Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57

dişləri görünər, dağ-dərədə əks-səda verən səsi köhlən atın kişnəməyini xatırladırdı.


“Yox, görünür, alnıma belə yazılıbmış, el-obadan uzaqda – qürbətdə ömrümü başa
vurmaqdan qeyri çarəm yoxdur.” – deyə düşünərək patrondaşını çiynindən aşırdı,
tüfəngini də götürüb obaya qayıtdı.
Alaçığa girmək istəyəndə qapıdan sağda, çətənin dibində gözünə bir patron sataşdı.
Kərəm duruxdu və dərhal qeyri-ixtiyari patrondaşını yoxladı: “Bu, mənim deyil!” – deyə
xəyalən yoldaşlarını danladı, böyük oğlunu göndərib onların hamısını çağırtdırdı. Bütün
dəstə yığışandan sonra əlindəki patronu yuxarı qaldırıb dostlarına göstərdi, töhmətli
nəzərlə bir-bir onları süzərək hamı eşitsin deyə ucadan soruşdu:
– Bu, kimindir?
Qaçaqlar tez-tələsik patrondaşlarını yoxladılar. Kərəm bir də soruşdu:
– Kimindir, hə?
Heç kəs patron itirməmişdi. Kərəmin rəngi kömür kimi qaraldı:
– Ay uşaqlar, – dedi, – bu gecə İsrafil ağa burdaymış... Məni vurmağa gəlibmiş... Ax,
Mərdan, Mərdan... Bax, yaxşı göz-qulaqda olmamısan!
Mərdanın rəng-ruhu qaçdı, bir an belə onun gözünə yuxu getməmişdi.
Kərəm dedi:
– Məni o, çox asanlıqla vura bilərmiş, amma istəməyib. Bilirsinizmi niyə?
Qaçaqların gözlərində sanki eyni sual yazıldı: “Niyə ki?”
Kərəm öz sualına cavab vermədi. Onu dinləyənlər içərisində arvad-uşaq da vardı.
Kərəm əmr elədi:
– Gedin, atlanın! Dağlara çəkilək. İsrafil ağa da, kazaklar da hər dəqiqə başımızın
üstünü ala bilərlər...
Yoxsa, Kərəm qorxurdu? Əlbəttə, yox. O, bütün obanın gülləbaran olunmağını
istəmirdi.
Qaçaqlar atlanıb yola düşdülər. Bir az gedəndən sonra oba görünməz olanda Kərəm
atının qantarğasını çəkdi, maral gözlü, ceyran yerişli kəhər ayğır şahə qalxaraq yanakı
dayandı, o biri atların yolunu kəsdi. On iki nəfərin gözü Kərəmə dikildi. Hamı diqqət
kəsildi. Kərəm dedi:
– Ay uşaqlar!... İsrafil ağa gecə ikən obaya gəlibmiş. Ancaq məni vurmayıb. Bilirsinizmi
nə səbəbə, hə? O, mənim düşmənim də olsa, əsl igiddir... Məni arvadımın yanında
gördüyü üçün fikrindən daşınıb... Bu patronu da o atıb... Demək istəyib ki, səni öldürə
bilərdim, amma arvadına bağışlayıram. Mən ona bir borclu!..
Dəstə yoluna düzəldi. Uzaq dağlara yol aldı...
...Ay keçdi, il dolandı, Kərəm İsrafil ağaya rast gəlmədi. Yaz günlərinin birində, obalar
yaylağa köçməyə başlayanda, Kərəm öz dəstəsi ilə kəndə üz tutan zaman yolda
qəfildən çar kazakları ilə qarşılaşdı. Qanlı vuruşma oldu. Qaçaqlar yaxşı səngərlənə
bilmədilər. Yoldaşlarından ikisi vuruldu. Kəndə girmək fikrindən əl çəkdilər, həlak


olmuş yoldaşlarının meyitini götürüb yenə dağlara qalxdılar. Kərəmin də, dostlarının
da göz yaşları sel kimi axdı.


Bundan sonra qaçaqlara batmaq çətin idi. Onların üstünə bir alay qoşun da yerisəydi,
Kərəmin halına təfavüt eləməzdi, çünki qaçaqlar arxalarını sıldırımlı bir dağa
söykəmişdilər, hücuma keçən düşməni isə bircə-bircə biçib tökə bilərdilər. Amma
Kərəm buralarda çox dayanmaq fikrində deyildi. Dəstənin azuqəsi qurtarmışdı. Acsusuz
qalmamaq üçün uzaq bir yerə çəkilib hökumət adamlarının nəzərindən yayınmalı idilər.
Dəstə yenə yaylaqlara üz tutdu. Kərəm ömründə bu qədər qəmgin və ümidsiz
olmamışdı. Obalar arana köçürdülər. Dağların döşü ilə uzanan dar, əyri-üyrü yolları
qoyun sürüləri tutmuşdu. Hər tərəfdə hay-haray qalxmışdı. Yanıqlı mahnı səsləri
yamaclarda əks-səda verirdi. Kərəm də, yoldaşları da bədbin idilər.
Qürbət diyarlarda sərgərdan gəzməkdən, artıq cana doymuşdular.
– Ən uzağı ölümdür!... – deyə obalarına dönmək, heç olmasa, arvad-uşaqları ilə son
dəfə görüşmək istəyirdilər.
Birdən Kərəmin gözləmədiyi bir hadisə baş verdi. Dağ yolunda qan düşməni İsrafil
ağaya rast gəldi. İsrafil ağanın obası dolama yolla dağdan enirdi. Göy mahuddan
vəznəli çuxa geymiş, ceyrandan iti, maraldan göyçək səkil atına minmiş İsrafil ağa
çiynində aynalı tüfəng, özü kimi silahlı dostlarının əhatəsində, köçün qabağınca gəlirdi.
Kərəm onu lap uzaqdan tanıdı. Yoldaşlarına dönərək:
– Atdan düşün, daşa girin! – deyə ucadan səsləndi.
Qaçaqlar bir göz qırpımında onun əmrini yerinə yetirdilər, özləri də, atları da görünməz
oldular. İsrafil ağa yaxınlaşırdı. O, at belində necə məğrur oturmuşdusa, Kərəmin
ürəyində qibtə oyadacaq qədər qamətli və gözəl görünürdü. Kərəm intiqam saatının
gəlib çatdığını düşündü, kinlə qarışıq bir sevinc duyaraq tüfənglərini hazır tutmuş
dostlarına müraciət elədi:
– Uşaqlar, mən deməyincə atmazsınız, ha!
İsrafil ağa qaçaqların düz bərabərinə çatanda Kərəmin əlləri yanına düşdü:
– Atmayın, uşaqlar!.. – dedi, amma özü nə üçünsə tüfəngin çaxmağından barmağını
çəkmədi.
İsrafil ağa nəyə isə gülürdü. Dostları da onun kimi şad və xürrəm idilər. Kərəm isə
qəzəbindən titrəyir, belə bir fürsəti əldən verməyə məcbur olduğuna hirslənirdi.
– Eyy, İsrafil!... – deyə qaçaq Kərəm boğuq və titrək bir nida ilə düşmənini səslədi. –
Mənəm. Borcumu verməyə gəlmişəm. İsrafil ağa bir an, yalnız bircə an özünü itirən
kimi oldu, ancaq tezcə də tüfənginə əl atdı. Lakin artıq gec idi. Tərkindəki oğlan uşağı
onun hərəkətini ləngitmişdi.
– Mən borcumu ödədim!.. – deyə Kərəm bu dəfə artıq fərəhini boğa bilməyib dəli kimi
qəhqəhə çəkdi, sanki onun at sayağı kişnədiyi gənclik illəri geriyə qayıtdı.


– Mən də səni körpənə bağışladım!... Sür atını, get. Lənət bu fani dünyaya! Lənət bu
zəmanəyə!...
İsrafil ağa da əl saxladı. Yoldaşları da əl saxladılar. Hamısı Kərəmi tanımışdı. Üzünü
görməsələr də, tanımışdılar. Bir də ki, güllə atmağın heç bir faydası yox idi. Onsuz da
hədəfi görmürdülər. Kərəm də, yoldaşları da qaya dalında möhkəm səngərlənmişdilər.
Köç uzaqlaşdı. Kərəm, deyəsən, dərd-qəmini unutmuşdu. O, qeyri-ixtiyari saçaqlı
papağını gözünün üstünə endirdi, məlahətli və zil səsi ilə bir-iki ağız bayatı dedi...
________________________________
Hikmət Ziya
HÖCƏTLƏŞƏN BARMAQLAR
Bir əlin beş barmağı 
Sözləşdilər sübh çağı. 
Çeçələ barmaq dedi: 
– Axı mənsiz Əl nədi? – 
Mənəm görən hər işi, 
Mənsiz keçməz bir işi! 
Adsız barmaq deyindi: 
– Bütün hünər mənimdi! 
Mənəm onu yaşadan, 
Əli ələ oxşadan! 
Hirsləndi Orta barmaq: 
– Sən kimsən?! Bir buna bax! 
Hamınızdan uzunam, 
Mənimlə ad qazanan 
Əlin kölgəsində siz 
Aralıqda gəzirsiz!.. 
Söz Şəhadət barmağı 
Yaman tutdu, dırnağı 
Qəzəbindən göyərdi,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə