Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

Qoca əhvalatı ona nağıl eləyib dedi:
– O işə səbəb o idi ki, qapı vəziri məni qonaq edib çoxlu sarımsaq yedirtmişdi. Mənim
ağzımdan sarımsaq qoxusu gəlirdi. Ona görə də əlimlə ağzımı örtdüm ki, iy sizə
getməsin.
Elə ki padşah əhvalatı tamam öyrəndi, bildi ki, bu işlər vəzirin hiyləsi imiş, qocanın
günahı yox imiş. Qocaya öz xəzinəsindən çoxlu mal, dövlət bağışladı, dedi:
– Qoca, daha zəhmət çəkib mənim hüzuruma gəlmə, çünki daha sən dediyin sözlərin
nəticəsini gördüm.
________________
XEYİRXAH ODUNÇU
(Eston nağılı)
Bir gün bir odunçu meşəyə yollandı. Odunçu necə olar ki? Nahar çantası çiynində,
baltası belində. Meşə də elə həmin meşə: ağaclar, yamyaşıl otlar yerində, cürbəcür
quşları göyündə. Ətrindən, təmiz havasından bihuş olur, talasında dincəlirsən...
Qərəz, bu odunçu o meşəyə gəldi. Sağa-sola boylanıb, hər şeyi yerində gördü və sizcə,
neylədi? Üz-göz turşutmayın, – odunçu neyləyəsidi, əlbəttə, odun qırasıdı!..
Demək, odunçu bir də baxdı ki, qarşısında bir tozağacı var. Elə baltasını yuxarı
qaldırmaq istəyəndə tozağacı dil açıb dedi:
– Mənə rəhmin gəlsin. Cavanam, körpə balalarım var. Ölsəm, nə günə qalarlar?
Odunçu tozağacının dil açıb danışmağına məəttəl qaldı. Fikirləşdi ki, yəqin, bu, sehirli
ağacdı, kəsərəm ziyan görərəm.
Odunçu tozağacına dəymədi. Yaxınlaşıb ondan bir az aralıdakı qızılağacı kəsmək istədi.
Qızılağac gözünün yaşını axıda-axıda dedi:
– Mənim nə günahım var? Görürsən ki, südümlə kiçik meşə cücülərini bəsləyirəm.
Onlar bir gün də ac yaşamazlar.
Odunçu qızılağacın da dil açıb danışmağına mat qaldı. Fikirləşdi ki, yəqin, sehirli
meşəyə gəlib çıxıb.
Odunçu qızılağaca da dəymədi. Yaxınlıqdakı gilas ağacına üz tutdu. Elə baltasını
qaldırmaq istəyəndə, gilas ağacı yalvarmağa başladı:
– Təzəcə çiçək açmışam. Bu çiçəklərin həvəsinə quşlar budaqlarıma qonub nəğmə
oxuyurlar. Məni kəssən, uçub gedəcəklər. Meşədəkilər bir də onların gözəl nəğmələrini
eşitməyəcəklər.
Odunçu gilas ağacına da dəymədi. Yaxınlaşıb quşarmudu ağacını kəsmək istədi.
Təhlükəni duyan quşarmudu ağacı haray-həşir qaldırdı:
– Dayan, əl saxla! Payızda, qışda quşlar mənim meyvələrimlə dolanırlar. Onları
acından qırmaqmı istəyirsən?


Odunçu quşarmudu ağacına da dəymədi. Yaxınlaşıb, palıd ağacını kəsmək istədi. Palıd
ağacı baltanı görən kimi qorxudan tir-tir əsdi:


– Mənə yazığın gəlsin. İndi-indi güclənirəm. Heç qozalarım yetişməyib. Onları məhv
eləsən, palıd meşəsinin kökü kəsilər.
Bunu eşidən odunçu palıd ağacına da dəymədi. Yaxınlaşıb şam ağacını kəsmək istədi.
Şam ağacı baltanı görəndə zülüm-zülüm ağladı:
– Mənə necə qıyırsan? İnsanlar bütün fəsillərdə yaşıllığımdan zövq alırlar.
Odunçu şam ağacına da dəymədi. Axırda bir daşın üstündə oturub öz-özünə dedi:
“Pah, həyatda nə cür möcüzələr varmış. Sən demə, bütün ağaclar danışa bilirmiş.
Hansını kəsmək istəyirəm, gözyaşı tökür, imdad diləyir. Mənim də ürəyim daşdan deyil
ki... O saat yumşalıram. Amma evə əliboş da gedə bilmərəm. Arvad nə deyər?”..
Elə bu vaxt meşənin qalınlığından əyninə qoz ağacının qabığından köynək, küknar
qabığından kürk geymiş, başına göbələk papaq qoymuş saçsaqqalı ağ bir qoca çıxdı.
Qoca, odunçudan soruşdu:
– Nə olub? Niyə dilxorsan?
Odunçu dedi:
– Dilxor olmayım, neyləyim? Gəldim ki, odun qırım, aparım bazarda satım, uşaqlara
pal-paltar, azuqə alım. Ağacların hamısı dil açdı, rəhm dilədi. Heç birini kəsə bilmədim.
Qoca, odunçunu xeyirxah nəzərlərlə süzüb dedi:
– Mən bu meşədəki canlıların atasıyam. Çox sağ ol ki, rəhmə gəlib övladlarıma
dəyməmisən. Bunun əvəzində səni xoşbəxt edərəm.
Sonra qoca odunçuya bir sehrli çubuq verib dedi:
– Bunu göz bəbəyin kimi qoru. Nə arzulasan, övladlarım yerinə yetirəcək. Amma gərək
sən də kömək edəsən, işsiz-gücsüz durmayasan, yoxsa çubuğun sehri azalar...
Qoca bunu deyən kimi yox oldu. Odunçu sehrli çubuğu götürüb evə gəldi. Həyətdəki
köhnə anbarı görəndə ürəyindən keçdi ki, onu təzələsin. Sehrli çubuğu qarışqa
yuvasının üstündə üç dəfə fırladıb dedi:
– Mənə həyətdə təzə anbar tikin!
Qolunu çırmayıb özü də işə başladı. Bir də gördü ki, həyətdə təzə anbar tikilib.
Sevindiyindən bilmədi neyləsin. Sən demə, qocanın söylədikləri doğru imiş...
Hə... O gündən odunçu artıq yemək dərdi çəkmədi – nə istədi, bir göz qırpımında soba
bişirdi. Xətrindən şirin şey keçdi – arıların topladığı ətirli bal süfrədə hazır oldu. Hələ
bu harasıdı – hörümçəklər parçasını toxudu, köstəbəklər yerini şumladı, qarışqalar
payızda məhsulunu yığdı. Amma bir şey var ki, gərək işi özü başlaya, işdən əlini
soyutmayaydı...
...Sehrli çubuğun sahibi həm çox, həm də firavan yaşadı, çünki heç vaxt artıqtamahlıq
eləmədi, yaşamaq üçün nə lazımdırsa, onu arzuladı. O, ölümündən qabaq övladlarını
başına yığdı, qocanın əmanətini – sehrli çubuğu onlara verib, vəsiyyət etdi ki, gözütox
olun, həddinizi aşmayın, həmişə bir əliniz işdə olsun. Yoxsa çubuğun sehri azalar,


xoşbəxtliyiniz bədbəxtliyə çevrilər...


Mikayıl Rzaquluzadə
ŞAHİN
(ixtisarla)
Balaca Kamal nənəsinin nağıllarını çox xoşlardı. Hələ altı-yeddi yaşlarından Kamal hər
gecə nənəsinə bir-iki nağıl söylətməmiş yatmazdı. Bu nağıllarda adamlar qəribə
xalçalara minib göylərdə uçardılar; elə quşlar vardı ki, qəhrəmanları qanadlarına alıb
yeddiillik yolu bir göz qırpımında gedərdi. Hələ bu nağıllardakı adamlar nə igid, nə
qoçaq cavanlar idi!.. Onlar istədiklərinə çatmamış, dincəlmək bilmirdilər. Divlərlə,
əjdahalarla pəncəpəncəyə vuruşar, hər cür çətinliyə üstün gələrdilər...
Kamal belə nağılları çox sevərdi, yuxuda özünü həmin qəhrəmanlar kimi görərdi. O da
zümrüd quşların qanadlarında uçar, divlər, əjdahalarla vuruşardı. Kamalgilin kəndi başı
qarlı dağın ətəyində idi. O, saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib tamaşa
etməkdən doymazdı. Kamal buludsuz mavi göylərin dərinliyində süzüb hərlənən
qaraquşlara həsrətlə xeyli baxar-baxar, öz- özünə deyərdi:
– Ah, nə olaydı, mənim də onlar kimi qanadlarım olaydı!.. Mən də göylərə qalxıb
onlardan da ucada uçaydım!..
***
Gül fəsli yetişmişdi. Sərin bahar küləyi ətirli nəfəsi ilə günəşə aşiq olan quşlar şirin
nəğməsi ilə, rəngbərəng güllər, çiçəklər, kəpənəklər, əlvan bahar mənzərəsi ilə insanın
qəlbini oxşayır, ürəyini açırdı. Belə fərəhli bir bahar sabahı şəhər əhalisi şəhərin
kənarına, göy çəmənliyə axışırdı. Bura yüz illərdən bəri baharda, bayramda şəhər
camaatının gəzməyə, əylənməyə çıxdığı bir düzənlik idi. Bu düzəndə vaxtilə babalar da
seyrə çıxar, burada meydan qurulardı. İgidlər yarışar, güləşər, cıdır düzəldər, çövkən
oynardılar.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə