Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

53 
 
götürməzlər.  Əgər  şahların  siyasəti  bunların  ayağını 
bağlamasa,  fəsad  qapılarını  açıb,  neçə  əsilsiz  və 
xoşagəlməz  işlər  görərlər.  Lakin  məliklərin  siyasəti 
evlərə əmin-amanlıq rahatlığı gətirər və onun himayəsi 
ilə  aləm  sakit  olar.  Necə  ki  padşahlara  mülayimlik  və 
ədalət  gözəllik  və  yaraşıqdır,  siyasət  də  eləcə  zinətdir. 
Amma  siyasəti  də  səbr  və  sükun  yolu  ilə  buyurmaq 
gərəkdir.  Tələm-tələsik  işgəncə  yolu  ilə  etməməlidir. 
Xain  günahkarlar  haqqında  o  iki  şərti  araşdırma  və 
təhqiq  etmə  dərdi  ilə  tələsikliyə  yol  verməyə.  Ta  ki, 
günahsızlar  günahkarlardan  seçilələr  və  günahsıza 
günah-karlar  əzab-əziyyət  edib,  nahaq  qana  bais 
olunmaya.  Necə  ki  o  mərd  zərgər  günahsız  yerə  bəla 
oduna  kiriftar  oldu,  amma  ağıllı  padşahın  ehtiyat  ilə 
araşdırması sayəsində günahsız olduğu üzə çıxdı. Fitnə-
fəsad  salan  günahkar  isə  haqq-ədalətlə  əzab-əziyyət 
çəkdi. 
Məlik Səmmah soruşdu ki, necədir o hekayət? 
Əcubə dedi: 
Araşdırmadan sonrakı siyasətin bəyanı barədə 
Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  nəql  etmişlər  ki, 
Bəsrədə  bir  neçə  fırıldaqçı  var  idi.  Bir  gün  padşahın 
hərəmindən  bir  gözəl  qızı  bər-bəzəkli  əşyaları  ilə 
aldadıb  evlərinə  gətirdilər.  Məqsədləri  hasil  olduqdan 
sonra  o  biçarəni  öldürdülər.  Bütün  əşyalarını  və 
qiymətli cəvahirlərini nə ki vardı, hamısını aldılar və öz 


54 
 
aralarında  bərabər  böldülər.  O  cəvahiratın  arasında  bir 
dənə  çox  gözəl  dürr  var  idi  ki,  onun  qiymətində 
zəmanənin ən bahalı əşyası qüsurlu idi. O yaramazların 
bir  başçısı  vardı  ki,  adına  Təbbat  deyirlərdi.  O  çox 
hiyləgər və məkrli bir adam idi. 
Bir gün bu Təbbat yoldaşlarına dedi: 
-Gəlin  filan  zərgərin  yanına  gedib  bu  dürrü  baha 
qiymətə  sataq.  Həm  biz  maldan  həzz  alaq,  həm  də 
günah onun üzərinə düşsün. 
Bu  fikirlə  qiymətli  paltarlar  geyinib  o  zərgərin 
yanına  getdilər.  Təbbat  dürrü  çıxarıb  zərgərə  verdi  və 
dedi ki, biz varislərik. Bu dürr bizə atamızdan mirasdır. 
Biz  səndə  gözəl  insanlıq  və  əmanətə  həddən  artıq 
sədaqət  müşahidə  edib  gəldik  ki,  bu  dürrü  bizə 
parçalayıb bərabər şəkildə aramızda böləsən. 
Zərgər  belə  xəyal  eylədi  ki,  bunlar  bir  neçə 
axmaqlardır. Bilmirlər ki dürr parçalanmaqla qiymətsiz 
olar.  Bunun  əlacı  budur  ki,  ucuz  qiymətə  bunların 
əlindən bunu alam və baha qiymətə satam. 
Odur ki zərgər dedi: 
-Ey  qardaşlar,  cəvahiri  satmaq  olmaz.  Çünki, 
şəriətə  görə  məkruhdur
15
.  Əgər  istəyir-sinizsə,  baha 
qiymətə  satarıq  və  məbləği  də  sizin  aranızda  bölərik. 
Siz də mübahisə etməkdən xilas olarsınız. 
Təbbat dedi: 
                                                           
15
 Məkruh – Haram olmayıb, xoş da qarşılanmayan 


55 
 
-Biz  bu  işə  razı  deyilik.  Çünki,  cəvahirin  evdə 
olması  çox  bərəkətə  səbəb  olur.  Biz  o  cəvahirə 
möhtacıq.  Malımız  və  mülkümüz  onun  bərəkəti  ilə 
çoxalır. Xülasə, fırıldaqçılar zərgərin həvəsini artırdılar 
və xırdaçılıq edib, o qədər sırtıqlıq göstərdilər ki, axırda 
xeyli  baha  qiymətə  dürrü  zərgərə  satıb,  pulunu  da  alıb 
öz işlərinə getdilər. 
Zərgər  tamahlanıb  dürrü  padşahın  hüzuruna 
apardı  ki,  ondan  lap  çox  qazanc  əldə  edə.  Padşah  o 
dürrü görüb tanıdı və əmr etdi, zərgəri tutub həbs edin. 
Dərhal  zərgəri  tutub  bağladılar  və  soruşdular  ki,  bu 
dürrün sahibini neylədin? O qız haradadır? 
Zərgər  bu  hadisənin  sirrindən  xəbərsiz  idi.  Mat-
məəttəl qaldı və dedi: 
-Bu  müşgül  suala  nə  cavab  verim?  Qız  hadisəsi 
nədir ki, mən onun sirrindən xəbərsizəm. 
Məlik dedi: 
-Bir neçə gündür ki mənim xüsusi hücrəmdən bir 
qız  itgin  düşüb.  Onun  üzərində  bir  çox  daş-qaşla 
bəzədilmiş zinət əşyaları və nəfis cəvahirlər var idi. Bu 
gümüşü dürr də onlardan birisidir. Əlbəttə, o cövhərləri 
digər cəvahirlərlə birlikdə tapmaq lazımdır. 
Yazıq  zərgər  heyrətə  düşdü  və  yalvararaq  aman 
diləyib dedi: 
-Mən  o  dürrü  bir  neçə  varisdən  satın  almışam. 
Harada  olduqlarını  da  bilirəm.  Əgər  məlik  onlardan 
birini gətirməyi əmr edərsə, bu gizli sirrin açılması çox 


56 
 
da  gec  olmaz.  Həqiqət  ortaya  çıxar,  mən  də  məlikin 
qəzəbindən qurtararam. 
Məlik  dərhal  zərgərə  bir  neçə  adam  qoşub  o 
quldurları  tutub  gətirməyə  göndərdi.  Onların  başçısı 
Təbbat  evdə  idi.  Onu  tutub  gətirdilər.  Təbbat  gördü  ki 
bəla  qapıları  üzərinə  açıldı.  İşi  inkar  eyləməyə  qərar 
verdi.  Elə  ki  Təbbatı  hökumət  məclisinə  gətirdilər, 
zərgər dedi: 
-O oğurlanan dürrü mənə bu kişi satdı. 
Təbbat inadkarlıqla etiraz eylədi: 
-Mənim 
bu  işdən  xəbərim  yoxdur.  Bu 
araqarışdıran mənə böhtan atır. 
Elə  ki  məlik  zərgərin  yalvarmağını  və  Təbbatın 
inkar  eylədiyini  müşahidə  eylədi,  qəzəb  və  hiddətini 
boğub dedi: 
-Bu halı tam araşdırmayınca hökm etmək olmaz. 
Əmr eylədi, ikisini də həbsxanaya saldılar. 
Məlik  şəxsən  özü  bu  hadisənin  araşdırılması  ilə 
məşğul oldu və vəziri ilə məşvərət edib dedi: 
-Sən bu iki oğru-quldurun haqqında nə deyirsən? 
Heç  bir  razılığa  gəlmirlər.  Şübhəsiz  ki,  bunların 
ikisindən  biri  xəyanətkardır.  Bu  gizli  sirrin  bəndini 
səndən başqa heç kim aça bilməz. Bir yol fikirləş ki, bu 
müşgül  məsələ mənim  yanımda həll olunsun və ədalət 
öz yerini tapsın. 
Vəzir dedi: 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə