Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

6.  Əsərdəki hansı epizodu hadisələrin ən yüksək inkişaf mərhələsi hesab
etmək olar? Nə üçün?
Evdə iş
Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.163-165) faydalanın.
1.  “Azərbaycanın xalq qəhrəmanları” mövzusunda inşa yazın.
2.  “Əsərdəki hansı epizodları oxumaq mənim üçün daha maraqlı idi?”
mövzusunda esse yazın.


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1. Mətni oxuyun. Tapşırıqları yerin yetirərkən ondakı fikirlərdən faydalanın.
Bilirsiniz ki, dastan şifahi xalq ədəbiyyatının irihəcmli janrlarındandır. “Dastan” sözü
dilimizdə bir neçə mənada işlənir: əhvalat, hadisə, tarix və s. Nəsrlə nəzmin (şeirin)
bir-birini əvəzləməsi dastanın mühüm xüsusiyyətlərindən hesab olunur. Dastanlarda
bədii ifadə vasitələrindən olan mübaliğə və daha litota çox işlənir.
Bədii əsərdə müəyyən əşya, hadis , hiss-həyəcanın həddindən artıq böyüdülmüş,
şişirdilmiş şəkildə təsviri mübaliğ adlanır.
Digər bir ifadə vasitəsi – litota isə, əksinə, müəyyən əşyanın, hadisənin əhəmiyyətini
azaltmaq, kiçiltmək məqsədilə işlədilir.
Mübaliğə və litota, digər ifadə vasitələri kimi, sərin təsir gücünü artırır, ona bədii
gözəllik gətirir. Məsələn, “Bütün günü od ələyən günəş batmaqda idi” cümləsind
havanın gün ərzində çox isti olması mübaliğəli şəkildə nəzərə çatdırılmışdır
“Qoşun böyüyü qorxusundan cücəyə dönmüşdü” cümləsində isə sərkərdənin
gücsüzlüyü, təşvişə düşməsi litotanın köməyi ilə daha təsirli ifadə olunmuşdur.
“Koroğlu” dastanı ilə bağlı qol sözünü də eşidəcəksiniz. Qol dastanın bitkin, müstəqil
hissəsidir və hər bir qolda ayrıca əhvalat, hadisə təsvir edilir.
“Durna teli” qolunda dastan janrına məxsus cəhətlərin öz əksini necə tapdığına,
Koroğluya və dəlilərinə müxtəlif təbəqədən olan adamların necə münasibət
bəslədiklərinə diqqət yetirin.
Araşdırın. Fikirləşin. Cavab verin 
2. Koroğlunun xalq qəhrəmanı sayılmasına səbəb nədir? Ona fərqli təbəqəyə mənsub
insanların münasibətini aydınlaşdırmaqla suala cavab verin. Cədvəldən istifadə edin.

Müxtəlif təbəqələrin nümayəndələri
Onların Koroğluya münasibəti
1.
 
 
...
...
...
3. Koroğlu ilə Giziroğlu Mustafa bəyin oxşar və fərqli cəhətləri hansılardır? Müqayisə
cədvəlindən, yaxud Venn diaqramından istifadə edin.
4. Bədii təsvir və ifadə vasitələrinin işlənməsi dastanda hansı dəyişikliyin
yaranmasına səbəb olmuşdur? Cədvəldən istifadə edin.
Bədii təsvir və ifadə vasitələrinə
aid nümunələr
Əsərin bədii gözəlliyininm – təsir gücünün
artırılmasında onların rolu


 
 
5. “Durna teli” qolunda şifahi xalq ədəbiyyatının hansı əlamətləri var? Onun nağılla
oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Venn diaqramından, yaxud müqayisə
cədvəlindən istifadə edin.
6. “Durna teli” qolunda başlıca fikir – ideya, sizcə, nədir?


Tətbiq. Müzakirə. Yaradıcı iş
8. Aşağıdakı parçalarda işlənmiş bədii ifadə vasitələrinin növünü, fikrin təsir
gücünün artırılmasındakı rolunu müəyyənləşdirin.
Əsərdən parçalar
Bədii ifadə
vasitələrinin
növü
Fikrin təsir
gücünün
artmasında
rolu
1. Koroğlu qazanı çəkdi qabağına. Qərəz, neçə qazan
boşaltdı, bilmirəm, baxdı ki, day doyub... Yağlı əlləri
ilə bığlarını eşib durdu ayağa, gəldi paşaların
məclisinə.”
 
 
2. “Ağrının şiddətindən pələng elə bağırdı ki, dağ-daş
yerindən oynadı. Bütün heyvanlar gizlənməyə yer
axtardı. Səsi ovçu Murad da eşitdi. Yerini
müəyyənləşdirib cəld ora yollandı. Yerdə qıvrılan
pələng yumruğa dönmüşdü. Ovçuya heç gözünün
ucuyla da baxmadı.”
 
 
Evdə iş
Birini seçib işləyin.
1.  Bədii ifadə vasitələrinin işləndiyi cümlələr yazın.
2.  Bədii əsərlərdən mübaliğə və litotaya aid nümunələr seçin.


TƏTBİQ VƏ ÜMUMİLƏŞDİRMƏ
Ə f s a n ə
XƏZİNƏQAYA ƏFSANƏSİ
(ixtisarla)
Bir zalım şah varmış. Bu şahın zülmü ərşə dirənibmiş. Onun xəzinəsində qızıl, gümüş,
cavahirat ildən-ilə artdıqca ölkə xarabazarlığa çevrilirmiş. Kotan tutmalı, əkin əkməli
olan əllər qılınc, nizə, qalxan tuturmuş.
Şah bir gün yenə də şeypurları səsləndirdi. Ən ucqar kəndlərə də adamlarını göndərib
yenicə ərsəyə gəlmiş cavanları səfərbərliyə almağı tapşırdı. Ordugahlar quruldu,
döyüşə hazırlıq işləri görülməyə başlandı.
Qoca bir qarının bircə nəvəsini də zorla düşərgəyə gətirib şahın döyüşçüləri arasına
qatırlar. Atalar “dövlətdə dəvə, övladda nəvə” deyiblər. Qarı nəvə toyu görməmiş
dünyadan köçmək istəmirdi. Toy tədarükü görürdü. O, çox çalışır ki, nəvəsini dava-
şavadan qurtarsın, bir şey çıxmır. Odur ki, üz tutub şahın çadır qurub oturduğu yerə
gedir. Keşikçilər qarını şahın yanına buraxmaq istəmirlər.
Qarı yalvar-yaxar eləyir. Onun səsi şahın qulağına çatır. Şah deyir:
– Qarını mənim yanıma gətirin.
Keşikçilər qarını şahın yanına gətirirlər. Şah bir ayağı burda, biri gorda olan qarının
istəyini bilib qəzəblənir:
– Bəxtin kəsib. Səfər üstəyəm, istəmirəm səfər üstündə əlimi sənin qanına batırım.
Məşhur pəhləvanları, ordular basan, ölkələr tutan sərkərdələri bir həmlədə qanına
qəltan edirəm. Mənə dua et, uğur dilə ki, səfərdən əlidolu qayıdım, səni bağışlayım.
Qarı deyir:
– Qibleyi-aləm, mən bağışlanmağımı istəmirəm. Mənə toyuna hazırlaşdığım nəvəm
lazımdır. Onu zorla döyüşçülərinin sırasına qatmısan. Mən qarıya yazığın gəlsin. Ata,
qardaş, oğul, qız dağı görmüş sinəmə nəvə dağı çəkmə.
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə