Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

noxtasından tutub gözünəcən basdığı papağın altından ona baxırdı.


Yaxınlaşıb oğlunu tanıyan Nayman-Ana özünü dəvənin belindən yerə necə atdığını
bilmədi.
– Oğlum, oğul bala! Səni axtarmaqdan əldən düşmüşəm! Mən sənin ananam!
Di gəl ki, onun gəlişi oğluna heç bir təsir göstərmədi, heç ağzını açıb soruşmadı ki, ay
arvad, kimsən, niyə ağlayırsan? Nayman-Ana tərpənməyib yerində qaldı, çömbəlib
üzünü əlləri ilə örtərək xısın-xısın ağladı, başını qaldırmadan bir müddət bu vəziyyətdə
qaldı. Manqurt oğul heç bir şey olmamış kimi mənasız və laqeyd nəzərlərlə ona baxdı,
üzgün sifətində nə isə təbəssümə bənzər bir şey işardı. Ancaq gözləri yenə əvvəlki kimi
tamam etinasızdı.
Nayman-Ana soruşdu:
– Məni tanıyırsan?
Manqurt başıyla “yox” dedi:
– Bəs adın nədir?
– Manqurt.
– Səni indi belə çağırırlar, əvvəlki adın yadındadır? Bir əsl adını yadına sal görüm…
Manqurt danışmırdı. Anası görürdü ki, o, adını yadına salmağa çalışır, qaşlarının arası
iri tər içindədir. Amma, görünür, oğlan qalın bir divara rast gəlmişdir, divarı keçə
bilmirdi.
– Bəs, atanın adı nədir? Bəs özün kimsən, kimlərdənsən? Heç olmasa, doğulduğun
yerisə də bilmirsənmi?
Yox, o, heç nə bilmir, heç nə xatırlamırdı.
– İlahi, gör səni nə günə salıblar! – deyə ana pıçıldadı, yenə də özündən asılı
olmayaraq dərddən boğula-boğula ağlamağa başladı. Ananın bu dərdi-kədəri
manqurta qəti təsir eləmirdi.
Ana onun kim olduğunu soruşmaqla yox, təlqinlə başa salmaq qərarına gəldi.
– Sənin adın Jolamandır. Eşidirsənmi? Sən Jolamansan. Atanın da adı Donenbaydı.
Atan yadında deyil? Axı o, sənə hələ uşaqlıqdan ox atmağı öyrədərdi. Mən də sənin
ananam, sən də mənim oğlum. Sən naymanlar qəbiləsindənsən, başa düşdün? Sən
naymansan…
Ananın dediklərinə o, tam laqeydliklə qulaq asırdı, elə bil bu sözlərin ona dəxli yoxdu.
Yəqin, otluqda cırıldayan çəyirtkəyə də beləcə qulaq asardı.
– Qoy görüm onlar sənin başına nə iş gətiriblər?– deyə Nayman-Ana əlini onun başına
uzatdı.
Manqurt kənara sıçrayıb çəkildi, əliylə papağından yapışıb daha anası tərəfə baxmadı.
Arvad başa düşdü ki, başını heç vaxt onun yadına salmaq olmaz. Bu vaxt uzaqdan
dəvəyə minmiş bir adam göründü. O yaxınlaşırdı.


Nayman-Ana soruşdu:
– Bu kimdir?
– Mənimçün yemək gətirir.
Nayman-Ana təşvişə düşdü. Bu juanjuan onu görməmiş tez çəkilib gizlənməliydi. O,
tez dəvəsini hıxlayıb minə-minə oğluna xəbərdarlıq elədi:
– Ona heç nə demə. Mən tezliklə qayıdacağam.


Oğlu cavab vermədi. Onun heç eyninə də deyildi.
Nayman-Ana başa düşdü ki, dəvənin üstündə sürü içindən keçməkdə səhv eləyib.
Gərək otlayan dəvələrin arasıyla gizlənə-gizlənə piyada keçəydi. Nayman-Ana otlaq
yerindən xeyli uzaqlaşandan sonra qıraqlarını yovşan basmış dərin bir dərəyə girdi.
Burada dəvəni dərənin dibində çöküzdürüb yerə düşdü, daha Ağmayanı qalxmağa
qoymadı. Gizlənib baxmağa başladı. Juanjuan onu görmüşdü. Bir azdan o, dəvəsini
yortma sürə-sürə gəlib çatdı. Nizə və oxla silahlanmışdı. Kəsdirə bilmirdi ki, dəvəni
hara sürsün? Əvvəlcə, bir tərəfə sürdü, sonra başqa səmtə döndü. Axırıncı dəfə lap
dərənin yanından keçdi. Juanjuan dəvəni bir az da o yan-bu yana səyirdəndən sonra
geriyə, sürüyə tərəf qayıtdı.
Axşam düşürdü. Gün batsa da, hələ göyün şəfəqi çəkilməmişdi. Sonra hava birdən
qaraldı. Ətrafı qaranlıq bir gecə bürüdü.
4
Nayman-Ana o gecəni oğlunun olduğu yaxın yerlərdəki çöllükdə keçirdi. Oğlunun
yanına qayıtmağa ürək eləmirdi, qorxurdu bayaqkı juanjuan gecəni sürünün yanında
qala. Və o gecə qəti qərara gəldi ki, oğlunu xilas eləsin, çalışıb özüylə aparsın.
Manqurt olsun qoy, heç nə başa düşməsin, təki öz adamları arasında qalsın. Ana ürəyi
belə deyirdi. Başqalarının dözüb barışdığı vəziyyətə o dözə bilmirdi. O rəva bilmirdi ki,
qanı qanından olan doğma oğlu qul qalsın. Kim bilir, bəlkə də, doğma yerləri görəndən
sonra ağlı öz yerinə gələcək, uşaqlıq illəri yadına düşəcək…
Səhəri Nayman-Ana yenə Ağmayaya süvar oldu. Heç kəsin olmadığını yəqin eləyəndən
sonra oğlunu səslədi:
– Jolaman! Jolaman! Salam!
Oğlu dönüb baxanda ana sevincindən içini çəkdi, ancaq elə o dəqiqə də başa düşdü ki,
oğlu elə-belə səsə dönüb.
Nə fayda ki, arvad qıfıllı bir qapını döyəcləyirdi. Ana yenə də öz dediyini deyirdi:
Oğlunu aparmaq qərarına
gələn ananı haqlı saymaq
olarmı?
“Süvar olmaq” ifadəsinin
mənasını necə başa
düşürsünüz?
Ananın bu inadkarlığının
səbəbini necə izah
edərsiniz?
Yaddaşını itirmiş gəncdə
laylanın xoş ovqat
yaratmasının səbəbini necə
izah edərsiniz?
Nayman-Ana yenə də çalışdı ki, oğlunun
yaddaşını diriltsin…
– Adını yadına sal, tap gör adın nədir? – deyə
yalvarıb onu qandırmaq istəyirdi. Bilmirsən,
məgər atan Donenbaydır? Sənin adın manqurt
deyil, Jolamandı… Adını onunçün belə
qoymuşuq ki, sən naymanların böyük köçü
vaxtı yolda doğulmusan. Sən anadan olanda
biz üç gün köçü saxlayıb dayandıq, üç gün toy-
bayram elədik.
Ananın bu dedikləri manqurt oğlana təsir
göstərmədiyinə baxmayaraq, danışığına ara
vermir, boş da olsa, yenə ümid eləyirdi ki,
bəlkə, bu qaralmış şüurda bir qığılcım işara.


– Adını yadına sal! Atanın adı Donenbaydı!
Sonra o, götürdüyü ehtiyatdan onu yedirib içirtdi, oğlunu doyuzdurandan sonra ona
layla deməyə başladı.


Layla onun çox xoşuna gəldi. Arvadın laylası onun ürəyinə yayılırdı. Xoşluqla qulaq
asırdı, onun gündən qaralıb codlanmış, donuq sifətində nə isə canlı, ilıq bir halət əmələ
gəlmişdi. Bunu görən ana onu inandırmağa çalışdı ki, bu yerləri tərk eləyib, ona
qoşulsun, öz yerlərinə qayıtsın, juanjuanlardan birdəfəlik canını qurtarsın. Manqurt
ağlına vura bilmirdi ki, necə durub getsin, bəs sürü nə olsun?
Yox, ağası deyib ki, sürünü gözdən qoymasın...
Və yenə də Nayman-Ana pozulmuş yaddaşın o bağlı qapısını təkrar-təkrar
döyəcləməyə başladı, dediyini dedi:
– Yadına sal kimsən? Adın nədir? Sənin atan Donenbaydır!
Ananın başı elə qarışmışdı ki, axşamın necə düşdüyünü hiss eləməmişdi, o vaxt ayılıb
gördü ki, juanjuan dəvə üstündə sürünün o başına yaxınlaşır. Nayman-Ana fürsəti
itirməyib tez Ağmayaya mindi və uzaqlaşdı. Ancaq o biri tərəfdən də bir juanjuan çıxıb
onun yolunu kəsmək istədi. Ayaqdan yüngül Ağmaya onu vaxtında aradan çıxartdı,
juanjuanlar dalda qalıb çığıra-bağıra, nizələrini oynadaraq onu qovmağa başladılar.
Ağmaya yel kimi qanadlanıb Nayman-Ananı bu ölüm-dirim qovhaqovundan
uzaqlaşdırırdı. İntəhası, onun xəbəri olmadı ki, əlləri boşa çıxan juanjuanlar ürəklərini
soyutmaq üçün yazıq manqurtu o ki var döydülər. Ancaq ondan nə gözləmək olardı,
elə deyib dururdu:
– Deyirdi mənim anamdı.
– Anan-zadın deyil! Sənin anan yoxdur! Heç bilirsən, niyə gəlib? Bilirsən? İstəyir ki,
papağını çıxarıb başını buğa versin!
Onlar yazıq manqurtun canına qorxu salmağa çalışırdılar.
Manqurt bu sözləri eşidəndə qaralmış sifəti bomboz oldu. O, boynunu qısıb,
papağından bərk-bərk yapışaraq, tələyə düşmüş heyvan kimi yanyörəsinə baxmağa
başladı. Juanjuan ona ox-yay verib dedi:
5
Toran qarışırdı. Gecə azman Sarı-Özək çölləri üzərinə çökürdü. Ağmaya öz sahibəsini
yüngül, sərbəst bir yerişlə böyük dəvə sürüsünə tərəf aparırdı. Budur, o, sürüyə çatdı,
otlayan heyvanların arasından keçdi, ətrafa göz gəzdirdi, amma oğlunu görə bilmədi.
Onun minik dəvəsi yüklü halda noxtasını sürüyə-sürüyə otlayırdı. Nayman-Ana oğlunu
səsləyib çağırmağa başladı
– Jolaman! Haradasan? Mənəm, ananam! Haradasan?
Ananın vəziyyətini necə
təsəvvür edirsiniz? Nə
edəcəyini bilməyən, düzdə
tənha qalmış ana haqqında
sizdə hansı hiss və düşüncə
yarandı?
– Qorxma! Al bunu!
– Nişanla görüm! –deyə juanjuan papağını
göyə atdı. Ox papağı dəlib keçdi. – Gör ha! –
deyə papaq sahibi təəccübləndi. Əlinin yaddaşı
hələ də qalır!
Nayman-Ana yuvasından hürküdülmüş quş kimi
düzdə vurnuxur, özünə yer tapa bilmirdi.
Bilmirdi, neyləsin, nə gözləsin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə