Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

113 
 
dəqiqə  hörmət  və  ehtiram  qapılarını  açıb  vəziri 
qarşıladı.  Vəzir  xidmətçini  başqa  hədiyyələrlə  birlikdə 
şaha  göndərdi.  Şah  bu  xidmətçini  imtahan  edib  qızına 
layiq mükəmməl bir xidmətçi olduğunu gördü və dərhal 
onu  qızına  xüsusi  xidmətçi  təyin  eylədi.  Bir  neçə 
müddət  xidmətçi  qızın  xidmətində  olub  başqa 
xidmətçilərindən artıq kəramətlərlə məşhur oldu. 
Axır  ki  bu  xidmətçi  şah  qızına  xoş  gəlib,  ona 
söhbət yoldaşı ola bildi. Məkr və hiyləyə baş vurub hər 
gün gizlicə vəzirin yanına gəlir, baş verən sirlərdən onu 
xəbərdar  edirdi.  Həm  də  o  hiyləni  ki  fikirləşmişdilər, 
baş  tutması  üçün  vəzirdən  məsləhətlər  alırdı.  Bir  gün 
söhbət zamanı vəzirə dedi: 
-O  qızı  nitqimin  gözəlliyi  və  dilimin  şirinliyi  ilə 
elə  ələ  almışam  ki,  bir  an  da  mənsiz  dura  bilmir. 
Məndən  başqa  ayrı  bir  adamla  şadlıq  edib,  ürək 
rahatlığı  tapmır.  Əgər  bu  işin  yerinə  yetirilməsini 
istəyirsənsə,  necə  bir  hiylə  eyləmək  lazımdır,  mənə 
öyrət. 
Vəzir dedi: 
-Mənim  işim  qızı  bu  diyardan  alıb  getməkdir. 
Amma  madam  ki,  qız  şahın  qardaşı  oğluna  nikah  yolu 
ilə nişanlanıb, elə belə alıb getməkdən bir xeyir qazana 
bilməyəcəyik.  Çünki,  şahzadə  qanuni  nikah  olmayınca 
onun  vüsalına  çatmağa  rəğbət  göstərməz.  Bir  tədbir 
eyləmək lazımdır ki, qız ilə şahın qardaşı oğlu arasında 
qanuni boşanmaqla ayrılıq yarana. 


114 
 
Bu söhbətdən sonra qızı aldatmaq üçün xidmətçi 
dərhal şahın qardaşı oğlunun hüzuruna gəldi. Evi xəlvət 
etdirib,  özünü  elə  göstərdi  ki,  guya  onu  şahın  qızı 
göndərib.  Sözə  başlayıb  dedi  ki,  qız  sənə  onun  çox 
şiddətli  məhəbbətini  elan  etməmi  istədi.  İndiki  halda 
hər  gecə-gündüz  səninlə  vüsala  yetişmək  xəyalını 
həmdəm  və  yaxınlıq  eyləmək  ümidini  özünə  dost 
eyləmişdir.  Məni  göndərib  sənə  çatdıram  ki,  əgər 
mənim  sevgimə  və  eyş-işrətimə  rəğbətin  varsa,  bu  işin 
meydana  gəlməsində  onun  da  istəyi  varsa,  vaxt 
itirməyib  mənimlə  gəlib  görüşəsən.  Ta  ki  vüsalın 
şirinliyi ilə mənim sevgi dolu könlümə bir az təskinlik 
yetişə.  Əgər  bu  işin  meydana  gəlməsi  üçün  ehtiyat 
eylərsə, bizə o qədər intizar çəkdirər ki, səbrə taqətimiz 
qalmayıb,  axırda  həlaka  səbəb  olacaq.  İndi  məsləhət 
belədir  ki,  fürsət  bilib  şahın  harasa  getməsini 
gözləyəsən.  Nə  vaxt  ki  ələ  fürsət  düşdü,  mənim 
hücrəmin  qapısına  gəlib  görüş  üçün  xahiş  edəsən. 
Əlbəttə  o  görüş  istəyi  dərhal  qəbul  olunmayacaq.  O 
vaxt  sən  də  and  içib  üç  dəfə  boşanma  talağı
28
  ortaya 
gətirəsən.  O  zaman  xidmətçilər  məcbur  olub  səni  içəri 
buraxarlar.  Mən  də  bu  əziyyət  üçün  açıq-aydın  üzr  və 
dəlil-sübutu qəbul edərəm. 
                                                           
28
 İslam şəriətinə görə, əgər bir kişi arvadına üç dəfə “səni 
boşayıram” desə, o nikah pozulur. 


115 
 
Xidmətçi o yazığı bu hiylə ilə tora salıb, tez qızın 
yanına gəldi və dedi: 
-Məlikənin  əmisi  oğlu  baxmayaraq  ki  gözəl, 
cavan  və  zərif  şahzadədir,  amma  ağıldan  çox  kasad  və 
zəif tədbirlidir. 
Qız dedi: 
-Sən  bunu  nədən  deyirsən  və  necə  təcrübə 
eylədin? 
Xidmətçi dedi: 
-Məni bu gün dostluq şərəfi ilə şərəfləndirib dedi 
ki, əmim bizə qəmxar olmaz. Qızını bizə şəriət yolu ilə 
nikah  eylədi  və  özünü    bizim  əhvalımızdan  qəsdən 
xəbərsiz  kimi  aparıb,  görüş  üçün  yolumuzu  bağladı. 
İndi  mən  fikirləşirəm  ki,  bir  gecə  özümü  məlikənin 
hərəminə  salam.  Əgər  fürsət 
əl  versə  vüsal 
meyvəsindən ləzzət alıb, ayrılıq qəmindən xilas olam. 
Məlikə  bu  sözdən  çox  inciyib,  qəm  dəryasına 
batdı. Xidmətçi məlikəni sakitləşdirib dedi: 
-Məlik  çılğın  oğlandır.  Cavanlar  bu  cür  halları 
çox edərlər. Ona bu işdə kömək eyləmək olmaz. Lakin 
ehtiyatı da əldən qoymamaq lazımdır. 
Xidmətçi belə bir  yalan atəşi ilə qızın qəlbinə od 
saldı  və  hazır  vəziyyətdə  oturub  fürsət  gözlədi.  Elə  ki 
Çin  padşahı  bir  iş  üçün  səfərə  çıxdı,  o  saat  xidmətçi 
fürsət tapıb şahın qardaşı oğlunun yanına gedib dedi ki: 
-Məlikə  deyir  ki,  qərar  vaxtıdır.  Bu  gecə  elə  bir 
gecədir ki, talib mətluba, aşiq məşuqa yetişə. 


116 
 
Elə  ki  gecə  vaxtı  gəldi,  çılğın  məlik  şövq  ilə 
məlikənin  hücrəsinin  qapısına  gəldi.  Ortadakı  hiylə 
sirrindən  də  xəbəri  yox.  Qız  əmr  eylədi,  qapıları 
möhkəm  bağladılar.  İçəridən  oğlana  qəbahət  iş 
gördüyünü  elan  etdi.  Ta  ki  bu  həvəsdən  keçib,  geri 
evinə  qayıdıb  öz  işi  ilə  məşğul  olsun.  Oğlan  təkidlə 
içəri  girmək  istədi.  Ancaq  qız  etiraz  eylədi.  Axırda 
oğlan çox hirsləndi. Bu iş üçün həddən artıq israr edib 
dedi: 
-Bil ki, əgər bu görüşümüz baş tutmasa, ortada üç 
boşanma talağı olacaq. 
Qız  ondan  bu  sözləri  eşidib  bərk  qəzəbləndi  və 
onun  xahişini  rədd  eylədi.  Buna  görə  də  oğlan  üç 
talaqla  qızı  boşadığını  bildirdi.  Bu  yad  adamların 
istədiyi  oldu  və  məlikzadə  məhzun  və  məhrum  dönüb 
getdi. Qız da işin belə şəkil almasının fikrindən çaşqın 
vəziyyətə  düşdü.  Xidmətçi  qızı  o  halda  görüb 
mehribanlıq və yumşaqlıq göstərib dedi: 
-Məlikənin  mövqeyinə  bu  hərəkətdən  heç  bir 
ziyan  gəlməz.  Amma  məlikzadə  bu  səhvə  yol 
verməsindən bu cür ayrılıq atəşinə düşdü. Daha heç bir 
yolla  bu  işi  yoluna  qoymaq  mümkün  deyildir.  İndiki 
halda 
bütün 
dünya 
şahları 
sənə 
qovuşmaq 
arzusundadırlar. 
Məlikə dedi: 
-Bu diyarda bizə  tay olan adam  yoxdur.  Bu sözü 
necə başa düşək? 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə