Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

LAYİHƏLƏR ÜZRƏ İŞ
I yarımil
Layihə-1
Mövzu: 
“YAŞAYAN ƏFSANƏLƏR” 
(tamaşa-viktorina)
Tapşırıqlar:
1.  Kiçik parçaların dinlənilməsi əsasında əfsanənin adının, ondakı mühüm
əhvalatların xatırlanması.
2.  Surətlərin adının çəkilməsi ilə əfsanənin adının və qısa məzmununun
xatırladılması.
3.  Adıçəkilən əfsanə qəhrəmanlarının digər əfsanə qəhrəmanları ilə müqayisəsi.
4.  Səciyyəvi epizodların səhnələşdirilməsi.
5.  Aparıcıların sayının müəyyənləşdirilməsi və çıxış üçün mətnlər hazırlanması.
6.  Tamaşa-viktorina proqramının hazırlanması.
Layihə-2
Mövzu: 
“VƏTƏN ÖZ QƏHRƏMANLARINI UNUTMUR” 
(Şəhid qəhrəmanlara həsr olunmuş ədəbi-bədii gecə)
Tapşırıqlar:
1.  Bədii əsərlərin (şeir və nəsr əsərlərindən parçaların) seçilməsi.
2.  Məruzəçilərin müəyyənləşdirilməsi.
3.  İfadəli oxu bacarığına malik iştirakçıların seçilməsi.
4.  Bədii nümunələrdən parçaların səhnələşdirilməsi, müvafiq musiqi əsərlərinin
müəyyənləşdirilməsi.
5.  Aparıcıların seçilməsi, proqramın hazırlanması.


Layihə-1
Mövzu: 
“İPƏ-SAPA DÜZÜLMƏMİŞ İNCİLƏR” 
(Mənəvi dəyərlərə, hikmətli sözlərə həsr olunmuş müsabiqə)
Tapşırıqlar:
1.  “Dini-mənəvi dəyərlərimiz” mövzusunda ədəbi-bədii kompozisiya hazırlanması.
2.  “Atalar sözü – ağlın gözü” mövzusunda ədəbi viktorina.
3.  Görkəmli şəxsiyyətlərin elm, bilik haqqında aforizmlərinin təqdimatı.
4.  “Nizami Gəncəvinin hikmət və nəsihətləri” mövzusunda səhnələşdirmə.
5.  Aparıcıların seçilməsi, qruplar arasında iş bölgüsü, planlaşdırma.
Layihə-2
Mövzu: 
“UŞAQLAR HƏYATIN ÇİÇƏKLƏRİDİR” 
mövzusunda sərgi
Tapşırıqlar:
1.  Uşaq mövzusunda əsərlərdən nümunələr seçilməsi.
2.  Uşaq mövzusunda şəkillərin toplanılması.
3.  Uşaqlara həsr olunmuş musiqi əsərlərindən nümunələr seçilməsi.
4.  Şagirdlərin hazırladığı video-süjetlərin, slaydların seçilməsi.
5.  Aparıcıların (sərgi bələdçilərinin) seçilməsi.
6.  Sərginin təqdimatının planının tərtibi.
Layihə-3
Mövzu: 
“TƏBİƏT ANADIR – QORUYAQ ONU” 
mövzusunda təqdimatlar


Tapşırıqlar:
1.  “Ekologiya nədir?” mövzusunda elektron təqdimat hazırlanması, müzakirəsi.
2.  “Azərbaycanın təbiəti” mövzusunda video- süjetə baxış, rəy mübadiləsi.
3.  “Təbiətə ziyan vuranlar” mövzusunda karikatura müsabiqəsi.
4.  “Təbiətin qorunması haqqında görkəmli şəxsiyyətlərin fikirləri” mövzusunda
təqdimat.
5.  Aparıcıların seçilməsi, qruplar arasında iş bölgüsü, planlaşdırma.


SİNİFDƏNXARİC OXU MATERİALLARI
TACİR VƏ TUTUQUŞU
(əfsanə)
Biri var idi, biri yox idi, bir tacir var idi. Bir dəfə o, alver etmək üçün uzaq ölkəyə səfərə
hazırlaşdı. Evdəkiləri yanına çağırıb soruşdu:
– Mən gedirəm. Deyin görüm ki, səfərdən qayıdanda sizin üçün nə gətirim?
Evdəkilərin hərəsi bir şey istədi. Tacir hamı ilə görüşüb yola çıxanda qəfəsdəki
tutuquşu dilləndi:
– Mənim də səndən bir xahişim var!
– Xahişin nədir? – deyə tacir soruşdu. – Əgər mümkün olsa, onu yerinə yetirməyə
çalışaram.
Tutuquşu dedi:
– Sənin ticarətə getdiyin ölkədə bir ağac var. Bu ağacda çoxlu tutuquşu yaşayır. Əgər
sən bu ağacı gedib tapsan, oradakı tutuquşulara məndən salam söylə. Nə cavab
versələr, gəlib mənə deyərsən.
Tutuquşu tacirə ağacı necə gedib tapacağını öyrətdi. Tacir gülüb dedi:
– Yaxşı! Sənin xahişini yerinə yetirərəm.
Uzun və çətin yol getdikdən sonra tacir həmin uzaq ölkəyə çatdı, mallarını satıb,
əvəzində oradan cürbəcür şeylər aldı. İşlərini qurtarandan sonra tutuquşunun ona
dediyi yerə getdi. Gördü ki, burada, doğrudan da, qollu-budaqlı bir ağac var. Ağacda
çoxlu tutuquşu oturub. Tacir ucadan dilləndi:


– Ey, tutuquşular! Mənim tutuquşum sizə salam göndərir!
O, bu sözləri deyib qurtaran kimi tutuquşulardan biri yerə yıxılıb öldü. Tacir lap
məəttəl qaldı. Ağlına gəldi ki, yəqin ki, bu tutuquşu onun tutuquşusunun yaxın dostu
olub. Ona görə də salam göndərdiyini eşidən kimi yıxılıb öldü.
Tacir şəhərə qayıtdı və yola çıxmağa hazırlaşdı. O, sağ-salamat evinə qayıdıb
evdəkilərin hamısına istədikləri hədiyyələri payladı. Ancaq o, tutuquşuna ağacdakı
tutuquşunun ölüm xəbərini deyib, onun qanını qaraltmaq istəmədi. Ancaq tutuquşu
ondan soruşdu:
– Ağa, mənim salamımı oradakı tutuquşulara çatdırdınmı?
– Sənin salamını tutuquşulara yetirdim, ancaq heç bir cavab almadım, – deyə tacir ona
cavab verdi. Tutuquşu çox pərt oldu və soruşdu:
– Onda de görüm, sən orada nə gördün?
Əlacsız qalan tacir əhvalatı danışmağa başladı:
– Mən sənin dediyin həmin yerə getdim, tutuquşuları gördüm. Sənin salamını onlara
deyən kimi onlardan biri o saat ağacdan yıxılıb öldü.
Tacir bunu deyən kimi qəfəsdəki tutuquşu ölü kimi düşüb qaldı. Tacir çox istədiyi
tutuquşunun ölməsinə heyfsiləndi və öz-özünə dedi:
– Mən nahaq yerə ona dostunun ölüm xəbərini verdim.
Sonra o, tutuquşunun ayağından tutub pəncərədən çölə atdı. Bu zaman tutuquşu
silkindi, qanad çalıb uçdu.
Tacir ancaq indi başa düşdü ki, ağacdan yıxılan tutuquşu özünü ölülüyə vurubmuş ki,
qəfəsdəki tutuquşuya azadlığa çıxmağın yolunu öyrətsin.
________________
YOXSUL QOCAYNAN VƏZİR
(nağıl)
Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kəsi
görsə, ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdi”.
Bir gün padşah səfərdən gəlirdi. Yolda bu qocaya rast gəldi. Padşah çox tədbirli adam
idi. Gördü ki, bu qoca öz-özünə danışır. Padşah atını onun yanına sürüb dedi:
– Ay qoca, öz-özünə nə danışırsan? Olmaya bir dərdin var?
Qoca dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah bu sözü çox bəyəndi, dedi:
– Qoca, bu sözü sabah gəlib mənim yadıma salarsan.
Padşah yola düşüb getdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə