Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

117 
 
Xidmətçi dedi: 
-Mənim  ağlıma  bir  iş  gəlir.  Əgər  məlikə 
söyləmək şərəfini buyursa deyərəm. 
Məlikə dedi: 
-Mərhəmətli  adamların  işarətindən  imtina  etmək 
olmaz. Hər nə ki ağlında var, söylə eşidək. 
Xidmətçi dedi: 
-O  vaxt  ki  Xarəzm  şahzadəsi  bu  diyardan  dönüb 
öz yerinə getdi, həmişə özünün burada çox hörmət-izzət 
gördüyünü,  sənin  möhtəşəm  görünüşünü  və  mülkünü 
hekayət  edərdi.  Belə  görünürdü  ki,  sənin  vüsalına 
yetişməyə  böyük  rəğbətlə  hazırdır.  Həqiqətən  də 
Xarəzm  şahzadəsi  bir  ağıllı  cavan,  gözəl  üzlü,  yaraşıq 
və  incəlikdə  əvəzsiz,  mərifət  sahibi  bir  oğlandır.  Əgər 
onun  vüsalına  məlikənin  rəğbəti  olarsa,  bir  yol 
fikirləşərəm  ki,  qəlb  sakitliyi  ilə  məlikə  rahat  ola. 
Xarəzm  şahının  vəziri  hələ  buradadır.  Əgər  icazə 
versən  ona  xəbər  verəm,  bir  neçə  yel  qanadlı  atlar 
hazırlatsın.  Vəzirlə  mən  də  məlikənin  xidmətində  bir 
gecə  çıxıb  o  tərəfə  gedək.  Nə  vaxt  ki  o  taxtgaha 
yetişdik, həm sənin hökmün o diyarda rəvan olar, həm 
də biz sənin sayəndə rahat olarıq. 
Xidmətçi  o  qızın  könlünü  iztiraba  salıb,  hiylə 
toruna  çəkdi.  Sonra  da  tez  vəzirin  yanına  gedib  bütün 
olan  hadisələri,  boşanma  məsələsini  və  qızdan  razılıq 
aldığını  xəbər  verdi.  Getmək  haqqında  müəyyən  bir 


118 
 
vaxt  təyin  eylədilər.  Xidmətçi  yenə  qızın  yanına 
qayıdıb, öz işində oldu. 
Vəzir öz arvadını yanına çağırıb dedi: 
-Bütün  əşyalarımızı  hazırla.  Ta  ki  filan  vaxta 
qədər  hər  şeyin  qaydasında  olsun.  Öz  vilayətimizə 
getməliyik. 
Qadın dedi: 
-Bu  diyara  gəlib  getməkdən  mən  heç  bir  şey 
anlamadım.  Bu  nə  sirdir  ki,  sən  onu  məndən  gizli 
saxlayırsan? 
Qadın acıq edib vəzirə əziyyət etməyə başladı və 
hətta  onunla  məhəbbətini  kəsmək  istədi.  Axırda  vəzir 
dözməyib  həqiqətləri  necə  vardı,  hamısını  qadına  açıb 
söylədi. Qızı aldadıb aparacağını təfsilatı ilə izah eylədi 
və bərk-bərk tapşırdı ki, bu sirri möhkəm saxla. Çünki, 
bu sirr açılarsa, bizi ölüm gözləyir. 
Vəzirin  olduğu  ev  şahın  şərabdarının  evi  ilə 
qonşu  idi.  Buna  görə  də  vəzirin  qadını  ilə  şərabdarın 
qadını  çox  yaxın  dost  olmuşdular.  O  saat  onun  yanına 
gedib  dedi  ki,  vidalaşmaq  üçün  gəldim.  Bizim  burada 
işimiz  tamam  oldu.  Əgər  sirr  saxlaya  bilirsənsə,  sənə 
deyərəm.  Əhdi-peyman  etdilər  ki,  bu  sirr  ikimizin 
arasında  qalacaq.  Bu  əhdə  görə  vəzirin  qadını  bütün 
sirri  ona  söylədi  və  vidalaşaraq  bir-biri  ilə  görüşüb 
ayrıldılar. 
Şərabdar  evinə  gəlib  gördü  ki  arvadı  ağlayır. 
Ondan  bu  ağlamağının  səbəbini  soruşdu.  Qadın  cavab 


119 
 
verib  dedi  ki,  ağlamağıma  səbəb  o  dost  olduğum 
qadının həsrətidir ki, onlar köçüb gedirlər. 
Şərabdar dedi: 
-Hələ  onlara  şah  icazə  verməyib.  Onlar  üçün 
hədiyyələr  də  hazırlatmayıb.  Bu  necə  sözdür  ki 
söyləyirsən? 
Qadın dedi: 
-Onların işləri tamam olub. Nə üçün gözləsinlər? 
Şərabdar soruşdu ki, necə tamam olub? 
Qadın dedi: 
-Əgər bu sirri açmasan, sənə bir-bir izah edərəm. 
Sonra  da  eşitdiyi  sirri  bütünlüklə  şərabdara  söylədi. 
Şərabdar  dərhal  gedib  bütün  əhvalatı  məlikin  önündə 
bəyan eylədi. Məlik dedi: 
-Əgər  bu  işin  içində  məkr  və  hiylə  olmasa  onlar 
inkar  edəcəklər.  Mən  də  sübut  eyləməkdə  aciz 
olacağam. O yolun üstünə qoşun göndərib gözlədək. İş 
doğru olarsa, onları tutub gətirsinlər. O zaman inkar edə 
bilməyəcəklər. 
Odur ki, elə də etdilər. Xarəzm vəziri də bir gecə 
şahın qızını da götürüb çıxıb getdilər. Şahın göndərdiyi 
qoşun  bunları  yolda  tutub  gətirdi.  Elə  ki  şah  bunları 
gördü,  qızı  həbs  edib,  vəzirlə  xidmətçini  məhkəməyə 
göndərdi.  Biçarə  vəzir  işi  tamam  edib,  məqsədi  hasil 
olmuş ikən, sirri arvada söylədiyi üçün həm vəzirlikdən 
oldu, həm də şirin canını bada verdi. 
Məhcubə dedi: 


120 
 
-Çox  gözəl  gətirdin  bu  əcaib  hekayəti  və  qəribə 
məsəli. Həmən o arşınmalçının hekayətinə bənzəyir ki, 
arvada sir verdiyi üçün neçə bəlaya kiriftar olub, axırda 
sədaqəti səbəbiylə xilas oldu. 
Əcubə dedi: 
-Necədir o hekayət? 
Məhcubə dedi: 
Qadından sirr saxlamaq barədə Məhcubənin 
hekayəti 
Hekayət söyləyənlər belə rəvayət etmişlər ki, var-
dövlətli bir arşınmalçı bəzzaz var idi. Onda bir ləl vardı 
ki,  çəkisi  əlli  misqal  olardı.  Bu  ləlin  xoş  rəngi  və 
parlaqlığı görəni valeh edirdi. Ləl ətrafa alov kimi işıq 
saçırdı.  Onun  belə  parlaq  görünüşü  uzaqdan  baxana 
Mərrixi
29
  xatırladırdı.  Arşınmalçı  onun  xoş  rənginə 
mail olub, həmişə ona baxmaqdan ləzzət alırdı. 
Bir  gün  təsadüfən  ölkənin  padşahına  o  qiymətli 
inci  haqqında  xəbər  verdilər.  Padşah  bəzzazı  yanına 
çağırtdırıb  ləlin  saraya  gətirilməsini  tələb  etdi.  Bəzzaz 
çarəsiz qalıb ləli padşaha gətirdi. 
Padşah buyurdu: 
-Bunun qiymətini söylə, çünki bu cövhər padşaha 
layiqdir. 
                                                           
29
 Mərrix – Mars planetinin qədim adı. Klassik ədəbiyyatda həm 
də qırmızı işıq rəmzi 


121 
 
Ancaq bəzzaz onu satmağa etiraz eylədi. Bəzzazı 
nə qədər razı salmağa çalışdılarsa da, mümkün olmadı. 
Ləl  də  padşahın  çox  xoşuna  gəlmişdi.  Bəzzaz  yola 
gəlməyəndə  şah  ədaləti  bir  kənara  qoyub,  zorla  ləli 
ondan aldı. 
Şahın  xüsusi  hərəmində  bir  kənizi  var  idi. 
Gözəllikdə  tayı-bərabəri  yox  idi.  Elə  bil  ki  Firdövs
30
 
cənnətinin  hurisi,  ürəkləri  məftun  edən  gözəl  qıvrım 
saçları  müşk  ətirli,  qəmzəsi  can  alan  idi.  O,  incəlikdə 
əvəzsiz, zəriflikdə yeganə idi. Onun bu gözəlliyi  şahın 
çox  xoşuna  gəlirdi.  O,  bu  ləli  həmin  kənizə  hədiyyə 
edib buyurdu ki, başqa cəvahirlərlə birlikdə boynundan 
asıb, özünü onunla bəzəsin. Elə ki şah ona baxanda, bu 
gözəllikdən ləzzət alsın. Kəniz əmrə boyun əyib, şahın 
istədiyi  kimi  o  ləli  başqa  cəvahiratla  birlikdə 
boynundan asdı. 
Bəzzaz bildi ki o ləli padşah kənizə verdi. Biçarə 
bəzzaz  hər  gecə-gündüz  o  ləlin  sevdası  ilə  oturub-
dururdu. 
Bəzzazın bir qoca qarı tanışı var idi. Qarı  yaman 
çoxbilmiş  idi.  Onun  başından  çox  hadisələr  gəlib 
keçmişdi.  Həyatı  boyunca  çox  təcrübələr  eyləmiş,  çox 
sirdən  də  agah  olmuşdu.  Bəzzaz  o  qarını  özünə  ana 
                                                           
30
 Firdövs – İslam dinində deyildiyinə görə, cənnətin ən üst 
təbəqəsi 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə