Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

çöllərinin tənhalığına, kimsəsizliyinə dözə bilməzdi. Belə bir əlçatmaz yerdə bircə
manqurt neçə-neçə xidmətçini əvəz eləyirdi.


Yeməyini vaxtlı-vaxtında ver, yay-qış qalıb işini görsün, özü də nə təklikdən, nə
tənhalıqdan şikayət eləsin. Sahibinin əmri manqurt üçün hər şeydən artıqdı.
Yeməkdən, bir də çöldə soyuqdan donmamaq üçün köhnə, nimdaş paltardan başqa bir
şey istəmirdi.
2
Bu əhvalat o dövrlərə aiddir ki, juanjuanlar uzun müddət Sarı-Özək çöllərini zəbt
eləyib, ərazilərini genişləndirmək, qul ələ keçirmək üçün qovğalar aparırdılar. Günlərin
birində Nayman topraqlarına karvanlarla mal gətirən sövdəgərlər çay məclisində
söhbət vaxtı danışırlar ki, çöllükdə böyük bir dəvə sürüsünü güdən cavan bir pasiban
görüblər.
Sövdəgərlər onunla danışmaq istəyəndə görüblər ki, oğlan manqurtdır.
Baxan deyir ki, sapsağlam adamdır, heç kəsin ağlına gəlməz ki, onun başına belə iş
gətirilib. Yəqin, o da vaxtında söz deyib, söz anlayan oğlanmış, özü də lap cavan-cahil,
bığ yeri təzə tərləyib, sir-sifəti, görkəmi də pis deyil, di gəl ki, danışdıranda elə bil
dünən dünyaya gəlib, yazıq uşaq nə atasının adını bilir, nə anasının, juanjuanların
onun başına gətirdikləri müsibəti də xatırlaya bilmir, hardandır, kimlərdəndir, onu da
bilmir.
Belə manqurt üçün ondan böyük cəza yoxdur ki, deyəsən, gəl, başını buğa verib dərini
qopardaq. Dəli ayğır kimi çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə
manqurt heç vaxt papağını çıxartmır, elə papaqda da yatır.
Bu söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Demə o, Nayman-Ana
imiş... O gecə Nayman-Ana səhərəcən çimir vurmur, başa düşür ki, o manqurt pasibanı
Sarı-Özək çöllərində axtarıb tapmayınca, onun öz oğlu olmadığını bilməyincə rahatlıq
tapmayacaq. Çoxdan bəri ürəyində gizləyib saxladığı üzücü, qorxulu bir şübhə ana
qəlbində yenidən baş qaldırmışdı – oğlu döyüş meydanında həlak olub, ya yox?
Onun oğlu Sarı-Özək torpaqlarında juanjuanlarla döyüşdə həlak olmuşdu. Əri də bir il
əvvəl öldürülmüşdü. Naymanlar arasında ad çıxarmış, sayılan kişilərdən biriymiş. Oğlu
döyüşə getmişdi ki, atasının qisasını alsın. Döyüşdə düşmənlə üz-üzə gəlib sinələşəndə
görüblər ki, onun oğlu yıxılıb atın boynuna, döyüşün hay-həşirindən hürkən qızğın at
götürülüb, oğlan duruş gətirə bilməyib yıxılıb, bir ayağı ilişib üzəngiyə, atın böyründən
asılı qalıb. At oğlanın cansız cəsədini sürüyə-sürüyə üz tutub çölə... Tərslikdən at
düşmən tərəfə qaçıb.
Naymanlar bir neçə gün dalbadal çölü gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar, bir
şey çıxmadı. Nə meyitini tapdılar, nə atını, nə də silahını- yarağını, nə iz vardı, nə
əlamət... Onun həlak olduğuna heç kimdə şəkk-şübhə yox idi, çünki yaralı olsaydı belə,
Rast gəldikləri manqurt
haqqında sövdəgərlərin
təəssüflə danışmalarının əsl
səbəbi, sizcə, nədir?
Nə soruşursan dinmir, bircə “hə” bilir, bir də
“yox”, bir də qulaqlarınacan keçirdiyi
papağından bərk-bərk tutub dayanır. Dəvənin
dərisi bəzən ömürlük bitişib qalır manqurtun
başında.


bu neçə gün ərzində ya qan itkisindən, ya da susuzluqdan ölərdi.


Bütün ilxı atları kimi, o da gec-tez üzəngiyə ilişmiş ölünü sürüyəsürüyə öz ilxısına
qayıtmalı idi.
Onda nə qədər dəhşətli olsa da, atın sürüyə-sürüyə gətirdiyi bu ölünün üstə ağlayar,
üz-gözünü cırardı. Əvəzində ürəyindəki bütün şübhələri birdəfəlik çıxardıb atardı.
Ancaq nə fayda ki, nə oğlunun meyiti tapıldı, nə də at qayıtdı. Qəbilə camaatı bu
hadisəni yavaş-yavaş unutmağa başlayırdı, çünki zaman keçdikcə, hər şey silinib,
unudulub gedər... Bircə ana təskinlik tapıb unuda bilmirdi.
O gəlmə sövdəgərlərin heç birinin ağlına gəlməzdi ki, o cavan manqurt haqqında
dedikləri sözlər Nayman-Ananın qovrulan ürəyinə təzə bir qığılcım salacaq. Ana başa
düşdü ki, ta o manqurtu tapmayınca, onun öz oğlu olub-olmadığını bilməyincə sakitlik
tapmayacaq.
Sübh açılanda Nayman-Ana yurddan yola hazır çıxdı. Kandarı adlayıb qapıya söykəndi,
fikrə getdi, aulu tərk etməmiş ətrafı diqqətlə süzdü. Ananın gözləri doldu, dərin bir ah
çəkdi.
Sonra özünü ələ aldı, duanın birinci sözlərini pıçıldadı: “La ilahə illəllah” (Allahdan
başqa Allah yoxdur) və qəti addımlarla dəvəyə yaxınlaşdı, dizlərini qatlayıb hıxladı.
Nayman-Ana əlindəki heybələri tələsik alıxdan aşırıb dəvəyə mindi, səsləyib onu
diklədi. Ağmaya indi başa düşdü ki, qarşıda səfər var.
Bir neçə gün idi ki, Ağmaya yeknəsəq inləmə kimi bir səslə, ayaqlarını asta bir xışıltıyla
yerə toxunduraraq ucsuz-bucaqsız Sarı-Özəyin çökək düzəniylə yorturdu, yiyəsi ona
aman vermir, kimsəsiz qızmar çöllüklə haylayıb qovurdu. Yalnız gecələri dincəlirdilər.
Səhər açılan kimi yenə sövdəgərlərin nişan verdiyi yerdə böyük dəvə sürüsünü,
manqurt pasibanı axtarırdılar.
3
Nayman-Ana birdən qarşısında geniş bir dərəyə yayılıb otlayan böyük bir dəvə sürüsü
gördü. Əvvəlcə sevincindən nə edəcəyini bilmədi. Ağmayanı hayladı, sonra qorxdu,
manqurt olmuş oğlunu görəcəyindən qorxdu.
Budur, sürü otlayır, bəs pasiban hanı? Buralarda olmalıdır. Və dərənin o başında adam
gördü. Uzaqdan kim olduğu bilinmirdi. Əliçomaqlı pasiban yüklü minik dəvəsinin
“O gündən Nayman-Ana
üçün bu bomboş dünyada
bomboş günlər başladı”
cümləsində hansı fikir ifadə
olunmuşdur?
Ananın qorxulu səfərə tək
çıxmasının səbəbinin necə
izah edərsiniz?
Naymanlar hansı dinə
mənsub idilər?
O gündən Nayman-Ana üçün bu bomboş
dünyada bomboş günlər başladı. O başa
düşürdü ki, davada həlak olanlar olur, intəhası
oğlunun meyitinin döyüş meydanında atılıb
qalmağı, basdırılmamağı ona rahatlıq vermirdi.
Bu qara fikirləri özündən rədd eləmək üçün
oğlunun öldüyünə gərək öz gözləri ilə görüb
inanaydı. Ona hər şeydən çox şübhə gətirən
oğlunun atının yerli-dibli yoxa çıxmağı idi, at
ölməmişdi, at hürküb qaçmışdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə