Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

32 
 
-“Doğrunu  söyləmək  lazımdır,  yalan  söz  fitnə 
törədər” demişlər. Əgər sözün varsa söylə eşidək. 
Şahzadə vəziyyətini bəyan edib dedi: 
-Biz  iki  qardaş  idik.  Birlikdə  filan  məmləkətə 
hökm  edərdik.  Mən  ədalət  və  insaf  ilə  mülkə  rövnəq 
vermiş idim. Qardaşım isə rəiyyətə zülm və cəfa edərdi. 
Bir  gün  ölkəmizə  güclü  bir  düşmən  hücum  eylədi. 
Onun  qarşısına  çıxmaq  üçün  daha  çox  var-dövlətə 
möhtac  idik.  Zalım  qardaşım  bir  qərib  bəzirganı  həbs 
edib,  istədi  ki  onun  malının  bir  hissəsini  zor  gücü  ilə 
alsın.  Tacir  malını  vermək  istəmədi.  Qardaşım 
qəzəblənib ona həmlə etdi. Fikri o qəribi öldürmək idi. 
Mən rəhm edib əlimi onun qılıncına sipər etdim. Tacirə 
siyrilmiş  qılıncı  ondan  uzaqlaşdırdım.  Ancaq  qəzəblə 
tacirə endirilən qılınc əlimə dəyib bir barmağımı kəsdi. 
Şahzadə  bu  əhvalatı  söyləyib  bir  barmağı 
kəsilmiş  əlini  ona  göstərdi.  Xacə  onu  tanıdı  və  dərhal 
yerindən durub şahzadənin ayağına düşdü və dedi: 
-Həmin o qərib bəzirgan mənəm ki, sən bu qədər 
lütflər  və  xeyirxahlıqları  mənim  üçün  eylədin.  Mənim 
canımı və malımı xilas etdin. İndi bu nə haldır ki sənin 
başına gəlib? 
Şahzadə dedi: 
-Bu çərxi-bəd dövran və qəddar zaman məni taxt 
başından  ayaqlara  saldı.  Zəmanənin  qaydası  həmişə 
belədir. Hər kimin ki ağzına əvvəlcə sevinc şəkəri verir, 
arxasınca  acı  zəhər  içirir.  Axır  ki  şahzadə  əvvəlki 


33 
 
hekayətini  və  düşmənə  məğlub  olub,  qardaşının  da 
həlak  olduğunu,  özünün  isə  qürbət  vilayətə  düşdüyünü 
bir-bir  nəql  eylədi.  Cariyə  ilə  olan  əhvalatı  da  bəyan 
etdi.  Bəzirgan  həmin  saat  kənizi  qətl  etməyi  buyurdu. 
Şahzadə azad oldu və dedi: 
-Nə  qədər  ki  o  mənim  canıma  qəsd  etdi,  amma 
biz  duz-çörək  haqqını  itirməyək.  Bağışlamaq  isə 
ədalətlilikdir. 
Bəzirgan: 
-Cəza  və  mükafat  Allahın  işidir  -  deyib,  kənizi 
cəzadan  azad  etdi.  Sonra  məliklərə  xas  libas  və  daş-
qaşla bəzədilmiş tac hazırladılar və şahzadənin min cür 
əzabına əvəz olaraq ona verdilər. Ondan sonra xacə öz 
halal  pulu  ilə  satın  aldığı  dörd  yüz  rumlu  qulamın  hər 
birini  at  və  silahı  ilə  birlikdə  şahzadənin  hüzuruna 
gətirdi.  Ta  ki  qulluq  vəzifəsini  yerinə  yetirsin. 
Xəzinəsini  açıb  əmr  etdi  ki,  məliklərə  səfərdə  və 
rahatlıqda  lazım  olan  hər  cür  bəzək  əşyaları  hazır 
eyləsinlər. 
Elə ki xacə lazımi şərtləri yerinə yetirdi, neçə cür 
hədiyyələr  və  çoxlu  mallar  alıb,  o  məmləkətin 
padşahına  gedib  şahzadənin  hekayətini  təfsilatı  ilə 
bəyan  etdi.  Ta  cəmi  düşmən  üçün  nümunə  olsun. 
Padşah da on min inanılmış, cəsur igid verdi ki, hər biri 
qorxmaz  pələng  xasiyyətli  döyüşçü  idi.  Belə  ki,  lazım 
gəldikdə  onların  hər  biri  min  adamın  qabağından 
qaçmazdı.  Bəzirgan  o  qoşunun  bütün  yaraq-yasağını 


34 
 
hazır eylədi. Onlar şahzadənin vətənindəki düşmənlərə 
qarşı  mübarizə  üçün  yola  düşdülər.  Elə  ki  o  diyara 
çatdılar,  düşmən  üzərinə  hücum  edib,  qardaşının 
qisasını almaq üçün onlara yaxşıca qulaqburması verib, 
əvəzini  çıxdılar.  Allahın  izni  ilə  bütün  mülk  əvvəlki 
sahibinin  özünə  qayıtdı.  O  biri  qardaşı  Allahdan 
qorxmadan  etdiyi  zülmün  uğursuzluğundan  canından 
cüda  düşdü.  Bu  qardaş  isə  ədaləti  ilə  neçə  bəlalarla 
üzləşdikdən  sonra  yenidən  qüdrətli  və  adil  bir  padşah 
oldu. 
Məhcubə dedi: 
-Bu  gözəl  və  ruh  oxşayıcı  hekayəti  çox  gözəl 
söylədin.  Həm  də  o  adil  şahın  bu  məzmunda  bir 
hekayəti  kimidir  ki,  fürsət  sahibi  olan  düşməni  ona 
mərhəmət edib, mehribanlıq göstərdi. 
Əcubə soruşdu ki: 
-Necədir o hekayət? 
Ədalət və insaf haqqında Məhcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmişlər  ki,  bir 
adil padşah var idi. Ədalətlə bəzənmiş və insaf yaraşığı 
ilə  zinətlənmişdi.  Mülkü  haram  olan  vergilərdən  və 
sitəm  yolundan  azad  edib,  işıqlı  gələcəyə  və  gözəl 
günlərə  çatdırmaqda  zəmanəsinin  məliklərindən 
fərqlənirdi.  Onun  çox  zalım  və  yaramaz  bir  vəziri  var 
idi. Bu vəzirin içi zülm və sitəm etmək həvəsi ilə dolu 
idi. Həmin şəhərdə çox dövlətli bir tacir var idi. Bir gün 
əcəl mələyi gəlib taciri apardı. Var-dövləti az yaşlı bir 


35 
 
oğluna  qaldı.  Həmin  zalım  vəzir  tacirin  var-dövlətinə 
tamah  salıb,  istədi  ki  adil  şah  zülm  yolu  ilə  o  malı 
uşağın əlindən alsın. 
Bir gün vəzir padşahın hüzuruna gəlib dedi: 
-Şahımızın  ömrü  əbədi  olsun.  Filan  xacə  vəfat 
etdi. Yüz min dinar sərvəti qalıb. Bir də az yaşlı, kiçik 
bir  oğlu  var.  Padşah  əmr  eyləsin,  o  sərvəti  xəzinəyə 
gətirsinlər. 
Məlik dedi: 
-Oğlu varsa miras onundur, ona verilməli-dir. 
Vəzir dedi: 
-O  kiçik  bir  uşaqdır.  Ona  lazım  olan  qədəri 
verilib,  qalanını  borc  adı  ilə  almaq  lazımdır.  Ta  ki 
xəzinədə qoruna və padşah o sərvətdən xoşhal ola. 
Adil padşah vəzirə acıqlanıb dedi: 
-Bu cüzi sərvət ki, yüz mindir. Əgər yüz dəfə yüz 
min də olsa, mənim insafımda ona həvəs  yoxdur. Həm 
də  o,  yetim  haqqıdır.  Bir  mal  ki  haram  ola,  ondan  nə 
qazanc əldə etmək olar? Əvvəla əgər bu dünyanın saxta 
nemətləri  halal  da  olsa,  əslində  haram  hesab  olunur. 
Həm də günaha səbəb olur. Özü də qaldı ki haram ola? 
Vəzir  hiylə  işlətməyindən  xəcalət  çəkdi.  Özünü 
alçaldılmış  hesab  edərək,  kor-peşman  çıxıb  getdi. 
Ancaq  padşaha  qarşı  içində  kini  qaynadı  və  öz-özünə 
dedi  ki,  bir  hiylə  fikirləşmək  lazımdır  ki,  padşahın 
ölümünə və ölkənin ziyan görməsinə səbəb ola. Elə ki, 
bu intiqamı ondan alam. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə