Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:
–Bir gün bazardan qayıdarkən, bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb
bunun səbəbini soruşdum.


Kişi dedi:
– Mən bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul
düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını
cibimdən çıxartmışlar.
Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:
– Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra
pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.
Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam
mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:
2
Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə düşdü. Hacı
Nəsir bir neçə məşhur həkim gətirdisə də, onu sağalda bilmədi. O, “Nurəddin”, – deyə-
deyə vəfat etdi. ...Anasının vəfatından sonra Nurəddində böyük qəmginlik görünürdü.
Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi.
Hacı Nəsir evlənmək fikrinə düşdü. O, qeyri şəhərdə sakin olan şəriki ilə hesab
çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi
adlı tanışı vardı.
İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi:
– Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır.
Gülpəri qısaboylu, doluəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi.
Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə
qohum etdi.
İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi.
Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. On
ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə
bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, qulluqçu Bahar da çoxdan çıxıb gedərdi.
Gülpərinin hər zülmünə davam edirdi, təki əli balaca Nurəddindən üzülməsin.
Bu hissə sizə hansı janrı
xatırladır?
“Gülüstan” kitabı haqqında
nə bilirsiniz? Tanımadığı
adama Hacı Nəsirin
yaxşılıq etməsinə necə
münasibət bəsləyirsiniz?
Bu, sizdə hansı hislər
yaratdı?
– Hacı, sovqat üçün bundan əziz bir şey
yoxdur, – deyə “Gülüstan” kitabını mənə
uzatdı. – Qoy mən Rəhim tərəfindən sevgili
övladınız Nurəddinə Sədinin bu “Gülüstan”
kitabı yadigar olsun.
Sonra dübarə razılıq edib getdi.
Həlimə kitabı ipək parçaya tikib Nurəddinin
boynundan asdı:
– Oğlum böyüyəndə bu kitabı oxuyar, – dedi.
Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı
Nəsir oğlunu məktəbə qoydu. Nurəddin
oxumaqda birinci şagird idi.


Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi.
Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda
qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş
dedi:


– Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim
ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun
üçün cəllad olasan? Bundan sonra səni bu evdə bir gün də saxlamaram.
Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki,
Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi.
3
Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpəöpə əlinə pul verib dedi:
– Oğlum, daha dərsdən qalma. Dur məktəbə get. Yol uzunu Nurəddin Gülpəri barədə
fikir edirdi: “Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə
olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi”.
Bu fikirdə ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb
Nurəddinin zənn etdiklərinin heç biri deyildi.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin
dəyişməsini indi başa düşdü. Bahar dedi:
– Qorxma, nə qədər ki, sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə
bilməz, çünki onda onu qəyyumluqdan çıxararlar...
Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. Üç
gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub, özü ilə
aparmaq fikrində idi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır
olandan sonra Gülpəri ona dedi:
– Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya
bilmərəm.
4
Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum
etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalda nə atasını və nə də bir
tanış adam gördü. Gülpəri nökəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə
nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa- qorxa yola düşdü.
Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, onlarda
çox vaxtı soyğunçuluq ittifaq düşərdi.
Sizcə, Gülpəri Hacı Nəsirdən
qalmış mal-dövlətə daha
hansı yolla sahib ola bilərdi?
Gülpəri yaxşı bilirdi ki, özünün övladsız
olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti
tək Nurəddinə qalacaqdır və o da uşaq
olduğundan hər ixtiyar qəyyum əlinə
keçəcəkdi. İndi hiyləgər qadın bu qəyyumluğu
axtarırdı və məramına da çatdı.
Gülpərinin qorxmasının əsl
səbəbi nə idi?
Meşənin qurtaracağına iki verst qalmış bir atlı-
yaraqlı adam Cəfərin qabağını kəsdi.
– Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!


– Əmiraslan ağa, atma, mənəm.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə