Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   57

Araşdırın. Fikirləşin. Cavab verin
Tətbiq. Müzakirə. Yaradıcı iş
Evdə iş
1.  Bəzi mövzuların bədii ədəbiyyat üçün dəyişməz, daimi olmasının səbəbini necə
izah edərsiniz?
2.  Sizcə, bədii ədəbiyyat oxucuya nə zaman güclü təsir edir?
3.  Bədii ədəbiyyat vasitəsilə hansı bilikləri mənimsəmisiniz?
4.  Ədəbiyyat dərslərində hansı bilik və bacarıqlara yiyələnmisiniz?
“Bədii ədəbiyyat insana hansı həyati bacarıqlara yiyələnməkdə kömək edir?”
mövzusunu müzakirə edin.
Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə görkəmli
sənətkarların, tanınmış şəxsiyyətlərin bədii ədəbiyyatın insan həyatındakı rolu
barədə fikirlərindən nümunələr toplayın.



DƏRZİ ŞAGİRDİ ƏHMƏD
(ixtisarla)
1
Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində.
Qarışqa şıllaq atdı, dəvənin budu batdı, milçək mindik, çay keçdik, yabaynan dovğa
içdik... 
Sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. 
Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi:
– Çoxdandı sənnən səyahətə çıxmırıq, gəl bir dərviş-libas olub çıxaq mahala, görək, nə
var, nə yox.
Hər ikisi libaslarını çıxardıb bir dəst dərviş libası geydi, hərəsi əlinə bir ağac, bir kəşkül
alıb, “Ya Əli, səndən mədəd!” deyib çıxdılar İsfahan şəhərinə. Burda da meydan qurub
başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl avazı varmış. Bir dərzi şagirdini
çağırıb dedi:
– Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra mənə
qonaqdılar.
Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi, ədəbnən salam verib dedi:
Yada salın
Bu vaxtadək oxuduğunuz,
eşitdiyiniz hansı nağılların adını
çəkə bilərsiniz?
Nağıl janrına məxsus hansı
cəhətləri xatırlayırsınız?
Düşünün
Nağılların çox sevilməsinin,
uzunömürlü olmasının səbəbini
nədə görürsünüz?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Nağıl janrı üçün yeni nə
müşahidə etdiniz?
Şah Abbas haqqında nə
bilirsiniz?
“Başqasına dil verməsinlər”
ifadəsinin mənasını necə
başa düşdünüz?
– Baba dərviş, ustam deyir ki, bu gecəni mənə
qonaqdılar, başqasına dil verməsinlər...
Axşam dərvişlər gəldilər. Salam verib, içəri
daxil oldular. Sonra başladılar söhbətə. Bunlar
söhbət eləyirdilər, şagird də əlində iş görürdü.
Birdən ustası gördü ki, şagird yuxulayıb.
Şagirdin adı Əhməd idi. Usta Əhmədi
dürtmələyib durğuzdu, dedi:


– Ədə, zalım oğlu, nə yatırsan, gecə qurtarmadı ki?
– Usta, sən məni niyə oyatdın? İş qaçmırdı ki, işi bir saat sonra da hazır edə bilərdim,
– deyə Əhməd cavab verdi.
Usta dedi:
– Oğul, indi oyadanda nə olar, nəyin ziyana getdi?
Şagird qəmgin-qəmgin dedi:
– Usta, doğru deyirsən, bir şeyim ziyana getməyib, ancaq bir yuxu görürdüm, heç
olmayan kimi. O yuxum yarımçıq qaldı, ona heyifsilənirəm.
– Oğul, o necə yuxu idi ki, ona heyifsilənirsən?
– Usta, hər nə buyursan, onu yerinə yetirməyə hazıram, amma o yuxunu demərəm.
Usta da, dərvişlər də təəccüb eləyib, bir-birinin üzünə baxdılar. Usta o saat başa düşdü
ki, qonaqlar da bu yuxunu bilmək istəyir.
Usta və dərvişlər nə qədər yalvardılar, olmadı. Başladılar onu dilə tutmağa. Yenə
Əhməd dedi, demərəm ki, demərəm.
Şah Abbas taxta çıxan kimi əmr elədi ki, filan yerdə bir dərzi var, onun Əhməd adlı bir
şagirdi var, bu saat həmin Əhmədi mənim hüzuruma gətirin.
İki fərraş özünü yetirdi həmin dərzinin dükanına. Əhmədi götürüb Şah Abbasın
divanxanasına tərəf yönəldilər.
2
Bəli, Əhmədi gətirdilər şahın hüzuruna.
Şah Abbas gülə-gülə dedi:
– Oğul, mən eşitmişəm sən bir yuxu görübsən, heç kimə demirsən. Söylə görüm, o
yuxu nədi?
Əhməd cavab verdi:
– Qibleyi-aləm sağ olsun, mən əhd eləmişəm ki, o yuxunu heç kimə deməyim.
Şah Abbas nə qədər çox dedi, Əhməd o qədər az eşitdi. Şah Abbas axırda qəzəblənib
çığırdı:
– Cəllad gəlsin, bu haramzadanın boynunu vursun!
Cəllad yapışdı Əhmədin yaxasından, istədi aparsın, Vəzir Allahverdi xan Şah Abbasın
qulağına dedi:
– İndi bunu öldürsən, yuxunu bilməyəcəksən. Yaxşısı budur ki, Əhmədi bir yaxşıca
döydürüb göndərək zindana. Orada ağıllanar.
Əhmədin yuxusuna hamının
maraq göstərməsinin
səbəbini necə izah
edərsiniz?
– Usta, demir, qoy deməsin, sən də heç üstünü
vurma.
Xülasə, dərvişlər ustayla xudahafizləşib
düşdülər yola. Küçəyə çıxan kimi Şah Abbas
Allahverdi xana dedi:
– Vəzir, gərək Əhmədin yuxusunu biləm.


Şah Abbas cəlladı azad eləyib, üzünü tutdu Əhmədə:
– Ey Əhməd, hələlik mən sənin qanından keçirəm. Gəl sən biryolluq o yuxunu aç.
– Qibleyi-aləm sağ olsun, əmr sizindi, mən deməyəcəyəm.
Şah bu cavabı eşidən kimi əmr elədi, bir dəstə çubuq, bir şallaq gətirdilər. Əhmədi
döyməyə başladılar. Əhməd heç cınqırını da çıxarmadı.




Şah Abbas gördü, Əhməd lap çubuq altında ölsə də, bir söz deməyəcək. Əmr elədi,
Əhmədin əl-qolunu açdılar, üzünü tutub zindanbana dedi:
– Apar, bunu sal mənim xüsusi zindanıma.
Əhmədi zindana salan kimi biçarə ayaq üstə dura bilməyib, tirtap uzandı yerə.
Ayağının, bədəninin sızıltısından dayana bilməyib başladı hönkür-hönkür ağlamağa.
Şah Abbasın bir qızı var idi. Adına Pəri Soltan deyərdilər. Pəri Soltanın evi zindana
bitişik idi. O gördü zindandan ağlamaq səsi gəlir. Yanındakı qaravaşdan soruşdu:
– Ay qız, quldan, kənizdən atam kimi zindana saldırıb? Zindandan qulağıma ağlamaq
səsi gəlir.
– Dur gedək, bir özüm ona baxım.
Pəri Soltan Şah Abbasın gözünün ağı-qarası təkcə övladıydı. Özü də elmli, kamallı bir
qız idi. Bir sözlə, elmiynən gözəlliyi bərabər idi. Pəri Soltan özünü zindanın qapısına
yetirdi. Deşikdən içəri baxıb nə gördü? Gördü, vallah, bir oğlan uzanıb zarıldayır,
deyirsən, Yusifdi, qəbirdən çıxıb.
Pəri Soltan Əhmədi görən kimi aşiqi-şeyda olub, az qaldı ürəyi getsin, üzünü qaravaşa
tutub dedi:
– Ey qaravaş, əhsən sənin zehninə. Ancaq mən nə təhər eləyim ki, bu oğlan barədə bir
əhval bilim, görüm bu, kimdi, nəçidi, nə üçün zindana salınıb? Bunları bilsəm, qalanı
asandı.
3
Qaravaş tez getdi zindanban çağırmağa. Zindanban dinməzsöyləməz düşdü qaravaşın
dalınca. 
Xanım qəsdən özünü acıqlığa vurub dedi: 
– Bu, kimdi, bunun günahı nədi? Bunu bura kim saldırıb?
– Əgər xatiriniz istəyirsə, bu saat buyurun, qapını açım, özünüz zəhmət çəkib
danışdırın, ya da istəyirsiniz, mən özüm öyrənib sizə xəbər verim.
Pəri Soltan şad olub dedi:
– Elə gəlmişkən yaxşı olar ki, özüm bir əhval bilim, bir də day sonraya qalmasın.
– Əmr sənindi, nə cür istəyirsən, elə də olsun.
Zindanban açarı çıxartdı, qapını açdı, xanım, qaravaş içəri daxil olub, qapını örtdülər.
Zindanban çəkilib, bir tərəfdə durdu.
Yusif kimdir? Onun
haqqında nə bilirsiniz?
Əhməd nə üçün ona
bənzədilir?
Qaravaş dedi: 
– Xanım, zindana bir oğlan salıblar, bilmirəm
kimdi, vallah, deyirsən, Yusifdi, qəbirdən
qalxıb, özü də 18–19 yaşında. 
Xülasə, qaravaş Əhmədi o qədər tərif elədi ki,
Pəri Soltan görməzdən, bilməzdən Əhmədə
aşiq oldu. Qız dedi:
Nağıllara məxsus hansı
Qapının səsinə Əhməd çevrilib gördü, paho,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə