Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

36 
 
Bu adil padşahın bir düşməni var idi. Vəzir o saat 
bir  məktub  yazıb  düşmən  padşaha  göndərdi  ki,  bizim 
şah  qəflət  məqamındadır.  Qoşun  da  dağılmışdır.  Əgər 
istəsən  fürsəti  qaçırtmayıb,  tez  gəlmək  lazımdır  ki,  bu 
məmləkət sənin ola. 
Düşmən  olan  padşah  vəzirin  bu  sözünə  aldanıb, 
qoşunu ilə adil şahı məhv etmək üçün gəldi. Bu ədalətli 
padşah da az qoşun ilə qarşı durdu və Allahın adını və 
kəlamını dilə gətirdi. Allahdan ona və qoşununa elə bir 
güc  gəldi  ki,  hünərdə  düşmən  qoşununa  bərabər  oldu. 
Səf bağlayıb  böyük  ruh  yüksəkliyi  ilə düşmənə  hücum 
etdilər.  Allahın  yardımı  ilə  bir  həmlədə  düşmən 
qoşununu  darmadağın  eylədilər.  Düşmən  şahı  da  əsir 
alıb,  qələbə  sevinci  ilə  şad-xürrəm,  Haqqa  şükür 
edərək, öz səltənət taxtında gəlib oturdu. Bundan sonra 
əsir  düşmən  şahı  hüzuruna  gətirtdi.  Fikirləşdi  ki,  əgər 
bunu  öldürsəm  mürüvvət  yolunda  yaxşı  olmaz.  Bir 
qalada  məhbus  eyləsəm,  zəmanənin  gözü  hiyləgərdir. 
Ola  bilər  ki,  bunu  çox  hörmətli  təsəvvür  edib  xilas 
edələr.  Sonra  da  cürbəcür  fitnələr  ortaya  çıxar.  Şahlıq 
taxtının  altında  bir  sandığa  qoyub  həbs  eylədi.  O 
namərd  və  vəfasız  vəzirin  qəlbində  şaha  qarşı  kin-
küdurət  hələ  də  soyumamışdı.  Bir  neçə  müddət  gecə-
gündüz  şahın  qulluğunda  olub,  gizlində  isə  pis 
əməllərinin xəyalını fikir edirdi. O qədər fürsət gözlədi 
ki,  bir  gecə  şah  məst  olub  yatdı.  Tez  açarı  gizlincə 


37 
 
götürdü və o sandığın ağzını açıb, əsir şahı azad eylədi. 
Yatmış şahın qılıncını çıxarıb onun əlinə verdi və dedi: 
-Qılınc  ki  ələ  keçdi,  öldürmək  lazımdır.  İntiqam 
zamanıdır.  Fürsəti  əldən  vermək  ağıllı  adamların  işi 
deyildir. 
Düşmən olan əsir şah qılıncı əlinə götürüb yatmış 
şahın  üstünə  gəldi.  İstədi  ki  onu  öldürsün,  amma 
mürüvvət hissi üstün gəlib, bir an öz-özünə fikirləşdi ki
bu  məlik  səmimi,  doğru  və  adil  bir  adamdır.  Mənim 
canımı  bağışlayıb,  həyatımı  məhv  eyləmədi.  İndi  mən 
bunu  öldürsəm,  mərdlik  və  insafdan  deyil.  Bu  çox 
gobud  və  səhv  hərəkət  olar.  Bu  çörəkbasan  kafir  vəzir 
ki, öz ağası haqqında bu cür xəyanəti rəva görmüşdür, 
bu qılıncı sınamağa yenə o layiqdir ki, belə işlərə cürət 
edər. 
Əsir  şahın  duruxduğu  nankor  vəzirin  diqqətini 
çəkdi. Odur ki, dərhal dilləndi: 
-Nə  üçün  dayanıb  durmusan?  Tez  ol  qılıncı  işə 
sal. 
Əsir şah dedi: 
-Belə  münasib  görürəm  ki,  bu  qılıncı  əvvəlcə 
sənin üzərində sınayam. 
Bunu  deyib  o  zalım  vəziri  şahın  canına  əvəz 
olaraq  qurban  eylədi.  Sonra  qanlı  qılıncı  şahın  taxtı 
önündə  yerə  qoyub,  hörmət  və  ehtiramla  yatmış  şahı 
oyandırdı və dedi: 


38 
 
-Əminliyinə  güvənilən  adamdan  qorxul-maz.  Sənin 
ədalət və mürüvvətin sənin həyatını xilas etdi. Vəzirin isə 
hiylə və məkri canını aldı. 
Elə ki ədalətli məlik bu dəhşətli hadisəni gördü, tez 
yerindən  durub  gəldi.  Bu  hadisənin  səbəbinə  təəccüb 
eylədi.  Sonra  iki  məlik  bir-biriylə  qardaş  olub,  ortadan 
düşmənçiliyi götürüb, canü-dil ilə dost oldular. 
Əsir  şah  vəzirin  məkrli  hiyləsini  bir-bir  söylədi  və 
üzrlər dilədi. 
Ədalətli  məlik  əmr  eylədi,  şəhəri  bəzədilər.  Bol 
hədiyyələr ilə bərabər əsir şaha böyük ziyafət verdi. Daha 
sonra  əmr  eylədi,  xəzinəni  açıb  fəqir-füqəraya  da 
hədiyyələr  verdirdi.  Əsir  şaha  da  çoxlu  mal-dövlət  verib, 
hörmət və təzimlə öz məmləkətinə yola saldı. 
Beləliklə,  ədalətli  şah  xoş  niyyət  və  gözəl  əməlləri 
sayəsində böyük bir bəladan xilas oldu. Padşahlıq taxtında 
bərqərar  olub,  gününü  ədalət  və  insaf  ilə  keçirərək 
düşmənlərin qəzəbindən qurtardı. 
Məhcubə dedi: 
-Bu məsəli onun üçün gətirdim ki, zəmanə məlikləri 
və  dünya  padşahları  yəqin  bilələr  ki,  ədalətin  nəticəsi  və 
insafın  faydaları  az  deyildir.  Bəlkə  daha  çox  və  saysız-
hesabsızdır. O adam ki ədalət və insafa diqqət göstərə və 
hər zaman ədalətin və insafın qulluğunda dura, çox böyük 
mükafat  və  gözəl  savab  qazanar.  Haqq-Təala  məmləkət 
xalqına ədalət və insaf paltarı geydirər və o paltarları yenə 
də 
ədalət 
bağışlamaqla 
bəzəkli 
xələt 
eyliyər. 
Müvəffəqiyyət və üstünlüyə layiq edər. 


39 
 
İKİNCİ BAB 
Mülayimlik və ciddiliyin sifətləri 
 
İkinci  gün  ki,  fələklərin  qoruyucusu  dördüncü 
göyün  qübbəsini  günəş  nuru  ilə  nurlandırdı  və  zülmət 
aləminə nurdan paltar geyindirdi, şah Səmmah səltənət 
taxtında oturub aləmə ədlü-insaf və ədalət bağışlamaqla 
ziynət  vurdu. O gün səhər  açılandan ta axşam  vaxtının 
sonuna kimi bütün camaatın məsələlərini yerinə yetirib, 
ədalət  və  insafla  məşğul  oldu.  Elə  ki  nurlu  aləmin  gül 
üzünün  rəngi  zəfəran  kimi  saraldı  və  cahanın  günəşi 
batmağa  doğru  getdi,  şah  Səmmah  öz  hücrəsinə  gedib 
Əcubə  və  Məhcubənin  söhbətlərini  dinləməyə  başladı. 
Ta ki, onların danışdıqlarından və gözəl söhbət-lərindən 
faydalana. 
Onlardan soruşdu: 
-Məliklərin  əxlaq  adətlərindən  hansı  əməllər 
şərəflidir ki, onun vasitəsi ilə dövlətin davamı hasil ola, 
o dövlətə bir zaval olmaya? 
Əcubə dedi: 
-Şahımızın  hökmranlığı  daimi  olsun.  Hikmət 
sahibi  məlikdə  heç  mülayimlikdən  göyçək  bəzək  və 
vüqardan  faydalı  sifət  yoxdur.  Ona  görə  ki,  üstün  və 
aşağı  təbəqə  adamları o  xasiyyətlərin səbəbinə mədəni 
olurlar  və  məliklər  onun  nəticəsinin  ləzzətindən 
xoşlanırlar.  Əgər  bir  hökm  edən  padşahın  qəzəbli 
vaxtında bir az sakitləşib, özlüyündə  yumşaqlığa qərar 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə