Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

48 
 
eylədi ki, bir daha heç bir işə tələsməsin, heç bir halda 
tələsikliyə yol verməsin. 
Məlik Çəhramın gözəllikdə tayı-bərabəri olmayan 
bir  cariyəsi  var  idi.  Bu  cariyə  həm  də  xoş  üzlü  və 
könülaçan  idi.  Məlik  Çəhram  o  kənizin  vurğunu 
olmuşdu.  Belə  ki,  öz  kəbinli  arvadının  və  başqalarının 
söhbətlərindən  ayrıldıqdan  sonra  həmişə  onunla 
sevişməklə  məşğul  olurdu.  Məliyin  arvadı  isə  qeyrət 
atəşi  ilə  ciyərini  kabab  edib,  daim  gözlərindən  həsrət 
yaşını axıdırdı. Bir gün bu vəziyyəti bir qadına söylədi, 
ona bu möhnətin şiddətindən xəbər verdi və dedi: 
-Məlik  o  cadugər  kənizə  dəlicəsinə  aşiq 
olmuşdur.  Mən  də  bu  həsrətin  atəşindən  taqətdən 
kəsilib, yəqin ki axırda həlak olacağam. 
Qadın  ona  təsəlli  edərək  cavab  verib  dedi  ki, 
könlündən qəm-qüssəni çıxart. Sən ki məni bu iş üçün 
sir  dostu  eylədin,  mən  səni  o  cariyənin  sənə  verdiyi 
əzablardan  xilas  eylərəm.  Mənə  söylə  görüm,  məlik  o 
cariyənin harasını daha çox sevib- oxşayır? 
Məliyin  qadını  dedi  ki,  bir  xəlvət  vaxtı  gördüm 
ki,  məlik  onun  gümüşü  rəngdə  olan  çənəsini  daha  çox 
öpərdi.  Onun  ağ  bədəninin  qoynunda  məst  olub, 
ürəkləri ovlayan böyük xəta edərdi. 
Qadın dedi: 


49 
 
-İndi  iş  ona  qalır  ki,  gərək  mən  qız-gəlinə  bəzək 
vuran  məşşatələr
14
  kimi  bəzək  qutusunu  zinət  əşyaları 
ilə  dolduram  və  məliyin  hərəmxanasına  girəm.  O 
kənizin  hüzurunda  xidmət  şərtlərini  yerinə  yetirəm. 
Çox  həvəslə  mənim  bəzək  vurmağıma  sevinəcək. 
Rənglərin  içinə  bir  qədər  həlahil  zəhəri  doldurub 
saxlayam.  Bəzək  işini  qurtardıqdan  sonra  o  zəhərli 
rənglərlə  onun  çənə  çuxurunda  bir  zəhərli  xətt  çəkəm. 
Elə  ki,  məlik  məst  halda  ona  dodaq  vurub,  çənəsindən 
busə aldı, o saat zəhər ağzına gedib onu öldürəcək. Sən 
də bu qüssə və qəmdən qurtularsan. 
Bu  yolla  məkrinə  hiylə  qarışdırıb,  o  tərtibi  necə 
demişdisə,  tamam  hazırlayıb  zəhərli  rəngləri  kənizin 
çənəsinə sürtdü. 
Məliyin  bir  qulu  var  idi  ki,  həmişə  hərəmxanada 
olardı.  Məliyə  məxsus  xidməti  işləri  ancaq  o  görərdi. 
Pərdə  arxasından  bunların  bu  gizli  söhbətlərini  eşidib 
istədi ki cariyəni bu təhlükəli hiylədən xəbərdar eyləyə. 
Ancaq heç cür fürsət tapa bilmədi. Məliyi də məst halda 
görüb, bu sirri agah etməyə bir yol tapa bilmədi. 
Məlik  həmişəki  adəti  üzrə  kənizlə  yataq  otağına 
girdi.  Məst  idi,  dərhal  kənizi  qucaqlayıb  yuxuya  getdi. 
Həmin qulam yavaş-yavaş cariyənin  yanına gəldi. Başı 
ucunda  durub  dəsmal  ilə  o  zəhərli  xətti  onun 
çənəsindən  silməyə  başladı.  Qəfildən  məlik  Çəhram 
                                                           
14
 Məşşatə - Şahların hərəmxanasındakı qadınlara bəzək vuran 


50 
 
yuxudan  oyandı.  Baxıb  gördü  ki  qulam  əlini  kənizin 
çənəsinə uzadıb. Bu Məlik Çəhramı bərk qəzəbləndirdi 
və qılıncı çəkib istədi ki tez bir zamanda qulamın başını 
bədənindən  ayıra.  Bu  vaxt  odunçu  ilə  olan  əhvalat 
yadına  düşdü.  Mülayimlik  və  səbrlə  nəfsinə  təskinlik 
verib o qulamın günahından keçdi və soruşdu: 
-Bu  nə  cürət  idi  sən  elədin?  Bunun  səbəbi  nədir 
ki,  bu  kənizə  şəhvət  yolu  ilə  mənim  yatağımda  və 
mənim yanımda təcavüzə cəhd edirsən? 
Qulam cavab verib dedi: 
-Şah  sağ  olsun.  Sizin  xanımınızın  məşşatəsi 
rənglərə  zəhər  qarışdırıb  bu  kənizin  çənəsinə  sürtdü. 
Belə  ki,  bəzəkli  surətdə  pislik  və  hüsn  pərdəsində 
qəbahət özünü göstərə. Mən də istədim ki o zəhərli xətti 
onun çənəsindən silib təmizləyəm. 
Məlik  dərhal  arvadını  yanına  gətirdib  bu 
məsələnin izahını ondan tələb eylədi. 
Məliyin arvadı dedi: 
-Mən neçə kərrə görmüşəm ki, bu qulam o kəniz 
ilə  bir-birinə  necə  aşiqdirlər.  Bu  cür  əməlləri  çox 
etmişlər.  Lakin  mən  məlikdən  bunu  gizlədərdim. 
Düşünürdüm  məliyin  ağlına  belə  gələr  ki,  bunu  mən 
iftira üçün deyirəm. Elə ki məliyin özü bu işi müşahidə 
eylədi, daha nə deyə bilərəm? Əmr padşahındır. 
Qulam dedi: 


51 
 
-Mən inanıram ki, o zəhərli rəng hələ məşşatənin 
qutusundadır.  Əgər  məlik  buyurub  məşşatəni  bura 
gətirtsə bu şübhədən qurtarar. 
Odur  ki  məlik  əmr  eylədi,  məşşatəni  qutusu  ilə 
birlikdə  şahın  hüzuruna  gətirdilər  və  təkid  etdilər  ki,  o 
rəngi agzına alsın. Qadın can qorxusundan aman dilədi 
və günahını etiraf eylədi. 
Məlik Çəhram buyurdu: 
-Arvadımı boğun, məşşatəni də odda yandırın! 
O  qulama  da  gözəl  xələtlər  bağışlayıb,  bir  neçə 
böyük şəhərin əmirliyini ona tapşırdılar. O məlik böyük 
səbir və dəyanətlə o işdə araşdırma apardı. Mülayimlik 
və ciddiyyətin bərəkətiylə haq nahaqdan ayrıldı. Allah-
Təala buyurur: “Haq gəldi və batil yox oldu!” 
Məhcubə dedi: 
-Bu  məsəli  onun  üçün  gətirdim  ki,  ta  zəmanə 
hakimləri  və  cahan  padşahlarına  məlum  olsun  ki, 
vüqarlı  olmanın  və  mülayimliyin  nəticəsinin  sonu 
yoxdur. Hər kim bu xasiyyətlərə diqqət göstərsə həmişə 
qəlbi şad və fərəhli olar. Xalq içində də qəbul olunar və 
nəzərə  alınar.  Haq-Təala  səltənət  mülkünün  sahiblərini 
vüqar  bəzəyi  və  gözəlliklərlə  müzəyyən  eyləsin. 
Həmişə könül muradı və qəlb səfası hasil olsun. 
 
 


52 
 
ÜÇÜNCÜ BAB 
Araşdırma və yoxlamadan sonra siyasətdə oturma 
 
Üçüncü gün ki aləmin günəşi zərli qübbədən baş 
götürüb  cahanı  özünün  ağ  bəzəkli  şüaları  ilə 
nurlandırdı,  şah  Səmmah  da  səltənət  taxtında  oturub 
aləmi  öz  ədaləti  ilə  bəzədi.  O  gün  axşama  kimi  xalqın 
məsələləri  ilə  məşğul  olub,  insaf  və  ədalətlə  mülkə 
rövnəq verdi. 
Elə  ki  günəş  gəlini  gecə  pərdəsi  ilə  üzünü  örtdü, 
şah  Səmmah  xüsusi  hərəmxanasına  gedib  nəşələnmək 
və şənlənmək üçün Əcubə və Məhcubənin yanına gəldi. 
Ta 
ki  onların  ləzzətli  nitqlərindən  və  incə 
kəlmələrindən  faydalana.  Elə  ki  söhbətə  məşğul 
oldular, söz arasında şah soruşdu ki, o hansı xasiyyətdir 
ki  ölkələr  almaqda  məliklərə  gərək  ola  və  onu 
işlətməklə zalım üsyançıları müti və tabe eyliyələr? 
Əcubə dedi: 
-Şahın  mülkü  daimi  olsun.  Ölkələr  almaqda  zor 
gücünə  təcavüzdən  və  fitnə-fəsadçıların  qəmindən 
siyasətdən  başqa  heç  nə  ilə  müyəssər  olunmaz.  O 
cəhətdən  ki,  dünyada  xalqlar  cürbəcürdür  və  bunların 
yaradılışları  da  müxtəlifdir.  Bəzisi  surətdə  insan, 
daxilən  mələkdir.  Bəzisi  də  yırtıcı  heyvan  təbiətlidir. 
Belələrini  itaətə  çəkmək  xeyli  çətindir.  Ta  ki  məliyin 
qorxusu,  vahiməsi  və  dəhşəti  bunların  qəlbində 
yerləşməyə.  Əmrə  itaət  edib,  müxa-lifəti  ortadan 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə