Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

108 
 
Oğlan  vəziyyəti  danışıb  dedi  ki,  vəzir  şahın 
arvadının dilindən bu cür sözlər danışdı. Məlik dedi: 
-Haq  yerini  tapdı!  Məlum  oldu  ki,  vəzir  sənin 
haqqında böyük xəyanət fikirləşib, hiylə ilə səni bizim 
siyasət  qurbanlığımıza  çevirmək  istəyirmiş.  Odur  ki 
qəzəbimdən şərbətə həlahil zəhəri qatıb sənin ölümünə 
qəsd etmək istəyirdim. Amma sənin günahsızlığın paxıl 
vəzirdən  intiqam  alıb,  onun  hiylə  və  məkrinin  nəticəsi 
öz başında çatladı. 
Məhcubə dedi: 
-Bu məsəli onun üçün gətirdim ki, dünyanın ağıllı 
adamları  belə  bir  mənanın  alovuna  dözüb  və  onun 
istifadəsindən  əziyyət  çəkib,  hiylə  və  məkrdən 
ürəklərini  təmizləyib  rahat  olalar.  Bağışlayan  Allah 
bütün xalqı bu cür yaramaz işlərdən hifz eyliyə. 
 
 
 
 
 


109 
 
SƏKKİZİNCİ BAB 
Qadınların sir saxlaya bilməmələri haqqında 
 
Səkkizinci  gün  ki  dörd  fələyin  sultanı  səadət 
şərqindən  doğdu  və  üzünün  nuru  ilə  zülmət  aləmini 
nurlandırdı, 
şah 
Səmmah 
məmləkət 
taxtını 
şərəfləndirib, şahlıq məsələ-lərini tərtib eylədi və böyük 
şahlıq  imzası  ilə  möhür  vurdu,  sonra  xüsusi 
xəlvətsarayına  gəlib  Əcubə  və  Məhcubəni  yanına 
çağırtdırıb  onlardan  soruşdu  ki,  kimlərdir  ki,  sirr 
saxlamaqda  möhkəm  iradəli,  eyni  zamanda  bu  barədə 
öz işini yaxşı bilən olalar və onların vüqarlı dəyanətinə 
və  sədaqət  əxlaqına  etimad  oluna?  Yenə  kimlərdir  ki, 
onlardan  gizli  tutula  və  onların  yanında  sirr  açmaq 
lazım  bilinməyə  və  uzaqgörən  adamlar  onların  sirr 
saxlaya  bilməmək  kimi  pis  xasiyyətlərindən  ehtiyat 
etmək və çəkinməyi vacib sayalar? 
Əcubə dedi: 
-Şahın  ömrü  əbədi  olsun.  Düşüncəli  ağıl  yolu 
odur  ki,  gizlədilməsi  lazım  gələn  şeyləri  hamıdan 
saxlayalar  və  sirri  faş  etməyə  ağıllı  adamlar  izin 
verməmişdir. 
Əgər  bir  sirrin  açılması  lazım  gələrsə  bu, 
məsləhət  yolu ilə olmalıdır. Amma çox ehtiyatlı olmaq 
lazımdır  ki,  sinə  xəzinəsindəki  sirr  gövhəri  sədaqətli 
yara  düşüb,  ağıl  möhürü  qazana.  Ta  ki  axırda 
xeyirxahlığa  səbəb  ola.  Sirri  arvadlara  söyləməyə  heç 


110 
 
izin  verilməmişdir.  Ağıllı  və  aydın  fikirli  adamlar  hər 
vaxt  bunların  içindəki  çirkin  məkrin  zatından 
çəkinmişlər.  Əgər  adətinin  əksinə  olaraq  bir  arvad  ola 
ki,  nə  qədər  dünyagörmüş,  təcrübəli  işlər  ilə  nə  qədər 
xeyir-şər yola salmış ola, onun da sinəsini sirr xəzinəsi 
hesab  eləmək  doğru  deyildir.  Əgər  səhv  olaraq  hər 
adamın  yanında  sirrini  üzə  çıxarıb,  söyləməli  söz  də 
olsa,  söyləyib  onu  özünə  yaxın  hesab  edə,  xüsusilə  də 
sirrini arvada söyləyə, həmişə heyrət bataqlığına düşüb 
peşmançılıq  çəkər.  Sonradan  iztirab  cəzası  çəkmək  də 
ona  bir  fayda  verməz.  Necə  ki  o  vəzir  öz  məqsədinə 
çatmışkən,  arvada  sirr  söyləməyi  səbəbiylə  başını  yelə 
verdi. 
Məlik Səmmah soruşdu ki, necədir o hekayət? 
Əcubə dedi: 
Qadından sirr saxlamaq barədə Əcubənin hekayəti 
Hekayət  söyləyənlər  belə  demişlər  ki,  Çin 
diyarında  bir  padşah  var  idi.  Bir  gün  çox  qüvvətli  bir 
düşmən  ortaya  çıxıb  ona  müharibə  elan  eylədi.  Çin 
padşahı kömək üçün Xarəzm şahından yardım istədi. O 
da  mərhəmət  edib  bu  xahişi  qəbul  eylədi.  Bir  qədər 
qoşun düzəldib öz oğlunu da o qoşuna sərkərdə qoyaraq 
o tərəfə göndərdi. Çin padşahı o qoşunun  gəlməyindən 
çox  şad  olub  fərəhləndi.  Bu  qoşunu  da  öz  qoşununa 
birləşdirib  düşmən  üzərinə  hücuma  keçdi.  Düşmən 
qoşunu bu hücumun şiddətindən qorxuya düşüb məğlub 
oldu  və  dağılaraq  geriyə  qaçdı.  Müharibə  qurtardıqdan 


111 
 
sonra Xarəzm şahzadəsi qoşunu ilə bir səhrada dayanıb 
növbənöv  ziyafətlər  təşkil  eylədi.  İgidliklərinə  görə 
əsgərlərə  rütbələr  verdi.  Qoşun  başçılarını  çoxlu 
xələtlərlə  mükafatlandırıb,  sərkərdəlik  vəzifəsini  bol 
mal  ilə  şahzadəyə  layiq  bir  şəkildə  yerinə  yetirdi. 
Mərasim  başa  çatan  kimi  Xarəzm  şahzadəsi  qoşuna 
yola düşmək üçün hazırlıq əmri verib vətəninə üz tutdu. 
Çin  padşahının  qızı  köməyə  gələn  bu  qoşuna 
tamaşa  eyləmək  üçün  qəsrindəki  eyvana  çıxıb  onlara 
baxırdı.  Təsadüfən Xarəzm şahzadəsinin gözü o qızın 
ürəklər  ovlayan  gözəl  surətinə  sataşdı.  Elə  bir  surət 
gördü  ki,  günəş  onun  parlaqlığından  ziya  alır  və  qara 
saçlarının  əksi  zülmət  gecələrə  elm  öyrədir.  O  cənnət 
gülü  kimi  açılmış  şən  ruhu  və  üzünü  bəzəyən  gözəl 
saçları kəmənd kimi şahzadəyə dolandı və onu candan 
eylədi.  Şahzadə  bu  gözəlliyi  görüb  bir  könüldən  min 
könülə ona vuruldu. Çin şahının bu qızı isə öz istəyi ilə 
şəriət  qaydasınca  əmisi  oğluna nişanlanmışdı.  Şahzadə 
bunu bilmirdi. Araşdırıb bu işi öyrəndikdə fikirləşdi ki, 
bu  məqsədə  ancaq  hiylə  və  məkrdən  başqa  bir  şeylə 
çatmaq olmaz. Dərin iztirablar içində, çox pərişan halda 
yoluna davam edib getdi. 
Elə  ki  öz  məkanına  gəlib  yetişdi,  eşq  atəşinin 
alovu  ciyərini  kabab  eylədi  və  qəmlərin  dalğası 
vücudunu  iztirab  qapısına  doğru  apardı.  Gecə-gündüz 
təəssüflər  edib  şadlıqdan  və  sevinc  nəşəsindən  üz 
döndərdi. 


112 
 
Nəhayət,  Xarəzm  şahı  bu  sirdən  agah  olmaq  və 
oğlunun  düşdüyü  bu  vəziyyəti  araşdırmaq  üçün  onun 
yanına  gəldi.  Şahzadə  gördü  ki  gizlətməyin  mənası 
yoxdur.  Hadisəni  olduğu  kimi  atasına  söylədi.  Xarəzm 
şahı dedi: 
-Bu  gizli  və  çox  çətin  məqsədin  həlli  vəzirin 
tədbirindən başqa heç nəylə mümkün deyildir. Odur ki 
şah vəziri bu hadisənin sirrindən xəbərdar etdi və dedi: 
-Bir  tədbir  eyləmək  lazımdır  ki,  bu  iş  yerinə 
yetsin. 
Vəzir fikirləşib dedi: 
-Doğru yol budur ki, şah məni elçi (səfir) sifəti ilə 
o diyara göndərə və mənə bir xidmətçi verə ki, əlindən 
hər  iş  gələn  olsun.  Belə  bir  adamı  şah  gərək  öz  xüsusi 
hərəmindən 
çıxarıb  mənimlə  göndərə.  Həmin 
xidmətçini  mən  hədiyyə  kimi  Çin  şahına  aparam.  O 
adam Çin şahının hərəminə yol tapmalıdır. Onun oraya 
girməsi  bizə  bütün  qapıları  açacaqdır.  Şahın  misilsiz 
dövlətiylə bu yolla məqsəd quşu ovlanacaqdır. 
Şah vəzirin tədbirini bəyəndi. Belə bir xidmətçini 
tapıb vəzirlə birlikdə o diyara göndərdilər. 
Vəzirin bir qadını var idi. Üzünün gözəlliyi günəş 
və müştəri
27
 kimiydi. Vəzir bir an onsuz dura bilmədiyi 
üçün onu da özü ilə götürüb apardı. Elə ki Çin diyarına 
yaxınlaşdılar,  Çin  padşahı  vəzirin  gəldiyini  eşitdi.  O 
                                                           
27
 Müştəri – Yupiter. Klassık ədəbiyyatda gözəllik simvolu 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə