Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

6) Yaz yağışı tez keçər.


5. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Cədvəldəki fikirlərə
münasibət bildirin. Öz variantınızı təklif edin.
№ Əsərin ideyası hansıdır?
Nə üçün belə
düşünürsünüz?
Sizin
variantınız
1
Əsərdə şairin yağışın yağmasına heyranlığı,
zəhmət adamlarına məhəbbəti ifadə
olunmuşdur.
 
 
2
Şeirdə şairin öz vətəninə məhəbbəti ifadə
edilmişdir.
 
 
3
Şair yağışın insanlara sevinc, təbiətə gözəllik
gətirdiyini ifadə etmişdir.
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
6. Digər fənlərdən, müxtəlif mənbələrdən öyrəndiklərinizin əsasında “Təbiət
hadisələri və insanlar” mövzusunda müzakirə aparın. Təbiət hadisələrindən
insanların necə yararlandığını təsdiq edən misallar göstərin.
Evdə iş
Kitabxanadan və ya internetdəki mənbələrdən Mikayıl Müşfiqin təbiət mövzusunda
yazdığı əsərlər barədə məlumat toplayın.


Bayram Həsənov 
(1925-1989)
Onun hekayələrinin mövzusu müxtəlifdir: kənd həyatı, meşə, heyvanlar aləmi,
uşaqların əyləncələri, dərsi və s. Bütün bunlar uşaq dünyasına məxsus romantik
boyalarla təbii, səmimi, aydın ifadələrlə qələmə alınmışdır.
Qara Namazov
 
İKİ BALA
1
Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb
ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun
içindən keçən yol məni məktəbə aparmışdı.
Yada salın
Heyvanların, quşların
həyatından, öz balalarına
münasibətindən bəhs edən
hansı əsərləri xatırlayırsınız?
Heyvanların öz balalarına
qayğısının şahidi
olmusunuzmu? Bu, necə baş
vermişdir?
Düşünün
Vəhşi adlandırılan heyvanların
öz balalarına, bəzən də
insanlara rəhmdil
münasibətinin səbəbini necə
izah etmək olar?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Muradın meşəyə ürəkdən
bağlanmasının səbəbini
necə izah edərsiniz?
Hər dəfə fürsət düşəndə meşəyə yollanmış,
dostlaşdığım ağaclarla dərdləşmişdim...
Sonralar yaşa dolub kəndimizdən uzaq


Nənəm hərdən gözlərini qıyıb mənə baxar, məhəbbət dolu səslə: – Murad da meşəbəyi
olacaqdır, – deyərdi.
Yeddinci sinfə keçəndən sonra dərslərimə də meşədə – mənim üçün doğma olan yaşıl
talada hazırlaşırdım. Kəndimizi üzük qaşı kimi mühasirəyə alan, saf havasından
doymaq olmayan meşəmizi mənim qədər sevən ikinci adam, deyəsən, yox idi.
düşəndə də ən çox darıxdığım, həsrətini
çəkdiyim elə bu meşələr olmuşdu.


Məktəbin sonuncu sinfində oxuyanda belə bir adamın olduğunu öyrəndim, amma
qəlbimdə qısqanclıq hissi baş qaldırmadı.
Həmin adam biologiya müəllimimiz idi. O, hamıdan fərqlənirdi. Boyuna, görkəminə
görə yox, xasiyyətinə görə. Azdanışan və ciddi idi, həmişə fikirli, qayğılı görünürdü.
Dərsi izah edəndə isə başqa adama çevrilirdi. Elə şirin, maraqlı danışırdı ki, ona qulaq
asmamaq mümkün deyildi...
Onu ilk dəfə meşədə – talada, dərslərimə hazırlaşarkən gördüm. Çox da hündür
olmayan, cır armud ağacının altında dayanıb diqqətlə ona baxırdı. Sonra ağacın aşağı
əyilmiş budağından nazik çubuq qopardı, diqqətlə nəzərdən keçirməyə başladı. Onun
niyyətini anlamağa çalışsam da, nə etmək istədiyini kəsdirə bilmədim. İki gün sonra
atamın əmimə dediklərindən öyrəndim ki, Sabir müəllim (biologiya müəllimimizin adı
belə idi) meşədəki meyvə ağaclarını calaq edirmiş. Mənə o da məlum oldu ki, meşənin
bir hissəsində onlarla ağacı calaq etmiş, indi isə cənuba – mənim talamın olduğu yerə
üz tutmuşdu...
O vaxtdan illər keçib. Sabir müəllim dünyasını dəyişib. Mən isə atababamın peşəsində
– meşəbəyi vəzifəsində çalışıram. Müəllimimin xeyirxah işini də davam etdirirəm. Onun
kimi mən də ağacları calaq etməyi xoşlayıram. İndi meşəmizdə bol məhsul verən
yüzlərlə meyvə ağacı var. Kənd camaatının danışığı ara-sıra qulağıma dəyirdi: – Murad
öz müəlliminə çəkib, belə getsə, meşəmiz meyvə bağına dönəcək... Doğrusu, bu
sözləri eşitmək mənim üçün xoş idi.
Bəli, təbiət, doğru deyirlər ki, sirli bir aləmdir. Neçə ilin söhbətidir, dan yeri söküləndə
evdən çıxmışdım. Meşənin ətəyinə çatanda qənşər bir yerdə oturdum. Dərə ilə daşlara
çırpıla-çırpıla, köpüklənə-köpüklənə çay axırdı. Səsi dərəni başına götürən bu dağ çayı
xeyli aşağıda balaca bir talaya çıxır, yenə sıx meşəliyə girirdi.
Mən keçidə baxırdım. Bir də gördüm ki, çaya enən cığıra boz, iri bir ayı çıxdı. Dal
ayaqları üstə qalxıb, o yan-bu yana boylanaraq talaya baxdı və tez də dala qayıtdı,
onu nişan almağa macal tapmadım, barmağım tətikdə qaldı.
Nəyə görə Muradda
qısqanclıq hissi baş
qaldırmalı idi?
Bu sözlər Muradı sizə necə
tanıtdı?
Murad obrazı barədə sizdə
hansı təəssürat yarandı?
Bu illər ərzində təbiətdə gördüyüm qəribə
hadisələri qələmə almaq, nə isə yazmaq istəyi
mənə rahatlıq vermir. Cansız hesab etdiyimiz
doğma təbiətdə elə hadisələrin şahidi
olmuşam ki, onları xatırlayanda
həyəcanlanmaya bilmirəm. Bu əhvalatların bir
qismi məndə kədər, bir qismi isə sevinc hissi
doğurur. Qeyri-adi, inanılmaz əhvalatlara da az
rast gəlməmişəm.


Bir neçə gün əvvəl ayı kəndin mal-qarasına hücum etmiş, xeyli heyvan tələf etmişdi.
Nə bilmək olar, bəlkə, elə bu, həmin ayı idi?! Ayağa durmaq istəyirdim ki, ayı yenə
göründü. Qoltuqlarında nəsə bərk-bərk tutmuşdu. Daha dayanmadı, əyilə-əyilə cığıra
düşdü. O, çaya enirdi. Tərpəndim. Keçiddə onu yaxalaya bilsəydim, çətin əlimdən
qurtarardı. Qaçıb özünü meşəyə salanacan qoşalülə nəfəsini kəsərdi.
2
Bir gözüm ayıda yıxıla-yıxıla quzeyi endim. Ağacların dalına keçə-keçə bu koldan o
kola sürünə-sürünə çaya yaxınlaşdım. Cığırın üstündəki palıd ağacının dalında
gizləndim. Ayı yavaş-yavaş gəlirdi, qoltuğundakılar çapaladıqca, tez-tez dayanıb, burnu
ilə onları dümsükləyirdi.
Çay yuxarılardan ovub gətirdiyi qumu keçiddə qırağa vurmuşdu. Ayı qumluğa düşəndə
dayandı. Aramızda elə bir məsafə qalmamışdı. Amma nə qədər baxdımsa da, yenə
qoltuğunda nə tutmuşdu, baş açammadım. Sahilə yaxın hündür bir daş vardı.
İməkləyə-iməkləyə sürünüb onun dalında gizləndim.
Ayı yaş quma bata-bata suya girdi. Qollarının altından özü kimi tüklü iki baş çıxmışdı:
qapqara burunları, qara muncuq kimi gözləri vardı. Vay səni!.. Mən də bayaqdan baş
sındırıram ki, görəsən, bu yekəpər nə aparır. Öz balaları imiş ki! Onlar büzüşərək
analarına elə sığınmışdılar ki, yumağa dönmüşdülər. Yəqin, çayın qıjıltısından
qorxurdular.
Ayı tez-tez büdrəyirdi, dərinə düşmədi, çayın dayaz yerindən yenə sahilə çıxdı.
Balalarını yerə buraxdı, yumalandılar, boğuşdular. Anaları isə köpüklü dalğalara bir
xeyli baxıb, qumu tez-tez eşələyib cığır açdı. Balasının birini burnu ilə itələyə-itələyə
gətirib ora saldı, pəncəsilə arxası üstə çevirdi. Bala çanaqlı bağa kimi ayaqları göydə
çapalaya-çapalaya qaldı. Ayı da o qalxanacan yastı bir çaylaq daşını burnu ilə
sürüşdürüb onun qarnının üstünə çıxartdı. O biri balasını qoltuğuna alıb, bir gözü
arxada – quma basdırdığı balasında, çaya düşdü.
Keçid xeyli dərin imiş. Su ayının döşünə vurdu. Dalğalar onu büküb-bükmələyirdi.
Balasını bərk-bərk qoltuğuna sıxıb, bir pəncəsi ilə suyu yara-yara sahilə çıxdı. Balasını
quma buraxıb silkindi, dönüb o taya boylandı. Sonra da tələsik qumu eşələyib, indi də
bu balasını çuxura yıxdı. Ətrafına baxdı. Deyəsən, yenə də daş axtarırdı. Yəqin, gördü
yaxında yoxdur, bu balasının qarnına qum cırmaqlayıb yığdı. Elə bu ara o taydakı bala
necə elədisə, qarnından daşı aşırıb çuxurdan çıxdı, anasını bu tayda görüb yumalana-
yumalana özünü çaya saldı. Anası bunu görüb, həyəcanlı, təntimiş halda özünü bu
taydan suya atdı. Qumun altındakı bala da çapaladı-çapaladı, nəhayət ki, o da
yerindən qalxdı, anasının dalınca çaya cumdu. Ayı geri çevriləndə onu görüb bir səs
çıxartdı ki, sanki dağlar-daşlar dilə gəldi, ona qoşuldu, səsi çox-çox uzaqlarda əks-səda
verdi, qayalar lərzəyə düşdü.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə