Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

kimi hər yanı, işıq gələn hər yeri basdığını görəndə vücuduna ilan kimi soyuq və
müdhiş bir vahimə yeridi, ürəyi bala quş kimi döyündü, başı gicəlləndi. Addımlarını
atdı, harasa tələsmək istədi.


Yeridi, yeridi, qəssabxanadan uzaqlaşa bilmədi. İndi onun bütün damarları sancır,
qulağı qəribə uğultu ilə tutulurdu. Uşağa elə gəlirdi ki, ayaqlarını qandallamışlar,
topuqlarının hər birindən ağır daşlar asılıb.
Son ümidlə özünü xozeyinin qapısına saldı. Qorxa-qorxa qapını döydü. Həyətdə qarı
ayaqlayan addım səsi eşidəndə uşağın sönən ümidlərinə sanki həyat işığı saçıldı.
Xanım mitili – Baharın köhnə yorğanını eşiyə atdı:
–İtil, hansı cəhənnəmə gedirsən, get!
Bahar inana bilmədi:
–Gecənin bu vaxtında, boranda hara gedim?! Ay xanım, qurban olum, mənim yerim
yoxdur. Xanım, sən bilirsən ki...
Xanım qapını elə bərk çırpıb dəmirlə bərkitdi ki, deyərdin oğrudan, quldurdan qorunur.
Baharın sözü ağzında qaldı. Boş və boran uğuldayan qaranlıq küçədə qar içinə bata-
bata uşaq bazara sarı yönəldi. O, tufana düşən yarpaq kimi əsirdi...
Sanki Baharı iynəli yorğana bürüyürdülər. Elə bir yorğana ki, tikan kimi əzablı, hamam
kimi isti.
6
Bahar əlini atıb gözünü örtən ağır yorğanı qaldırmaq istədi... Qol yerindən quru bir
ağac sallandığını duyub anlaya bilmədi. Onu bildi ki, gözlərinə də, başına və
dodaqlarına da batan iynə çox uzun və itidir. Bunun kim tərəfindən, nə üçün edildiyini
anlamadı... Tərpənmək istədi, onu sanki yerə mıxlamışdılar.
Anasını xəyalına gətirdi.
– Ana, ay ana!...
Cavab gəlmədi. Hər şey susurdu...
Bir neçə saat sonra boran seyrəlmiş, səhər açılmışdı. Hər şey öz qaydasında idi.
Xozeyinlər xəz paltolar, Xorasan kürkləri, dəri papaqlar, yun corab və qaloş geyinərək
səhər çayından sonrakı ilk papiroslarını tüstülədə-tüstülədə isti evlərinin qapılarından
nəzakətlə çıxır, dükanlarına gedirdilər. Qolu çirməkli məşədi çapacağını itiləyərək
erkəkləri şaqqalayır, əlinə gələn yağlı budlardan, qapısında qaynaşan müştərilərdən
ruhlanaraq qazanc mahnısını oxuyurdu...
Konka yolunun qarını kürüyənlər bir uşaq meyiti tapdılar. Donmuş, taxtaya dönmüşdü.
Buzlamış saçları üzünə yapışmışdı. Bütün sifəti buz qatı ilə örtülmüşdü. Qolları
qoltuqlarına bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz bir uşaq olduğu
ilin bu vaxtında əynindəki qədək paltardan bəlli idi. Ona görə yiyəsini axtarmadılar,
qəriblər qəbiristanına apardılar...


Aşağıdakı tövsiyələr əsasında fəaliyyətinizi davam etdirin.
1. Sinif dörd nəfərdən ibarət altı qrupa ayrılır. 
2. Qrupun hər bir üzvü aşağıdakı vəzifələrdən birini yerinə yetirir:
a) Şagirdlərdən biri parçada tanış olmadıqları sözlərin mənasını lüğətlərin sorğu
kitablarının köməyi ilə aydınlaşdırır. 
b) İkinci şagird təsvir və ifadə vasitələri də daxil olmaqla bədiiliyi təmin edən
vasitələri müəyyənləşdirir. 
c) Üçüncü şagird parçaya ad verir, məzmununa aid plan tərtib edir, formalardan
(yığcam, geniş, yaradıcı) birini seçməklə nağıletməyə hazırlaşır. 
ç) Dördüncü şagird hadisələrin başlanmasını, münaqişənin yaranmasını, inkişaf
edərək ən yüksək nöqtəyə çatmasını, həll olunmasını ardıcıl (bir neçə cümlə ilə)
yazır.
3. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra fikir mübadiləsi və təqdimatlar
əsasında müzakirə aparın. 
4. Bütün qrupların aşağıdakı tapşırığı yerinə yetirməsi üçün vaxt ayrılır:
a) Bahar və Məşədi Abbas surətlərini səciyyələndirmək üçün suallar tərtib edin.
Sualların cavabını və nə üçün məhz bu sualları müəyyənləşdirdiyinizin səbəbini
izah edin. Müvafiq cədvəllərdən istifadə edin. 
b) Əsərdəki başlıca fikri – əsas ideyanı aydınlaşdırın. 
c) Çıxardığınız nəticələr barədə fikir mübadiləsi və təqdimatlar əsasında
müzakirə aparın.


QİYMƏTLƏNDİRMƏ MATERİALI
Viktor Hüqo
QAVROŞ
(“Səfillər” əsərindən parça)
Soyuq aprel axşamlarından birində Qavroş adamlarla dolu bir küçədə, böyük bir dəllək
dükanı qarşısında soyuqdan büzüşərək dayanmışdı. Onun boynunda hardansa əldə
etdiyi bir şal yaylıq var idi. Qavroş özündən balaca iki uşağın dəllək dükanına girdiyini
gördü. Bunlardan birinin yeddi, o birinin isə beş yaşı olardı. Onların geyimləri çox
köhnə idi, nə istədiklərini ayırd etmək olmurdu. İkisi də birdən danışırdı. Kiçik hey
ağlayırdı, böyüyünün isə soyuqdan dişləri bir-birinə dəyib şaqqıldayırdı. Dəllək acıqlı-
acıqlı onlara tərəf çevrildi, sözlərinə qulaq asmayaraq, uşaqları itələyib küçəyə saldı və
dallarınca dedi:
– Boş-boş veyillənib, içərini də soyudurlar!
Uşaqlar ağlaya-ağlaya yollarına davam etdilər. Bu vaxt göyün üzünü qara buludlar
örtdü və yağış səpələməyə başladı. Qavroş özünü onlara yetirib soruşdu:
– Ay uşaqlar, niyə ağlayırsınız?
– Gecə yatmağa yerimiz yoxdur, – deyə böyük uşaq cavab verdi.
Qavroş dedi:
– Eh, elə bu? Heç adam da belə boş şey üçün ağlar? Ay sizi, səfehlər!
Qavroş onların qayğısına qalan bir adam kimi mehribancasına əlavə etdi:
– Balaca cırtdanlar, dalımca gəlin!
Uşaqlar ağlamaqlarını kəsib, inamla Qavroşun arxasınca getdilər. Gedə-gedə Qavroş
dəllək dükanına baxdı: “Daşürəkli heyvan! Zəhər tuluğu!” – deyə mızıldandı və dəlləyi
hədələdi.
Bir darvazanın yanından keçəndə, soyuqdan titrəyən, on üç-on dörd yaşlı dilənçi bir qız
gördü.
–Yazıq tamam çılpaqdır. Al, götür! – deyə o, boynundakı yun yaylığı açıb, dilənçi qızın
arıq çiyinlərinə saldı.
Qız təəccüblə ona baxdı və dinməzcə hədiyyəni qəbul etdi. Qavroş isə soyuqdan daha
çox büzüşdü. Elə bu zaman yağış yenə də səpələməyə başladı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə