Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

122 
 
hesab  eyləyirdi.  Gedib  başına  gələn  əhvalatı  qarıya 
söylədi. Axırda da ah-zar edib dedi: 
-Sənin  bacarıq  və  qabiliyyətinə  tam  inanıram. 
Mehriban analığınla lütf eylə, bir hiylə fikirləş ki, o ləl 
yenə  mənim  əlimə  qayıtsin.  Bu  işi  yerinə  yetirsən  çox 
savab  qazanarsan,  həm  də  analıq  borcunu  yerinə 
yetirmiş olarsan. 
Qarı dedi: 
-Bu  asan  məsələdir.  Sən  könlündən  qəmi  çıxart 
və bax gör ki, yaxın zamanda o kənizi o ləl ilə birlikdə 
sənin  otağına  necə  gətirəcəyəm.  İcazə  vermərəm  ki 
yaramaz casuslar fələk olsalar belə, hətta min gözləri də 
olsa, o sirri bilələr. 
Qarı  o  saat  hiyləgərlik  libasını  geyinib,  falçılar 
kimi padşahın sarayına gəldi. Qapıda durub tədbirlə və 
gözəl  sözlərlə  oradakıları  özünə  məftun  edərək,  şahın 
xüsusi  hərəmində  olan  pərdadarlara  mehribanlıqla  yol 
tapdı,  onlarla  yaxınlıq  əldə  eylədi.  Axır  fürsət  tapıb, 
şahın xüsusi hərəminə girib, kənizi xəlvətə çəkdi. Onun 
sağ-soluna baxıb, çox ehtiyatla dedi: 
-Allah  saxlasın.  Bəd  gözlər  sənin  mübarək 
üzündən uzaq olsun. Bu zərif yaradılışa və incə üzə min 
əhsən  ki,  Haq-Təala  sənə  vermiş  və  hər  zinətə  sənin 
vücudunu  layiq  görmüşdür.  Bu  gün  filan  bəzzazın 
evində  idim.  Onun  arvadına  ulduzların  hökmü  ilə  fal 


123 
 
açırdım.  Bəzzazın  özü  səfərdə  imiş.  Xita
31
  tərəflərdən 
üç növ qızılı parça göndərib ki, çox gözəl toxunmuş və 
yaqutla,  dürrlə  bəzədilmişdir.  Sənin  bu  qəşəng  qədd-
qamətinə  layiq  və  gözəlliyinə  münasibdir.  Əgər 
qədəmlərinə  zəhmət  verib,  gizlicə  o  bəzzazın  evinə 
getsən,  həmin  parçaları  sənə  satın  alaram.  Onlar  ki 
sənin əlinə keçə, şahın sənin vüsalına həvəsi daha artıq 
olacaq. O biri gözəllərdən sevgi və məhəbbətini kəsib, 
bütün həvəs və istəyini ancaq sənə bağlayacaq. 
Bu  yolla  daha  bir  neçə  ovsun  oxuyub  kənizi 
həvəsləndirdi və məftun eylədi. Özü isə o saat bəzzazın 
yanına gəldi və dedi: 
-Filan günə vədə verdi ki, o günə hazır ol. Elə ki 
kəniz  o  hiylənin  səbəbiylə  tora  düşdü,  qeyd-şərtsiz  və 
tərəddüdsüz  onun  sağlığından  keçib,  ləli  o  biri 
cəvahirlərlə  alarsan.  Dəvə  gördünmü?  –  deyənə  də, 
izindən də xəbərim yoxdur, - deyərsən. 
Bəzzaz  bu  deyilənlərdən  çox  şad  oldu.  Nəhayət, 
deyildiyi  kimi,  bütün  hazırlıqlar  görüldü.  Lakin  o,  bu 
hiylənin  sonrasından  çox  narahat  oldu.  Öz-özünə 
fikirləşdi  ki,  bu  əməli  yerinə  yetirməyi  qadınından 
gizlətmək  olmaz.  Çünki,  bu  iş  mənim  evimdə  olacaq. 
Ona görə də onu da bu sirrdən agah etməliyəm – deyib, 
sevinc  içərisində  arvadının  otağına  girdi.  Arvadı 
soruşdu ki, bu sevinc və şadlığına səbəb nədir? 
                                                           
31
 Xita – şərq ölkələrinin birində yaşayış yeri 


124 
 
Bəzzaz cavab verib dedi: 
-Allah-Təala  əziz  adının  bol  mərhəməti  ilə  bizi 
qazanc  çətinliyinin  əziyyətindən  xilas  etdi.  Filan 
ortağım  bizə  bir  kimyagər  qulam  göndərir  ki,  əlindən 
bir saatda min misqal qara misi xalis qızıla döndərmək 
gəlir. Amma ay arvad,  yadında bərk saxla, bu sirri heç 
kimə  demək  olmaz.  Yoxsa  zülmkar  padşah  qəsd 
eyləyib ləli zorla aldğı kimi, qulamı da əlimizdən alar. 
Bu  işin  üstündən  bir  neçə  gün  keçdi.  Bir  gün 
bəzzazın arvadı bir yaxının toyuna getdi. Bu toy xanlar 
yığnağı  və  sultan  qadınlarının  məclisi  idi.  Bəzzazın 
arvadı  kimyagər  qulamın  qüruru  ilə  şah  və  vəzirin 
qızlarının baş tərəfinə keçib oturdu. Onun bu hərəkətini 
tənqid  edib,  ədəbsizliyini  üzünə  vurdular.  Onun  bu 
məclisdəki  hərəkətlərini  çox  hörmətsiz  qarşı-ladılar. 
Qadın  qəzəbin  hiddətindən  səsi  gəldiyi  qədər  çıgırıb 
dedi  ki,  kimyagər  qulamın  vasitəsilə  mənim  ərimin  bir 
günlük qazancı min şah və vəzirin sərmayəsi qədərdir. 
Onların qızları mənim kimi adamın üzərinə çıxması və 
onlara məndən üstün fərq qoyulması düzgün deyildir. 
Bu söz qulaqlara düşüb, xalq arasında tez yayıldı. 
Axırda gedib şaha da çatdı. Dərhal bəzzazı tutub saraya 
gətirmək  əmr  olundu.  O  qulam  haqqında  sorğu-sual 
etdilər.  Bəzzaz  iztiraba  düşüb  nə  qədər  inkar  etdi,  and 
içdi,  inanmadılar.  Axırda  məcbur  olub  evi  axtardılar. 
Heç  bir  şey  tapa  bilmədilər.  Şah  o  işdən  məyus  olub, 
bəzzazı azad etdirdi. 


125 
 
Kim  ki  arvada  sirr  versə,  başını  yelə  verər. 
Bəzzaz  da  arvadın  sir  saxlamağına  etimad  etdiyi 
səbəbdən günahsız yerə neçə zəhər şərbəti içdi. 
Məhcubə dedi: 
-Bu  məsəli  onun  üçün  gətirdim  ki,  ta  fərasətli 
adamlar  yanında  bilinə  ki,  arvadlardan  sirri  gizli 
saxlamaq  Allahdan  əmrdir  və  bunlara  sirr  açmaq 
tamam  ağılsız  bir  hərəkət  və  bəyənilməyən  pis  işdir. 
Haq-Təala  bütün  xalqı  bunların  pis  əqidə  və 
düşüncələrindən  böyük  mərhəməti  ilə  qoruya,  ondan 
uzaq eyləyə. 
 
 


126 
 
DOQQUZUNCU BAB 
Pis adamların söhbətlərindən uzaqlaşmaq haqqında 
 
Doqquzuncu gün ki aləmləri bəzəyən günəş, yəni 
dörd  fələk  taxtının  hökmdarı  özünə  məxsus  üfüq 
hərəmindən  üz  göstərib  ulduzların  məclisini  dağıtdi, 
şah Səmmah səltənət taxtında oturub şahlığa lazım olan 
işlərə  əməl  edərək,  rəiyyət  məsələlərini  ədalətlə  icra 
etdikdən  sonra  isirahət  otağına  gəlib  Əcubəni  kənara 
çəkib  xalq  ilə  söhbət  və  müzakirə  əhvalından  soruşdu 
və dedi: 
-O  kimdir  ki,  məliklər  xidmətinə  yaxın  ola  və  o 
kimdir ki, padşahların söhbətlərindən uzaqlaşdırıla? 
Əcubə dedi: 
-Şahımızın 
ehtişamı  artıq  olsun.  Məliklər 
söhbətinə  layiq  olan  bir  tayfadır  ki,  əsil-nəsəbdə  və 
ləyaqətdə  elm  şərəfi  ilə  şərəflənmiş  ola  və  onların 
söhbətlərindən könüllərə səfa  gələ.  Həm  də onlar duz-
çörək haqqını gözləyəndirlər. Bu cür adamların səmimi 
görüşünə  mail  olub,  onlara  rəğbət  eyləmək  gərəkdir. 
Bir  tayfa  da  var  ki,  cahil  və  yaramaz,  alçaq  və  əsilsiz 
olarlar.  Onlardan  uzaq  durmaq  və  əlaqə  göstərməmək 
lazımdır.  Çünki,  onların  söhbətlərindən  pis  şeylər 
törəyər  və  daxili  gözəllikləri  olmaz.  Onlarda  inam 
çatışmamazlığından  başqa  heç  nə  müşahidə  olunmaz. 
Necə  ki  o  məlikzadə  alçaq  və  yaramaz  dostunun 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə