Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk üç parçasının oxusundan (bunu fərqli şəkildə həyata keçirə bilərsiniz)
sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab hazırlayın. 
2. Üçüncü parçaya aid suallar tərtib edin. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz
də daxil olmaqla bütün sualların cavabını müzakirə edin. 
3. Çıxardığınız nəticələr barədə təqdimatlar edin. 
4. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  “Əsərdən oxuduğum hissə məndə hansı təəssürat yaratdı?” Öyrəndiyiniz yeni
sözlərdən istifadə etməyi unutmayın.
2.  “Hekayənin sonluğunu necə görmək istərdim?”
Evdə iş 
1. Hekayənin ardını oxuyun.
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
__________________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. Mətnin kənarındakı
suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
2. Cavabları kiçik qruplarda müzakirə etdikdən sonra təqdimatlar edin.
Bilik və bacarıqlarınızı tətbiq edin
3. Əsərdəki hadisələrin ardıcıllığını cədvəldə əks etdirin.
Qoca Firuz çörək pulu üçün iş gözləyir.
4. Əsərdən seçdiyiniz iki cümləyə bədii təsvir vasitəsi əlavə edib yazın.
1.
1.
2.
2.
5. Əsərdəki hansı epizodda hadisələr ən gərgin, ən yüksək inkişaf nöqtəsinə çatır?
Nə üçün belə düşünürsünüz?
Evdə iş
Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.163–165) faydalanın.
1.  “Baba və nəvənin yaşadığı zirzəmini necə təsəvvür edrəm?” mövzusunda inşa
yazın.


2.  “Sürəyyanın taleyi məndə hansı düşüncələr yaratdı?” mövzusunda esse yazın.


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Ədəbiyyatımızda kiçik hekayələrin gözəl yaradıcılarından biri kimi tanınan və
sevilən Ənvər Məmmədxanlının bu əsərində Cənubi Azərbaycanda yaşayan
soydaşlarımızın həyatından danışılır. Sənətkarın cənub mövzusunda yazdığı
əsərlərdəki təsirli səhnələr oxucunu həyəcanlandırır, onda güclü hislərin baş
qaldırmasına, dərin düşüncələrin yaranmasına səbəb olur. Yazıçı buna necə nail
olur? İlk növbədə, bədiiliyə nail olmaqla. Sözləri ustalıqla seçən yazıçı onları
yerində, məqamında işlətməyi bacarır. Budur, soyuq qış gecəsində xalça
karxanasının qapısı ağzında köməksiz qalan Sürəyyanın ağır vəziyyətini ifadə
etmək üçün yazıçının işlətdiyi cümlə: “Lakin gecə keçdiyini görərkən babasına qarşı
bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı”. Bu kiçik cümlə
qızcığazın çıxılmaz vəziyyətini çatdırmaqla bərabər, uşaq xarakterini, babasına
sonsuz məhəbbətini, saf, səmimi ürək sahibi olduğunu da ifadə edir.
Yazıçının işlətdiyi təsvir vasitələri də (“qüssəli payız” və s.) bədiiliyin artmasına
əhəmiyyətli təsir edir. Əsərlə bağlı tapşırıqların üzərində işləyərkən bu deyilənlərə
də diqqət yetirin, əlavə nümunələr seçin və onlardan da istifadə edin.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Sürəyyanın xarakterindəki mühüm cəhətləri aydınlaşdırın. Aşağıdakı cədvəldən
istifadə etməyiniz faydalıdır.
Obrazın adı: Sürəyya
Xarakterindəki mühüm cəhətlər
Əsərdən nümunələr
3. Əsərdən nümunələr göstərməklə yazıçının baba və nəvə obrazlarına
münasibətini aydınlaşdırın. Cədvəldən istifadə edin.

Obrazların adı
Yazıçının münasibəti
1
Firuz baba
 
2
Sürəyya
 
4. Əsərin maraqlı olmasına yazıçı necə nail olmuşdur? Fikrinizi hekayədən
seçdiyiniz nümunələrlə əsaslandırın. Müvafiq cədvəldən istifadə edin. 
5. Hekayədə yazıçını düşündürən, narahat edən başlıca problem, sizcə, nədir?
Müvafiq cədvəldən istifadə edin. 
6. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz?


Tətbiq. Müzakirə. Yaradıcı iş
7. Müxtəlif mənbələrdən (bədii əsərlərdən, digər fənlərdən, internetdən, qəzet
səhifələrindən və s.) topladığınız məlumat əsasında “Cənubi Azərbaycan haqqında
nə bilirik?” mövzusunda müzakirə aparın.


Elçin Hüseynbəyli 
(1961)
O, kiçik hekayələrin, böyük romanların da ustasıdır. Bu əsərlərin maraqla oxunmasının
birinci səbəbi isə dil zənginliyi, üslub aydınlığıdır. Elçinin dil-üslub tərzində yenilikçi
olduğunu bütün əsərlərində müşahidə etmək mümkündür.
Tofiq Hacıyev
 
NƏVƏ
1
İllər ötsə də, olub-keçənlər indiki kimi yadımdadır. Hər şey qəfil baş verdi. Həyət-
bacada qısqıvraq gəzən, saysız-hesabsız, – mənə elə gəlirdi, – toyuq-cücə saxlayan
nənəm xəstələndi. Yaşı yetmişi ötən nənəm, deyilənlərə görə, ömründə xəstəlik nədir,
bilməmişdi.
Amma indi xəstələnmişdi. Həm də, deyəsən, bərk xəstələnmişdi. Başqa vaxt məni
buyurub çağırmayan nənəm indi hərdən yazıq-yazıq mənə baxır, dodaqlarını güclə
tərpədib su istəyirdi.
Tərs kimi babam da evdə yox idi, qış üçün odun tədarükünə getmişdi, on-beş gün
olmayacaqdı. Xəstə nənəmlə tək qalmışdım. Dərd məni götürmüşdü, başımı
Yada salın
Baba və nəvə, nənə və nəvə
obrazlarının iştirak etdiyi hansı
əsərləri xatırlayırsınız?
Sizcə, bu mövzuda əsərlərin
yazılmasına səbəb nədir? Belə
əsərlərə ehtiyac varmı?
Düşünün
İnsanın xasiyyətində, davranış
və əməllərində dəyişiklik nəyin
sayəsində ola bilər?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə