Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   57


Abbasqulu ağa Bakıxanov 
(1794-1847)
“Ey mənim əzizim! Sən insansan. İnsan dünyada hər şeydən üstün yaranmışdır.
İnsanlar arasında kim çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, iş
bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar
həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir”.
 
Yada salın
Müdrik adam kimə deyilir?
Həyatda hünər göstərmiş,
yaxşılıq etmiş, həqiqətə həmişə
sadiq qalmış insanlar haqqında
nə bilirsiniz?
Düşünün
Müdrik fikirlərin əks olunduğu
əsərlərin oxucu üçün
əhəmiyyəti nədir?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
Bu başlanğıc sizə
hansı janrı
HİKMƏTİN FƏZİLƏTİ
Qədim bir kitabda verilmiş xəbər 
İranda bir həkim varmış mötəbər. 
Ümidi yox ikən onun sabaha, 
Belə bir sifariş göndərdi şaha: 
“Onun üzüyünü böyük hökmdar, 
Ən müdrik adama versin yadigar”. 
Şah bu vəsiyyəti icra edərkən 
Ehtiyat edirdi divanələrdən. 


xatırladır?
Sizcə, kimə ən
müdrik adam demək
olar?
Şah ehtiyat etməkdə
haqlı idimi?
Çünki hər dövlətli, kasıb, hər gəda 
Özünü ən müdrik bilir dünyada.
Nəhayət, hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.


Siz bu suala necə
cavab verərdiniz?
“Yenə də o fikir çıxdı
meydana” sözləri ilə
şair nəyə işarə edir?
Sizcə, şah düzmü
seçim etdi? O, başqa
cür hərəkət edə
bilərdimi?
Müəllifin arzularına
sizin münasibətiniz
necədir?
Dedi: Üç suala istərəm cavab, 
Kim daha düz desə, olsun untixab. 
Əvvəl – ən xeyirli nədir müxtəsər? 
Tamahkar olanlar dedilər ki, zər. 
Vergi toplayanlar dedilər: xərac! 
Tacirlər dedilər ki, alver və rəvac! 
Şah dedi:Uzaqdır bunlar mətləbdən 
Orada bir qoca durmuşdu, həmən. 
Söylədi: hər şeydən xeyirli – hünər! 
Hünərsiz heç bir şey olmaz müyəssər. 
Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı, deyin, nə?
Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı ... şadlıq, firavan.
Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.
Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də.
Şah dedi: Ən lazım nədir insana?
Yenə də o fikir çıxdı meydana.
Şah isə qocaya edirdi diqqət,
Dedi: ən lazımlı şeydir – həqiqət.
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.
Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.
Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın hər işdə məsləhət ondan.
Nəhayət, oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.
Nə yaxşı olardı hər ölkədə, ah, 
Olaydı belə bir vəzir ilə şah. 
Ey Qüdsi, hikmətdən varsa xəbərin, 
Yaxşı adamlarda olsun nəzərin. 


I dərs
Məzmun üzrə iş
1. Əsərin oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəkildə
yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə mətnin kənarındakı
suallara cavab hazırlayın. 
2. Kiçik qruplarda birləşib cavablarla bağlı fikir mübadiləsi aparın. Çıxardığınız
nəticələri təqdimatlar əsasında müzakirə edin. 
3. Sözləri dəftərinizə köçürün və qarşısında ifadələrdən uyğun gələni yazın.
4. İfadələri dəftərinizə köçürün, mənasını aydınlaşdırıb qarşısında yazın.
Ümidi yox ikən onun sabaha, _____________________________ 
Dünya həqiqətlə dolanır müdam. __________________________ 
Hünərsiz heç bir şey olmaz müyəssər. ______________________ 
Yaxşı adamlarda olsun nəzərin. ___________________________
5. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  “Əsərin müəllifi haqqında məndə hansı təəssürat yarandı?” Fikrinizi əsərdən
nümunələr göstərməklə əsaslandırın.
2.  Əsərə “Hikmətin fəziləti” adının verilməsinə səbəb nədir?
Evdə iş
Əsərin məzmununu yaradıcı nağıletmənin tələblərinə uyğun danışmağa hazırlaşın.
_____________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
Bilik və bacarıqlarınızı tətbiq edin
1. Əsərdəki hadisələrin ardıcıllığını dəftərinizə çəkdiyiniz cədvəldə əks etdirin.
Həkimin şaha sifariş göndərməsi
Müdrik... 
Hünər... 
Yaxşılıq...
Həqiqət...
– Xeyirxahlıq, humanizm 
– Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət 
– Dərk edən, anlayan 
– Pis işlərdən çəkinmək 
– Doğruluq, düzlük 
– Çox ağıllı, dərin düşünən, aqil, dünyagörmüş 
– İgidlik, qəhrəmanlıq 
– Yalan danışmaqdan çəkinmək 


2. Kiçik qruplarda birləşib hekayənin ardını düşünün. Sizcə, müdrik qoca vəzir
olduqdan sonra ölkədə hansı işlər gördü? Nəticələri təqdimatlar əsasında müzakirə
edin. 
3. Hansı atalar sözü əsərin məzmunu ilə daha çox səsləşir? Fikrinizi əsaslandırın.
– Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. 
– Yalançının evi yandı, heç kəs inanmadı. 
– Hər kəs öz ağlını bəyənir. 
– Hünər sahibləri darda qalmaz. 
– Həqiqət nazilər, ancaq üzülməz. 
– Dövlətin ən yaxşısı ağıldır. 
– Yaxşılıq elə, minnət qoyma.
4. Doğru hesab etdiyiniz fikirləri müəyyən edin və əsaslandırın.
– Hekayədə şeirə xas olan cəhətlər də var. 
– Müdrik insanların ağlından, bacarığından ölkənin xeyri üçün istifadə
olunmalıdır. 
– Şah yaxşı tanımadığı qocanı vəzir təyin etməməli idi. 
– Hökmdarın seçimi onun özünün də müdrik insan olduğunu göstərir. 
– Digər insanların suallara cavablarında da diqqətəlayiq fikirlər vardı.
5. Kiçik qruplarda birləşib tapşırığı yerinə yetirin. Nəticələri təqdimatlar əsasında
müzakirə edin.
Bakıxanovun aşağıdakı nəsihətlərinin hansı misralardakı fikrə uyğun olduğunu
müəyyənləşdirin. 
– Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru
sözünə də inanmaz. 
– Həris adam həmişə kədərli olar. Çünki o, nə qədər dövlət qazansa, elə bilər ki,
azdır. 
– Öz hünərinə inananlar başqalarından çox uğur əldə edər. Hünərsiz tərəqqiyə
çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki, onunla
bərabərləşsin. 
– Dünya malını sevən və mövqe axtarmağa həris olan adam dostluğa yaramaz. 
– İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar.
Evdə iş
Mövzulardan birini seçib işləyin. 
1. Təsəvvür edin ki, müdrik qoca şahın məclisində iştirak etmir. Orada nələr baş
verəcəyini yığcam təsvir edin. 
2. “Mənzum hekayə mənə yeni nə öyrətdi?” mövzusunda esse yazın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə