Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

Evdə iş
“Yazıçının uzaq keçmişdə baş vermiş hadisəyə müraciət etməsinin səbəbini necə
başa düşürəm?” mövzusunda şifahi təqdimata hazırlaşın.


Hikmət Ziya 
(1929-1995)
“Qısa yazmaq, fikri yığcam ifadə etmək böyük ustalıq tələb edir. Buna nail olmaq üçün
daim çalışmaq lazımdır”.
 
KƏRGƏDAN VƏ QARIŞQA
Uzunuyla eni bir, 
Başıyla bədəni bir 
Kərgədan tutulmuşdu 
Tənbəllik azarına. 
Süstlük, 
Məstlik 
hopmuşdu 
Ömrünə, güzarına. 
Boş-bikar əsnəməkdən 
Çuval olmuşdu ağzı. 
Günün beşdə dördünü 
Yeyib-yatırdı, azı 
Yerdə qalan vaxtını
Yada salın
Əməyin insan üçün faydası,
tənbəlliyin pislənməsi ilə bağlı
hansı əsərləri liyin pislənməsi
ilə bağlı hansı əsərləri
xatırlayırsınız?
Əməyin insan üçün əhəmiyyəti
barədə çox danışılmasına və
yazılmasına səbəb, sizcə, nədir?
Düşünün
Təmsil janrında əsərlərin
yazılmasına səbəb nədir ?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini
müəyyənləşdirin.


Ya göldə keçirirdi, 
Çimib, çıxır, meşədə, 
Ya çöldə keçirirdi. 
Daş üstünə bircə daş 
Qoymaqla yoxdu işi... 
Onu piy dağarına 
Döndərdi bu vərdişi... 
Apardığı arpanı 
Yolda qoyub bir yana 
Bapbalaca Qarışqa 
Bir gün söylədi ona: 
– Səndə bu boy-buxun var, 
Fil işi görmək olar! 
Bizim meşə elində 
Niyə əlin belində 
Dolaşırsan, a fərsiz? 
Hamı səndən xəbərsiz, 
Sən hamıdan xəbərsiz. 
Kimdir doyduran səni? 
Səndə olan gödəni?! 
– Nə?! – Bağırdı Kərgədan – 
Təhqir edirsən yəni? 
Ayaq basdı üstünə: 
Belə əzərəm səni! 
Yox! Qarışqa ölmədi.– 
Girdi torpağın altda,
Lağım atıb yenə də 
Üzə çıxdı bir anda. 
Tənbəlin zərbəsi də 
Əsər etmədi ona. 
Götürüb arpasını, 
Düzəldi öz yoluna. 
Kərgədan gördü, nəhəng 
Özü yox, Qarışqadır. 
Çox da güclə görünür, 
Çox da nöqtə boydadır, – 
O həm sevir zəhməti, 
Həm də ki, cəsarəti. 
Nəhəng odur. 
Kərgədan – 
Adi cırtdandan cırtdan. 


I dərs
Məzmun üzrə iş
1. Əsərin oxusundan (bunu fərqli formalarda həyata keçirə bilərsiniz) sonra cütlük
şəklində işləməklə fikirlərinizi ikihissəli gündəlikdə yazın. 
2. Qənaətləriniz oxşar olan yoldaşlarınızla birləşib kiçik qruplar yaradın. Fikir
mübadiləsi etdikdən sonra təqdimatlar əsasında müzakirə aparın. 
3. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Qarışqanın Kərgədana söylədiklərinə əlavələr etməklə danışın.
2.  Şairin nə üçün məhz bu canlıları seçməsinin səbəbini əsaslandırın.
Evdə iş
Müxtəlif mənbələrdən təmsilin məzmunu ilə səsləşən atalar sözləri seçin. Onların
məzmunu arasındakı yaxınlığı əsaslandırmağa çalışın.
II dərs
Məzmun üzrə iş
Bilik və bacarıqlarınızı tətbiq edin
1. Evdə oxuduğunuz parçaları (4, 5) bir daha nəzərdən keçirin. Mətnlə bağlı
suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
2. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra cavabları təqdimatlar əsasında
müzakirə edin.
– Təmsildə əməyə, zəhmətə rəğbət hissi ifadə olunub. 
– Əsərdəki Qarışqa lovğa, özündən razı insanları təmsil edir. 
– Şeirdəki obrazlara müəllifin münasibəti aydın deyildir. 
– Kərgədan həm tənbəl, həm də kobuddur. 
– Kərgədan öz səhvini başa düşür.
3. Şeirdən seçdiyiniz üç cümləyə məzmunlarına uyğun bədii təsvir və ifadə vasitəsi
əlavə edin. 
4. Əsərin təmsil janrında olduğunu təsdiq edən iki cəhət yazın. 
5. Mövzulardan birini seçib işləyin.
1.  “Kərgədan və Qarışqa” əsərinin mövzusunda nəsrlə kiçik təmsil yazın.
İştirakçıların fərqli olmasına (məsələn, bal arısı və hörümçək) diqqət yetirin.
2.  “Təmsilin sonluğunu necə görmək istərdim?” mövzusunda yazılı təqdimat
hazırlayın.
Evdə iş
Müxtəlif mənbələrdən (qəzet, internet və s.) topladığınız məlumat əsasında
yaşadığınız bölgədə əməyi ilə tanınmış adam haqqında yığcam yazılı təqdimat
hazırlayın.


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
İnsana aid olan xüsusiyyətlərin təmsildə heyvanların, cansız əşyaların üzərinə
köçürüldüyünü bilirsiniz. Deməli, belə əsərlərdə təsvir olunanlar insan kimi danışır,
arzularını bildirir, mübahisə edir və s. Təmsildə çox vaxt qəhrəmanın gülüş doğuran
səhv hərəkətləri, davranışı tənqid olunur, yığcam ibrətamiz hadisə təsvir edilir və
oxucuya ünvanlanmış əxlaqi nəticə çıxarılır.
Oxuduğunuz təmsildə şair iki canlını – Kərgədan və Qarışqanı danışdırmaqla
oxucuların diqqətini çox mühüm bir məsələyə cəlb etmişdir. Onların hər birinin
fərqli mövqeyi danışıqlarında özünü büruzə verir. Bu, təmsili maraqlı edən
səbəblərdən biridir. Təmsili maraqlı edən digər vasitələrin üzərində düşünün. Bütün
bunlar sonrakı fəaliyyətinizin səmərəli olmasına təsir edəcəkdir.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Kərgədanla Qarışqanın mübahisə etməsinin əsil səbəbi, sizcə, nədir? 
3. Müəllif bu obrazlara necə münasibət bəsləyir? Əsərdən nümunələr göstərməklə
fikrinizi əsaslandırın (müvafiq cədvəldən istifadə edin). 
4. Şair bədii təsvir və ifadə vasitələrini işlətməklə nəyə nail olmuşdur? 
5. Müəllifin diqqətə çatdırmaq istədiyi başlıca problem, sizcə, nədir? Bu problemi
ortaya qoymaqda o, haqlıdırmı? 
6. Təmsildəki başlıca fikri – ideyanı necə izah edərsiniz?
Tətbiq. Müzakirə. Yaradıcı iş
7. Təmsildəki obrazları müqayisə edin. Onların oxşar cəhətləri varmı? Çıxardığınız
nəticələri Venn diaqramında əks etdirin. 
8. “Bu əsər oxucunun öz həyatı, davranışı barədə fikirləşməsinə səbəb olur” fikrinə
müzakirə əsasında münasibət bildirin.
Evdə iş 
Təmsildəki obrazları insan obrazları ilə əvəz edərək kiçik mətn hazırlayın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə