücrəsinə 
gəlib, onunla söhbət edərdi. 
Bir gün padşah pinəçini öz hüzuruna çağırdı. Ona 
çox  hörmət  və  ehtiram  edib,  növbənöv  hədiyyələr  lütf 
eylədi. Kasıb olduğu üçün mərhəmətlə ona təsəlli verdi 
və dedi: 
-Yaxınlıq  və  qonşuluq  haqqına  əməl  etmək  çox 
gözəl  işdir.  Sən  bizim  dostumuz  və  qonşumuzsan.  Bu 
ciyərparam  səninlə  səmimi  dost  olmuşdur.  Mən  də 
istəyirəm  ki,  sən  buna  ünsiyyət  edəsən  və  dost  kimi 
həmsöhbət  olasan,  onu  çətin  vəziyyətlərə  düşməkdən 
saxlayasan.  Mən  də  səni  hər  cür  çətinliklərdən 
qoruyaram. 
Pinəçi  şaha  dua  oxuyub,  o  işi  canu-könüldən 
qəbul eylədi. 
Şahzadə  başında  daş-qaşla  bəzədilmiş  tac, 
əynində bahalı libaslar, ləl-cəvahirlə süslənmiş sırğalar 
qulağında  hər  gün  pinəçinin  hücrəsinə  gələrdi.  Pinəçi 
bir  neçə  gün  xidmət  şərtlərini  layiqincə  yerinə  yetirdi. 
Axırda  xəsislik  əlamətləri  daxilində  özünü  göstərdi. 
Rəhimsizcə  günaha  girib,  hiylə  və  məkrə  baş  vurub 
fikir  etdi  ki,  şahzadə  başdan  ayağa  var-dövlət  və  bol 
nemətlə  hazırlanmışdır.  Şahzadənin  özü  də  çox  gözəl 
və  arzu  olunandır.  Yaxşısı  budur  ki,  bir  yol  ilə  bu 


129 
 
qiymətli şeyləri ondan alım və oğlanı da bir uzaq şəhərə 
aparıb, baha qiymətə satam. Qalan ömrümü keflə başa 
vuram. 
Beləliklə o pis niyyətli, alçaq və bədbəxt şeytana 
uyub,  hərisliklə  içindəki  fitnə  atəşini  alovlandırdı. 
Ölkənin  yeganə şahzadəsini yad şəhərlərə aparıb satdı. 
Bir bəzirgan onu satın aldı. 
Elə ki padşah oğlunun yoxa çıxdığından xəbərdar 
oldu, sinəsini dərd ilə dağlayıb, min cür nalə və fəryad 
qopardı.  Axırda  Yaqub  pey-ğəmbər  kimi  səbr 
məqamına keçib sakitləşdi. 
Bu  tərəfdən  də  şahzadə  bəzirganın  hüzurunda 
böyüyüb, boya-başa çatdı. Bir neçə ildən sonra qəddü-
qamət çəkib, həddi-büluğa yetişdi. 
Bəzirgan  çox  ağıllı  və  elmli  bir  adam  idi.  Öz-
özünə fikir edib dedi ki, bundan sonra bu qulamı burada 
saxlamaq  bizə  günahdır.  Çünki,  evdə  gizli  saxlanarsa, 
bunun varlığından heç bir fayda  əmələ gəlməz. Dünya 
görüşü  olmayan  adamdan  nə  mənfəət  gözlənər?  Yox, 
əgər çöldə-bayırda olarsa, çox fitnələr olacaq. Çünki bu 
oğlan  can  alan  gözəlliyi  ilə  əvəzsizdir.  Bu  qədər 
gözəllikdə tayı-bərabəri yoxdur. Savab iş odur ki, bunu 
bir  sədaqətli  adamla  Fars  şahı  həzrətlərinə  hədiyyə 
göndərəm.  Yəqindir ki, şah bu qulamın qiymətini neçə 
qat artıqlaması ilə bizə ödəyər. 
Bəzirgan  özünün  bu  fikrini  bəyənib,  şahzadəni 
neçə  hədiyyələrlə  birlikdə  Fars  şahına  göndərdi.  Şah 


130 
 
onun  öz  oğlu  olduğundan  xəbərsiz,  qəbul  etdikdən 
sonra  xüsusi  hərəmində olan  qulamların  içinə  qatdılar. 
Hər gün şahın nəzarəti altında oldu. Belə ki,  az vaxtda 
yüksək  məqamlara  çatıb,  qeyri-adi  hərəkətləri  ilə  tay-
tuşlarından  seçilərək  şahın  xidmətində  yaxınlıq 
mərtəbəsinə çatdı. 
Şahın  bir  zərgəri  var  idi  ki,  həmişə  şahın 
xəzinəsinə xidmət edirdi. Qızıl və ləl-cəvahir  işlərini o 
görərdi. Şahzadə hər  gün gedib onun  yanında sənətinə 
tamaşa edərdi. Həddən artıq yaxınlıq səbəbindən zərgər 
ilə  mehriban  dost  oldu.  Elə  ki  şahın  xidmətindən  azad 
olurdu, onun yanına gəlib söhbət edərdilər. 
Bu  zərgər  xain  həmsöhbət  və  uyğunsuz 
həmməclis  idi.  Qulamın  o  dərəcədə  mülayim-liyini 
görüb  xam  xəyala  düşdü  və  çirkin  yolla  xəyanətə  üz 
tutub  sərvət  qazanmaq  istədi.  Fikir  eylədi  ki,  mənim 
yanımda  olan  bu  qədər  cəvahir  ki,  şahın  möhrü  ilə 
nişanlanmışdır. Əgər bu qulamı aldadıb şahın üzüyünü 
gətirdə  bilsəm,  çoxlu  xəzinə qazana bilərəm.  O  qəddar 
alçaq bu növ ilə məkri qarışdırıb şahzadəyə dedi: 
-Hər  gün  bu  sənətkara  lütf  göstərib  bizi  hüzur 
şərəfi  ilə  şərəfləndirirsən.  Bizə  etdiyin  bu  alicənablıq 
lütfünün  əvəzində  istəyirəm  ki,  mən  də  əldən  gəldiyi 
qədər  mükafat  edəm.  Necə  ki  demişlər;  “Yaxşılıq 
əvəzsiz  qalmaz!”  Amma  bu  işdə  çalışmaq  tərəfini  də 
əldən  qoymaq  olmaz.  Şahın  mübarək  üzüyündə  bir 
gözəl surət nəqşi vardır. Hər kimin ki elə bir üzük əlinə 


131 
 
keçsə,  hakimiyyət  onun  əlində  olar,  dünya  padşahlığı 
onun  əlində  cəmlənər.  Hər  nə  vaxt  ki  padşah  yorğun 
halda  yuxuya  getdi,  mübarək  barma-ğından  üzüyü 
çıxarıb  mənə  gətirərsən.  Mən  də  dərhal  o  nəqşin 
surətini  sənin  üçün  başqa  bir  üzüyə  həkk  edərəm. 
Beləliklə, tez bir zamanda səltənət taxtı sənin bu gözəl 
camalın ilə bəzənər. Amma o şərt ilə ki, vəzirlik işlərini 
mənə verər-sən. 
Bu yalan hiylə ilə şahzadəni aldatdı. 
Elə ki axşam vaxtı oldu, qulam fürsət tapıb şahın 
yataq  otağına  gəldi.  Tam  cürətlə  şahın  barmağına  əl 
uzadıb  yavaş-yavaş  üzüyü  çıxartmağa  başladı.  Şah 
dərhal  oyanıb  qulamı  tutdu və  soruşdu ki,  bu cürəti nə 
üçün etdin? Sənin bu üzüyə nə ehtiyacın var idi? 
Şahzadə  tutduğu  bu  səhv  işin  qarşısında  aciz 
qaldı. Şahın qəzəb atəşi alovlanıb, qəzəblə onun üzərinə 
düşdü.  O  saat  cəlladı  hüzuruna  çağırıb,  onun  qətlinə 
əmr verdi.  Elə ki  qulamın  geyindiyi  paltarı çıxartdılar, 
şahın gözü o xala sataşdı. Özünü o oğlanın üstünə atıb 
huşunu  itirdi.  Cəlladlar  və  başqa  xidmətçilər  şahın  bu 
işinə heyran oldular və mat qaldılar. 
Elə  ki  şah  özünə  gəldi,  o  doğma  oğlunu 
əzizləməyə başlayıb dedi: 
-Ey  canımın  dünyası,  ey  həsrətində  olduğum 
əzizim,  ey  gözəl  sevgili  oğlum,  sən  mənim  gözümün 
işığı  və  ömrümün  meyvəsisən.  Alçaq  pinəçinin  hiyləsi 
bizi bu ayrılığa saldı. 


132 
 
Oğlan  da  şahdan  üzrlər  dilədi  ki,  o  pis  yaramaz 
zərgərin dostluğu məni bu ədəbsizliyə vadar etdi. 
Şah  zərgəri  çağırıb  onun  canına  aman  verib, 
yüngül cəzalandırdı və dedi: 
-Baxmayaraq  ki  bu  iş  bağışlanmalı  deyil-dir. 
Amma  bu  şərəfli  oğluma  qovuşma  sevinci  ilə  ölümə 
hökm  etmək  insaf  yolu  deyildir.  Şahzadəyə  də 
nəsihətlər edib dedi: 
-Diqqətli  ol  ki,  gələcək  zamanlarda  yaramaz 
adamların  söhbətlərindən  uzaq  olasan.  Ta  ki,  bunun 
kimi müxtəlif bəlalı işlərə mübtəla olmayasan. 
Məhcubə dedi: 
-Çox  gözəl  maraqlı  gətirdin  bu  incə  hekayəti  və 
bu  şərəfli  məsəli.  O  vəzir  oğlunun  hekayəti  də  bunun 
kimidir  ki,  oğul  həccama  söhbət  yoldaşı  olduğu 
səbəbdən mal-dövlətdən uzaq oldu. 
Əcubə soruşdu ki, necədir o hekayət? 
Məhcubə dedi: 
Pis adamların söhbətini tərk eləmək barədə 
Məhcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmişlər  ki,  bir 
vəzirin iki oğlu var idi. Birinin adı Kafi, o birisinin adı 
Vafi  idi.  Alicənablıq  nişanələri  və  söz  dinləmə  şərəfi 
hər birinin yaradılış xüsusiyyətlərində bəlli idi. Düzgün 
əxlaqlı  olmaq  və  elm  öyrənmək  üçün  vəzir  onları 
məktəbə  göndərdi.  Bu  yolda  hədiyyə  qapılarını  açıb, 
hörmət və ehtiramda bir dəqiqə də olsun vaxt itirmədi. 


133 
 
Ta  ki  bunlar  oxuyub,  elm  və  hünər  sahibi  olmağı  çox 
istəsinlər. 
Kafi  böyük  qardaş  idi.  Çox  tələbkar  və  tam 
qeyrətlə  müzakirələrdə  iştirak  edib,  elmləri  öyrənməyə 
məşğul oldu. Bilik yarışlarına və elm öyrənməyə həvəs 
göstərib,  alimlik  dərəcəsinə  çatmağı  özünə  məqsəd 
eyləmişdi. Belə ki, az zamanda bütün elmlərin sirlərinə 
və  gözəl  xasiyyətlərə  sahib  oldu.  Kiçik  qardaşı 
məktəbdə  bir  həccamın  oğlunu  özünə  dost  eyləyib, 
hünər  qazanmaq  üçün  elm  öyrənməkdən  uzaqlaşıb, 
faydasız əyləncələrə məşğul oldu. O həccamın oğlu ilə 
elə mehriban oldu ki, bir saat ondan ayrı olmazdı. Heç 
vaxt  ondan  yaxşılıqlarını  və  hörmətini  əsirgəməzdi.  O 
da dostluq haqqını yerinə yetirib, ona nəsihətlər edərdi 
ki, bu dünyada oxumağın bir faydası yoxdur. Bu hədər 
bir  əziyyətdir.  Ömrün  ləzzəti  cavanlıqdadır.  Bu  vaxtı 
yeyib-içib kef etmək və nəfsimizi öldürməklə keçirmək 
lazımdır.  Şükür  Allaha,  var-dövlətin  çox.  Gəl  yeyək-
içək,  ömrümüzü  zövqü-səfa  ilə  keçirək.  –  deyib,  bu 
yolla  onu  doğru  yoldan  azdırdı.  Axırda  Vafi  elm 
öyrənməyi  tərk  edib,  şeytanın  təhrikiylə  nəfsinin 
istəklərinə tabe oldu. 
Bu  aralarda  vəzir  bu  bəla  mənzili  və  möhnət 
çırağından  uzaqlaşıb,  dövlətxana  işlərindən  aralanaraq 
səyahət eyləmək fikrinə  düşdü. Elə ki vəzirin oğlanları 
da  hazırlıq  şərtlərini  yerinə  yetirib,  məktəbi  başa 
vurdular, şah onları yanına gətirib dedi: 


134 
 
-Bu  vəzirlik  işi  sizin  haqqınızdır.  Sizlərdən  hər 
hansınız  zəka  və  bilikdə  üstündürsə,  bu  vəzirlik 
xidmətinə onu təyin edim. 
Odur  ki  onları  yoxlayıb  şahlıq  fərasəti  ilə  gördü 
ki,  Kafi  çox  dərrakəlidir  və  yaxşı  oxumuşdur.  Bu 
vəzifəyə  o  layiqdir.  Ona  görə  də  bir  çox  hədiyyələrlə 
vəzirlik  xələtini  ona  verib,  bütün  vəzirlik  işlərini  və 
xəzinənin möhürünü də Kafiyə təslim eylədi. Vafi kor-
peşman  o  yığıncaqdan  dönüb  getdi.  Atadan  qalma 
miras hissəsini də alıb o dostu olan bədbəxt ilə kefə və 
oyunlarla  məşğul  olmağa  başladı.  Axırda  həcca-mın 
oğluna qoşulub əlindəki miras malını başlarına sovurub 
yox  etdilər.  Sonda  Vafi  dərdli  dərvişlər  kimi  kasıblığa 
və yoxsulluğa mübtəla oldu. 
Nəhayət,  Kafi  onun  yoxsulluğundan  xəbərdar 
oldu,  o  saat  qardaşlıq  hissi  hərəkətə  keçdi  və  insaf 
dənizi  cuşə  gəldi.  Qardaşını  çox  hörmətlə  öz  sarayına 
gətirib  var-dövlətinə  nəzarətçi  təyin  eylədi.  Vafi  bir 
neçə  vaxt  bolluq  və  naz-nemət  içində  yaşadı.  Bir  gün 
həccamın  oğlu  hiyləgərliklə  köhnə  dostunun  yanına 
gəlib dedi: 
-Bu  qardaşınla  sən  həqiqətən  də  bir  nəsilə 
aidsiniz.  Sən  özünü  bunun  kimi  bir  adamın  əli  altında 
saxlayırsan.  Bu,  qeyrətli  və  mərd  adam-ların  yanında 
çox çirkin və qəbul  edilməzdir. Bu cürbəcür  yaltaqlığı 
ki  qardaşın  sənə  göstərir,  sənə  rəhmi  gəldiyindən 
deyildir.  Bəlkə  də  ehtiyat  üçün  belə  edir.  Qorxur  ki, 


135 
 
birdən sən üzə durarsan və vəzirlik işində onunla ortaq 
olmağı  tələb  edərsən.  Əgər  icazə  versən  bir  yol 
fikirləşərəm  ki,  şahın  ona  acığı  tutub  öldürə  və  onun 
gördüyü  bütün  işlər  sənə  verilə  və  sən  bu  minnət 
əzabından  xilas  olasan.  İş  belədir  ki,  sən  onun  kefinin 
yaxşı  vaxtında  barmağındakı  üzüyü  istəyib,  onu  alıb 
mənə gətirərsən. Mən də o üzük vasitəsi ilə elə bir əməl 
edərəm ki, səni muradına çatdıraram. 
Ağılsız Vafi eşitdiyi bu sözlərin nə qədər yaramaz 
və 
alçaqlıq  olduğunun  mənasını  düşünmədən 
məğrurlandı  və  gələcəkdə  özünün  yüksək  kürsülərdə 
olduğunu  xəyal  edərək,  həmin  üzüyü  qardaşından  alıb 
həccamın  oğluna  verdi.  O  məkrli  hiyləgər,  vəzirin 
üzüyünü  bir  arvada  verib,  arvadı  məlikənin  hüzuruna 
göndərdi və dedi: 
-Məlikənin yanına get və de ki, bu üzüyü satıram. 
Amma istəyirəm ki, sənin üzüyünlə dəyişək. 
Arvad elə ki məlikənin hüzuruna getdi, ləl üzüyü 
ona göstərdi və özünü elə apardı ki, guya bu dəllaldır. 
Şahın arvadı belə şeylərə çox həvəsli idi. Elə ki, o 
üzüyü gördü, ondan xoşu gəlib almaq istədi. 
Dəllal arvad dedi: 
-Bu ləl üzüyü sənin barmağındakı üzüklə dəyişək. 
Mənim  bu  ləl  üzüyüm  qiymətdə  iki  sənin  üzüyünün 
qiyməti  qədərdir.  Ona  görə  də  bu  üzük  sənin  kimi  şah 
arvadına layiqdir. Mən isə bunu satıram.  İstəyirəm ki, 
ləyaqətsiz adama qismət olmasın. 


136 
 
Dəllal  arvad  bu  cür  hiylə  və  məkrlə  məlikəni 
aldatdı. Məlikə də elə düşündü ki, bu ticarətdə daha çox 
fayda  vardır.  Vəzirin  üzüyünü  alıb,  öz  üzüyünü  ona 
əvəz  verdi.  Yazıq  məlikənin  bu  işin  sirrindən  xəbəri 
yox  idi.  Dəllal  arvad  sevincək  oradan  çıxıb  düz 
həccamın  oğlunun  yanına  gəldi.  Həccamın  oğlu  o 
üzüyü Vafiyə verib dedi: 
-Bu  saat  Kafinin  yanına  get.  Ona  yaxınlaşıb  bu 
üzüyü guya hədiyyə kimi ona ver və de ki, bu üzükdə 
elə  bir xüsusiyyət var ki,  əgər şahın  gözü buna sataşsa 
sənin hörmətin onun yanında birə beş artacaq. 
Bədbəxt  Vafi  o  üzüyü  alıb  vəzirin  xid-mətinə 
getdi və həmin sözləri söyləyib,  o üzüyü Kafiyə  verdi. 
Biçarə  Kafi  də  olan  işlərdən  xəbərsiz,  həmin  üzüyü 
barmağına  keçirib  şahın  hüzuruna  getdi.  Şahın  gözü 
qəfildən  həmin  üzüyə  sataşdı.  Öz  arvadının  üzüyünü 
vəzirin  barmağında  görüb,  o  saat  özündən  getdi.  Huşu 
özünə  gəldikdə  barigahdan  qalxıb  hərəmxanaya  doğru 
getdi.  Vəziyyəti  aydınlaşdırmaq  üçün  arvadını  yanına 
çağırıb dedi: 
-Əlini irəli tut! 
Arvad  tərəddüdsüz  əlini  padşahın  önünə  uzatdı. 
Padşah  vəzirin  üzüyünü  arvadının  barmağında  gördü. 
Qeyrətindən  o  qədər  hiddət-ləndi  ki,  bir  müddət 
quruyub  yerində  qaldı.  Qəzəbinin  çoxluğundan  istədi 
ki, yaralanmış sinəsinə dərman əvəzi olaraq onu öldürə. 
Amma  bir  qədər  fikirləşib  sakitləşdi  və  öz-özünə  dedi 


137 
 
ki,  bu  hadisənin  nə  cür  baş  verdiyinin  içinə  ağıllı  bir 
tədbirlə  yetmək  olar.  Bu  sirri  elə  açmaq  lazımdır  ki, 
günahsız  adamlar  bu  siyasətdə  günahkar  olmayalar. 
Odur ki arvadından soruşdu: 
-Bu ləl üzüyü sənə kim bağışladı? 
Arvad sədaqətlə sözə başlayıb dedi: 
-Bunu  mənə  bir  dəllal  arvad  gətirdi.  İkimizin  də 
razılığımıza əsasən öz üzüyümlə dəyişdim. 
Padşah  arvadının  bu  sözlərini  qəbul  edib,  vəziri 
hərəmxanasına gətirtdi və soruşdu: 
-Bu üzüyü hardan aldın? 
Vəzir dedi: 
-Bunu mənə qardaşım hədiyyə gətirdi. 
Padşah  dərhal  üzüyü  vəzirdən  aldı  və  onu  həbs 
edib  əmr  etdi,  vəzirin  qardaşını  gətirdilər.  Padşah 
Vafiyə diqqətlə baxıb tam mülayimliklə arvadının nişan 
üzüyünü ona göstərib dedi: 
-Bu üzüyü heç bir yerdə gördüyün varmı? 
Vafi o saat cavab verdi ki, bu üzük məlikənindir. 
Şah dedi: 
-Elədir!  Amma  sən  ki,  mənim  arvadıma  yaxın 
deyilsən.  Nədən  bildin  ki  bu,  bizim  arvadın  şəxsi 
malıdır? 
Bu açıq dəlilin cavabında aciz olub, Vafinin nitqi 
bağlandı. 
Padşah dedi: 


138 
 
-Əgər  doğrusunu  söyləsən,  mənim  hökmü-
siyasətimdən  xilas  olarsan.  Yoxsa  ki,  yalan  danışdın, 
çox əziyyətlərə məruz qalacaqsan. 
Bu sözdən Vafi çox qorxdu və günahını boynuna 
alıb dedi: 
-Doğrudur,  bu  ədalətsizliyə  mən  səbəb  oldum. 
Amma məni bu tora həccamın oğlu saldı. 
Şah  buyurdu,  vəziri  yüksək  dərəcəylə  taxtına 
keçirdilər.  Vafini  də  lüt  soyundurub,  şəhərdən 
qovdular.  Həccamın  oğlunu  da  bir  çox  əzab-
əziyyətlərlə dara çəkdilər. 
Məhcubə dedi: 
-Bu  qəribə  məsəli  və  əcaib  hekayəti  onun  üçün 
gətirdim  ki,  ağıllı  adamlar  bu  cür  işlərin  mənasında 
ehtiyatlı olub, yaxınlıq ülfətini bədəsil adamlardan uzaq 
edələr. 
Haq-Təala  bütün  xalqı  şər  söhbətlərdən  saxlasın. 
Bu  qəribə  hekayətləri  və  əcaib  təmsil-ləri  onun  üçün 
söylədik ki, bu kitabı oxuyanlar və dinləyənlər bundan 
nəsihət  alıb,  gözəl  əxlaqa  sahib  olalar.  Pis  əxlaqdan 
həmişə çəkinələr. Aləmlərin sahibi olan Allahu-Təala o 
adamı bu sifətlə xoşbəxt eyliyə ki, bu kitabı oxuduqda 
müəllifini və katibini xeyir dualarla yada salalar. 
Kitabın sonu 
Hər kim yazdı bu kitabı bit-təmam
Biövnillah və həsünət-tövfiq 
Rəhmət eyliyə ona Rəbbül-ənam. 
 


139 
 
 
 
 
 
İstifadə olunmuş ədəbiyyat: 
 
1.
 
DEDE KORKUD KİTABI (Baskı: Özyurt Matbaacılık, 
Ankara – 2014) 
2.
 
Ərəb  və  fars  sözləri  lüğəti  (Bakı,  Yazıçı  nəşriyyatı  – 
1985) 
3.
 
Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars 
sözləri lüğəti (Bakı, “MAARİF” nəşriyyatı – 1981)  
4.
 
KUR`AN-I  KERİM  ve  renkli  kelime  meali  (SEDA  
YAYINLARI – Fatih – İSTANBUL – 2012) 
5.
 
QURANİ – KƏRİM (Bakı, Azərbaycan dilinə tərcümə, 
8-ci nəşri – 2005) 
 
 


140 
 
MÜNDƏRƏCAT 
 
Ön söz əvəzi........................................................ 
Əcubə və Məcubənin hekayəsi........................ 
“Əcubə və Məcubə dastanının başlaması 
 
BİRİNCİ BAB 
Ədalət və insafın sifətləri......................................... 
Ədalət və insaf haqqında Əcubənin hekayəti............. 
Ədalət və insaf haqqında Məcubənin hekayəti.............. 
 
İKİNCİ BAB 
 Mülayimlik və ciddiliyin sifətləri......................... 
Ədalət və insaf haqqında Əcubənin hekayəti 
Ədalət və insaf haqqında Məcubənin hekayəti 
 
ÜÇÜNCÜ BAB 
Araşdırma və yoxlamadan sonra siyasətdə oturma...... 
Araşdırmadan  sonra  siyasətin  bəyanı  barədə  Əcubənin 
hekayəti......................................................................... 
Araşdırmadan sonra siyasət barədə Məcubənin hekayəti 
 
DÖRDÜNCÜ BAB 
İgidlik və sözdən dönməmənin mədhi.................  
İgidlik barədə Əcubənin hekayəti................................ 
İgilik barədə Məcubənin hekayəti............................... 
 


141 
 
BEŞİNCİ BAB  
 Səxavət və comərdliyin bəyanı........................ 
Səxavət barədə Əcubənin hekayəti................. 
Səxavət və bağışlanma barədə Məcubənin hekayəti 
 
ALTINCI BAB 
 Əmanətin qorunması......................................... 
Əmanətin qorunması barədə Əcubənin hekayəti 
Əmanətin qorunması barədə Məcubənin hekayəti 
 
YEDDINCI BAB 
 Qısqanclıq və paxıllığın rədd edilməsi................ 
Paxıllığın məzəmməti barədə Əcubənin hekayəti 
Paxıllığın məzəmməti barədə Məcubənin hekayəti 
 
SƏKKİZİNCİ BAB 
Qadınların sirr saxlaya bilməmələri haqqında 
Qadınların sirr saxlamaq barədə Əcubənin hekayəti 
Qadınların sirr saxlamaq barədə Məcubənin hekayəti 
 
DOQQUZUNCU BAB 
Pis adamların söhbətindən uzaqlaşmaq...................... 
Pis adamlardan uzaqlaşmaq barədə Əcubənin hekayəti 
Pis adamlardan uzaqlaşmaq barədə Məcubənin hekayəti 
 
İstifadə olunmuş ədəbiyyta.............................................. 
 


142 
 
ƏCUBƏ VƏ 
MƏHCUBƏNİN 
HEKAYƏTLƏRİ 
 
Çapa imsalanıb: 15.12.2016 
Kağız formatı: 60x84 1/16 
Həcmi: 12 ç.v. 
Sayı: 300 
 
 
 
 
 
 
Kitab “Yeni Poliqrafist” MMC-nin mətbəəsində hazır 
diopozitivlərdən çap olunmuşdur 
 
 


143 
 
 
Əflatun Hüseynoğlu (Keşəli) 
1962-ci  il,    maya  ayının  11-də  Gürcüstanın 
Borçalı  mahalının(dağ  Borçalı)  Başkeçid 
bölgəsinin 
Yırğançay 
kəndində 
anadan 
olmuşdur.  Cənc  yaşlarından  dini  dəyərlərə 
meyilli olmuş, Qurani-Kərimi oxumuşdur. Hal-
hazırda  Borçalının  (aran  Borçalı)  Marneuli 
rayonunun  Keşəli  kəndində  yaşayıb-yaradır. 
İndiyə  kimi  üç  şeir  kitabı  işıq  üzü  görüb. 
Şeirləri  və  publisistik  məqalələri  dövrü 
mətbuatda müntəzəm çap olunur. 


144 
 
 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə