Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   57


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Hekayənin maraqla oxunmasına səbəb çoxdur. Məsələn, cəmi bir neçə cümlə ilə
böyük bir əhvalat, hadisə barədə aydın təsəvvür yaradılır. Yaxud nəvə obrazı elə
ustalıqla yaradılmışdır ki, yaddan çıxmır, onun davranışı, əməlləri, bəzən gülüş
doğursa da, oxucunu düşündürür... Yazıçı bütün bunlara sözdən ustalıqla istifadə
etməklə nail olub. Bu cəhətə yenidən diqqət edin. Bədii təsvir vasitələrinin əsərə
hansı gözəlliyi gətirdiyini də aydınlaşdırmağa çalışın.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Hekayədə diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini aydınlaşdırın.
3. Kamalın xarakterindəki başlıca cəhətlər hansılardır? Müxtəlif məqamlardakı
davranış və əməllərini nəzərə alaraq cavab hazırlayın. Cədvəldən istifadə edin.
Kamalın xarakterindəki başlıca cəhətlər
Nənə xəstələnməmişdən əvvəl
Nənə xəstələnəndən sonra
 
 
4. Kamalı oxuduğunuz hansı əsərin qəhrəmanı ilə müqayisə edə bilərsiniz?
Müqayisə cədvəlindən və ya Venn diaqramından istifadə edin. 
5. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz?
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. Əsərdəki hadisələrlə səsləşən bir epizod fikirləşin. Onu əsərdəki hansı hadisədən
sonra mətnə əlavə etməyin mümkün olduğunu əsaslandırın.
Evdə iş 
Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə E.Hüseynbəylinin
uşaqlar üçün hansı mövzuda əsərlər yazdığı barədə məlumat toplayın.


TƏTBİQ VƏ ÜMUMİLƏŞDİRMƏ
Mir Cəlal 
(1908-1978)
Onun həyatı və yaradıcılığı gənclər üçün gözəl nümunədir. Mir Cəlal zəhməti,
əməksevərliyi ilə ucalmış, həm elmimizdə, həm də ədəbiyyatımızda ləyaqətli yer
tutmuşdur.
Elçin
Artıq məzmunu ilə tanış olduğunuz bu əsərin üzərində müstəqil araşdırma
aparacaqsınız. İlk növbədə əsəri bir daha nəzərdən keçirin.
BAHAR
(“Bir gəncin manifesti” əsərindən)
1
Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi.
Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli
adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında
işləməyi təklif elədi:
-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən...
Razısanmı?
Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə “mehriban” adama
rast gəldiyini güman edib razı oldu:
- Nə deyirəm!


Tüfəngli Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı:
- Atama çatdır bunu, deynən görsün yararmı?
Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı birtəhər
adamları aralayıb Məşədi Abbası çağırdı:
- Məşədi əmi, bu gədəni İsfəndiyar göndərib...
Məşədi:
- Gözləsin! – dedi.


Bahar günortayadək gözlədi, çox acmışdı... Qəssab müştərilərdən baş açandan sonra
Baharı dükana çağırdı. Hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını
soruşdu...
2
Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaqxanadan şəhərə daşınan
ət daşqasının boynunda oturar, atın cilovunu əlinə alıb şəhərə sürərdi. Axşam isə
tövlədə, yanında yatdığı daşqa atına qulluq edərdi.
Məşədinin bütün xırda dükan və ev işini Bahar görürdü. Məşədi axşama qalan və
köhnələn içalatı səbətə doldurub Bahara verərdi. Çiynindən tutub itələrdi:
- Bunları sat! Satmamış qayıtma! Hamısını satsan, sənə bir abbası fındıq pulu
verəcəyəm.
Bahar küçələrin soyuq palçığını ayaqlaya-ayaqlaya küçə qapılarını gəzib həzin və saf
uşaq səsi ilə çağırardı:
- Ciyər alan, ay ciyər alan!...
3
Bu yerlərdə az təsadüf edilən şaxtalı qış günlərindən biri idi. Yer donmuşdu, ayaz
kəsirdi. Bahar isə köhnə çarıqla, yalınqat, qədək paltarla qəssab dükanının qapısında
əsim-əsim əsirdi.
Məşədi Baharı qapıdan qovmuşdu...
Soyuqlar düşəndən, qış girəndən bəri Bahar içalat sata bilmirdi. Beş addım gəzəndən
sonra daldey bir həyət tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında dayanırdı.
Ona görə evə qayıdanda xozeyini onu döyürdü.
Bu gün uşağa yeni bir fəlakət üz verdi. Qarınların birini sata bilməmişdi. Qorxudan
qayıda bilmir, döngədə sallaya-sallaya əlində aparır və müştəri çağırırdı. Qəfildən bir
qara it qarını alıb götürüldü. Divarı bayaq aşıb bağlar arasında yox oldu...
Bahar bunu söyləyəndə Məşədi Abbasın gülməyi tutdu:
– Dünən yumurtadan çıxan cücənin mən yekəlikdə kişiyə kələk gəlməyinə bir baxın!
Əlini Baharın ciblərinə salıb axtardı, sonra qoltuğuna baxdı:
– Neyləmisən, – dedi, – bir manatın yerini de! Nəyə verib yemisən, düzünü de!
Uşağın dil-dodağı tutuldu, altdan yuxarı baxan qara məsum gözləri böyüdü. And-aman
elədi ki, it aparıb. Qəssab onun qolundan tutub eşiyə itələdi:
– Get, bir manatı gətir, sonra gəl!
Bahar kağız kimi ağardı. Xözeyninə tərəf baxdı. Məşədi Abbas bu baxışlara və göz
yaşlarına cavab olaraq içəridən dilləndi:
- Buralara ayaq bassan, meyitini qoyaram!


4
Bahar qorxusundan cınqırını çəkmədi. Küçəyə çıxdı. Lakin küçədə dayanmaq olardımı?
Soyuq adamı qılınc kimi kəsirdi.
Qorxa-qorxa bir də ağasının dükanına gəldi. Qapını bir də cırıldadıb arasından baxdı.
Sanki ağasından, heç olmasa, qonşuların birindən mərhəmət diləyirdi. Məşədinin
məşəl kimi yanan gözləri uşağa sataşanda oğluna işarə verdi: “Gör pulu gətirdi?”.
Qəssabın oğlu Baharın qabağını kəsib soruşdu:
–Manatı gətirdin?
Bahar yalvardı:
–Məşədi ağa, qardaşım gələndə alıb verərəm...
Qəssab irəli keçib qapını basdı. Baharı eşiyə saldı. Bahar isti otaqdan qalxan buğun
içindən buz döşəməyə düşəndə başından bir vedrə su töküldüyünü güman etdi.
Soyuğun şiddətindən özünü itirdi, bilmədi nə etsin. Şaxta elə bil iliyinə işləyirdi. Bahar
özünü hamamın dəhlizinə saldı.
Dəhliz də soyuq idi. Ancaq içəri qapı açıldıqda isti hava buğ kimi dəhlizə vururdu.
Bahar özünə təskinlik verdi, əlində bağlama yuyunmağa gələnlərə qarışıb içəri girdi.
Fürsət tapıb pişik kimi səssizcə səkiyə çıxdı, səki isti və rahat idi. Xeyli vaxt belə
keçirdi. Lakin onu görən oldu. Hamamçı maşa ilə Baharı böyründən bizləyib deyirdi:
– Ədə, ehey, həmşəri! Düş, nə soxulmusan bura? Çıx!
O, başıaşağı qapıya tərəf yeridi, məhkum qılınca baxan kimi, eşiyin, qış gecəsinin
ayazına baxdı. Sonra geri döndü. Onu təqib edən olmadığını görüb dayanmaq istədi,
duruxdu, mərhəmət uman məzlum baxışları ilə adamların üzünə baxdı. Heç kəsin bir
söz demədiyini gördükdə sevinib içəri sürüşdü, küncə qısıldı.
5
Bığı xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhliz ağzında görüb
ucadan dedi :
– Kəblə Qurban, hərif burada dayanıb ha!
Kəblə Qurban başmaqlarını yeyin-yeyin şaqqıldadaraq dəhlizə tərəf gələndə Bahar
yalvardı:
– Vallah, yerim yoxdur. Soyuqdan ölürəm, qoy burada durum, əmi, sən Həzrət Abbas!
Kəblə Qurban Baharı itələyib çölə saldı:
- Rədd ol burdan, Həzrət Abbas qənimin olsun!
Səkinin istisində canı yumşalan Bahar, qışın kəsərli soyuğuna düşəndə elə bil ürəyinə
xəncər sancıldı, içindən ufuldadı. Özünü itirdi.
Bahar başını qaldırıb göyə baxdı, tamam qaranlıq qovuşduğunu, qış gecəsinin qorxu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə