Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı... O, yalnız işıqlı qonur
gözlərini çaldığı ilmələrdən ayırmayaraq, bütün diqqətini və səyini öz sənətində
canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna
görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr
olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə tutardı.
3
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun
rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdu, qırıq bir lampaya neft
güclə çatırdı. Qoca, Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu
getmirdi.
Bu gün o, Sürəyyanı karxana açılmamış qaranlıq ikən gətirib qapı ağzında qoymuş, özü
bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti
əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa olsun, bu gün, heç
olmasa, bir şələ odunun pulunu qazanmalı idi.
Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə salan və
yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli tay daşımışdı.
Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və dik pillələri
ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi
və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara isə atmaq istədi, lakin
bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə
aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb, yükü yerə atmaq istədi, lakin macal
tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik
pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi, nəhayət, o, anbarın
kərpic döşəməsi üzərinə sərildi, qışqırmağa, haraya çağırmağa da macal tapmadı.
Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qaldırıb qocanı
çıxartdılar. Lakin iş-işdən keçmişdi.
4
Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayaqyalın idi, yeri
ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq, tələsə-tələsə evlərinə gedirdilər.
Balaca Sürəyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar, lakin bu dəfə
darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə küçənin başına
baxdı.
Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları da
ətrafa boylandılar.
– Firuz baba niyə yoxdur?
Onlar bir-birinin üzünə baxdılar.
– Gələr, bir az gözləyək.


Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə
və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi:
– Sürəyya, bəlkə, köməkləşib səni birtəhər evə aparaq, Firuz baba, görəsən, nə iş çıxdı
ki, gəlmədi.
Sürəyya qəti hərəkətlə başını buladı:
– Yox, babam harada olsa, bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız.
Yoldaşları qaranlıq düşdüyünü görərək, doğrudan da, qorxurdular. Bir az gözlədikdən
sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında, küçədə təkbaşına gözləməyə
başladı.
Qar getdikcə şiddətlə yağırdı.
İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. Lakin gecə
keçdiyini görərkən, babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz
ağlamağa başladı.
Artıq dodaqları söz tutmurdu. Nəhayət, bu qarlı gecəni küçədə tək qalacağını anladı.
Bağlı karxana darvazasına tərəf sürünməyə başladı, bəlkə, orada, darvazanın tağı
altında qar tutmayan bir bucaq tapmaq mümkün ola idi...
5
Səhər günəşin ilk şüaları qar üzərində parıldaşanda balaca Sürəyya hələ yarıhuşsuz bir
halda darvaza ilə divar arasındakı bucağa qısılıb yatmışdı. İndi onun çit çadrası
başından sürüşüb çiyinlərinə düşmüş, günəş şüaları solğun üzündə əks etmişdi.
İndi onun özünün yaşadığı rütubətli, qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş,
döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xalılarla döşənmiş və bəzənmişdir.
Günəşin şüaları vurduqca, onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır,
onların hər biri bir qızılgülə dönürdü… Bunu görən Sürəyya sonsuz bir sevinclə od kimi
yanan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi gəlmir, bir-bir oxşamaq
istəyirdi.
Yoldaşlarının onu evə
aparmaq təklifinə Sürəyyanın
razı olmamasının əsil səbəbi,
sizcə, nə idi?
Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də
gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı.
O, əvvəlcə babasını çağırırdı. Səs verən
olmadı. Sonra o, sadəcə, bir nəfəri, bir insanı
köməyə çağırırdı. Onun səsini eşidən olmadı...
Sürəyyanın bu cür yuxu
görməsini peşəsini
dərindən sevməsi ilə izah
etmək olarmı?
Bəlkə, üzərinə düşən günəş şüalarının təsiri
altında idi ki, bu saat o, qəribə və gözəl bir
yuxu görürdü.
Yuxusunda geniş üfüqdə böyük və qızıl bir
günəş doğurdu.


Lakin birdən kim isə qolundan tutub bu aləmdən kənara çəkməyə başladı, onun
yuxusu dağıldı. O, gözlərini açdı.



Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə
darvaza ağzında onun başına toplaşmışdılar.
Qoca nəqqaş onu qucağına alıb içəri apardı, öz otağında taxt üstündə uzatdı. Qızın
gözləri yumuldu. Yarım saat sonra o, yarıhuşsuz bir halda sayıqlamağa başladı:
– Harada qalmışdın, baba? Bir bax gör, necə gün çıxıbdır!.. Bunlar hamısı mənim
toxuduğum xalçalardır. Qönçələr də mənimdir… İndi gün vurduqca, hamısı bir-bir
açılmağa başlamışdır. Bəs sən harada idin, baba?
6
Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton
atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri
girib, Sürəyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi. Bir dəqiqə sonra isə
başını qaldıraraq qoca nəqqaşa tərəf döndü:
– Gecikmişsiniz, – dedi, – uşaq keçinmişdir…
Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb pəncərə
qarşısına getdi. Kiçik otağının şüşələri, qırıq pəncərəsi arxasından bütün karxana onun
gözləri qarşısında açıldı. Orada uşaqlar səssiz- səmirsiz dəzgahların qarşısında
oturmuşdular. Bu gün onların heç birindən səs çıxmır, heç kəs nəğmə oxumurdu. Onlar
hamısı başlarını aşağı dikib işləyirdi.
“Günəşi gözləyən solğun
çiçəklər” – karxanada
çalışan uşaqlar qoca
nəqqaşda hansı hislər
yaradır?
Qoca nəqqaş qəmli-qəmli onlara baxdı, bir az
əvvəl Sürəyyanın sayıqladığı sözləri xatırladı və
indi birdən bu uşaqların hamısı ona günəş
gözləyən solğun qönçələr kimi göründülər. O
köksünü ötürdü və dedi:
– Yox, bu cür davam edə bilməz! O gün
gələcəkdir!.. Günəş doğacaq, qönçələr
açacaqdır!..


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə