Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   ...   30

23 
 
Görünür    hansısa  bir  əclafın  hiyləsinə  uyub,  onun 
fitnəsinə düşdülər. 
Teyfur dedi: 
-Necə ki məliklər məliyi buyurur, onlar bu qədər 
ağıl  və  zəka  ilə  heç  kimsənin  hiyləsinə  aldanmamalı 
idilər.  Amma  nə  etmək  olar?  Aldanmaq  Allah 
tərəfindən 
insan  alnına  yazılmışdır.  Arvadların 
yaradılışı  sol  tərəfdəndir  və  bunlarda  əhdü-vəfa  və 
sədaqət səfası olmaz. Əzizin könlü bunlar üçün pərişan 
olmağa layiq deyildir. 
Teyfur  bu  cür  sözlərdən  o  qədər  söylədi  ki, 
nəhayət  Əzizin  könlünü  ələ  aldı.  O,  Əzizə  nəvazişdə 
heç  qüsur  eyləməyib,  xidməti  əvvəlkindən  də  artıq 
dərəcədə  yerinə  yetirdi.  Ta  ki,  Əziz  o  kənizlərin 
tapılmasından ümidini tam üzdü. Ölkənin idarəçiliyi ilə 
məşğul olmağa başladı. Beləliklə, o iki kənizi tamamilə 
yaddan çıxartdı. 
Artıq Əzizdən arxayın olan Teyfur bir gün durub 
qızları  gizlətdiyi  karvansaraya  gəldi.  Əcubə  və 
Məhcubəni  də  götürüb  Əcəm  diyarına  doğru  yola 
düşdü. Bir müddət sonra gəlib Əcəmə yetişdi. 
Məlik  Səmmah  elə  ki,  Əcubə  və  Məhcubənin 
gətirilməsindən xəbərdar oldu, buyurdu: 
-Simü-zərdən  hədiyyəlik  bağlamalar  düzəldin. 
Müxtəlif  növ  cəvahirlər  hazırlayın.  Bir  neçə  seçilmiş 
dəvələri  zər-zivərlə  bəzəyib,  çoxlu  qiymətli  xələtlər  və 
seçmə atları Teyfura göndərin! 


24 
 
Məlik  Səmmahın  əmri  yerinə  yetirildi.  Teyfur 
Əcubə  və  Məhcubəni  tam  hörmət-izzətlə  dəvələrə 
mindirib,  özü  də  məliyin  göndərdiyi  qiymətli 
libaslardan geyinib, bir kəhər ata minərək şəhərə doğru 
yola  düşdü.  Məlik  Səmmahın  əmri  ilə  əsgərlər  də 
atlanıb,  şəhərin  kənarında  onları  qarşılamağa  çıxdılar. 
Teyfuru  və  kənizləri  təm-təraqla  şəhərə  gətirib  şahın 
dövlətxanasına  çatdırdılar.  Teyfur  gəlib  şahın  əlini 
öpdü.  Məlik  Səmmah  Teyfuru  bütün  məliklərə  başçı 
təyin  edib,  özünə  köməkçi  naib  eylədi.  Bütün  əyanlara 
göstəriş  verdi  ki,  ona  itaətdə  nöqsan  eyləməsinlər. 
Ondan  sonra  məlik  Səmmah  belə  bir  əmr  verdi  ki, 
ölkənin  idarə  məsələlərini  bitirdikdən  sonra  Əcubə  və 
Məhcubəyə  tapşırılsın  ki,  qızlar  hər  gün  bir  ibrətli 
hekayət və maraqlı rəvayət söyləsinlər. Əvvəlcə Əcubə 
bir  hekayət  danışsın,  Məhcubə  də  o  mövzuda  hala 
münasib cavab versin. 
Bu  kitab  onların  söylədikləri  həmin  hekayətlər 
əsasında yazılıb, doqquz babda tərtib olunmuşdur. Ta ki 
tədqiqatçılar  və  nəzarətçilər  bu  söhbətlərin  mənasını 
ətraflıca  düşünüb,  bir  çox  faydalardan  öz  nəsiblərini 
alalar. Yol göstərən və yardım edən Allahdır. 
 
 
 
 
 


25 
 
 
 
Birinci bab ------------ Ədalət və insafın sifətləri 
İkinci  bab  --------------  Mülayimlik  və  ciddiliyin 
sifətləri 
Üçüncü bab ------------ Araşdırma və yoxlamadan sonra 
siyasətdə oturma 
Dördüncü  bab  ---------  İgidlik  və  sözdən  dönməmənin 
mədhi  
Beşinci bab ------------ Səxavət və comərdliyin bəyanı 
Altıncı bab ------------- Əmanətin qorunmasının mədhi 
Yeddinci  bab  ----------  Qadınların  sirr  saxlaya 
bilməmələri 
Səkkizinci  bab  --------  Qısqanclıq  və  paxıllığın  rədd 
edilməsi 
Doqquzuncu  bab  ------  Pis  adamların  söhbətindən 
uzaqlaşmaq 
 
 
 
 
 


26 
 
BİRİNCİ BAB 
Ədalət və insafın sifətləri 
 
Elə  ki  şah  Səmmah  səltənət  taxtında  oturub, 
dövlət işlərini  yerinə  yetirdi. Ondan sonra  yenə  xüsusi 
hücrəsinə gəlib nəfsinin istəyiylə məşğul oldu. Sonra da 
Əcubə  və  Məhcubənin  söhbət  və  danışıqlarından  həzz 
alaraq soruşdu: 
-O  nədir  ki,  dövlətin  davamına  və  qəzəbin 
sabitliyinə  səbəb  olar  və  hansı  xasiyyətdir  ki,  onunla 
məmləkət möhkəmləndirilmiş olar? 
Əcubə dedi: 
-Şahın  dövləti  əbədi  olsun.  Dövlətin  daimiliyi 
insaf  ilə  möhkəmlənər  və  səltənət  taxtı  ədalət  ilə 
əbədidir.  Demişlərdir  ki,  məliklərin  xasiyyətlərində 
ədalətdən  şərəflisi  yoxdur.  Çünki,  ədalətin  bərəkətinin 
nəticəsi 
cahanda  yayılmış  və  onun  ləzzətinin 
faydasından  hər  kəs  xeyir  görmüşdür.  Məliklərdən  hər 
kimsəyə  ki  düzgün  mülk  və  əbədi  dövlət  gərəkdir, 
labüddür ki insaf qaydasını əldən qoymayıb, ədalət yolu 
ilə  gedib,  əmin-amanlıq  yarada.  Ədalət  dövləti  daimi 
edər,  zülm  isə  yıxıb  dağıdar.  Mənim  bu  sözlərimin 
şahidi  o  iki  şahzadə  hekayətidir  ki,  birisi  zülm  və 
əziyyət  yolunda  olub  can  mülkündən  ayrıldı.  O  birisi 
isə  ədalət  və  insaf  taxtında  oturub,  cahan  mülkünü 
hakimiyyətinə aldı. 
Məlik Səmmah soruşdu ki, necədir o hekayət? 


27 
 
Əcubə dedi: 
Ədalət və insaf haqqında Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlərdir  ki,  iki 
şahzadə bir diyarda səltənətdə oturub, ətraf mülkləri öz 
aralarında  bölüşdürmüşdülər.  Hər  birisi  bir  mülkün 
səltənət taxtında əyləşib  hökm edərlərdi. Böyük qardaş 
öz hissəsi olan vilayətdə cövrü-cəfa və zülmə başlayıb, 
xalqı əzaba mübtəla eyləmişdi. Kiçik qardaş isə ədalət 
və  insaf  tərəfə  üz  tutub,  öz  məmləkətini  ədalət  və 
insafla  abad  etmişdi.  Rəiyyət  onun  ədalət  və  insafı 
sayəsində 
asudə 
olub  bolluq  içində,  firəvan 
yaşayırdılar.  Bir  gün  onların  mülklərinə  güclü  bir 
düşmən  hücum  etdi.  Onlar  da  məcbur  olub  müharibə 
hazırlığı  görməyə  başladılar.  O  iki  qardaş  bir-birinə 
kömək  edib,  istədilər  ki  qoşuna  bol  mallar  və  qazanc 
verməklə  müharibəyə  cəlb  edələr.  Hesablayıb  gördülər 
ki,  onların  xəzinəsindəki  pullar  bütün  qoşuna 
yetməyəcək. O şəhərdə bir qərib və zəngin bəzirgan var 
idi. Var-dövləti bol və malı hədsiz idi. Zalım məlik olan 
böyük qardaş onu gətirdib dedi ki, nə qədər malın varsa 
onun bir hissəsini bizə ver, qoşuna xərcləyək. İnşaallah, 
məqsədimizə  çatıb,  qələbə  çaldıqdan  sonra  o  malı  geri 
qaytararıq.  Bəzirgan  bu  təklifə  qəti  etiraz  eylədi. 
Ədalətli qardaş dedi ki,  bu cür xoşagəlməz hərəkətdən 
uzaq olmaq lazımdır. Çünki, ondan bir neçə zərər əmələ 
gələr:  bu  diyardan  tacirlər  uzaqlaşar,  ticarət  yolu 
bağlanar. Ölkədə ziyanlıq üzə çıxar və zahir olur. Zalım 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə