Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

–Bu nədir, yenə də yağış yağır, – deyə Qavroş dilləndi. O, dilənçi qızın yaylığa bərk-
bərk büründüyünü görüb əlavə etdi:
–Heç olmasa ona isti olar. Lap elə bil kürk geyinib.
Uşaqlar xırda addımlarla yeyin-yeyin Qavroşun dalınca gedirdilər. Çörək dükanının
yanından keçəndə Qavroş üzünü uşaqlara çevirib soruşdu:
– Uşaqlar, bu gün çörək yemisiniz?
– Səhərdən heç nə yeməmişik, – deyə böyük uşaq cavab verdi.
– Görünür, ata-ananız yoxdur, – deyə Qavroş soruşdu.
– Atamız da, anamız da var. Ancaq onların harada olduqlarını bilmirik.
– Demək, ata-ananızı itirmişsiniz? Bəs bilmirsiniz, hara gediblər? Bu, yaxşı deyil,
uşaqlar! Başsız qalmaq axmaqlıqdır. Nə isə, hər halda bir şey yemək lazımdır.
O artıq heç bir söz soruşmadı. Yurdsuzluq küçə uşağı üçün adi bir hal idi. Qavroş
dayandı və səylə şalvarının ciblərini axtarmağa başladı. Nəhayət, sevinclə başını
qaldırıb dedi:
– Uşaqlar, sakit olun, bu saat yaxşıca şam edəcəyik.
O, pulu cibindən çıxartdı və uşaqları itələyib, çörək dükanına saldı. Pulu dükançıya
verib ağır-ağır dedi:
– Çörək ver, üç yerə böl! Axı biz üç nəfərik!
Dükançı uşaqlara nəzər salıb istədi ki, onlara qara çörək versin. Ancaq Qavroş acıqla
dedi:
– Ağ çörəkdən, ən yaxşısından kəsin. Mən onları qonaq edirəm!
Dükançı gülümsədi və maraqla uşaqlara baxmağa başladı. Qavroş incimiş halda ona
dedi:
– Niyə gözlərinizi bizə zilləmisiniz? Elə bilirsiniz, balacayıq?
Elə ki çörək kəsildi, Qavroş uşaqlara dedi:
– Hə, indi yeyin!
Qavroş uşaqların böyüyünü ürəkləndirmək üçün çörəyin böyük parçasını ona verdi.
Özünə isə ən kiçik parçanı götürdü. Hər üçü ac idi, qapının qabağında dayanıb
acgözlüklə çörəyi yeyirdilər. Çörəkçi də acıqlıacıqlı onlara baxırdı, çünki uşaqlar qapının
qabağını kəsmişdilər. Qavroş dükançının narazılığını duyaraq dedi:
– Gəlin, küçəyə çıxaq!



Mikayıl Müşfiq 
(1908-1939)
Müşfiq nə yazırdısa, ürəkdən yazırdı. O, lirik şeirlər, poemalar, mənzum nağıllar yazmış
və həmişə də öz səmimiyyəti ilə diqqəti cəlb etmişdir. Vətənpərvərlik, əmək, təbiətə
məhəbbət onun yaradıcılığının mühüm mövzularıdır.
Gülhüseyn Hüseynoğlu
 
YAĞIŞ YAĞARKƏN
(ixtisarla)
Yağış yağır, rəqs eləyir gur damlalar, 
Sıra-sıra, inci-inci nur damlalar. 
Göydə iki qara bulud toqquşaraq, 
İldırımlar şaqqıldayır şaraq-şaraq. 
Quşlar uçur yuvasına pırıl-pırıl, 
Şırıldayır navalçalar şırıl-şırıl. 
Çaxnaşmada göy üzündə ildırımlar, 
Bir-birinə dəydi, baxın, qaldırımlar, 
Yada salın
Təbiət hadisələrinin əks
olunduğu hansı əsərləri
xatırlayırsınız?
Belə əsərlərdə sizi ən çox cəlb
edən nə olub?
Düşünün
Təbiət hadisələrini əks etdirən
əsərlərin maraqlı olmasını
təmin edən cəhətlərə nələri aid
edərsiniz?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Dönmələrdə durana bax, qaçana bax! 
Qaldırımda o balaca oğlana bax!


Öz döşündən yeni sözlər toxuyaraq, 
Ayağını şappıldadır oxuyaraq. 
Gülə-gülə bir qız qaçır o səkidən, 
Ürəkciyi xali deyil səksəkidən. 
...Yağ, yağışım, yağ, sel ol, yağ! 
Sırma-sırma, tel-tel ol, yağ! 
...Yağ, yağışım, sellənərək, 
Sırmalanıb tellənərək! 
Zümzümənlə şirin-şirin dillən, yağış, 
Küçələrdə uşaq kimi vellən, yağış! 
Bunlar keçər, çarpın, səma köksün kimi, 
Ey ildırım, səs ver mənə, səsim kimi! 
Yağ, ey yağış, fikrim kimi, hissim kimi. 
Uzaq, yaxın çöllərə yağ, 
Ölkələrə, ellərə yağ! 
Yağış yağır, rəqs eləyir gur damlalar, 
Sıra-sıra, inci-inci nur damlalar.
I dərs
Məzmun üzrə iş
1. Şeiri oxuyun (fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s.), sonra dörd qrupa
bölünün. Əsər barədə fikirlərinizi ikihissəli gündəlikdə yazın. Təqdimatlar əsasında
fikir mübadiləsi və müzakirə aparın.
Əsərdə diqqətimizi daha çox cəlb edənlər
Bunun səbəbi
 
 
2. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Şeirdəki hansı söz və ifadələr yağışın yağmasının doğurduğu hiss və
düşüncələri daha dolğun əks etdirir?
2.  Şeir təbiət hadisələri barədə məndə hansı düşüncə yaratdı?
Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Şeirin ilk səkkiz misrasındakı həmqafiyə sözləri müəyyənləşdirin. Onları uğurlu
saymaq olarmı?
Evdə iş 
Şeirdən bir parçanı nəsrə çevirin, məzmununu yaradıcı danışmağa hazırlaşın.


I dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Şeirdə yağışın yağmasının təsviri ilə yanaşı, bu təbiət hadisəsinə insanın
münasibəti də əksini tapıb. Oxucu bunu maraqla izləyir, çünki şair əsərin bədii təsir
gücünü artıran vasitələrdən məharətlə bəhrələnmişdir. O, yağışın yağması
səhnəsini oxucunun daha aydın təsəvvür etməsi üçün səslərin ahəngindən ustalıqla
istifadə etmişdir. Şeiri oxuduqca sanki yağışın şırıltısı, ildırımın şaqqıltısı eşidilir,
göz önündə buludların toqquşması, qanadları islanmış quşların pırıltılı uçuşu
canlanır. Şeiri təhlil edərkən bədii təsvir və ifadə vasitələrinin roluna, bədiiliyi
artıran digər vasitələrə diqqət yetirin.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Şeiri təbiət mövzusunda oxuduğunuz bir əsərlə müqayisə edin. Cədvəldən
istifadə etməyiniz faydalıdır.
Hansı cəhətlərinə görə müqayisə
olunurlar?
Əsərlərin adı
“Yağış”
 
 
 
 
 
 
3. Bədii təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi necə izah edərsiniz?
Bədii təsvir və ifadə vasitələrinin
işləndiyi cümlələr
Əsərin bədii gözəlliyinin – təsir gücünün
artmasında onların rolu
 
 
4. Aşağıdakı atalar sözlərinin hər birində ifadə olunan mənanı aydınlaşdırın. “Yağış”
şeiri ilə mənaca səsləşən atalar sözünü müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
1)Yağış ilə yer göyərər, alqış ilə ər öyünər. 
2) Yağış yağar, yer doymaz. 
3) Yağışdan qaçan doluya düşər. 
4) Yağış sevinc, bərəkət gətirər. 
5) Yağışdan çıxdıq, yağmura düşdük. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə