Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

40 
 
verib,  günahkarların  cərimə-lənməsindən  bağışlanma 
yolunu  tutub  göz  yumsa,  xalq  qəlbində  onun 
hərəkətlərinə  məftun  olurlar  və  ona  o  qəzəbdən  ziyan 
dəyməz. Yox, əgər onun əksinə, Allahdan qorxmaz bir 
padşah  ki,  acıqlı  vaxtında  cəsarət  edib,  təcavüzkar 
siyasətində  tələsikliyə  yol  versə  və  ağır  cərimə  üçün 
təftiş  və  axtarış  etməyib,  işgəncə  siyasətində  həddini 
aşsa,  xalq  ondan  inciyər  və  pərişan  olarlar.  Rəiyyət 
onun  xidmətinə  rəğbət  göstərməz.  Həm  də  padşahlara 
lazımdır  ki,  ümumi  siyasəti  xalqın  üzərindən 
qaldırmaya. Ta ki  yaramaz adamlar baş qaldırıb, fitnə-
fəsad  törətməyələr.  Həm  də  cəza  işində  çox  irəli 
getməyə.  Xalq  da  onun  mərhəmətindən  ümid 
kəsməyələr  və  şər-böhtanın  ortadan  qaldırılması  üçün 
başqa  adama  pənah  aparmayalar.  Məliklərdə  səbirlə 
vaxtı gözləmək incə yaraşıqdır və mütləq gözü bunların 
üstündə  olmalı,  siyasəti  sonraya  saxlayıb,  vaxtı 
gözləməli  və  səbirlə  sakitliyə  çalışmalıdır.  Ta  o 
müqəssirlərin gizli əməlləri ortaya çıxdıqdan sonra çox 
faydalı mənfəətləri müşahidə olunar. Necə ki o qazi şah 
mülayimliyinin bərəkəti ilə nahaq qandan xilas oldu və 
zəhmətsiz xəzinə əlinə geçdi. 
Məlik Səmmah soruşdu ki, necədir o hekayət? 
Əcubə dedi: 
Mülayimlik və ciddilik barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlər  ki,  İran 
ölkəsində  Qaysum  adında  bir  padşah  var  idi.  Xoş 


41 
 
simalı,  gözəl  əxlaqlı,  ağıl  və  zəkada  çox  üstün,  əsl 
səltənət  taxtına  layiq  bir  adam  idi.  O,  saf  əqidəli  və 
dininə  sədaqətli  idi.  Ancaq  Allah  yolunda  kafirlərlə 
müharibə  etmək  onun  adəti  idi.  Bir  gün  yenə  adətinə 
uyğun  olaraq  kafirlərlə  müharibəyə  hazırlıq  görüb, 
qoşununu  qəza
12
  üçün  hazır  vəziyyətə  gətirib  düşmən 
üzərinə səfər etdi. Yolda gedərkən təsadüfən bir zahidin 
ibadətgahına  yaxın  yerdə  dayandılar.  Padşah  bir  neçə 
yaxın adamı ilə o zahidin hüzuruna getdi və dedi: 
-Mənə  nəsihət  eylə  və  elə  bir  şey  öyrət  ki, 
dünyada  hörmətə  səbəb  və  axirətdə  günahların 
bağışlanmasına vasitə olsun. 
Zahid dedi: 
-O  şey  ki  dünyada  və  axirətdə  faydalıdır, 
mülayimlik  və  vüqardır.  Qüdrətli  vaxtında  hirs  və 
qəzəbi  özündən  uzaqlaşdırıb,  səbrə  itaət  etməkdir.  Bu 
nəsihəti  yadında  saxla.  Nə  vaxt  ki  bir  günahkara 
acıqlansan,  o  halda  bir  az  nəfsinə  hökm  eylə.  Ta  ki, 
gələcək zamanda onun zövqü-ləzzətindən həzz alasan. 
Məlik  Qaysum  o  nəsihəti  qəbul  etdi  və  zahidlə 
vidalaşıb  düşmən  diyarına  tərəf  yola  düşdü.  Kafirlərin 
padşahı  elə  ki  məlik  Qaysumun  gəlməsindən  xəbərdar 
oldu,  onun  qətiyyət  və  qüdrətini  eşitdi,  bildi  ki  onunla 
bacara  bilməyəcək.  Xəzinəsində  nə  qədər  malı  var 
idisə,  hamısını  yığıb  bir  möhkəm  yerdə  gizlətdi.  Belə 
                                                           
12
 Qəza – Dini müharibə 


42 
 
ki,  öz  qızından  başqa  heç  kəs  onun  yerini  bilmədi. 
Bunu ona görə elədi ki, əgər müharibədə məğlub olsa, 
düşmən əsgərləri o mala sahib olmasınlar. 
Elə  ki  məlik  Qaysum  öz  qüdrətli  qoşunu  ilə  din 
düşməninin  qoşununa  həmlə  etdi,  hamısını  qılıncdan 
keçirdi  və  yerlə  bir  elədi.  O  müharibədə  kafir  şahı 
bütün əhalisi ilə birgə məhv etdilər və şahın qızını alıb, 
sağ  qalanlarla  birgə  məlik  Qaysum  üçün  töhfə 
apardılar.  Məlik  Qaysum  qıza  nəzər  saldı.  Onun  bir 
gözəl üzlü məhbub, bir qəşəng qamətli dilbər və bir pəri 
üzlü  sənəm  olduğunu  gördü.  Elə  ki,  məlik  onu  bu 
hüsnü-camalda gördü, yüz can ilə ona aşiq oldu. Həmin 
saat qazılar hüzurunda nikah edib özünə arvad eylədi və 
döyüş  zamanı  düşmən  məlikdən  əldə  edilən  malını 
yerbəyer elətdirdi. 
Qız atasının qətlə yetirildiyini yadına salıb daima 
ah-zar  edirdi.  Qəlbində  məlik  Qaysuma  kin-küdurəti 
möhkəm  idi.  Fürsət  gözləyirdi  ki,  bir  məkrü-hiylə  ilə 
məlik Qaysumu öldürüb, atasının qisasını ala. 
Bu  qızın  bir  dayəsi  var  idi.  Bir  gün  xəlvət  bir 
otaqda  dayəsi  ilə  söhbətə  məşğul  ikən,  dayə  qızın 
söhbətində  qəm-qubar,  gül  rəngli  camalında  bir 
dəyişiklik  gördü  və  mehribanlıq  edib  dedi  ki,  bəndələr 
bir-biri  ilə  ona  görə  dost  olurlar  ki,  Allahın  yolunda 
cəhd  göstərib,  dost  üçün  şirin  canı  əsirgəməyələr. 
Könlündəki qubara və gül camalının pozulmasına səbəb 


43 
 
nədir?  Mən  cariyənə  bildir.  Ta  ki  nə  yol  ilə  mümkün 
olsa bir gözəl tədbir ilə səni muradına çatdıraram. 
Qız dedi: 
-Bu  dünyada  qəm-qüssəyə  məndən  artıq  layiq 
olan  varmı?  Var-dövlətimiz  və  şan-şöhrətimiz  tələf 
oldu.  Könlümün  nuru  və  gözümün  işığı  atam  min  bir 
əzab-əziyyətlə  öldürüldü.  Mən  isə  onun  qatili  ilə  bir 
yastığa baş qoyuram. Günlərim bu minvalla keçəcəksə, 
necə qəmgin olmayım? 
Dayə dedi: 
-İndi  ki  bu  sirdən  məni  agah  etdin,  içində  olan 
dərdinə  düşməni  məhv  eyləməklə  və  sinəndə  olan 
yaraları düşmənini öldürməklə çarə eyləyim və bu çox 
çətin  iş  sənin  bəxşişlərinlə  şübhəsiz  müyəssər  olur. 
Məlik Qaysum ləvzinəyi
13
 çox sevir. İki dənə ləvzinəyə 
bir az həlahil  zəhəri qatıb, bir neçəsini də onun yanına 
qoyub  bir  sinidə  öz  əlinlə  məlikin  hüzuruna  apar.  Xoş 
əhval-ruhiyyə ilə məliklə birlikdə yeyin. Elə et ki məlik 
şübhələnməsin.  Ancaq  sən  o  iki  zəhərli  ləvzinəyə 
toxunma ha. Məlik Qaysum ləvzinələrin ləzzətindən və 
sənin camalının şövqündən məst olub iştahı açılar və o 
iki  ləvzinəni  yeyər.  O  saat  da  zaval  üzəngisinə  ayaq 
basıb ölüm atına minər.  Sən də atanın qisasını almaqla 
könül sakitliyi taparsan. Allahu-Təala da həyatda qisası 
halal buyurur. 
                                                           
13
 Ləvzinə - Şirniyyat növü 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə