Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

57 
 
-Sabah  məclis  çağıraq.  Qazılar,  imamlar,  şeyxlər 
və şəhər camaatını meydana dəvət edək. Orada mən bir 
hiylə  və  məkr  edib  bu  iki  müttəhimdən  suçlu  olanı 
müəyyənləşdirib,  əhali  qarşısında  rüsvay  edim.  Amma 
indi  əmr  edin  ki,  o  oğurlanan  dürrü  on  ədəd  dürr  ilə 
mənim  xüsusi  hücrəmə  gətirsinlər.  Mən  elə  bir  hiylə 
edəcəyəm  ki,  aləm  padişahının  dövlətində  uğurlu 
qələbə üz göstərsin. 
Vəzirin o zərgər ilə yaxınlığı var idi. Dəqiq bilirdi 
ki  bu  cür  münasibsiz  hərəkət  o  zərgərdən  gəlməz. 
Xalqın  qəlbində  ona  qarşı  töhmət  yaranmasın  deyə, 
zərgəri xəlvəti evinə  gətirib dedi ki, sabah o dürdanəni 
on  ədəd  dürr  ilə  birlikdə  sənə  gətirəcəklər.  Nə  vaxt 
məlik sənə: - Öz dürrünü al – desə, ehtiyatlı ol, o dürrü 
alma,  başqasını  götür  və  bu  sözlərimi  yaxşı  yadında 
saxla – deyib, yerinə göndərdi. 
Elə  ki  gecənin  qara  rəngli  qarğası  cahan 
yuvasından  uçub  getdi  və  sübhün  al  saçaqlı  günəşi  öz 
qızıl  şüalarını  aləmin  üzərinə  tökdü,  aləm  günəş 
nurundan  öz  zərli  xələtini  geyindi.  Məlik  bütün 
hörmətli  təbəələri  və  xidmətçiləri  ilə  şah  sarayında 
hazır  oldu.  Təbbatı  və  zərgəri  meydana  gətirdilər  və 
bir-birinə  yaxın  yerdə  oturtdular.  Vəzir  buyurdu  ki,  o 
dürrləri qızıl tabaq içərisində zərgərin önünə qoysunlar. 
Padşah uca səslə çağırıb dedi: 
-Ey cəvahirlər xacəsi, öz dürrünü gətir bizə ver. 


58 
 
Zərgər  vəzirin  sözlərinə  əməl  edib,  əl  uzadıb 
istədi  ki  başqa  dürr  götürsün,  Təbbat  özünü  saxlaya 
bilməyib qəfildən yerindən səslənib dedi: 
-Öz dürrünü götür. O cövhər sənin deyildir. 
Padşah dərhal dedi ki, ey vəzir, haq yerini tapdı. 
Sonra Təbbata üz tutub dedi: 
-O  dürrü  ki,  sən  ona  satmadın.  Bəs  nədən  bildin 
ki  o  dürr  onun  deyildir  və  görmədiyin  cövhərə  nədən 
şahidlik edirsən? 
Təbbat  acizliyindən  susmaq  məcburiyyə-tində 
qaldı və xalq qarşısında rüsvay oldu. Padşahın sərt əmri 
ilə  cinayətkar  bu  fəsad  işdə  onunla  şərik  olan 
yoldaşlarının  hamısını  ələ  verdi.  Şah  soruşdu  ki,  qızı 
neylədiniz? 
Bu  tamahkar  quldurlar  da  qızı  öldür-düklərini 
etiraf  etdilər.  Şah  dərhal  əmr  eylədi,  onların  hamısını 
şəhərdə  əzab-əziyyətlə  və  siyasətin  hökmü  ilə  dara 
çəkdilər.  Biçarə  zərgər  də  şər  və  böhtanın  böyük 
bəlasından xilas oldu. Bunlara olan məhkəmədən bütün 
aləm  ibrət  dərsi  aldı.  Beləliklə  də,  o  ağıllı  məliyin 
siyasəti ilə araşdırma və yoxlamanın nəticəsindən sonra 
fitnə-fəsadın  səbəbi  ortaya  çıxdı  və  rəiyyətin  rifahına 
səbəb oldu. 
Məhcubə dedi: 
-Nə  gözəl,  nə  yaxşı  gətirdin  bu  çox  faydalı 
hekayəti və bu nadir məsəli. Həm də o məliyin hekayəti 
buna  oxşayır  ki,  bəzirgan  qızı  ilə  həyasız  qulam 


59 
 
arasında  ehtiyat  ilə  hökm  eylədi  və  araqarışdıran 
günahkar  qulamın  günahı  üzə  çıxdıqdan  sonra  onu 
edam etdirdi. 
Əcubə dedi: 
Necədir o hekayət? 
Məhcubə dedi: 
Araşdırmadan sonrakı siyasət barədə Məhcubənin 
hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmiş-lərdir  ki, 
Kəşmir  diyarında  bir  bəzirgan  var  idi.  Çox  səxavətli, 
həm  də  çox  dövlətli  olan  bu  bəzirganın  bəxşişlər 
vermək  üçün  qapısı  hər  zaman  açıq  idi.  O  bəzirganın 
dünya gözəli, mələklərə bənzər, ay üzlü bir qızı var idi. 
Belə  ki,  gözəl  surəti  dünyanı  işıqlandıran  vəfalı  səhər 
günəşi  kimi  işıqlı,  yasəmən  ətirli  saçları  aşiqlərin 
ürəklərini  yandıran  gecə  kimi  qara  idi.  Çin  müşkünə 
bənzər  gözəl  ətri  quldurbaşı  kimi  çarəsiz  qulların 
sinəsini  dağlayır,  dodağının  Misir  nabatı  kimi  şirin 
gülüşünə  əsir  edirdi.  Kəşmir  padşahı  o  gözəl  ulduza 
bənzər  həmin  qızı  öz oğluna nişanlayıb,  nikah  yolu  ilə 
bağlamışdı.  Elə  ki  qovuşmaq  vaxtı  bəlli  oldu,  zəmanə 
qaydasınca  şəhəri  bəzədib,  gəlinin  otağını  qızılı 
xalçalarla zinətləyib, daş-qaşla bəzədilmiş zərif və ipək 
parçalarla  qızıl  kimi  bəzəyib  hazır  eylədilər,  o  huriyə 
bənzər  qızı  şadlıq  və  sevinc  içində  şahzadənin  görüş 
taxtına gətirməyi qərara aldılar. 


60 
 
O  bəzirganın  bir  qulu  var  idi  ki,  o  qızın  üzünün 
gözəlliyinə  aşiq  olmuşdu.  Neçə  vaxt  idi  bu  sirri 
ürəyində  gizli  saxlayırdı.  Elə  ki  padşahın  niyyətini  və 
qızın  vəziyyətini,  bunların  gördüyü  işləri  müşahidə 
eylədi, gözlərindən sel kimi yaş axıdıb dedi ki, əgər bu 
ayrılıq  baş tutarsa, o zaman vüsal ümidi kəsiləcək. Ən 
yaxşı  yol  odur  ki,  şahzadə  qızı  özünə  aparmamışdan 
əvvəl  bir  hiylə  eyləyəm.  Həmin  hiylənin  səbəbi  ilə 
arzuma  çatıb,  o  qızdan  muradımı  alam.  O  çörək  itirən 
qəddar kafir şərəfli bəzirganın evində bu fikirlə xəyanət 
eylədi. 
Bəzirgan bütün var-dövlətini ona etibar edib, onu 
xəzinədar eyləmişdi. O qulam gizlincə xəzinənin içində 
bir quyu qazıb, oradan da öz hücrəsinə bir yol açmışdı. 
O  quyunun  ağzını  cürbəcür  şeylərlə  örtüb,  üzərinə  də 
təmiz  palazlar  salmışdı.  O  palazın  kənarına  içərisində 
zər-ziba  dolu,  ağzı  bağlı  bir  kisə  qoymuşdu.  Fürsət 
gözləyirdi. O vaxt ki xacə padşah sarayına getdi, qızı da 
öz  yaxın  adamlarından  aralı  gördü,  tez  qızın  yanına 
gəldi. Xəzinənin açarını qıza verib dedi: 
-Atan sənin üçün bir kisə qızıl doldurub xəzinədə 
palazın  kənarına  qoydu.  Tez  get  götür,  şəxsi  işlərinə 
sərf  eylə.  Mənim  işlərim  çox  olduğu  üçün  gətirə 
bilmədim. 
Qız  bu  sözləri  eşidib  dərhal  açarı  aldı  və 
xəzinənin  qapısını  açdı.  İşdən  xəbərsiz,  qafil  halda 
palaza  doğru  gedib,  qızıl  dolu  kisəni  götürmək  istədi. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə