Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

95 
 
gün  ərəfə
24
  günü  idi.  Evinə  gəlib  adəti  üzrə  namaza 
durmuşdu ki, birdən su qabına qoyduğu dinarlar yadına 
düşdü.  Fikirləşdi  ki  namazdan  sonra  götürüb  saxlayar. 
Namazını bitirdikdən sonra su qabını yerində görməyib, 
halı  pərişan  oldu.  Təşvişlə  qadınından  su  qabını 
soruşdu.  Qadını  hadisəni  söyləyib,  adamın  su  qabını 
gətirmədiyini  dedi.  Zahid  peşman  olub,  bu  hadisədən 
qəmgin oldu. Nəhayət, qəzaya təslim olub, Haqqa şükür 
eylədi. 
Qurban  bayramı  günü  idi.  Zahid  müridinin 
gətirdiyi  öküzü  kəsib,  ətini  fağır-füqəraya  dağıtdi. 
Qadınına  dedi  ki,  bu  öküzün  qarnını  və  bağırsaqlarını 
mənim 
yanımda 
təmizlə. 
Ta 
ki, 
onların 
təmizlənməsində  dinə  görə  bir  qüsur  olmasın.  Qadın 
zahidin  əmriylə  öküzün  qarnını  yardı.  Bu  vaxt  zahidin 
gözü  dinar  dolu  kisəyə  sataşdı.  Bu  işə  təəccübündən 
mat qaldı və dedi: 
-Bu  öküzün  hekayəti  Samiri  hekayətindən 
maraqlı  və  bəni  İsrailin  inək  hekayətindən  də 
qəribədir
25
.  O  qızılları  alıb  haqqa  çoxlu  dua  və  şükür 
eylədi. Həm də o hadisənin əzabından xilas oldu. 
Məhcubə dedi: 
-Bu  hekayəti  onun  üçün  gətirdim  ki,  Allah  bir 
kimsəyə  halal  mal  qismət  eyləyəndə,  heç  bir  xəyanət 
                                                           
24
 Qurban bayramından bir gün əvvəl 
25
 Quranın Bəqərə surəsindəki rəvayətlər nəzərdə tutulur 


96 
 
ona  təsir  etməz.  Etsə  də,  halal  mal  yenə  də  sahibinə 
qayıdar. Halallığa zaval yoxdur. Haramlıqla əldə edilən 
mal  isə  asanlıqla  əldən  çıxar  və  ancaq  öz  halal  malına 
sahib ola bilərsən. Necə ki, qəssabın öküzə verdiyi halal 
pulu və zahidin dinarları özlərinə qayıtdı. 
 
 
 
 
 
 
 
 


97 
 
YEDDİNCİ BAB 
Qısqanclıq və paxıllığın rədd edilməsi 
 
Yeddinci  gün  ki  günəş  ulduzu,  yəni  gur  işığın 
qaynağı  yer  üzünü  nurlu  camalı  ilə  öz  nuruna  boyadı, 
şah  Səmmah  məmləkət  taxtında  oturub  həqiqət  və 
doğruluq  yolu  üzərinə  dövlət  məsələlərini  yerinə 
yetirdi. Kefi açıldı. Bütün işləri tamam olduqdan sonra 
istirahət  otağına  gedib  yerini  rahatladı.  Əcubə  və 
Məhcubənin rahatlıq verən söhbətlərindən könlü açıldı. 
Söhbət  zamanı  soruşdu  ki,  paxıllıq  və  həsəddən  necə 
fəsad və zərər əmələ gəlir və o pis xasiyyətə tabe olub, 
ona inanmaqla ortaya nə çıxır? 
Əcubə dedi: 
-Şahımız  hər  bəladan  uzaq  olsun.  Həsəd  və 
qısqanclıq  canda  fitnə  və  cəsəddə  bir  bəla,  xəstəlikdir. 
Bu  cəhətdəndir  ki,  qısqanc  adamın  üzü  həsəddən 
həmişə  xəstə  kimi  zəif,  arıq  və  cansızdır.  Qısqanc 
adamın  canı  həmişə  arzusuna  çatmamağın  qorxusu  ilə 
əzab-əziyyət  çəkər.  Ona-buna  həsəd  aparan  adam  hər 
iki  dünyada  məğlub  olar.  Həsəd  və  qısqanclıqdan  heç 
kim yüksək məqam və ali dərəcə əldə edə bilməz. Necə 
ki demişlər; “Qısqanc adam xoşbəxt olmaz!” Hər kimsə 
ki  həsədi  səbəbiylə  paxıllıq  eylədiyi  haqqında  fikri 
inkar  edə,  mütləq  özünü  pis  bir  qədərə  kiriftar  eyliyər. 
Necə  ki  o  şahın  arvadı  öz  hiyləsi  ilə  iki  saç  hörüyünü 
bada verdi və məqsədinə çatmayıb rüsvay oldu. 


98 
 
Məlik Səmmah soruşdu: 
-Necədir o hekayət? 
Əcubə dedi: 
Paxıllığın məzəmməti barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlərdir  ki,  bir 
zərgər  bir  padşahın  qonşuluğunda  yaşayırdı.  Bu 
zərgərin  bir  ay  üzlü,  gümüş  bədənli  qızı  var  idi  ki, 
cəlbedici  gözəl  gözlərinin  hiyləsi  görənləri  aldadıb  öz 
toruna  salmaqda  Samiri  sehrini  aciz  buraxırdı.  O 
padşahın  həmin  qıza  gözü  düşüb,  eşqini  ona  bağladı. 
Baxmayaraq  ki  tayı  deyildi,  amma  heç  bir  yaş  fərqinə 
əhəmiyyət  vermədən,  iradəsinin  gücü  ilə  şəriət 
qaydasınca nikah edib zərgərin qızını dəbdəbəli şəkildə 
öz  sarayına  gətirdi.  Elə  ki  bu  qızla  ünsiyyət  edib 
yanında oturdurdu, gözəl qoxusu və əxlaqı ilə padşahın 
ruhuna  rahatlıq  gəlib  incə  və  gözəl  hərəkətlərini,  gözə 
işıq verən təravətini görür, hər an meyli onun hüsnünə 
artıq  dərəcədə  bağlanırdı.  Ona  aşiqliyi  qat-qat  artırdı. 
Padşahın əvvəlki arvadı bu hala qısqanclıq edib zərgər 
qızına həsədindən və paxıllığından qəlbini qəm atəşinin 
kürəsi  edib,  özünü  qəm-qüssə  və  həsrət  odunda  əritdi. 
Fikir  eylədi  ki,  bu  işə  səbr  eyləmək  olmaz.  İndi 
məsləhət  odur  ki,  bir  hiylə  eyləyib  zərgər  qızının 
hüsnü-camalını  bir  hiylə  ilə  çirkinləşdirmək  lazımdır. 
Ta  o  qüsurlu,  çirkin  surət  və  pis,  mütənasibsiz  bədəni 
səbəbiylə şahın qəlbindəki eşqi ondan bir qədər aralana 
və  şahın  gözündən  düşə.  Beləliklə,  şahın  ürəyi  ondan 


99 
 
soyuya  və  sevgi  ülfəti  və  məhəbbət  istəyi  onun 
haqqında kəm ola. 
Belə  fikirləşib  dərhal  şahın  xüsusi  pərdədarını 
yanına  çağırdı.  Ortaya  pərdə  salıb,  pərdənin  arxasında 
sözə  başlayıb,  əvvəlcə  hiylə  və  məkrdən  bir  qədər  söz 
edib, pərdədara gözəl bir dillə fikrini bəyan edib dedi: 
-Ey pərdədar, sən mənim yaxşı xidmətçim  və xoş 
qədəmli,  ən  yaxın  və  çox  etibar  etdiyim  adamımsan. 
Həmişə  mənim  qayğı  nəzərim  sənin  üzərindədir. 
Məkrlə  mənim  etmək  istədiyim  hər  şeyə  sevinirsən. 
Bizim qulluğumuzda sənin çoxdan bəri hüququn sübut 
olunmuşdur.  İndiki  halda  sənin  bizim  xidmətimizdən 
ayrılmağına çox təəssüf edirəm. Dünən gecə bu zərgər 
qızı şahın hüzurunda o qədər sənin haqqında pis danışdı 
ki,  uyğunsuzluq  və  qəbahət  söyləmə-yində  heç  nəyi 
əskik qoymadı və əlavə etdi ki, bizim pərdədarımız elə 
olmalıdır  ki,  gözəl  görünüşlü  və  xoş  simalı  ola.  Ona 
görə ki  bu tayfa şah  dərgahında  yaxınlıq  mərtəbəsində 
dururlar.  Əgər  bunlardan  bir  kimsə  hər  şeyi  tez 
qavrayan  ağıldan  nəsibsiz,  düşüncə  və  dərrakədən 
bəhrəsiz,  cin  kimi  bir  surətlə  yaramaz  ola,  mülkün 
dövlətsizliyinə  səbəbdir.  Filan  şəxs  gözəl  əxlaqla 
məşhurdur.  Bu  işi  ona  vermək  lazımdır  –  deyib,  bu 
qayda ilə çox sözlər söylədi. Şah da o hiyləğər qadının 
sözünü  səmimiyyətlə  qəbul  eylədi.  Nəbadə  ki  onun  o 
sözləri yerini ala. Mən qorxuram ki sənin kimi sədaqətli 
dostun xidmətindən məhrum və bəhrəsiz qalam. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə