Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   ...   30

11 
 
Fikrimizcə,  arxivlərdə  və  qədim  kitabxanalarda 
bu  cür  əlyazma  kitablar  çoxdur.  Xalqımızın  tarixi 
keçmişini,  mədəniyyətini  və  adət-ənənələrini  özündə 
əks  etdirən  neçə  belə  kitablar  hələ  kitabxanalar 
küncündə öz araşdırıcısını gözləyir. Onlar çox qiymətli 
xəzinələrdir. 
Keçmiş 
əsrlərdəki 
yazarlarımızın 
zəhmətlərinə  hörmət  əlaməti  olaraq  onları  üzə  çıxarıb 
nəşr  etdirərək,  yenidən  xalqın  malına  çevirmək 
lazımdır.  Çünki  onlar  dədə-babalarımızdan  qalmış 
mirasdır  və  bizimdir.  Biz  də  onlara  sahib  çıxmalıyıq. 
Oxucuların  nəzərinə  onu  da  çatdırmaq  istəyirəm  ki, 
mən  peşəkar  bir  tərcüməçi  deyiləm.  Sadəcə  olaraq, 
kitab  oxumağa  çox  həvəsli  bir  adamam.  Klassik 
ədəbiyyata  meylim  daha  güclüdür.  Belə  kitabların 
müasir  Azərbaycan  dilində  nəşr  oldunğunu  görmək 
məni  çox  sevindirir.  Ona  görə  də  istədim  ki,  bu  kitab 
xalqın  malı  olsun.  Bu  tərcümə  ilk  təcrübəm  olduğu 
üçün  yəqin  ki  qüsurlardan  da  xali  deyildir.  Dəyərli  və 
diqqətli  oxuculardan  belə  qüsurlarımın  bağışlanmasını 
xahiş  edirəm.  Bütün  oxuculara  könül  açıqlığı  ilə  xoş 
mütaliə  arzulayıram.  Dədəm  Qorqud  demişkən,  Allah 
bizləri axır sonu arı imandan ayırmasın! 
Əflatun Hüseynoğlu Keşəli 
 
 
 
 


12 
 
ƏCÜBƏ VƏ MƏCÜBƏNİN HEKAYƏTİ 
 
Bu  kitabı  fars  dilindən  türkcəyə  tərcümə  edən 
böyük alim “Sidqi” təxəllüslü Seyyid Əhməd bin Həsən 
Bali,  bütün  mövcudatın  əşrəfi  olan  Adəmin  vücudunu 
“Kamal” sifəti ilə yaradan və ona peyğəmbərlik verən, 
onu hər bir sifəti ilə kamilliyə çatdıran və peyğəmbərlik 
vəzifəsini  həzrəti  Məhəmməddə  (Allahın  salamı 
üzərinə  olsun)  sona  çatdıran,  ona  həzrəti  Əbu  Bəkr, 
Ömər, Osman və Əli (Allah üzlərini nurlandırsın) kimi 
dörd  gözəl  insanı  dost  eyləyən  Allahu-Təalaya  hədsiz 
həmdü-səna və salavat gətirdikdən sonra belə deyir: 
İstədim məliklər tarixindən və qədim xəbərlərdən 
bir kitab yazam ki, hər səviyyədən olan insanlar ondan 
bəhrələnələr. 
Məliklər 
və 
sultanlar 
da 
onun 
istifadəsindən  xoşhal  olalar.  Bu  sevdada  düşüncə  və 
fikir  atına  süvar  olub,  ətraf  aləmi  mərifətlə  kəşt  edib, 
şeyxlərin  və  Əcəm  yazarlarının  yazılarını  ətraflı 
öyrənib, bəzisini işləməyə layiq görmədim. Bəzisini isə 
artıq tərcümə olunmuş gördüm. Bu əsnada təsadüfən bir 
kitab əlimə keçdi. Gördüm ki, bu kitab çox gözəl sözlər 
və  bəlağətli  rəvayətlərlə  doqquz  bab
3
  üzərinə  tərtib 
olunmuş,    hədsiz  faydalar  və  saysız  lətifələr  dərc 
olunmuşdur.  Bu  kitaba  “Əcubə  və  Məhcubə”  deyə  ad 
verilmişdir.  Mən  nələri  düşünürdümsə,  hamısını  o 
                                                           
3
 Bab – Fəsil, hissə, bölüm 


13 
 
kitabda  mövcud  gördüm.  Belə  münasib  gördüm  ki, 
həmin kitabı fars dilindən türk dilinə tərcümə eyləyim. 
Tədbirli və  ağıllı fikir  əhli ilə  bu haqda məşvərət  edib, 
onlardan savaba nail olacaq rəy barədə kömək istədim. 
Ağıl sahibləri yol göstərib, məsləhət verib dedilər ki, bu 
elə bir işdir ki, nəticəsi axirət üçün ən gözəl savabdır. O 
halda  bu  dünyanı  da  çaş-baş  qoymayasan.  Qədimlərin 
adəti  üzərinə  kitabın  əsasını  səadət  sahibi  bir 
şahzadənin şərəfli adına qoyasan. Ta onun gözəl bir tale 
ilə  tamamlanması  müyəssər  ola.  Həm  də  o  mübarək 
adın  şərəfiylə  bu  kitab  da  aləm  xalqı  içərisində  şərəfli 
olar.  Bu  müzakirə  onlarla  oldu.  Mən  də  dedim  ki,  o 
səadət  sahibi  şahzadə  ki  dediniz,  bu  zamanda  həzrəti 
şahənşahi-aləm,  Adəm  övladının  himayəçisi  Xosrov 
Keyti  kimi  layiqli  əmrlər  verən  şəhriyar,  Süleyman 
Sərir  kimi  adil  məlik  olan  xaqan,  İskəndər  kimi 
cahangir,  Ali  Osman  nəslindən  olan  sultan  Aləmşah 
sultan  Bəyazid  xan  oğludur.  Səltənəti  əmin  və  ömrü 
uzun  olsun.  Aləm  mülkünün  pənahı,  kamil  insan  və 
Allahın  yaratdığı  bu  cahanda  ədalətli  sultandır.  Mən 
aciz  duaçı  da  o  cahangir  şahzadənin  bütün  varlığımla 
havadarı  olduğumdan  bu  məcmuəni  onun  şərəfli  adına 
yazdım. Ta ki, oxumaq şərəfinə yetişdikdə qəbul oluna. 
Ümidvaram  ki,  o  cahan  şahı  uyğun  qayğı  nəzəri  ilə 
baxar  və  mən  də  şaha  layiq  mərhəmətinə  nail  olaram. 
Bu  məcmuəyə  mən  də  “Əcubə  və  Məhcubə”  deyə  ad 
verdim. Bacarıq və müvəffəqiyyət Allahdandır. 


14 
 
“ƏCUBƏ VƏ MƏHCUBƏ” DASTANININ 
BAŞLANMASI 
 
Xəbərlər  dənizinin  gəmiçiləri  və  sirlər  diyarının 
səyyahları 
belə 
rəvayət 
etmişlərdir  ki,  qədim 
zamanlarda Əcəm şəhərində Cəm
4
 nəslindən bir padşah 
var  idi.  Ölkə  idarəsində  onun  tayı-bərabəri  yox  idi. 
Səltənət  qanunlarında  nöqsansız  idi.  Məmləkəti  çox 
böyük,  qoşununun  sayı-hesabı  yox  idi.  Məliklər 
məliyinin  xasiyyətində  və  Asəf  padşah  kimi  gözəl 
fikirli  idi.  Ədaləti  əsirgəməməkdə  Ənuşirəvan,  hikmət 
elmində  Loğman  və  Süleyman  kimi  idi.  Onun  adına 
Səmmah deyirlərdi. Onun mülayim xasiyyətli  gözəl  və 
əliaçıq,  xoş  görkəmli  saçları  yasəmən  ətirli,  çox  gözəl 
əndamlı, mələk mənzər, ay üzlü, günəş surətli, düzgün 
rəftarlı,  şirin  sözlü,  gülbədən  və  ürək  rahatlığı  verən, 
könül alanlara mail və hər zaman qəlb təmizliyi onların 
birləşməsinə  doğru  hərəkət  edən  və  söhbəti  eyibsiz 
xasiyyətinə münasib adamları var idi. Heç vaxt onların 
gözəl  söhbətlərindən  uzaq  olmazdı.  Təsadüfən  bir  gün 
Rum  və  Misir  tərəfindən  bir  bəzirgan  xeyli  gözəl  üzlü 
qulamlar  və  çoxlu  qiymətli  mətahlar,  qədəri  və  dəyəri 
ölçüyə gəlməz cəvahirlər və cürbəcür bahalı əşyalar ilə 
o  şəhərə  gəldi.  Elə  ki  şah  Səmmah  onun  gəlişindən 
xəbərdar oldu, öz adamlarından bir neçəsinə əmr eylədi 
                                                           
4
 Cəm - Cəmşidi-Cəm. Əfsanəvi İran şahı 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə