Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   57


5. Əsərdəki başlıca fikri – ideyanı aydınlaşdırın.
№ Əsərin ideyası aşağıdakılardan hansıdır?
Nə üçün belə
düşünürsünüz?
Sizin
variantınız
1
Heyvanların da ehtiyatsızlığı faciəyə səbəb
olur.
 
 
2
Balasını sevməyən canlı yoxdur.
 
 
3
Təbiətə, heyvanlara, quşlara qayğı
göstərmək vacibdir.
 
 
4
Dara düşən heyvanların başına gələnlərdən
nəticə çıxarmaq lazımdır.
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. Müzakirə edin: “Hekayəyə çəkilmiş şəkil təsəvvürünüzə uyğundurmu?”
Evdə iş
Hekayənin bir hissəsinin ifadəli oxusuna hazırlaşın. Əvvəlcə ifaçılıq vəzifəsini –
dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın. Sonra hər cümlənin oxusunda səsinizin
aldığı çalarları dəftərinizdə (mətnin kənarında) yazın. Fasilələrin yerini, səsin
ucalığını, sürətini və s. müəyyənləşdirib şərti işarələrlə göstərin.


Əliağa Kürçaylı 
(1928-1980)
“Sənətin, poeziyanın yolları saysız və müxtəlifdir. Geniş və işıqlısı da var, ensizi, daşlısı
da... Sənətkarın bu yollardan hansında olduğunu oxucu deyə bilər”.
 
QARANQUŞ
Görürəm, yaz yağışı 
Yağır hiddətlə yenə. 
İldırımlar şaxıyır 
Göydə dəhşətlə yenə. 
Söykənib pəncərəyə 
Baxıram hər yana mən. 
Yenə yollar kəsilib, 
Nə gələn var, nə gedən. 
Göydə karvan çəkərək 
Sıx buludlar dolanır. 
Hərə bir yer taparaq 
Sığınıb daldalanır.
Yada salın
Təbiətə həsr olunmuş hansı
əsərləri oxumusunuz?
Sizcə, bədii əsərlərdə təbiətlə
bağlı hansı məsələlərin öz
əksini tapması daha vacibdir?
Düşünün
Təbiət, quşlar və heyvanlar
haqqında bədii əsərlərdən
öyrəndikləriniz digər fənlərdən
mənimsədiyiniz biliklərdən
fərqlənirmi?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.



Belə neysanda fəqət
Bir qaranquş görürəm.
Yağış altında onu
Qanad açmış görürəm.
Bədənindən su damır, 
İslanıbdır o, tamam, 
Düzü, heyran kəsilir 
Ona baxdıqca adam. 
Nə əsən güclü külək, 
Nə yağan güclü yağış 
O zərif quşcuğazı 
Bircə an saxlamamış. 
Elə bil lap bu saat 
Gəlsə qış, yağsa da qar, 
O dayanmaz yenə də, 
Daha sürətlə uçar. 
Alaraq dimdiyinə 
Quşcuğaz yem aparır. 
Bax bununçün havanı 
İldırımtək o yarır. 
İndi, yəqin, yolunu 
Gözləyir ağ balalar. 
Dözməyir qəlbi onun, 
Körpələr ac qalalar. 
Baxıram, yaz yağışı 
Yağır hiddətlə yenə. 
O qaranquşsa uçur 
Göydə sürətlə yenə...


I dərs
Məzmun üzrə iş
1. Əsərin oxusundan (fərqli formalarda yerinə yetirə bilərsiniz) sonra beş qrupda
birləşib (hər qrup iki bənd üzərində işləməklə) fikirlərinizi ikihissəli gündəlikdə
yazın.
Əsərdə diqqətimizi daha çox cəlb edənlər
Bunun səbəbi
 
 
2. Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə
aparın. 
3. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  “Şeir məndə hansı hislər və düşüncələr yaratdı?” Öyrəndiyiniz yeni sözlərdən
istifadə edin.
2.  Şeirin üç bəndini nəsrə çevirib məzmununu yaradıcı danışın. Əlavələrinizin
səbəbini izah edin.
Evdə iş
“Ölkəmizdə yaşayan nadir quşlar” mövzusu üzrə məlumat toplayıb təqdimat
hazırlayın.
II dərs
Məzmun üzrə iş
Bilik və bacarıqlarınızı tətbiq edin 
1. Şeirə başqa bir ad verin. Bu adı seçməyinizin səbəbini əsaslandırıb dəftərinizdə
yazın. 
Şeirə __ adını verərdim, çünki __. 
2. Hansı fikirləri doğru hesab edirsiniz?
1.  Şeir heca vəznindədir.
2.  Hər misrada 6 heca var.
3.  Şairin fikrincə, heç bir qüvvə qaranquşu dayandıra bilməz.
4.  Qaranquşun öz səhvi üzündən düşdüyü çətin vəziyyət təsvir olunur.
5.  Qaranquşun fədakarlığı şairi heyrətləndirir.
3. Şeirin məzmunu ilə səsləşən atalar sözlərini seçib cədvəldə yazın. Həmin atalar
sözlərini seçməyinizin səbəbini izah edin.


1.  Bala baldan şirindir.
2.  Ananın canı övladdadır.
3.  Anadan əziz yenə anadır.
4.  Hər quşa öz yuvası doğmadır.
5.  Ana bala ucundan canını oda yaxar.
6.  Quşa qızıl qəfəs zindandır.
Seçdiyim atalar sözləri
Bunun səbəbi
 
 
4.  Şeirdən bir bəndi seçib yazın və oradakı həmqafiyə sözləri qeyd edin.
Bənd
Həmqafiyə sözlər
 
 
 
 
 
 
 
 
5.  Mövzulardan birini seçib işləyin.
1.  Quşların, heyvanların həyatı, fədakarlığı ilə bağlı şahidi olduğunuz,
eşitdiyiniz bir hadisəni yazılı təsvir edin.
2.  “Yurdumuza bahar gələndə” mövzusunda esse yazın.
Evdə iş 
“Yaşadığım yerin (kəndin, qəsəbənin...) təbiəti haqqında nə bilirəm?” mövzusunda
şifahi təqdimat hazırlayın.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Şair bu əsərində ana məhəbbətinin digər canlılara da xas olmasından söz açmışdır.
Güclü leysana baxmayaraq, dimdiyində balaları üçün yem daşıyan qaranquşun
fədakarlığı oxucunu heyrətləndirir, təbiətə, quşlara, heyvanlara rəğbətini daha da
artırır.
Təsvir olunan hadisə yaddan çıxmır, oxucunu düşündürür, ona güclü təsir edir. Şair


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə