Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

buna necə nail olub?
Sözlərdən, ifadələrdən, bədii təsvir vasitələrindən şeirdə necə istifadə olunduğuna
diqqət edin.


Tətbiq. Müzakirə. Yaradıcı iş
6.  Şeir təbiətə, heyvanlar, quşlar aləminə həsr olunmuş digər əsərlərdən hansı
cəhətlərinə görə fərqlənir? Onu tanış olduğunuz bir əsərlə müqayisə etməklə
suala cavab hazırlayın. Cədvəldən istifadə etməyiniz faydalıdır.
Hansı cəhətlərinə görə müqayisə olunurlar?
Əsərlərin adı
“Qaranquş”
 
 
 
 
7.  “Əsərdə şairin təbiətlə bağlı hansı fikirləri əks olunub?” mövzusunu müzakirə
edin. Müzakirə zamanı aşağıdakı suallara diqqət yetirin:
1.  Şairin qaranquşa münasibəti hansı misralarda daha qabarıq əks olunub?
2.  Sizcə, bu əsərdə yaz yağışına düşən quşun məhz qaranquş olması
təsadüfidirmi?
3.  Qaranquşla bağlı fikirləri digər quşlara, heyvanlara da aid etmək olarmı?
Nə üçün?
Evdə iş 
Dostlarınıza “Qaranquş” şeirini necə təqdim edərsiniz ki, onlarda bu əsəri oxumağa
maraq oyansın. Fikrinizi məktub şəklində ifadə etməyə çalışın.
Araşdırın. Fikirləşin. Cavab verin 
2.  Şeirin oxucuya güclü təsir etməsinə səbəb nədir? Fikrinizi əsaslandırın.
3.  Şeir sizə təbiət mövzusunda oxuduğunuz hansı əsəri xatırlatdı? Venn
diaqramından istifadə etməyiniz məqsədəuyğundur.
4.  Şairin işlətdiyi bədii təsvir vasitəsinin əsərə gətirdiyi gözəlliyi necə izah
edərsiniz? Cədvəldən istifadə etməyiniz faydalıdır.
Bədii təsvir vasitəsinin
işləndiyi cümlə
Əsərin bədii gözəlliyinin – təsir gücünün
artmasında onun rolu
 
 
5.  Əsərdəki başlıca fikri – ideyanı aydınlaşdırın. Şairin mövqeyini ifadə edən
misraları nümunə göstərin.


TƏTBİQ VƏ ÜMUMİLƏŞDİRMƏ
İlyas Əfəndiyev 
(1914–1996)
“Yaxşı bədii əsər oxucunun hislərinə, 
düşüncəsinə təsir edir, onu hərtərəfli 
zənginləşdirir”.
ŞƏHƏRDƏN GƏLƏN OVÇU
(ixtisarla)
1
Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman
tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan
körpə payız otları üşüyürmüş kimi titrəşirdilər.
Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan
çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan
duman içindən başqa bir ovçunun çıxdığını gördü. Onun əynində içi xəz gödəkcə,
ayaqlarında iri əsgər çəkmələri var idi. Azca yana əyilmiş gümüşü papağının
yanlarından vaxtından tez ağarmış qıvrım saçları görünürdü. Sol əlini belinə boş
bağlanan qatara keçirmiş, sağ əli ilə çiynindən asılan təzə qoşalülənin qayışından
tutmuşdu. İri çal bığları onun qarabuğdayı üzünə yetkin, ağır bir görkəm verirdi.
– Sabahın xeyir, ovçu qardaş, – deyə o, bərkdən səsləndi, – Papirosun yoxdur?
Aşağı siniflərdə ədəbiyyat, eləcə də digər fənlər üzrə dərslərdə müəyyən
mövzularla əlaqədar diskussiya aparmış, bununla bağlı təcrübə qazanmışsınız.
Müstəqil oxuduğunuz bu əsər maraqlı mövzular, problemlər üzrə diskussiyaya
imkan yaradır. Mətnin sonundakı tövsiyələr bu istiqamətdəki fəaliyyətinizə səmərəli
istiqamət verəcəkdir. İlk növbədə əsəri bir daha nəzərdən keçirməyiniz faydalıdır.


– Sabahın xeyir... – deyə ovçu Piri ayaq saxlayıb, qədim taxta qutusunu çıxartdı və
dedi: – Tütünüm var…
– Bəri ver görüm, – deyə dumandan çıxan ovçu ona yaxınlaşdı. 
– Papirosum yadımdan çıxıb, qalıb maşında… nəfəsim lap qaralıb. 
– Maşının harada qalıb ki?


– Maşınım kəndin yanındadır. 
– Görünür, şəhərdənsən? 
Yeni ovçu: 
– Bəli, – dedi, – şəhərdənəm. 
Ovçu Piri öz tüfəngini çiyninə salıb, şəhərdən gələn ovçunun tüfəngini alıb diqqətlə
nəzərdən keçirdi. Günəşdən, ayazdan yanıb qaralmış arıq sağlam üzü birdən-birə
canlandı. Gözləri parladı.
– Bunlar yaxşı tüfənglərdir. Mən də bir adamda bunun birinin yerini eləmişəm, gərək
nə cür olsa, pul düzəldib onu alam.
Ovçu Piri çat-çat olmuş qabarlı əlini ehtiyatla tüfəngin lüləsinə çəkərək sahibinə
qaytardı.
İndi duman tamam çəkilib getmişdi. Yeni göyərmiş otların, yayda qurumuş tikanlı
qanqalların arasında tək-tük sarı, firuzəyi çiçəklər görünürdü.
– Eh, – deyə ovçu Piri yanıqlı bir səslə dilləndi, – biz gəldi-gedərik, sən yaşa, dünya!
– Bu, haradan yadında qalıb, ay ovçu qardaş? – deyə şəhərli soruşdu. 
– Heç bilmirəm, haradan yadımda qalıb... Ancaq yaxşı deyib.
Şəhərdən gələn ovçu xeyli uzaqda, düzənlə göyün birləşən yerində bir dəstə ceyran
gördü. Onlar dayanıb nəyi isə dinləyirdilər.
– Aşağı yat… – deyə Piri yerə çökərək şəhərlinin ətəyini dartdı. Lakin birdən elə bil ki,
sürü nədən isə hürküb, ildırım kimi qaçıb gözdən itdi.
– Bay... – deyə Piri təəssüflə səsləndi. Ancaq çox çəkmədi ki, sürü yenidən göründü.
Ceyranlar bir an dayanıb bir-birinə sığındılar. Sonra tərpənib, o yandan bəri qaçmağa
başladılar.
– Düz üstümüzə gəlirlər, – deyə ovçu Piri sevinclə səsləndi. – Ancaq balaca
qımıldandın, heç nə... Əlli-altmış addım qalmış atacağıq…
Ovçu Piri yoldaşını dümsüklədi. Bu, “hazır ol!” demək idi. Lakin şəhərli ovçu bunu hiss
etmədi. Onun sevinc və heyrətlə baxan gözləri kolların, uca qanqalların üzərindən
atıla-atıla gələn sürüdə idi. Onların şəvə kimi qara dırnaqları tez-tez havada parlayırdı.
İndi şəhərdən gələn ovçu onların balaca, qəşəng ağızlarını, iri, qara gözlərindəki
mehriban və ürkək ifadəni aydınca seçirdi.
Ovçu Piri ceyranları nişan alanda şəhərli ovçu gözlərini ceyrandan çəkmədən, onun
tüfəngindən yapışdı:
– Dayan! – deyə həyəcanla əmr etdi.
Ceyran sürüsü hürküb, bir göz qırpımında uzaqlaşdı. Ovçu Piri əvvəlcə şəhərliyə, sonra
da əldən çıxmış ceyranların dalınca baxdı. Sonra yenə şəhərdən gələn ovçuya sarı
dönərək:
– Əşi, necə yəni dayan! – deyə təəccüblə soruşdu.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə