Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

itirmişdim. Nənəmin xəstələndiyi elə birinci gün çox mətləblər mənə aydın oldu.
Məsələn, aydın oldu ki, çay dəmləməyi bacarmıram.


Bunu nənəmin əl hərəkətlərinin, baxışlarının köməyi ilə yarımca günə öyrəndim. Əsas
məsələ o imiş ki, dəm çaynikini qaynamağa qoymayasan. Dəm çaynikindən və
nənəmin “qəfədan” dediyi böyük çaydandan süzdüyüm çayı şəstlə onun çarpayısının
yanındakı stulun üstünə qoydum. Çətinliklə tapdığım zoğal mürəbbəsindən bir neçə
qaşıq stəkana boşaltdım. Stəkandakı çayın daşaraq nəlbəkiyə, stulun üstünə dağılması
nənəmin xoşuna gəlməsə də, onun baxışlarından duyurdum, səsini çıxarmadı.
Doğrudur, qonşu Nübar xala turşulu şorba bişirib gətirsə də, xəstəyə mən qulluq
edirdim. Şəhərə – atama-anama zəng etmək istəyimə nənəm mane oldu, “Xəbər
vermə, iş-güclərindən qalmasınlar, bir-iki günə ayağa qalxaram”.
Məsələ onda idi ki, atamla anam məni bir ay olardı ki, kəndə göndərmişdilər.
Dostlarımdan, oxuduğum məktəbdən uzaq düşmüşdüm.
2
Deyəsən, bir də ona görə həvəslənirdim ki, məni ola bilər ki, şəhərə – öz evimizə
göndərərlər. Təkrar edim ki, mən kəndə sanki sürgünə göndərilmişdim. O vaxt mənə
elə gəlirdi ki, elə bir qəbahət iş tutmamışam. Sadəcə olaraq, bir dəfə şəhərdəki
qonşunun pəncərəsinin şüşəsini qırmışdım, bir dəfə də dərs zamanı müəllimənin
çantasına baxmışdım.
Bir dəfə də özümdən bir yaş kiçik qardaşımı ağaca bağlamışdım... Əlbəttə, qardaşımı
çox axtarmışdılar, axşamdan xeyli keçmiş sağ-salamat tapıb evə gətirmişdilər və məni
yandıran o idi ki, heç kim mənim zarafat elədiyimə inanmırdı. Heç məni çox istəyən
nənəm də...
Kəndə göndərilməyimi sürətləndirən, deyəsən, kənddən bizə qonaq gəlmiş əmim
oğlunu dənizin kənarına aparıb itirməyim olmuşdu. Bunun da günahkarı, düzünə
baxsan, əmim oğlunun özü idi.
Nə üçün nəvəyə elə gəlirdi
ki, nənənin saxladığı
toyuq- cücə saysız-
hesabsızdır?
“Dərd məni götürmüşdü,
başımı itirmişdim”
cümləsindəki fikri necə
anlayırsınız? Nəvənin
təlaşa düşməsinə səbəb
nə idi?
Nəvənin arzusu sizdə hansı
hislər yaratdı?
Kənddə nə qədər qalacağımı, neçənci sinfə
kimi oxuyacağımı bilmirdim. Kənd uşaqları ilə
qaynayıb-qarışmaq elə də çətin olmadı. Burda
xoşuma gələn şeylər çox idi. Amma ən çox
xoşladığım nar idi. Nar, həqiqətən, mənim çox
xoşuma gəlirdi. Çünki onun qıpqırmızı,
sürüşkən dənələri vardı və uşaqların üzünə
pısqırtmaq daha asan idi. Bir neçə gündən
sonra isə dərslər başlanırdı. Və mən
fikirləşirdim ki, nənəm tezliklə sağalmasa,
çoxdan gözlədiyim arzuma çatmayacam. Çünki
uşaqların ilk dərs günü geyəcəkləri ağappaq
köynəklərə qıpqırmızı nar dənələrini pısqırtmaq
arzusunda idim.
Davranış və əməllərində
qəbahət görməyən nəvə
haqlı idimi?
Bir dəfə də qonşunun pişiyini bütün günü ac-
susuz balkonumuzda bağlı saxlamışdım.
Əlbəttə ki, indi hər şey yadımda qalmayıb və
mənə elə gəlirdi ki, elə bir pis iş tutmamışam.


Çünki o, həmişə məni cırnadırdı və deyirdi ki, hər şeyi, hətta dombalaq aşmağı da
məndən yaxşı bilir. Bəlkə də, mən onun dediklərini vecimə almazdım. Ancaq dombalaq
aşmaq məsələsində o, tamam haqsızıydı, çünki harda gəldi dombalaq aşmaq – özü də
necə lazımdı – mənim adətimiydi və qonaqlar yanında öz məharətimi göstərmək üçün
bu əməliyyatı həyata keçirəndə bir neçə dəfə danlanmışdım da... Mən də acığa düşüb
əmim oğlunu dənizin qırağında qoyub gizlənmişdim. Sonra da başım şəhərin
küçələrində qaçışan maşınların nömrələrini saymağa qarışmışdı və sevimli əmim
oğlunu yadımdan çıxarmışdım. Əslində, sonradan elə pis iş olmadı və onu tapıb
gətirdilər. Nənəm həmişə olduğu kimi, mənim tərəfimi saxladı və dedi ki, bunun nə
yaşı var, hələ körpədir...
3
Həmin il mən beşinci sinfə gedirdim və hər şey öz qaydasında idi. Ancaq bir gün əlim
dinc durmadı və mən özümdən qabaqda oturan Könülün ağappaq bantı ilə qələmdən
əlimə düşmüş rəngi sildim...
Yadımdadı ki, həmin gün nənəm məni danışdırmadı və atam məni balkonda saxladı.
Məktəb bağlanan kimi isə atamın göstərişi, nənəmin və babamın təkidi ilə məni
göndərdilər kəndə.
Onsuz da babamgil bizdə – şəhərdə olanda kənddən ötrü darıxırdılar və bir bəhanə ilə
ora qayıtmaq, məni də özləri ilə aparmaq istəyirdilər. Düzdür, kəndə göndərilməzdən
qabaq evdə iclasa bənzər bir yığıncaq keçirildi. Mənim bütün həyatım xatırladıldı –
ayağımın ilişib yıxılmağımdan tutmuş mənimçün son bədbəxt hadisəyə, yəni qonşunun
sevimli pişiyini ac-susuz saxlamağıma qədər.
Təxminən yadımdadır ki, atamla üzbəüz qalmışdım, onun dediklərini başımla
təsdiqləyirdim. Düzünü deyim ki, atamın dediklərində həqiqətəoxşar şeylər çox idi və
mən onun dediklərini həvəslə mənimsəyirdim, öz hərəkətlərimi götür-qoy edirdim,
fikirləşirdim ki, çox şeyləri daha da maraqlı etmək olardı. Məsələn, əlimi Könülün
ağappaq bantına yox, palıdı donuna da silə bilərdim, onda qələmin rəngi bilinməzdi.
Müəllimənin çantasına isə dərsdən sonra onunla hazırlaşan vaxt da baxa bilərdim.
Ancaq pişik məsələsində mənim məharətimə söz ola bilməzdi və elə indi də onu ac
saxlamağıma peşman deyiləm. Çünki o pişikciyəz mənim xoşladığım sərçələri qəflətən
tutub yeməyə öyrəşmişdi və bu da məni bərk qəzəbləndirirdi. Bütün bu kəşfləri
fikirləşən zaman atam hələ sözünü davam etdirirdi və öz nitqindən, deyəsən, vəcdə
gəlirdi.
Nəvənin əməlləri,
davranışı sizdə təəssüf
hissi doğurur, yoxsa gülüş?
Məni əsəbiləşdirən isə börümdə oturub başımı
sığallayan, hərdən də alnımdan, üzümdən
öpən anam idi və onun başımın tüklərində
ilişən əli atamın dediklərini təsdiqləyən başımı
tərpətməyə mane olurdu, həm də mənim
fantaziyalarımın inkişafını ləngidirdi...


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə