Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

78 
 
Səyyahlar  ərzaq  qıtlığından  əziyyət  çəkib,  ah-fəryad 
eylədilər.  Bəzirganın  isə  yemək  ehtiyatı  bol  idi.  O 
adamlar  çarəsizlikdən  bəzirgandan  baha  qiymətə 
yemək-içmək 
satın 
alıb 
nəfslərinin 
istəyini 
öldürürdülər. Bəzirgan da həddən artıq varlı idi. Amma 
xəsislikdə  heç  kim  ona  çata  bilməzdi.  Öz  qulamına 
gündə  bir  parça  çörək  və  bir  qədər  su  verirdi.  Ərzaq 
ehtiyatını  çox  ciddi  şəkildə  qoruyurdu.  Gözləyirdi  ki, 
müştərilər daha çox pul versinlər. 
Gözəl  bir  qız  da  öz  yaxınlarından  bir  adamla  o 
gəmidə  idi.  Onların  azuqəsi  tamamilə  qurtarıb,  cah-
cəlallı  dövlətdən  yoxsulluq  zillətinə  düşmüşdülər. 
Küləyin  tərs  əsməyi  onlara  da  acı  şərbət  içirmişdi. 
Bəzirganın  qulamı  həmin  qızın  bu  cür  aciz  qaldığını 
görüb, alicənablıqla öz  yemək-içməyini ona verər, özü 
isə çox vaxt ac-susuz qalardı. 
Qız bir gün mehribanlıqla qulama dedi: 
-Ey qulam, sənə çox zəhmət oldu. Ağan sənə yüz 
minnət  ilə bir loxma çörək verir, sən də  alicənablıq və 
qəlbi genişliklə onu mənə verirsən. Belə görünür ki, sən 
çox  səxavətli  adamsan.  Əlbəttə  bu  əliaçıqlıq  da  səni 
hörmət  etməyə  meyl  etdirir.  Heç  olmasa  arabir  öz 
nəfsinin  ehtiyaclarına  da  əməl  eylə.  Mən  sənin 
qismətindən bir içim suya da qane olaram. 
Qulam dedi: 
-Yaxşılıq  və  xeyirxahlıq  barədə  hər  nəyə  ki 
qadirəm, bacardığımı insanlardan əsirgəmərəm. 


79 
 
Bir neçə müddət qulam bu yolla öz xeyirxahlığına 
davam  eylədi.  Ta  o  vaxta  qədər  ki,  xəsis  bəzirgan  bu 
sirri  bildi  və  hirslənərək  qəzəbli  halda  heç  nə 
düşünmədən o qulamı dənizə atdı. Allahın sonsuz lütfü 
dənizdə  köməksiz  qalan  o  qulamı  qorudu.  Bir  parça 
taxtanın  üstünə  çıxıb,  dənizin  üzündə  qaldı.  Könlünü 
Haqqa  bağlayıb,  bir  neçə  müddət  dənizdə  üzdü. 
Nəhayət,  böyük  Allahın  mərhəməti  ilə  bir  sahilə 
yetişdi.  Kənara  çıxıb  bir  qədər  dincəldikdən  sonra 
yemək  tapmaq  ümidi  ilə  sahildə  gəzməyə  başladı. 
Təsadüfən  çox  qiymətli  bir  yaquta  rast  gəldi.  Çəkisi 
təxminən  yüz  misqal
20
  olardı.  O  qiymətli  yaqutu  da 
götürüb bir yaşayış məskəninə doğru getməyə başladı. 
Bu  tərəfdən  də  bəzirgan  tutduğu  işə  çox  peşman 
olmuşdu.  Təəssüflənərək  ah-zar  eylədi.  Ancaq 
peşmançılığın nə faydası olacaqdı ki? Artıq gec idi. 
Axır ki, səmt küləyi əsməyə başladı və gəmi sağ-
salamat  sahilə  yan  aldı.  O  diyarın  padşahı  ov  üçün 
həmin  sahilə  gəlmişdi.  Sahildəki  gəmi  diqqətini  cəlb 
elədi.  Gəlib  gördü  ki,  bu  bir  ticarət  gəmisidir.  Tacirlər 
də  sahilə  çıxıb  dincəlirlər.  İstədi  ki  onlardan  bir  qədər 
mal  ala.  Qəfildən  gözləri  o  qızın  aya  bənzər  üzünə  tuş 
oldu.  O  gözəl  əndamın  qəmzə  oxu  padşahın  ürəyini 
hədəfə  alıb  kirişindən  qopdu  və  kölünü  ovladı.  Padşah 
onlarla  məsləhətləşib,  qızı  şəriət  yolu  ilə  özünə  nikah 
                                                           
20
 Misqal- 4.68 qrama bərabər qədim çəki vahidi  


80 
 
eylədi.  Böyük  dəbdəbə  və  təmtəraqla  vüsal  otağına 
gətirdi.  O  qıza  yenə  də  səadət  üz  göstərdi.  Günbəgün 
var-dövləti artmağa başladı. Bir neçə müddət bu qayda 
ilə  yaşadılar.  Axırda  ölüm  vəkili  və  heçlik  mələyi  o 
padşaha hücum eylədi. Padşah bu möhnət evindən köç 
eyləyib,  axirət  evinə  yola  düşdü.  Ancaq  padşahın  heç 
bir varisi yox idi ki ölkəyə sahib və rəiyyətə hakim ola. 
Xalq  həmin  qızı  məcbur  edib  hakimiyyət  taxtında 
oturtdular.  Bütün  qoşun  və  rəiyyət  hamılıqla  o  qızın 
padşahlığını qəbul edib, ona tabe olub itaət eylədilər. 
Yazıq  qulam  tək-tənha  o  qiymətli  gövhəri  də 
götürüb  alver  məqsədi  ilə  şəhərbəşəhər  bir  müddət 
gəzib-dolaşdı.  Bir  gün  bir  yığıncaqda  tacirlər  söhbət 
edib, öz mallarını bir-birinə  göstərirdilər. Qulam  gəzə-
gəzə  gəlib  onların  məclisinə  çıxdı.  İstədi  ki  o  qiymətli 
gövhəri  onlarla  sövdələşib  sata.  Əlində  sərmayə  edib, 
onunla başını dolandıra. Qəfildən xəsis bəzirgan  oraya 
gəldi.  Qulamı  görüb  tanıdı.  Onun  sağ  qalmağına  çox 
təəccübləndi.  Qulamın  əlindəki  gövhəri  görüb,  ona 
tamahı  düşdü  və  istədi  ki  onu  qulamın  əlindən  alsın. 
Birdən nalə və fəryad eyləyib dedi: 
-Ay  camaat,  neçə  illərdir  ki,  bu  qəddar  və 
hiyləgər mənim ciyərimə həsrət atəşi vurub, mənə zülm 
eyləmişdir.  Mən  də  dəli  külək  kimi  əsib-coşuram. 
Gözlərimdən  sel  kimi  yaşlar  axır.  Neçə  zamandır  ki, 
aləmi  gəzib-dolaşıram.  Bu  qiymətli  gövhəri  hələ  neçə 
nəfis cəvahirlərlə birlikdə məndən oğurlayıb qaçmışdır. 


81 
 
Qulam onun bu sözlərini inkar eylədi. Hər ikisi o 
qədər  mübahisə  etdilər  ki,  axırda  iş  vuruşmağa  gəlib 
çıxdı.  Bəzirganlar  onları  sakitləşdirib,  belə  məsləhət 
eylədilər  ki,  onlar  bir  hakim  yanına  getsinlər.  Hakim 
onların  mübahisəsini  ədalətlə  həll  eyləsin.  Tacirlər 
onları başa salıb dedilər ki, bu yaxında bir böyük şəhər 
vardır.  Oranın  padşahı  çox  ədalətli  bir  qızdır.  Bunun 
kimi davalar onun hüzurundan başqa yerdə həllini tapa 
bilməz.  Onun  hüzuruna  getməyiniz  məsləhətdir.  Ta  ki, 
haqqı  batildən  ayırıb  qəzəbinizə  hökm  eyləyəsiniz. 
Orada  sizin  əlinizə  gözəl  dəlillər  veriləcək.  Haq  və 
nahaq ortaya çıxacaq. 
Bəzirgan  və  qulam  onların  məsləhəti  ilə  padşah 
olan  şəhərə  doğru  yol  alıb  getdilər.  Elə  ki  padşahın 
hüzuruna  gəldilər,  bəzirgan  öz  şikayətini  dilə  gətirdi. 
Padşah pərdə arxasından diqqət edib, yəqinliklə qulamı 
tanıdı.  Bir  az  tərəddüd  edib  fikirləşdi  ki,  bu  qulam 
dənizə  düşmüşdü.  Görəsən  nə  yolla  xilas  olmuşdur? 
Yenə  düşündü  ki,  Haq-Təala  səni  möhtac  ikən  padşah 
eylədi.  Onu  dəryadan  xilas  eyləmək  Allahın  əlində 
çoxmu çətin işdir? Bu fikirlərlə pərdə arxasından dedi: 
-Ey  qulam,  xilas  doğru  söyləməkdədir.  Qorxma, 
hal-qəziyyəni  doğru  söylə  görək,  bu  qiymətli  gövhəri 
necə  əldə  eylədin?  Harada  əlinə  keçdi  və  bu  bəzirgan 
səndən nəyə görə gövhəri tələb edir? 
Qulam  başına  gələnləri  danışmaq  üçün  bir  qədər 
duruxdu. Ondan sonra tam cürətlə cavab verib dedi: 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə