Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

– Bəli, paşam, yanşağam. 
Aslan paşa dedi:


– Ayə, heç Koroğlunun sözlərindən bilirsənmi?
Koroğlu dedi:
– Ay paşa, izin ver, sənə söz oxuyum, söz olsun. Koroğlu nə adamdı ki, onun sözü belə
məclisdə oxuna?!
Paşa dedi:
– Yox, sən bilmirsən! Mən Koroğlunun üç dəlisini tutmuşam. Bu şadyanalıq da onun
şadyanalığıdı. İndi sən bir az Koroğlunun sözlərindən de ki, onların ürəkləri açılsın.
Koroğlu bir dönüb dar ayağında dayanan Eyvaza, Dəmirçioğluna, Bəlli Əhmədə baxdı,
bir də dönüb camaatın içində dayanan dəlilərinə baxıb, üçtelli sazı bağrına basdı.
Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. Qızılquş kimi bir dəfə
meydanı fırlanıb dedi:
Dəlilərim, bu gün dava günüdü, 
Müxənnət ölkəsi talanmaq gərək! 
Qoç igidlər yarasından bəllənər, 
Şərbəttək qanına yalanmaq gərək!
Koroğlu içəndə düşmən qanını, 
Mərd meydanda nərəsindən tanını, 
Qırın vəzirini, tutun xanını, 
Leş leşin üstündə qalanmaq gərək!
Aslan paşa dedi:
– Sağ ol, aşıq! Lap Koroğlu kimi oxuyursan.
Koroğlu dönüb dar ayağındakı dəlilərə baxdı. Dəmirçioğlu gözünü zilləyib bir dar
ağacına, Bəlli Əhməd də bir dar ağacına. Bildi ki, bunlar qollarının açılmağına
bənddilər ki, ağacları dibindən çıxarıb işə başlasınlar. Dönüb Eyvaza baxdı. Gördü yox,
Eyvaz özgə haldadı. Dar ağacının dibində dayanıb gözünü zilləyib Koroğluya. Özü də
sevindiyindən gözləri dolub. Koroğlu onu belə görəndə ürəyi tab gətirmədi. Dedi:
Canım paşa, gözüm paşa, 
Paşa, qoy gəlsin Eyvazı! 
Budu sənə sözüm, paşa, 
Paşa, qoy gəlsin Eyvazı!
Göydən ildırım tökdürrəm, 
Yurdunda bostan əkdirrəm, 
Torpağın dara çəkdirrəm,
Paşa, qoy gəlsin Eyvazı!
Əyləşib paşalar, bəylər, 
Sinəmdən baş verib millər, 
Koroğlu iltimas eylər, 
Paşa, qoy gəlsin Eyvazı!


Koroğlu oxumağında olsun, paşa qulaq asmağında, dəlilər də gözləməyində. Sənə
kimdən deyim, kimdən deyim, Giziroğlu Mustafa bəydən.
Bağdad tərəflərdə Giziroğlu Mustafa bəy adında adlı-sanlı bir igid var idi. Giziroğlu
Mustafa bəy, doğrudan da, qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə gizir
olmuşdu. Sonra xotkarın üzünə ağ olduğuna görə onu dar ağacından asmışdılar.
Deyirlər ki, Giziroğlu Mustafa bəy o zamandan qırx atlı ilə dağlara çəkilmişdi. Paşalara
ədavət saxlayırdı. Hərdən atasının düşmənlərindən birinin üstünə gedib, tutub dar
ağacından asardı, yenə də çıxıb dağlara çəkilərdi.
Giziroğlu Mustafa bəy çoxdan idi ki, Koroğlu ilə qabaqlaşmaq istəyirdi. İki qoçun başı
bir qazanda qaynamaz deyiblər. Odu ki, Giziroğlu da deyirdi: “Ya gərək Koroğlunun adı
deyilə, ya mənim”. Koroğlu da Giziroğlu Mustafa bəydən çox eşitmişdi.
6
Bəli, xəbər gəlib çatdı Giziroğlu Mustafa bəyə ki, Aslan paşa Koroğlunun üç dəlisini
tutdurub, özlərini də bu gecə asdıracaq. Giziroğlu öz adamlarını başına yığıb dedi:
– Mənim Koroğlu ilə haqq-hesabım var, bu, öz yerində. Bir gün gələr, görüşərik, haqq-
hesabımızı kəsərik. Amma Aslan paşanın bu nakişiliyinə mən dözə bilmərəm. Axı
Koroğlunun dəlilərinin ki onunla heç bir işi yox imiş. Bütün görənlər deyirlər ki, çölün
düzündə durna ovlayırmışlar. Aslan paşa bu nakişiliyi eləyir ki, xotkara xoş gəlsin. Mən
qoymayacağam o, dəliləri öldürsün.
Başının adamları Giziroğlunun sözünü bəyəndilər. Bu mərdliyinə “afərin” dedilər. Durub
hamısı yaraqlandılar, Bağdada gəldilər. Meydandan bir az aralı bir təpə kimi yer var
idi, Giziroğlu çıxdı təpənin üstünə ki, görsün meydanın ortasında nə var, nə yox? Baxdı
ki, Koroğlu aşıq paltarında oxuyur. Onun bu igidliyinə məəttəl qalıb, ürəyində afərin
dedi:
– Dayanın görək, bu işin axırı necə olacaq. Mən heç inana bilmirəm ki, o, bu qoşunun
içindən öz dəlilərini qurtarıb qaçırda bilə. And içirəm, dayanıb axıracan gözləyəcəyəm.
Əgər gördüm ki, gücü çatmır, gedib kömək eləyəcəyəm. Yox, gücü çatdı, qurtardı,
onda dalınca gedib şəhərdən çıxandan sonra onunla məsələni ayırd eləyəcəyəm. Ya
ona verən Allah, ya mənə.
Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ki, ucu haça. Bu, elə bir şeşpər idi ki,
məşhuri-aləm. Giziroğlu haman haça şeşpəri qaldırdı başına, bir dəfə hərləyib tulladı.
Koroğlu bir də gördü qabağına bir şey düşdü. Belə baxanda gördü Giziroğlunun haça
şeşpəridi. O saat başa düşdü.
Sədrəzəm ağzını paşanın qulağına yapışdırıb dedi:
– Paşa sağ olsun, mənim bu aşıqdan gözüm su içmir. Bu, Koroğluya oxşayır.
Cəllad Eyvazı dar ağacına gətirmişdi. Gözləyirdi ki, aşıq qurtarsın, sonra ipi Eyvazın
boğazına keçirsin.
Koroğlu bir dəli nərə çəkdi:
Hoydu, dəlilərim, hoydu, 


Yeriyin meydan üstünə! 
Havadakı şahin kimi, 
Tökülün al qan üstünə!


Koroğlu çəkər haşanı, 
Bəylər edər tamaşanı, 
Mən özüm Aslan paşanı, 
Hərəniz bir xan üstünə.
Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər töküldülər. Ara qızışdı. Koroğlu bir
həmlədə özünü Aslan paşaya çatdırdı. Misri qılıncın çəkilməyi ilə Aslan paşanın başının
yerə düşməyi bir oldu. Dəlilər tənabları qılıncladılar. Eyvazı, Dəmirçioğlunu, Bəlli
Əhmədi azad elədilər. Koroğlu bir də onu gördü ki, meydanın hər başında bir dənə dar
ağacı qalxır-düşür, hər dəfə də on-on beş adamı xurd-xəşil eləyir. Baxdı ki, biri
Dəmirçioğlu, biri də Bəlli Əhməddi, hərəsi öz dar ağacını çıxarıb alıb çiyninə, düşüb
qoşunun içinə.
Koroğlu qılınc vura-vura özünü çatdırdı xəzinənin qapısına. Gördü qoca buradadı.
Qapıya bir əmud ilişdirdi. Bayaq ha qapı parça-tikə olub yerə töküldü. Çağırdı ki:
– Qoca, gəl!
Qoca gəldi. Koroğlu soruşdu:
– Bəs xurcunun hanı?
Qoca dedi:
– Ay bala, vallah, sevindiyimdən bilmirəm heç nə elədim.
Koroğlu dedi:
– Eybi yoxdur. Gir içəriyə!
Qoca girdi içəriyə. Koroğlu ona bir kisə qızıl verdi. Dəlilərdən ikisini də qoşdu ona ki:
– Aparın bunu sağ-salamat qoyun evinə, sonra gəlin.
İndi sənə kimdən deyim, Giziroğlu Mustafa bəylə Koroğludan. Elə ki dəlilər Çənlibelə
tərəf yol başladılar, Koroğlu üzünü Kosa Səfərə tutub dedi:
– Kosa Səfər, buradan Çənlibelə neçə yol var?
Kosa Səfər dedi:
– Buradan Çənlibelə iki yol var. Biri haman bu yoldu ki, gedirik. Biri də dağ yoludu ki,
bax o təpələrin dalından diklənir.
Koroğluya da elə bu lazım idi. Üzünü dəlilərə tutub dedi:
– Siz bu yol ilə gedin! Mən dağ yolu ilə gedəcəyəm. Əgər siz məndən qabaq Çənlibelə
çatdınız, demək ki, uşaqları siz mənsiz qurtarıbsınız. Aslan paşanın xəzinəsinin hamısı
sizə çatacaq. Yox, əgər mən tez çatdım, onda xəzinə hamısı mənimdi.
Bunu deyib Koroğlu Qırata bir qamçı göstərib təpəni aşdı. Dəlilər işdən bixəbər hərə öz
atına dəyib yola düşdülər. Koroğlu Qıratı qaytarıb təzədən təpəyə çıxdı. Elə ki arxayın
oldu ki, day dəlilər çıxıb gediblər, ondan yola düşdü, papağını da gözünün üstünə
qaldırıb, Qıratı yavaş-yavaş çay kənarı ilə sürməyə başladı. Elə bir az getmişdi,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə