Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   ...   30

19 
 
təbiətinə  uyğun  gözəl  sözlər  söyləyib,  hər  kəsin 
xasiyyətinə  uyğun  şəkildə  danışardı.  Belə  ki,  elm  əhli 
və  sadə  insanlar  cani-dillə  onu  diqqətlə  dinləyib, 
məftun oldular. Axır ki, Teyfurun belə gözəl qabiliyyəti 
və  xoş  söhbətcil  olduğunu  Əzizi-Misrə  xəbər  verdilər. 
İş o yerə çatdı ki, Teyfuru eyş-işrət və kef məclislərinə 
dəvət eylədilər. Nəhayət,Teyfur Əzizə yaxınlıq əldə edə 
bildi.  O  saat  o  qədər  gözəl  hekayətlər  və  gözəl  şerlər 
oxudu ki, Əzizi-Misir o sözlərin şirinliyinin ləzzətindən 
musiqiçiləri  tərk  edib,  o  gözəl  sözləri  dinləməyə 
başladı.  Axırda  şah  ona  mükafat  olaraq  əynindəki 
libaslarından  daha  bahalı  xələtlər  verib  buyurdu  ki, 
həmişə  bizim  məclislərimizdə  iştirak  eylə.  Ta  ki  sənin 
faydalı  elmindən  bəhrələnək  və  insana  şövq  verən 
söhbətlərindən ləzzət alaq. 
Teyfur  həmin  dəqiqə  Əzizin  önündə  baş  endirdi 
və yer öpərək dedi: 
-Həzrəti  Əzizin  fərmanına  müti  və  xidmətinə 
canu-dil ilə boyun əyib, qüdrətli dövlətinə üz sürtməyə 
çalışaram. 
Beləliklə, 
bu 
yolda 
gecə-gündüz 
Əzizin 
xidmətinə  davam  edib,  məclislərində  iştirak  etməyə 
başladı.  Öz  söhbətlərini  o  dərəcəyə  çatdırdı  ki,  Əzizi-
Misiri özünün hünərlərinə tabe etdi. Belə ki, padşah bir 
an  və  bir  saat  onun  söhbəti  olmasa  bir  yerdə  durub, 
səbrü-qərar  etməzdi.  Axırda  iş  o  yerə  çatdı  ki,  Teyfur 
Əzizi-Misirin  xüsusi  hərəminə  yol  tapdı.  O  vaxt  ki 


20 
 
Əcubə  və  Məhcubə  Əzizin  hüzurunda  gözəl  kəlmələr 
və ibrətli lətifələrlə söhbət edərdilər. Teyfur onların hər 
birinə  gözəl  hekayələr  və  məzmunlu  şerlərlə  cavab 
verirdi. Nəhayət, onlar üzərində qələbə çaldıqdan sonra 
Əzizi-Misir  hüzurunda  ədəb  qaydalarına  əməl  edib, 
Əcubə  və  Məhcubəyə  arxa  çevirib,  üzü  Əzizə  qarşı 
otururdu. Heç gözünün ucu ilə də qızlara baxmazdı. Bir 
müddət  bu  yolla  davam  edib,  tamam  dərrakə  və  hiylə 
ilə  o  fikri  ki  xatirində  var  idi,  tənbəllik  eləməyib,  iki 
dənə  yel  kimi  bərk  qaçan  dəvə  aldı  ki,  onlar  qaçarkən 
səba  yeli  onlara  çata  bilməzdi.  Şəhərdən  kənarda  on 
fərsəx
8
  aralı  bir  yerdə  bir  karvansaray  tapıb,  öz 
adamlarından  birini  o  karvansarayda  qoydu.  O  iki  div 
görkəmli dəvələri həmin karvansarayda gündə bir dəfə 
yem  verib,  yenə  şəhərə  qaytarıb,  ayaqlarına  qandal 
vururdu.  Heç  vaxt  şəhərdə  onlara  yem  verməzdi.  Bir 
neçə vaxt bu adətinə davam eylədi. Ta ki, dəvələr belə 
öyrəşdilər  ki,  nə  vaxt  Teyfur  onların  ayaqlarından 
qandalları  açsa,  dərhal  baş  götürüb  o  karvansaraydan 
yola çıxıb, bir göz qırpımında o biri karvansaraya qədər 
sürətlə qaçardılar. 
Teyfur  öz  adamlarına  bir  gün  yalandan  dedi  ki, 
ticarət  üçün  iki  gözəl  kəniz  satın  almışam.  Amma 
yaman  dəcəldilər,  qorxuram  ki  onlar  qaça  bilərlər. 
Onları bu dəvələrə mindirib sizə göndərəcəyəm. Diqqət 
                                                           
8
 Fərsəx – Uzunluq ölçüsü vahidi 


21 
 
və  ehtiyatla  onları  bağlayıb  mənim  gəlməyimi 
gözləyərsiniz. Teyfur yel qanadlı dəvələrini yenə şəhərə 
gətirdi. Əvvəlki adətinə uyğun olaraq ayaqlarına qandal 
vurdu.  Ta  yem  vaxtına  kimi  onları  ac  saxladı.  Elə  ki 
dəvələr  acdılar  və  narahat  olub,  səbirsizlik  eyləməyə 
başladılar.  Əgər  bağlı  ayaqları  açılsa  idi,  dərhal  o 
karvansaraya yem üçün qaçacaqdılar. 
Teyfur  hər  şeyi  hazır  etmişdi.  Fürsət  gözləyirdi. 
Nəhayət,  bir  gün  gördü  ki  Əziz  ov  etmək  üçün  ata 
minib  səhraya  doğru  üz  tutdu.  Teyfur  həmən  o  yel 
qanadlı dəvələri hazır edib, Əzizə məxsus hərəmə gəldi. 
Əcubə  və  Məhcubəyə  dedi  ki,  Əziz  filan  bağda  eyşü-
işrət  üçün  hazırlaşıb,  kef  etməyə  başlamışdır.  Orada  
səbirsizliklə  sizi  gözləyir.  Mənə  çox  inandığından  sizi 
aparmaq  üçün  məni  göndərdi.  Əmrə  itaət  gərəkdir. 
Padşahın kefinin qaçmaması üçün tələsmək lazımdır. 
Əcubə və Məhcubə o adamın Əzizin yaxın dostu 
olduğunu  bilirdilər.  Ona  görə  də  əmrə  itaət  edib 
getməyə  razı  oldular.  Heç  nədən  şübhə  etmədən 
çadraya bürünüb hücrədən çölə çıxdılar. Teyfur o iki ay 
üzlü  pərini  iki  yel  qanadlı,  divə  bənzər  dəvələrə 
mindirib  yola  saldı.  Yel  qanadlı  dəvələr  qəfəsdən 
çıxmış  quşlar  kimi  yerlərindən  tərpənib  sürətlə  yem 
üçün  bir  anda  o  karvansaraya  yetişib,  Əcubə  və 
Məhcubəni  Teyfurun  adamına  çatdırdılar.  Teyfurun 
adamı o iki gözəl kənizi dərhal dəvələrdən endirib, əl-


22 
 
ayaqlarını  möhkəm  bağladı  və  Teyfuru  gözləməyə 
başladı. 
Əziz  şikardan  dönüb  sarayına  gəldi.  Teyfur 
əvvəlki  adəti  ilə  xidmət  kəmərini  belinə  bağlayıb 
Əzizin  atının  qarşısında  durdu.  Gözəl  və  bəlağətli 
sözlərlə 
maraqlı 
əfsanələrə 
başlayıb, 
gülməli 
məzhəkələr  söylədi.  Əzizin  bu  sözlərdən  könlü  açıldı, 
sevinc və nəşəsi artdı. Buyurdu ki, Əcubə və Məhcubə 
gəlsinlər, 
sənin 
bu  sözlərinə  cavab  versinlər. 
Qulluqçular  saraydakı  bütün  otaqları  axtardılar,  ancaq 
onları  “gördüm”  deyən  olmadı.  Bu  hadisədən  Əzizin 
halı  pərişan  oldu  və  özündən  getdi.  Onların  ayrılığına 
dözə bilməyib elə nalə çəkdi, elə ah-zar etdi ki, sədası 
asimana  qalxdı.  Teyfur  Əzizin  bu  ah-naləsini  görüb 
özünü qəmgin göstərərək, məhzun bir səslə aram-aram 
söyləməyə  başladı.  O  qədər  maraqlı  sözlər  danışdı  ki, 
Əzizin ah-fəğanı bir qədər azaldı. Bundan sonra Teyfur 
dedi: 
-Dövlətli  məliyimizin  ömrü  əbədi  olsun.  Əcubə 
və Məhcubə doğrudan çox qiymətli kənizlər idi. Amma 
kim  bilir  ki  qorxaq  hiyləgərlər  bunları  necə  məkr  və 
hiylə  ilə  aldatdılar  ki,  bu  cür  işə  cürət  edib  sənin  kimi 
padşahın  xidmətindən  qaçmağı  rəva  gördülər.  Necə  ki 
demişlər: “Qüsurlu ağıla etibar yoxdur”. 
Əziz dedi: 
-Bu  qədər  fərasət  və  ağıl  sahibi  olan    Əcubə  və 
Məhcubədən  heç  vaxt  belə  bir  xəyanət  gözləməzdim. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə