Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

O, narahatlıqla ətrafa boylana-boylana qaldığı üçün oğlunun dəvə dalında daldalanıb,
dizini yerə verərək oxla onu nişan aldığını görmürdü. Günəşin şüası ona mane olurdu,
fürsət gözləyirdi ki, oxu buraxsın.



– Jolaman! Oğlum! – Nayman-Ana oğlundan nigaran halda onu səsləyirdi. Birdən
qanrılıb baxanda onu gördü. Bircə:
Donenbay quşu yolçuya rast gələndə onun yaxınlığında uça-uça səslənir: Yadına sal,
kimlərdənsən? Kimin oğlusan? Adın nədir? Adın? Donenbay, Donenbay! ...
Sarı-Özəkdə Nayman-Ananın basdırıldığı yerə o vaxtdan Ana-Beyit, yəni Ana məskəni –
qəbiristanlığı deyirlər.
(Tərcüməçi: İshaq İbrahimov)
I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk üç parçasının oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə
suallara cavab hazırlayın. 
2. Mətnin 3-cü parçasına aid suallar tərtib edin. 
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla bütün sualların
cavabı ilə bağlı fikir mübadiləsi aparın. Çıxardığınız nəticələri təqdimat əsasında
müzakirə edin. 
4. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın
1.  Əsərdən oxuduğum hissədə məni ən çox həyəcanlandıran epizod hansı oldu?
2.  Əsərlə tanış olmayan dostunuza Nayman-Ananı necə, hansı söz və ifadələrlə
təqdim edərdiniz? Öyrəndiyiniz yeni sözlərdən istifadə edin.
Evdə iş
1. Əsərin ardını oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
__________________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz parçaları (4, 5) bir daha nəzərdən keçirin. Mətnlə bağlı
suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın. 
Manqurt övladdan bu
hərəkəti – anasına qəsd
edəcəyini gözləyirdinizmi? O
bunu etməyə bilərdimi?
Donenbay quşu bütün
insanlara səslənir: “Yadına
sal, kimlərdənsən? Kimin
oğlusan? Adın nədir? Adın?”
Bu sözlərdə, sizcə, hansı
fikirlər ifadə olunmuşdur?
– Atma! – deyə bildi, elə Ağmayanı
mahmızlamaq istəyirdi ki, dönüb oğluyla
üzbəüz gəlsin, yetirmədi – ox vızıltıyla onun sol
qoltuğuna sancıldı. Bu, ölümcül zərbə idi.
Nayman- Ana dəvənin boynuna sinib ilişə-ilişə
yıxıldı. Ancaq ananın özündən əvvəl başının
yaylığı açılıb düşdü, havada bir quş olub çığıra-
çığıra uçub getdi: Yadına sal kimlərdənsən?
Adın nədir? Sənin atan Donenbaydır!
Donenbay! Donenbay!
Deyilənə görə, o vaxtdan Sarı-Özəkdə
Donenbay quşu uçur.


2. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra cavabları təqdimatlar əsasında
müzakirə edin.


Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında
geniş danışın. 
4. Əsərin məzmunu ilə daha çox səsləşən atalar sözlərini müəyyənləşdirin.
Seçiminizin səbəbini aydınlaşdırın. 
Ana haqqı – Tanrı haqı; Qanı qanla yumazlar; Yaxşılıq itməz; Ana bala ucundan
canını oda yaxar; Alçağın çörəyindənsə, acından ölmək yaxşıdır. 
5. Əsərdə işlədilmiş bədii təsvir və ifadə vasitələrindən nümunələr seçin.
Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi
cümlələr
Bədii təsvir və ifadə vasitələrinin
növü
 
 
6. Hansı cümlələrdəki fikri doğru hesab edirsiniz?
– Əsərdə kədərli bir əhvalatdan danışılır. 
– İnsanın öz keçmişini unutmasının acı nəticəsi təsvir olunur. 
– Təsvir olunan hadisələr yalnız uzaq keçmişə aiddir. 
– Juanjuanların əsirlərlə amansız rəftarı bütün işğalçılara xasdır. 
– Ananın ölümündə özü günahkardır.
Evdə iş
Mövzulardan birini seçib işləyin.
1.  “Nayman-Ananın taleyi məndə hansı hiss və düşüncələr yaratdı?” mövzusunda
inşa yazın.
2.  “Vətəninin, xalqının keçmişinə və taleyinə laqeyd olan insanı manqurt
adlandırmaq olarmı?” mövzusunda esse yazın.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Yaddaşdan məhrum edilmiş əsir gəncin, onun anasının faciəli taleyi sizdə kədər və
təəssüf hissi yaratdı. Juanjuanların qeyri-insani əməlləri hiddətinizə səbəb oldu.
Bütün bunları həyəcan içində oxudunuz. Əsərdə elə səhnə, təsvir olmadı ki, sizdə
maraq oyatmasın. Əsəri maraqlı edən mühüm səbəblərdən biri ustalıqla
yazılmasıdır. Ananın düşüncələri, manqurt övladın davranışı ilə bağlı səhnələri bir
daha nəzərdən keçirib əsərin bədiiliyini artıran vasitələri aydınlaşdırmağa çalışın.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Sizcə, müəllif əsərdə diqqəti hansı problemə cəlb etmək istəmişdir? Fikrinizi
nümunələrlə əsaslandırın.
Əsərdə qaldırılan başlıca problem
Əsərdə bunu təsdiq edən nümunələr
 
 



3. Nayman-Ananın xarakterindəki başlıca cəhətləri aydınlaşdırın. Çərçivələri
doldurun.
Ananın xarakterindəki başlıca cəhətlər:
_________________________________________________
Yazıçının anaya münasibəti:
_____________________________________________________________
Sizin ona münasibətiniz:
_________________________________________________________________
4. Manqurt oğul üçün səciyyəvi olan başlıca cəhətlər hansılardır? (Cədvəldən
istifadə edə bilərsiniz).
Manqurt övladın anasına
münasibəti
Onun juanjuana (sahibinə)
münasibəti
Yazıçının bu obraza
münasibəti
 
 
 
5. Əsərin maraqla oxunmasının səbəbini necə izah edərsiniz? Fikrinizi nümunələrlə
əsaslandırın. 
6. Əsərdəki başlıca fikri – ideyanı aydınlaşdırın. Yazıçının mövqeyini ifadə edən
obrazın sözlərini nümunə göstərin. Cədvəldən istifadə edin.
№ Əsərin ideyası
aşağıdakılardan hansıdır?
Nə üçün belə
düşünürsünüz?
Yazıçının mövqeyini
ifadəedən sözlər
1
İnsana işgəncə vermək
günahdır.
 
 
2
Müharibədə əsirlərlə amansız
rəftar yolverilməzdir.
 
 
3
Ana üçün övlad
məhəbbətindən yüksək heç nə
yoxdur.
 
 
4
İnsana keçmişini unutdurmaq
ən dəhşətli cinayətdir.
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
7. Ç.Aytmatovun dərslikdə oxuduğunuz fikrini müzakirə edin: “Yaddaşdan məhrum
edilmiş, öz xalqının tarixi təcrübəsini yadırğamış insan tarixi inkişafdan kənarda
qalar, yalnız bu günlə yaşaya bilər.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə