Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

44 
 
Məlik  Qaysumun  xüsusi  xidmətində  olan  bir 
kəniz  var  idi.  Bunların  gizli  söhbətlərini  eşidib, 
niyyətlərini və çirkin hərəkətlərini uzaqdan izləyib o iki 
zəhərli  ləvzinənin  nişanlarını  bildi.  Bunlar  isə 
arxayınlıqla öz işlərini gördülər. Elə ki onların bu çirkin 
işləri hazır oldu, məlikə həmin sinini götürüb yüz işvə-
nazla  şad-xürrəm  Qaysumun  hüzuruna  gəldi.  Bu 
hərəkət  məlik  Qaysumun  o  qədər  xoşuna  gəldi  ki,  heç 
nədən  ehtiyat  eyləmədən  xoş  münasibətlə  ləvzinələri 
yeməyə  başladılar.  Kəniz  də  bir  kənarda  durub  onlara 
fikir  verirdi.  Elə  ki  gördü  məlik  o  iki  zəhərli  ləvzinəni 
götürmək istəyir, yerindən sıçrayıb sinini ortadan qapdı. 
Məlik kənizin bu hərəkətinə bərk hirslənib, sinini tələb 
eylədi. Kəniz əmrə itaət eyləməyib ləvzinələri yerə atdı. 
Qız dedi: 
-Bu həyasıza nə oldu ki, bu cür ədəbsizliyə cürət 
etdi? Yəqin ki bizim mehribanlığımıza paxıllıq edir. 
Məlik  Qaysum  o  hərəkətdən  çox  sinirləndi  və 
acıqlı  halda  qılıncı  əlinə  aldı  ki,  zalımlıqla  kənizi 
öldürə.  Bu  an  o  zahidin  sözləri  yadına  düşdü.  Hirsi 
soyuyub,  qəlb  rahatlığı  ilə  mərhəmət  edib  biçarə 
kənizin  günahından  keçdi  və  yanına  çağırıb  bu 
hərəkətinə nəyin səbəb olduğunu soruşdu: 
-Sən heç bir vaxt bu cür həyasızlıq etməzdin. İndi 
bu ədəbsizliyə səni nə vadar etdi? 
Kəniz cavab verib dedi: 


45 
 
-Nə  qədər  ki  sənin  kəbinində  olan  bu  məlikədə 
atasının qisasını almaq kini var, mən bu cür səfehlikləri 
çox edəcəyəm. 
Məlik  bu  sözdən  çox  heyrətlənib  buyurdu  ki,  bu 
söz çox fitnə törədən və ağlagəlməzdir. Bu işin səbəbini 
bizə izah eylə. 
Cariyə dedi: 
-Məlikənin dayəsi sənə  hiylə və məkr quraşdırıb, 
yeməyinə  zəhər  qatıb,  canına  qəsd  etmək  istədi.  Əgər 
bu 
hadisəni 
mən 
görməsəydim  səni  öldürüb, 
düşmənlərini sevindirərdilər. 
Məlikə ah-nalə edib dedi: 
-Bir  bu  cadugərə  bax.  Şahın  acıqlanmasına  necə 
də  həvəslə  təkan  verir.  Özünün  həyasızlığını  isə  ört-
basdır edərək istəyir ki, bu yolla şaha xoş gələ. 
Kəniz dedi: 
-Bütün  mübahisələr  dəlil-sübutla  aşkarla-nar  və 
müəyyən olar. Əgər məlik dayəni hüzura gətirdib bu iki 
ləvzinəni  ona  yedirirsə,  haq  ortaya  çıxar  və  şah  da 
mənim doğru olduğuma inanar. 
Məlik  dayəni  hüzuruna  gətirdib  əmr  eylədi  ki,  o 
iki dənə ləvzinəni yesin. Xain dayə qorxusundan onları 
yedi və elə oradaca canını haqqa təslim eylədi. 
Qaysum  vəziyyəti  belə  görüb,  istədi  ki  məlikəni 
öldürsün. Yenə o zahidin sözləri yadına düşdü. Dərhal 
acığı soyuyub sakitləşdi və məlikəyə dedi: 


46 
 
-Baxmayaraq ki sən bizə bu cür böyük bir bəlanı 
rəva gördün, amma bizim mülayim-liyimiz bu təhlükəli 
cinayətdən  bizi  xilas  etdi.  Mən  isə  sənin  bu 
qaniçənliyini bağışladım. 
Şahın  bu  mərdanəliyindən  təsirlənən  məlikə 
peşmançılıq və hörmətlə taxt önündə səcdə etdi və dedi: 
-Sən  ki  mənim  günahımı  əfv  edib  canımı 
bağışladın,  mən  də  bundan  sonra  ikiüzlülükdən  əl 
çəkib, səninlə barışmağı qəbul etdim. Odur ki sənə bir 
sirr  açım.  Mənim  atam  filan  yerdə  çoxlu  mal  və  bol 
xəzinə  gizlətmişdir.  Səninlə  nikahlı  olsam  da  bu  sirri 
səndən  qapalı  və  gizli  saxlayırdım.  İndi  ki  səninlə 
sədaqətlə barışdım, lazımdır ki o xəzinəni çıxarasan və 
lazım olan yerlərə xərcləyəsən. 
Məlik  Qaysum  o  hədsiz-hesabsız  malı  və 
xəzinəni  deyilən  yerdən  çıxartdırıb,  xeyli  hissəsini  o 
sədaqətli  kənizə  hədiyyə  eylədi.  Qalanını  isə  xəzinəyə 
qoyub  məlikəyə  dedi  ki,  bu  mal  sənin  haqqındır. 
İstədiyin kimi götürüb xərcləyə bilərsən. 
Beləliklə 
də, 
mülayimlik 
və 
sakitliyin 
bərəkətindən  dostluq,  sevgi,  birlik  və  məhəbbət  hasil 
olub,  kin  və  qərəz  ortadan  qalxdı.  Məlik  Qaysum  da 
birdəfəlik qan tökməkdən aralandı. 
Məhcubə dedi: 
-Bu  çox  gözəl  bir  söhbət  oldu.  Bu  maraqlı 
hekayətin  və  könül  oxşayan  rəvayətin  bir  bənzəri  də  o 
məlik  hekayətidir  ki,  öz  mülayim-liyinin  gücü  ilə  öz 


47 
 
mehriban  və  günahsız  qulamının  ölümündən  keçib, 
xain günahkarı haqqına görə edam eylədi. 
Əcubə dedi: 
-Məhcubə, o hekayət necədir? Danış görək. 
Məhcubə dedi: 
Mülayimlik və ciddilik barədə Məhcubənin hekayəti 
Xəbər  söyləyənlər  belə  rəvayət  etdilər  ki, 
Bədəxşan  diyarında  bir  padşah  var  idi.  O,  hədsiz 
dərəcədə  təmiz  ürəkli  və  gözəl  xasiyyətli  idi.  Onun 
adına  Çəhram  deyirlərdi.  Ölkə  onun  varlığı  ilə  şərəfli 
və  əxlaq  qaydalarını  gözləmələri  ilə  tərifə  layiq  bir 
şəkildə rahat olmuşdu. 
Bir  gün  məlik  Çəhram  ov  etmək  üçün  ata  minib 
səhraya  getdi.  Bir  müddət  səhrada  at  sürüb,  hər  tərəfi 
dolaşdı,  sağına  və  soluna  diqqətlə  baxdı.  Gözünə  heç 
bir şikar dəymədi. 
Bir  odunçu  həddən  artıq  kasıb  olduğu  üçün 
ceyran dərisini özünə bürüncək eyləmişdi. O gün həmin 
çöldə bir qədər odun kəsib  yorulmuşdu. Bir az dincini 
almaq  üçün  bir  ağac  dibində  yatıb  qalmışdı.  Məlik 
Çəhram  uzaqdan  onu  gördü.  Elə  düşündü  ki  bu  bir 
ceyrandır.  Ox-kamanı  əlinə  götürüb,  odunçunu  nişan 
alıb  atdı.  O  biçarəni  vurub  yaraladı.  Padşah  ov  bilib 
vurduğu  odunçunun  yanına  gəldi.  Yazıq  odunçunu  bu 
halda görüb çox peşman oldu və dedi: 
-Bu  cəsarət  mənə  çox  baha  başa  gəldi.  O  fağıra 
min  dinar  qızıl  pul  verib  ondan  üzrlər  dilədi  və  əhd 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə