Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   2   3   4   5   6   7   8   9   10   ...   30

28 
 
məlik  bu  sözə  əhəmiyyət  verməyib  bəzirganın  mal 
verməsi  üçün  israr  etdi.  Bəzirgan  məliyin  israrını  qəti 
rədd elədi. Zalım məlik məsələni daha da böyüdüb dedi 
ki,  əgər  mənim  istədiyim  kimi  malı  gətirməsən,  əmr 
edərəm  səni  öldürüb,  var-dövlətini  də  talan  edərlər. 
Tacir  yenə  də  onun  sözlərini  inadla  rədd  elədi.  Zalım 
məlik  qəzəblənib,  qılıncını  siyirib  bəzirganı  vurmaq 
istəyəndə  ədalətli  şahzadə  cəld  ortaya  girib,  özünü 
qılınca  qarşı  qoydu.  Qılınc  enib  şahzadınin  əlinə 
toxundu  və  bir  barmağını  kəsib  yerə  saldı.  Bu  halı  ilə 
adil  şahzadə  acılar  içində  bəzirganın  əlindən  tutub  öz 
otağına apardı və ona dedi: 
-İndi mal-dövlətini yığışdır və bu diyardan çıx get 
ki, başın salamat olsun. 
Beləliklə,  o  iki  qardaş  düşmənə  qarşı  durdular. 
Düşmən  qoşunu  sayca  çox  idi.  Həm  də  yaxşı 
silahlanmışdılar.  Düşmən  bir  hücumda  şahzadələrin 
qoşununu  darmadağın  etdi.  Zalım  şahı  da  qətlə 
yetirdilər.  Adil  şahzadə  çarəsiz  qalıb  qaçmaq 
məcburiyyətində  qaldı.  Bir  qədər  getdikdən  sonra  atı 
yolda  yıxılıb  öldü.  Şahzadə  payi-piyada  yola  düşüb 
getdi. Bir xeyli müddət uzaq və yad şəhərlərdə dolaşdı. 
Bir gün bir dövlətli adamın qapısına gəlib, ac olduğunu 
onlara  söylədi.  Gözəl  bir  kəniz  çölə  çıxıb  xacənin 
xüsusi mətbəxindən müxtəlif yeməklər gətirib ona verdi 
və dedi: 


29 
 
-Hər  gün quşluq
9
  vaxtında buraya  gələrsən. Sənə 
yeməklər verərəm. 
Məlik  Nərah  bir  neçə  gün  bu  qayda  ilə  oraya 
getdi. Axırda cariyə şahzadəyə aşiq olub, dəlicəsinə ona 
vuruldu.  Şahzadə  öz  dininə  sədaqət  göstərib,  Haqqın 
ətəyindən  tutaraq  kənizin  xahişinə  itaət  göstərmədi. 
Kəniz şahzadənin ona meyl etmədiyini görcək qəlbində 
ona qarşı kin-küdurət yarandı və düşündü ki, mərhəmət 
yolunda  vəfamı  aradan  qaldırıb  onun  başına  elə  bir 
oyun açım ki, bütün naz edənlərə ibrət olsun. 
Bir gün yenə şahzadə adəti üzrə həmin yerə gəldi. 
Kəniz ona üz tutub dedi: 
-Ey cavan oğlan, bu qəlbim sənin eşqinlə dolmuş, 
sevimli  surətinə  mail  olmuşdur.  Amma  səni  təqva  və 
zöhdün
10
 mənim istəyimdən uzaqlaşdırır. Bu cür böyük 
əzaba taqətim  yoxdur. Savab odur ki, sənə azuqə üçün 
bir  çox  şeylər  hazır  edəm,  alıb  başqa  bir  şəhərə 
gedəsən. Həm sən yoxsulluq əzabından qurtarasan, həm 
də  mən  bu  böyük  günaha  batmayam.  Sabah  mən  o 
şeyləri  hazır  edəcəyəm.  Sən  də  gəlib  onu  götür  get. 
Yolda ac-susuz qalma. 
Bu  söhbətdən  sonra  şahzadə  dönüb  məkanına 
getdi. Kəniz də məkr və hiyləyə məşğul oldu. 
                                                           
9
 Quşluq – Səhərlə günorta arası 
10
 Təqva və zöhd – Dindarlıq və dünya işlərindən əl çəkib ibadətlə 
məşğul olma 


30 
 
O  xacənin  bütün  xəzinə  və  var-dövləti  bu 
qulluqçu  kənizin  əlində  idi.  Kəniz  dərhal  xəzinəyə 
gedib evin divarını yol tərəfdən dəldi və çoxlu qiymətli 
atlas  parçalar,  zər-zibanı  bir  boxçaya  bağlayıb  evin 
ortasına  qoydu.  İşi  tamam  etdikdən  sonra  arxayınlıqla 
öz otağına çəkildi. Səhər şahzadə adəti üzrə yenə gəldi. 
Kəniz  onun  qabağına  gəlib  min  hiylə  və  mülayimliklə 
dedi: 
-O  şeyləri  sənin  üçün  hazırlayıb  otağın  ortasında 
qoymuşam. Tez get al və bu diyardan uzaqlaş. 
Hər  şeydən  bixəbər  şahzadə  o  otağa  ayaq  basıb, 
boxçaya  əl  uzadaraq  götürdü.  Kəniz  cəld  otağın 
qapısını  möhkəm  bağlayıb  fəryad  eylədi  ki,  oğru  evə 
lağım
11
  atıb,  girib  evin  mallarını  aparır.  Bu  fəryadı 
eşidən  xacənin  xidmətçiləri  və  yaxın  adamları  sağ-
soldan  yığışıb  şahzadəni  evin  ortasında  əlində  boxça, 
içi  dolu  zər-qumaş  gördülər.  Biçarə  şahzadə  çaşqın 
halda  bu  dolaşıq  işin  həllini  çox  çətin  görüb  ağzına 
sükut  möhürü  vurdu.  Dünyanın  bu  cür  gərdişini 
düşünüb,  kənizin  hiylə  və  məkrini  fikir  eyləyib, 
mərdliklə  haqqa  boyun  əyib  durdu.  Xidmətçilər  onun 
bir  oğru  kimi  əl-ayağını  möhkəm  bağlayıb,  döyə-döyə 
və  təhqirlər  edərək,  əzab-əziyyət  verməyə  başladılar. 
Bu  cür  zillət  və  rüsvayçılıq  ilə  cəza  meydanına 
apardılar ki dara çəksinlər. Şahzadənin yadına düşdü ki, 
                                                           
11
 Lağım – Yeraltı keçid 


31 
 
mən  alimlər  söhbətindən  eşitmişəm  ki,  hər  kimsə  bir 
bəlaya kiriftar olsa, möminlərin əmiri həzrəti Əli (Allah 
üzünü  kəramətləndirsin)  buyurmuşdur  ki,  bir  kimsə 
haqqa bir çaşqınlıq üçün şəfa zikri gətirsə yəqindir ki, o 
qorxunc təhlükədən və  həlak  olmaqdan xilas  olar.  Ona 
görə də Haqqa üz tutub dua etdi: 
-Ey hər şeyə  gücü  yetən Allah, o kimsənin haqqı 
ki,  Xəndək  savaşı  günü  onun  bir  zərbəsi  Məhəmməd 
ümmətinin  bütün  gözəl  əməllərinə  bərabərdir.  Necə  ki 
şəriət  sahibi  buyurur:  “Nəbi  (Allahın  salamı  üzərinə 
olsun)  dedi:  “Xəndək  günü  Əlinin  bir  zərbəsi 
ümmətimin  qiyamət  gününə  qədər  əməllərinə 
bərabərdir”.  
Elə  ki,  şahzadə  ürəkdən  bu  nurlu  dua  ilə  məşğul 
oldu,  dərhal  duası  o  böyük  məqamda  qəbul  olundu. 
Dövlət  sahibi  xacə  də  bu  mənzərəni  seyr  edirdi. 
Şahzadəni  bu halda  görüb ilahidən qəlbində mərhəmət 
hissi  oyandı.  Əmr  edib  onu  hüzuruna  gətirtdi  və 
şahzadədən  soruşdu  ki,  sən  hardansan  və  bu  diyara  nə 
cür  gəlib  düşübsən?  Bu  nalayiq  hərəkəti  ki,  sənə 
münasib deyildi, nə üçün etdin? 
Şahzadə dedi: 
-Əgər  həqiqəti  söyləsəm  mənim  dərdimə  ortaq 
olmazsan, əgər söyləməsəm halım məlum olmaz. 
 
Mərhəmətli xacə dedi: 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə