Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   ...   30


 
mənə  bir  kitab  göstərdi.  İri  həcmli,  iki  cilddən  ibarət 
olan bu kitab çox gözəl hazırlanmış və xüsusi bir qabın 
içərisində  yerləşdirilmişdir.  Qabın  üzərində  türkcə 
“DEDE 
KORKUD 
KİTABI” 
yazılıb. 
Mənə 
Azərbaycanda  və  Türkiyədə  indiyə  qədər  nəşr  olunan 
bütün  Dədə  Qorqud  kitabları  tanışdır.  Ancaq  bu 
həcmdə araşdırılması ilə birlikdə görməmişdim. Maraq 
məni  götürdü və  kitablara baxmağa başladım. 1-ci  cild 
840  səhifə  olub,  çox  nəfis  bir  şəkildə  tərtib  edilmişdir. 
Aralarda  verilmiş  20  ədəd  illüstrativ  miniatür  şəkillər 
adamı heyran edir. Kitabda Dədə Qorqud hekayələrinin 
Drezden  nüsxəsinin  türk  dilinə  tam tərcüməsi  və  onun 
əsasında müasir türk alimlərinin fərqli araşdırmaları yer 
alıb.  2-ci  cild  576  səhifədir.  İkisi  birlikdə  tam  1416 
səhifə... 
Bəs ikinci cilddə nə var? 
İndiyə  qədər  istər  Azərbaycanda,  istərsə  da 
Türkiyədə  tədqiq  və  nəşr  olunan  bütün  Dədə  Qorqud 
kitabları  Drezden  nüsxəsi  əsasında  hazırlanmış  və 
oxuculara  təqdim  olunmuşdur.  Vatikan  nüsxəsindən 
isə,  adını  çəkməkdən  başqa,  oxuculara  demək  olar  ki, 
heç bir məlumat verilməmişdir. 
Türkiyə 
Odalar 
və 
Borsalar 
Birliyinin 
təşkilatçılığı  və  bu  birliyin  başqanı  M.  Rifat 
Hisarcıklıoğlunun  dəstəyi  ilə  2014-cü  ildə  Ankarada 
nəşr  olunan  bu  ikicildliyin  2-ci  cildi  Drezden  və 
Vatikan  nüsxələrinin  ərəb  əlifbası  ilə  yazılmış 



 
orijinallarının  fotosurətləridir.  Bu  ikicildlikdə  də 
Vatikan  nüsxəsi  haqqında  ancaq  bir-iki  ümumi  cümlə 
yazılmışdır, vəssalam... 
Ərəb  əlifbasını  oxuya  bilməyim  mənim 
köməyimə  çatdı  və  gördüm  ki  mən  bunu  oxuya 
bilərəm.  
Təbii  ki,  1-ci  cildi  çox  diqqətlə  nəzərdən 
keçirdim.  Kitabın  çox  gözəl  və  zövqlə  hazırlanmasına 
söz  ola  bilməz.  2-ci  cild  Drezden  və  Vatikan 
nüsxələrinin  fotosurətləridir  və  çox  gözəl  tərtib 
edilmişdir.  Belə  bir  iş  ilk  təşəbbüs  olduğundan,  bu 
kitabı  hazırlayanlara  dərindən  təşəkkür  edirəm!  Dədə 
Qorqud  kitabının  orijinalı,  tarixində  ilk  dəfə  nəşr 
olunaraq öz xalqına çatdırılır! 
Kitabın  2-ci  cildini  başdan  axıra  kimi  səbirlə 
oxudum.  Kitabın  2-ci  hissəsindəki  Vatikan  nüsxəsinin 
əvvəlində verilmiş başqa bir əsərə ilk dəfə rast gəldiyim 
üçün  daha  çox  marağımı  cəlb  elədi.  Əsər  “Hekayəti 
lətifeyi  Əcubə  və  Məhcubeyi-zərifə”  (Əcubə  və 
Məhcubənin  incə  və  zərif hekayətləri)  adlanır və  Dədə 
Qorqud  hekayələrinin  bir  hissəsi  ilə  birlikdə  hicri 
tarixlə  918-ci  ildə  (miladi  hesabla  1512-1513-cü 
illərdə)  “Sidqi”  təxəllüslü  Seyyid  Əhməd  bin  Həsən 
Bali  adlı  bir  nəfər  tərəfindən  yazılmışdır.  Bu  adam 
milliyyətcə  türk  olub,  o  zamanlar  Misirin  Qahirə 
şəhərində yaşamışdır. Bundan artıq onun haqqında heç 
bir məlumat bizə gəlib çatmamışdır. 



 
Əsərin  gözəlliyi  və  şirinliyi  məni  valeh  eylədi. 
Ancaq  internet  saytlarından  və  digər  mənbələrdən 
araşdırmalarım bu əsər haqqında mənə heç bir məlumat 
vermədi.  Əsərin  elm  adamlarının  və  folklorşünasların 
nəzərindən  nə  üçün  yayındığı  da  mənə  qaranlıq  qaldı. 
Bəlkə  də  kim  tərəfindənsə  araşdırılıb,  ancaq  mənə  rast 
gəlmədi. Sadəcə olaraq, belə bir əsərin varlığı haqqında 
bir  neçə  qısa  cümlədən  ibarət  olan  məlumatlarla 
rastlaşdım,  vəssalam.  Bunun  üçün  də  bu  əsəri  əski 
yazıdan  tərcümə  edib,  bu  günkü  dillə  azərbaycanlı 
oxuculara çatdırmaq fikrim-dən keçdi. 
 Nəhayət,  bu  işə  qərar  verdim.  Lakin  bir  çox 
çətinliklərlə  qarşılaşdım.  Əsəri  qələmə  alan  katib  öz 
giriş  sözündə  qeyd  edir  ki,  o,  bu  əsəri  köhnə  fars 
dilindən türkcəyə tərcümə edib. Ancaq bu “türkcə” XVI 
əsrdə  işlənən  ədəbi  türk  dilidir.  Bu  dil  ərəb,  fars  və 
qədim türk sözlərinin qarışığından ibarət olub, çox çətin 
anlaşılandır.  Bu  günkü  hər  hansı  sadə  azərbaycanlı  və 
yaxud  türk  oxucusu  bu  əsərin  orijinalındakıları  başa 
düşməkdə çətinlik çəkərlər. 
Əsərin  tərcüməsi  üzərində  işləyərkən  bir  neçə 
lüğət  kitabından  və  dini  əsərlərdən  istifadə  eylədim. 
Zənnimcə  çox  maraqlı  olan  bu  əsər  oxucuların  da 
diqqətini cəlb edəcək. Çünki, əsər dini ruhda yazılıb və 
maraqlı  hekayətlər  yolu  ilə  hər  səviyyədən  olan 
oxucular  üçün  öyüd-nəsihət  kitabı  olaraq  nəzərdə 
tutulmuşdur. 


10 
 
Doğrudur,  bu  əsərin  “Kitabi  Dədə  Qorqud” 
dastanları  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Bəlkə  elə  bu 
səbəbə  görə  qorqudşünaslar  ona  o  qədər  də  əhəmiyyət 
verməmişlər. 
“Əcubə  və  Məhcubənin  hekayətləri”  şərq 
xalqlarının ibrətamiz hekayətlərindən ibarət bir əsərdir. 
Bu  əsərdə  verilmiş  ayrı-ayrı  hekayətlərin  heç  biri 
digərini  tamamlamır.  Hər  bir  hekayət  ayrıca  bir  çox 
dəyərli  ibrətamiz  nəsihətdir  ki,  onlar  elə  bu  günün 
özündə də heç vaxt öz əhəmiyyətini itirməmişdir. 
Hörmətli  oxucular,  bu  kitabda  verilmiş  şərq 
xalqlarının nəsihət yollu hekayətlərinin bəzilərinə başqa 
kitablarda  da  rast  gəlmək  olar.  Məsələn;  altıncı  babda 
“Əmanətin  qorunması”  başlığı  altında  Əcubə  və 
Məhcubənin dilindən verilmiş hekayətlər buna misaldır. 
Kitabın əvvəlindəki münacat xarakterli yazını bu 
günkü oxucular üçün əhəmiyyətsiz hesab edərək ixtisar 
eylədim. Ümumi məzmununu isə başda bir neçə cümlə 
ilə verməklə kifayətləndim. Əgər gələcəkdə hansısa bir 
tədqiqatçı  alim  bu  əsəri  daha  dolğun  və  geniş  formada 
tərcümə  edib  nəşr  etdirəcəksə,  bəri  başdan  ona  da  öz 
dərin təşəkkürümü bildirirəm! 
Bu  kitabı  orijinalına  uyğun  olaraq  “Əcubə  və 
Məhcubənin  hekayətləri”  adı  altında  tərtib  edib 
oxuculara  təqdim  edirik.  Ümidvaram  ki,  geniş  oxucu 
kütləsi və elmlə məşğul olanlar üçün maraqlı olacaq. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə