Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

Tövsiyə: Bədii əsərin quruluşu haqqında müəyyən təsəvvürünüz var. Bilirsiniz
ki, əsərin maraqlı, bitkin olması üçün ondakı əhvalat və hadisələrin, insanların
qarşılıqlı əlaqədə təsvir edilməsi vacibdir.
Əsərin başlanğıcında çox vaxt sonrakı hadisələrə işarə edilir, sonra münaqişə,
ziddiyyət (obrazların, insan qrupunun arasında) yaranır və bu, hadisələrin
inkişafı üçün əsas olur. Daha sonra münaqişə ən gərgin, yüksək məqama çatır.
Sonrakı mərhələdə münaqişə həll olunur və hadisələr enən xətt üzrə inkişaf
edir. Bütün bunlar oxucunu intizarda saxlayır, əsərin maraqla oxunmasına
səbəb olur. Bu deyilənlər “Xəzinəqaya əfsanəsi”ndə hadisələrin, münaqişənin
ən yüksək nöqtəsini müəyyənləşdirməyinizə imkan verəcəkdir.
İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra qrup üzrə çıxardığınız nəticə
barədə təqdimat edin və müzakirə aparın.


QİYMƏTLƏNDİRMƏ MATERİALI
ARILARIN QƏZƏBİ
(nağıl)
Biri var idi, biri yox idi, bir fil var idi. Bu fil hələ balacalıqdan çox dəcəl idi. Hər dəfə bir
heyvanla dava-dalaş edərdi. Günlərin birində fil meşədə xortumunu bir ağaca dolayıb o
tərəf-bu tərəfə silkələyirdi. Ağac az qalırdı kökündən qopsun. Demə, bu ağacın dibində
bal arılarının yuvaları varmış. Fil ağacı tərpətdikcə arıların yuvaları dağılırdı. Odur ki,
arılar dedilər:
– Fil qardaş, səndən xahiş edirik ki, yuvalarımızı dağıtmayasan.
Fil dedi:
– Mən yuva-muva bilmirəm, kefim gəlib oynayıram.
Arılar dedilər:
– Ay fil qardaş, biz sənə demirik ki, oynama, get bir az da o biri ağacın dibində oyna.
Fil dedi:
– Mən heç yerə gedəsi deyiləm, bir bunların boy-buxunlarına bax, bapbalaca boyları
var, gör mənə nə deyirlər.
Arılar dedilər:
– Fil qardaş, əgər sən bizim yuvalarımızı dağıtsan, biz də səni sancıb öldürərik.
Fil dedi:
– Gəlin, nə kefiniz istəyir, eləyin, sizdən qorxan yoxdur.
Arılar yuvalarına qayıdıb böyükləri ilə məsləhətləşdilər. Belə qərara gəldilər ki, axırıncı
dəfə bir də fildən xahiş etsinlər, əgər razı olmasa, onu sancıb öldürsünlər. Bu dəfə də
arılar filə çox nəsihət elədilər, fil onların sözünə baxmadı. Odur ki, bütün arılar hücum
çəkərək filin başına, gözünə, qulaqlarına, burnuna, ağzına, bədəninə yapışıb onu
sancdılar. Bir dəqiqənin içində filin bədəni şişib dama döndü. Ağrıdan qışqırtısı aləmi
götürdü, başladı qaçmağa. Fil qaçdıqca arılar da onu sancırdılar.
Fil o qədər qaçdı ki, axırda taqətdən düşüb yerə yıxıldı.
Arılar onu dövrəyə alıb dedilər:
– Fil qardaş, çox tərslik eləyib bizə meydan oxuyurdun, indi de görək halın necədir?
Fil utandığından başını qaldırmadı.
Arılar dedilər:
– Fil qardaş, sən öz gücünə arxalanıb bizi əzirdin. Özündən zəifləri əzənlərin axırı, bax,
belə olar.



Səməd Vurğun 
(1906-1956)
“Biz uşaqla danışdığımız zaman insanla danışdığımızı, uşaq üçün yazdığımız zaman
insan üçün yazdığımızı unutmamalıyıq”.
 
AZƏRBAYCAN
(ixtisarla)
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları; 
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən. 
Anam, doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana. 
Yada salın
Vətənimizə həsr olunmuş hansı
əsərləri xatırlayırsınız?
Vətən mövzusunda yazılmış
əsərlərdə, başlıca olaraq, hansı
məsələlər əksini tapır?
Düşünün
Vətən mövzusunda yazılmış
əsər hansı cəhətlərinə görə
hamı tərəfindən sevilə bilər?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Hankı səmtə, hankı yana 
Hey uçsam da, yuvam sənsən


Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır, 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə, 
Nəs aylara, nəs illərə. 
Nəsillərdən, nəsillərə 
Keçən bir şöhrətin vardır; 
Oğlun, qızın bəxtiyardır...
Sıra dağlar, gen dərələr, 
Ürək açan mənzərələr... 
Ceyran qaçar, cüyür mələr, 
Nə çoxdur oylağın sənin! 
Aranın, yaylağın sənin.
Min Qazaxda köhlən ata, 
Yalmanına yata-yata, 
At qan-tərə bata-bata, 
Göy yaylaqlar belinə qalx, 
Kəpəz dağdan Göy gölə bax!
Könlüm keçir Qarabağdan, 
Gah bu dağdan, gah o dağdan, 
Axşamüstü qoy uzaqdan 
Havalansın Xanın səsi, 
Qarabağın şikəstəsi.
Ölməz könül, ölməz əsər, 
Nizamilər, Füzulilər! 
Əlin qələm, sinən dəftər; 
De gəlsin, hər nəyin vardır, 
Deyilən söz yadigardır.
Bir dön bizim Bakıya bax, 
Sahilləri çıraq-çıraq, 
Buruqları hayqıraraq, 
Nərə salır boz çöllərə, 
İşıqlanır hər dağ, dərə.
Nazlandıqca sərin külək 
Sahillərə sinə gərək. 
Bizim Bakı – bizim ürək! 
İşıqdadır qüvvət sözü, 
Səhərlərin ülkər gözü.
I dərs
Məzmun üzrə iş
1.  Əsərin ilk səkkiz bəndinin oxusundan
(bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yetirə
bilərsiniz) sonra dörd qrupa bölünün.
Hər qrup iki bənd üzərində işləməklə
fikirlərinizi ikihissəli gündəlikdə yazın.
Bunun üçün aşağıdakı cədvəldən
istifadə edin.
Əsərdə diqqətimizi daha çox
cəlb edənlər
Bunun
səbəbi
...
...
2.  Gəldiyiniz nəticələri müzakirə edin.
3.  Mövzulardan birini seçib şifahi
təqdimat hazırlayın.
1.  “Şeirdəki hansı söz və ifadələr
Vətənimizin təbiəti barədəki
təsəvvürümü zənginləşdirdi?”
Öyrəndiyiniz yeni sözlərdən
istifadə edin.
2.  Şeirin iki bəndini nəsrə çevirin,
məzmununu yığcam danışın.
Həmin bəndləri seçməyinizin
səbəbini izah edin.
Evdə iş
1. Şeirin ardını evdə oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını
aydınlaşdırın.
II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz bəndləri bir daha
nəzərdən keçirin. Fikirlərinizi fərdi olaraq
ikihissəli gündəlikdə yazın. 
2. Kiçik qruplarda birləşib fikir mübadiləsi
aparın. Çıxardığınız nəticələri təqdimat
əsasında müzakirə edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə