Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

– Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
– Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
– Oğlum, o Rəhim mənəm. Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan,
Bahara da yazaram, gələr.


– Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Bir axşam Nurəddin Rəhim
və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və
çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi:
– Bahar, məni tanımırsanmı?
Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi:
– Vay, Nurəddin sağ imiş. – Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar bir az rahat
olandan sonra dedi:
– Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Bir də gördüm ki,
Əmiraslanla Gülpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə
göndərdilər və mənə də dedilər:
– Bahar, indi sən bizə lazım deyilsən...
9
Bu nağıl etdiyimiz zamandan on il keçdi. Rəhimin evində böyük qonaqlıq tədarükü
görülürdü. Bu qonaqlıq Nurəddinin edadi məktəbini qurtarması münasibətilə
yoldaşlarına verdiyi ziyafət idi.
Axşama iki saat qalmış, qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər
havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay
süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi:
– Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.
– Edərəm, oğlum, de, içəri gəlsin.
Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi:
– Ana, bilirsənmi, bu dilənçi arvad kimdir?
– Gülpəridir, – deyə Bahar qışqırdı.
– Bəli, Bahar, Gülpəridir.
Nurəddin Gülpəriyə tərəf döndü və dedi:
– Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün
təqsirindən keçib bağışlayıram.
Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı.
Nurəddin Gülpərini qaldırıb oturtdu.
Gülpəri başladı:
– Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni
Nurəddin Cənnətəli baba
ilə başqa cür rəftar edə
bilərdimi? Nə üçün?
Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini
edadi (orta) məktəbinə qoydu. Bir dəfə
dərsdən qayıdarkən Nurəddin küçədə
Cənnətəlini gördü. Çox sevindi, onunla
görüşdü.


yoldan çıxardan o şeytan Əmiraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq...
Bir-iki ilin ərzində Əmiraslan pulları qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki
və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra
Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq
edəndən sonra divan tərəfindən tutulub asıldı.


İndi o gündən küçələrə düşüb dilənçilik edirəm...
Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü.
I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk beş parçasının oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə
mətnin kənarındakı suallara cavab hazırlayın. 
2. Mətnin ikinci və beşinci parçalarına aid suallar tərtib edin. 
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla bütün sualların
cavabı ilə bağlı fikir mübadiləsi aparın. Çıxardığınız nəticələri təqdimatlar əsasında
müzakirə edin. 
4. Əsərdən bir hissə seçin, məzmununu plan əsasında yığcam danışın.
Evdə iş 
1. Hekayənin ardını oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
___________________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. Mətnin kənarındakı
suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
2. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra təqdimatlar əsasında müzakirə
edin.
Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Əsərdəki hadisələrin ardıcıllığını cədvəldə əks etdirin.
Hacı Nəsirin ailəsində ilk övlad dünyaya gəlir.
4. Əsərin məzmunu ilə səsləşən hansı atalar sözlərini xatırlada bilərsiniz? 
5. Əsərin hekayə janrında olduğunu təsdiq edən üç cəhət yazın.
Gülpərini bağışlayan
Nurəddinə haqq
qazandırmaq olarmı?
Sizcə, Əmiraslanın taleyi
başqa cür ola bilərdimi?
Gülpəri başını aşağı salıb yenə ağlamağa
başladı. Rəhim dedi:
– Oğlum, indi rahat ola bilərəm. Çünki sənə
verdiyim tərbiyənin meyvəsini bu gün gördüm.
Mən səni oğulluğa götürməklə böyük bir hünər
etmədim, çünki mən ancaq yaxşılığa yaxşılıq
etdim. Bu, hər kişinin işidir. Amma sən
yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin
kimi ər kişinin işidir


6. Hekayədən seçilmiş cümlələrə epitet və bənzətmə əlavə edin.
1. Nadinc uşaq müəllimləri təngə gətirmişdi.
1.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə
belə cavab verdi.
2.
7. Hansı cümlədəki fikri səhv hesab edirsiniz? Səbəbini izah edin.
- Hekayədə nağıl janrına məxsus cəhətlər də var. 
- Yaxşılıq etmək, bağışlaya bilmək hekayədə qiymətli dəyər sayılır. 
- Nurəddinin Əmiraslanla Gülpərinin gizli söhbətini dinlədiyi epizod hadisələrin ən
gərgin, yüksək mərhələsidir. 
- Hekayədən belə bir nəticə çıxarmaq olur ki, insanın davranışı, əməlləri onun
taleyində mühüm rol oynayır. 
- Yazıçı hekayədəki obrazların hamısına rəğbət bəsləyir.
Evdə iş 
Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Hekayədə məni ən çox həyəcanlandıran epizod hansıdır?
2.  Hekayədə deyilənlərə və təsəvvürünüzə əsaslanmaqla Əmiraslanın xarici
görünüşünü sözlə təsvir edin.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Müəllifin uşaqlar üçün yazdığı hekayələr çoxdur. Onlardan biri olan “Nurəddin”
diqqətinizi dərhal cəlb etdi. Nağıllarımızın dilindəki şirinliyi, maraqlı hadisələrin bir-
birini izləməsini burada da müşahidə etdiniz. Bütün hadisələr Nurəddinin taleyi ilə
bağlanır, bu, onun haqqında oxucunun əhatəli məlumat almasına imkan yaradır.
Bu deyilənlərə, eləcə də müxtəlif vəziyyətlərdə Nurəddinin özünü necə aparmasına,
başqalarının ona münasibətinə diqqət edin. Bütün bunlar sonrakı fəaliyyətinizə
səmərəli istiqamət verəcəkdir.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Hekayədə diqqəti cəlb edən mühüm problem nədir? Müəllif həmin problemin
həllində nəyə üstünlük verir? Aşağıdakı cədvəldən istifadə edə bilərsiniz.
Əsərdə əsas problem
hansıdır?
Yazıçı bu problemin həlli yolunu
nədə görür?
Siz necə
düşünürsünüz?
 
 
 
3. Nurəddinin xarakterindəki mühüm cəhətləri aydınlaşdırın (aşağıdakı cədvəldən
istifadə etməyiniz faydalıdır).


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə