Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

4
Əslinə qalsa, dediyim kimi, kənd mənim daha çox xoşuma gəlirdi. Çünki mənim burada
böyük hörmətim vardı və heç kim məni acılamırdı. Mən şəhərdən gəlmişdim, kənd
uşaqları mənə fəxrlə baxırdılar. Ona görə də onlar məni arabaya qoyub hara istəsəm,
aparırdılar, hərdən mən istəyəndə isə əllərini göyə qaldırıb at kimi kişnəyirdilər.
Ümumən, hər şey yaxşı idi və mən, bəlkə də, kənddə doğulmadığıma heyifsilənirdim...
Bizim evdən bir az aralıdakı meydançada uşaqlar futbol oynayırdılar və mən lap dilxor
olurdum. Mənsiz oyun, yəqin ki, maraqsız idi. Çünki onların balaca rezin topları vardı.
Yekə dəri top isə ancaq məndəydi və kənddə belə toplara Pelenin oynadığı top kimi
baxırdılar. Mən oynamayanda topu onlara vermirdim, oynasam, mütləq kapitan
olmalıydım. Mənim şərtim beləydi. Özü də 11 metrlik cəriməni özüm vurmalıydım və
meydanın hansı tərəfində yıxılmağımın 11 metrlik cəriməyə dəxli yoxuydu. 11 metri isə
özümün xırdaca addımlarımla ölçürdüm. Mənim topumu qaytaran uşaq mütləq
oyundan çıxarılmalıydı. Ona görə də heç kim mənim topumu tutmaq istəmirdi.
Əlbəttə, bütün bu həngamələr mübahisəsiz
ötüşmürdü və öz mövqeyimi müdafiə etmək üçün xeyli enerji sərf eləmək lazım gəlirdi.
5
Nənəmin yastığının dibini kəsib oturduğum müddətdə uşaqlar bir neçə dəfə bizə
gəldilər. Onlar mənim dərdimə şərik olduqlarını bildirmək üçün dəridən-qabıqdan
çıxırdılar. Əslində, doğrudan da, dilxor olmuşdular.
Axı mənsiz onların heç bir işi keçmirdi. Uşaqların narahat olmağı xoşuma gəlirdi. Çox
istəyirdim ki, hamı elə həmişə mənimlə maraqlansın və mən daim diqqət mərkəzində
olum.
Nənəmin xəstəliyi isə uzanırdı. Əziyyətim də çoxalırdı. Amma öyrəndiklərim də az
deyildi. Tezdən qalxır, su hazırlayır, nənəmin əl-üzünü yumasına yardım edirdim. Artıq
çay dəmləməyi, Nübar xalanın bişirdiyi xörəyi isitməyi, qablara çəkməyi öyrənmişdim.
Nənəmin arzusu ilə iki dəfə kartof qaynatmış, əllərim yansa da, qabıqlarını təmizləmiş,
gözlərimin yaşarmasına baxmayaraq baş soğan doğrayaraq əməlli-başlı yemək
hazırlamışdım.
Nəvə xasiyyətli
həmyaşıdınızla dostluq
etmək istərdinizmi? Niyə?
“Çox istəyirdim ki, hamı
elə həmişə mənimlə
maraqlansın və mən daim
diqqət mərkəzində olum...”
– Nəvənin bu istəyinin
səbəbini necə izah
edərsiniz?
Top əyri gedəndə isə 11 metrəlik təkrar
edilirdi. Çünki topun əyri getməsinə it hürüşü,
yaxud kiminsə dərindən nəfəs alması da səbəb
ola bilərdi. Hərdən mən arada hirslənirdim də.
Onda topu qoltuğuma vurub, bir xeyli
oynamağa ara verirdim və müəyyən mükafat
müqabilində məni ələ alırdılar. Adətən mən
oynadığım komanda udmalı idi, çünki mən o
birisi günü topumu verməyə bilərdim.


Get-gedə başqa işlərə də alışırdım, nənəmin etirazına baxmayaraq evləri süpürür,
həyətdəki quyudan su çəkir, yetişmiş pomidorları bostandan yığırdım. Toyuq-cücəyə
dən səpmək, su qoymaq, hini təmizləmək, ağacların dibinə tökülmüş meyvələri yığıb
səliqə ilə çardağın altında düzmək mənim üçün adi işə çevrilmişdi.
Oynamaq-filan getdikcə yadımdan çıxır, ən maraqlı əyləncələrim, vaxt ötdükcə mənə
gülünc görünürdü. Nübar xalanın mənim haqqımda dediklərinə özüm də
təəccüblənirdim: “Maşallah, od parçasıdır Kamal. Heç elə bil şəhər uşağı deyil, əlindən
hər iş gəlir”. Ən böyük mükafatım isə nənəmin razılıqla gülümsəməsi idi.
6
Yadımdadır ki, ən təəccüblü iş uşaqlar növbəti dəfə mənə baş çəkəndə oldu. Onları
çardağın altındakı stolun arxasında oturmağa dəvət etdim. Hər birinin qarşısına
bağçamızdakı meyvələrdən düzdüm, yeməklərini xahiş etdim. Bu lütfkarlığım uşaqları
təəccübləndirmişdi.
Onlar gördüklərinə və eşitdiklərinə inanmırdılar. Nəhayət, əllərini çəkinə-çəkinə
meyvələrə uzatdılar, çarpayının altında saxladığım topu onlara verməyimi isə əsl
möcüzə kimi qarşıladılar. Topu sığallayır, birbirinə ötürür, bunun həqiqət olduğuna
inanmaq istəyirdilər.
Bu, hələ harasıdır?! Mənə bağışlananları və zorla aldıqlarımı sahiblərinə qaytardım.
Ramiz göz yaşları içində mənə verdiyi, əslində, ondan qopartdığım uzun, naxışlı
xətkeşi geri alanda heyrət içində idi. Sənan qotazlı, rəngbərəng ipi olan təsbehini
əlində tutub çaşqın vəziyyətdə mənə baxır, bu səxavətin səbəbini anlamağa çalışırdı.
İlqar nə vaxtsa çətinliklə ayrıldığı bəzəkli alışqanı yenidən əlində tutduğuna inana
bilmirdi.
Müflisləşsəm də, bir yüngüllük, rahatlıq duyurdum. Elə hislər keçirirdim ki, mənim üçün
tamamilə yeni idi. Deyəsən, bu, əsl xoşbəxtlik idi.
7
Atamla anamın qəfil gəlişi mənim üçün sürpriz oldu. Anam codlaşmış əllərimdən
tutanda göz yaşlarını saxlaya bilmədi. Atam özünü təmkinli apardı, amma gözlərindən
mehribanlıq, razılıq oxunurdu.
Nəvə gözlərinizin
qarşısında dəyişir. Bu, ona
münasibətdə sizdə hansı
yeni hiss və düşüncə
yaratdı?
Məndə olanların hamısını sahiblərinə
qaytardım. Mənə ad günümdə şəhərdə hədiyyə
edilmiş qlobusu həmyaşıdıma – Elçinə
bağışlamağım isə bütün kənddə bir neçə gün
danışıldı.
Kamalın keçirdiyi bu
hislərin səbəbini necə izah
edərsiniz?
Kamalın “sürgün
Ürəyimdən keçən sualı onlara vermədim:
“Məni şəhərə aparacaqsınız, yoxsa kənddə
qalacağam?”
Anamın və atamın baxışlarından anladım ki,


müddətinin” tez bitməsi nə
ilə bağlı idi?
mənim sürgün müddətim bitib.


I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk dörd parçasının oxusundan (bunu fərqli şəkillərdə həyata keçirə
bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı suallara cavab
hazırlayın. 
2. Üçüncü parçaya aid suallar tərtib edin. 
3. Kiçik qruplarda birləşib, tərtib etdikləriniz də daxil olmaqla, bütün sualların
cavabını müzakirə edin. Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə
müzakirəni genişləndirin. 
4. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  “Əsərdən oxuduğum hissə məndə hansı təəssürat yaratdı?” Öyrəndiyiniz yeni
sözlərdən istifadə etməyi unutmayın.
2.  b) Kamalın sonrakı taleyini necə təsəvvür edirəm?
Evdə iş
1. Hekayənin ardını oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
__________________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
1. Hekayədən müstəqil oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. 
2. Mətnin kənarındakı suallara parta yoldaşınız ilə birlikdə cavab hazırlayın. 
3. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra cavabları təqdimatlar əsasında
müzakirə edin.
Bilik və bacarıqlarınızı tətbiq edin
4. Əsərdən seçdiyiniz hissəyə ad verin, məzmununu hazırladığınız plan əsasında
yaradıcı nağıl edin. 
5. Əsərin hekayə janrında olduğunu təsdiq edən üç cəhət yazın.
6. Hekayədən bir cümlə seçin, ona epitet və bənzətmə əlavə edin.
Evdə iş
Mövzulardan birini seçib işləyin. Tövsiyyələrdən (səh.163-165) faydalanın.
1.  “Kamalın xasiyyətcə dəyişməsinə nə səbəb nə oldu” mövzusunda inşa yazın.
2.  “Kamalın otağını necə təsəvvür edirəm?” mövzusunda esse yazın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə