Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
 
5. Əsərdəki başlıca fikri – ideyanı necə izah edərsiniz? Fikrinizi əsaslandırmaq üçün
əsərdən nümunələr göstərməklə dəftərinizə çəkdiyiniz cədvəli doldurun.
Əsərin ideyasını daha qabarıq əks etdirən misralar
Nə üçün belə düşünürsünüz?
...
...


Evdə iş
Müxtəlif mənbələrdən topladığınız məlumat əsasında “Azərbaycanın fəxri
vətəndaşları” mövzusunda yığcam təqdimat hazırlayın.
III dərs
Təhlil və ifadəli oxu üzrə iş
Tətbiq. Müzakirə. Yaradıcı iş
1. Kiçik qruplarda birləşin. Cədvəldəki atalar sözləri və müdrik deyimlərə
(aforizmlərə) şeirdən uyğun nümunələr seçin, fikrinizi əsaslandırın.
Atalar sözləri, aforizmlər
Əsərdən seçilmiş
uyğun nümunələr
Nə üçün belə
düşünürsünüz?
Mən fəxr edirəm ki,
azərbaycanlıyam.
 
 
Vətən elin evidir.
 
 
Vətən daşı olmayandan olmaz ölkə
vətəndaşı.
 
 
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
 
 
Vətən mənə oğul desə, nə dərdim.
 
 
Güc birlikdədir.
 
 
2. Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.163–165) faydalanın.
a) “Vətəndaşlıq borcunu nədə görürəm?” mövzusunda inşa yazın. 
b) “Vətənlə bağlı ən çox sevdiyim musiqi əsəri” mövzusunda esse yazın.
İfadəli oxuya hazırlaşın 
“Vətəndaş” şeirində ifadə olunmuş əsas fikir artıq sizə məlumdur. Deməli, bu şeirin
ifadəli oxusunda hansı vəzifəni həyata keçirəcəyinizi müstəqil müəyyənləşdirə
bilərsiniz. Birinci bənddəki məntiqi vurğulu sözləri, fasilələrin yerini, səsinizin
yüksəlib-alçaldığı məqamları müəyyənləşdirib dəftərinizdə (mətnin kənarında) şərti
işarələrlə (aşağıdakı nümunədə olduğu kimi) göstərin. Unutmayın ki, şeirin
məzmunundan asılı olaraq səsinizdə fərqli çalarlar yaranacaq; səsinizdə gah fərəh,
gah sevinc, gah da təntənə duyulacaqdır.


Evdə iş
Şeirin ilk üç bəndinin ifadəli oxusuna hazırlaşın.


TƏTBİQ VƏ ÜMUMİLƏŞDİRMƏ
Zahid Xəlil 
(1942)
“Balaca oxucuları bədii əsərdə ən çox əhvalat və hadisələr maraqlandırır. Amma onlar
əhvalat və hadisələrin həm də dərin qatlarına enməli, baş verənlərin səbəbini,
nəticəsini anlamalıdırlar”.
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
SONUNCU GÜLLƏ
(ixtisarla)
1
Həmin gün şəhərə qəribə səssizlik çökmüşdü. Bu, adamlarda təşviş yaradırdı. Artıq
neçə illər idi ki, Xocalı belə uzunsürən səssizlik görməmişdi. Günorta olmasına
baxmayaraq, hələ də atışma səsləri eşidilmirdi.
Bunun nə demək olduğunu ilk anlayan aeroportu qoruyan dəstənin komandiri Əlif
Hacıyev oldu. Onun əmri dəstənin bütün üzvlərinə çatdırıldı: – Hazır olun, bu sükutun
sonu dəhşətli ola bilər.
Cəsarəti, igidliyi ilə döyüş dostlarının, şəhər əhalisinin məhəbbətini qazanan Əlif yalnız


özünün bildiyi gizli rabitə vasitəsilə mərkəzə məlumat göndərdi: “Düşmən ciddi
hücuma hazırlaşır. Rusların ağır hərbi texnikasından istifadə olunacağına şübhə
etmirəm. Belə olsa, şəhərin müdafiəsi çox çətin olacaq”. Səngərlərdəki müdafiəçilər,
şəhərin mülki əhalisi də xəbərdar edildi...
Xocalılar yanılmamışdı. Axşam, qaranlıq düşər-düşməz şəhər üç tərəfdən atəşə
tutuldu. Ağır toplardan, tanklardan mərmilər yağdırılır, qumbaraatanların səsi qulaq
batırırdı.
Qəzəbindən kağız kimi ağarmış Əlif paytaxta axırıncı məlumatını göndərdi: “Düşmən
şəhərə hücum etdi. Bu, Xocalının sonu deməkdir”.
Cəmi iyirmi iki nəfərdən ibarət olan döyüşçülərini bir yerə toplayıb axırıncı əmrini
verdi:
– Döyüşə hazır olun!


2
Düşmən əsas qüvvəsini aeroporta yönəltmişdi. Bunun belə olacağını bilən Əlif
əvvəlcədən girişdə müdafiə istehkamları qurdurmuşdu. Birinci hücum asanlıqla dəf
edildi. Vurulmuş düşmən tankı aeroportun qarşısında od tutub yanırdı. Müdafiənin
güclü olması düşməni heyrətləndirdi.
İkinci hücum müdafiəçilərin arasında böyük itkiyə səbəb oldu. Ağır texnikanın yoxluğu,
qumbaraatanların tükənməsi müdafiəçiləri çıxılmaz vəziyyətə salmışdı...
Düşmən üçüncü hücuma başlamazdan əvvəl müdafiəçilərin mövqeyini tanklardan və
döyüş maşınlarından atəşə tutdu. Əlifin çağırışına cavab verən döyüşçülərin sayı get-
gedə azalırdı. Dəstədən səkkiz nəfər sağ qalmışdı. Bu qüvvə ilə müdafiəni təşkil
etməyin mümkün olmayacağını anlayan Əlif aeroportun dispetçer məntəqəsini
partlatmağı qərara aldı. Ayrı-ayrı otaqlarda əvvəlcədən yerləşdirilmiş partlayıcıları
qurğunun düyməsini basmaqla işə saldı. Dəhşətli gurultu bütün səsləri batırdı, bunun
ardınca güclü yanğın başladı...
Dalbadal atılan fişənglər şəhərin küçələrini büsbütün işıqlandırırdı. Qadınlar, uşaqlar
küçələrə tökülmüşdü. Hara gedəcəklərini kəsdirə bilməyən bu insanlar ya tank
tırtıllarının altına düşür, ya da aramsız açılan atəşin qurbanına çevrilirdilər.
Əlif sağ qalmış dəstə üzvlərinə tapşırıq verdi:
– Nəyin bahasına olursa olsun, Ağdamın Şelli kəndinə gedən yolu açmaq, insanları
xilas etmək lazımdır.
3
Şəhəri yaxşı tanıyan döyüşçülər adamları bir yerə toplayır, düşmənlərin girməyə macal
tapmadığı küçələrdən keçirir, şəhərdən çıxmalarına yardım edirdilər. Əlifgil get-gedə
şəhərin kənarına sıxışdırılırdılar.
Onlar üstlərinə gələn düşmənləri atəşə tutmaqla ləngidir, daha çox insanın şəhərdən
sağ-salamat çıxmasına çalışırdılar. Əlif və onun sağ qalmış döyüşçü dostları böyük bir
dəstə ilə şəhərdən çıxmağa başladılar.
Dəstədə uşaqlar və qadınlar daha çox idi. Buz bağlamış qarın üstü ilə yerimək çətin
olsa da, onlar yavaş-yavaş irəliləyirdi. Əlif dəstədən xeyli irəlidə gedir, ətrafa diqqətlə
nəzər salır, düşmən pusqusuna düşməmək üçün təhlükəsiz yol seçirdi.
Şaxta güclənir, yol uzanırdı. Uşaqlar ağlaşırdı. Anaları onları ovundurur, dilə tuturdular.
Dəstə mümkün qədər səssiz hərəkət etmək əmrini almışdı. İnsan meyitləri yollara
səpələnmişdi. Qarla örtülmüş çöllərdə az qala hər addımda qan gölməçələri
tapdalanaraq əzilib qıpqırmızı palçıq yaratmışdı.
Əlif sarsıdıcı bir mənzərəyə rast gəldi. Cavan bir kişi 3–4 yaşlı qızını və oğlunu öz


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə